İnsanların gördükləri, eşitdikləri, toxunduqları, qoxuladıqları və mütləq varlıq hesab etdikləri hər şeyin, əslində, hisslərdən ibarət olduğu və həyatımız boyu sadəcə xəyali görüntülərlə təmasda olduğumuz eynilə kainatın yoxdan var edildiyi, sonsuzluğun varlığı, öldükdən sonra sonsuz həyat üçün yenidən dirildiləcəyimiz kimi qeyri-adi bir vəziyyətdir. Allah qüsursuz və saymaqla bitməyəcək qədər çox xüsusiyyətə malik olan kainatı hər an qüsursuz şəkildə yaratmaqdadır. Hətta bu yaratma o qədər qüsursuzdur ki, yer üzündə bu günə qədər mövcud olmuş bir çox insan bu kainatın və gördükləri hər şeyin xəyal olduğunu anlaya bilməmiş, daima maddənin əsli ilə təmasda olduqlarını düşünmüşlər.
XXI əsrdə elmi tapıntılar qəti şəkildə sübut etmişdir ki, maddənin əsli ilə təmasda olmaq heç bir zaman mümkün deyil. Ancaq bəzi insanlar hələ də bu məsələ ilə bağlı özlərini bilməməzliyə vururlar. Əslində isə, bu mövzuda özünü bilməməzliyə qoymaq, nəzərə almamaq və ya rədd etmək doğru deyil. Ona görə, bu mövzu ilə qarşılaşan insanların bu mövzunun əhəmiyyətini düşünmələri və qavramaları çox vacibdir. Maddənin gerçək mahiyyətini oxuyan bəzi insanlar bu mövzuya nə üçün bu qədər əhəmiyyət verildiyini başa düşmədiklərini bildirirlər. Hətta bu mövzunun iman ilə əlaqəsi olmadığını hesab edir, nə üçün hər imani mövzunun ardından bu mövzunun izah edildiyini soruşurlar. Həqiqətdə bu mövzunun əhəmiyyəti ortadadır. Materialistləri qorxudan, onların bütün fikirlərini məhv edən bu həqiqətin əhəmiyyətini bütün müsəlmanlar anlamalı və insanlara da çatdırmağa çalışmalıdırlar.
Maddənin həqiqi mahiyyətinin məlum olması insanların bəzi iman mövzularını anlamağı baxımından böyük əhəmiyyət daşıyır və digər iman mövzuları qədər vacibdir. Hər şeydən əvvəl maddənin həqiqi yönünün başa düşülməsi ilə insanlar həm dünyaya olan bağlılıqlarından əl çəkir və yalnız axirətə yönəlirlər, həm böyük xətadan qurtulur, həm də bu xətalarına görə qavraya bilmədikləri bəzi həqiqətləri də asanlıqla dərk edə bilirlər. Allah`ın harada olduğu, cənnət və cəhənnəmin varlığı, ruhun mahiyyəti, ölümdən sonrakı həyat, sonsuzluq kimi mövzular materialist dünyagörüşünə malik və ya bu fikrin təlqini ilə yetişmiş insanlar tərəfindən dərk edilə bilmir. Ancaq maddənin xəyal kimi qavranılması bu sualların doğru cavablandırılmasına kömək edir. Beləliklə, insanlar Allah`ın tək mütləq varlıq olduğunu açıq şəkildə görə bilirlər.
Maddənin nə olduğunun başa düşülməsi ilə insanlar dünya həyatında bağlandıqları hər şeyin, həvəslərinin, istəklərinin, onlara Allah`ı və axirəti unutduran hər şeyin boş və aldadıcı olduğunu dərk edirlər. Bu isə dünya həvəslərindən qurtularaq ixlasla Allah`a yönəlmələrinə və şirkdən uzaq olmalarına səbəb olur.
İnsanların lovğalıq və əzəmətlə hər cür insanlıq və əxlaqdan kənar davranışa meyil etdiyi bu əsrdə insanları özlərinin və gözlərində böyütdükləri digərlərinin kölgə varlıq olduqlarını anladıqda təkəbbür və əzəmətlərinin yerini təvazökarlıq və mülayimlik alar.
Bütün bunlar isə rahatlıq və təhlükəsizliyin olduğu, xəsislik və xudbinliyin, rəhmsiz rəqabətin aradan qalxdığı cəmiyyətlərin meydana gəlməsinə səbəb olar.
Maddənin əsli ilə təmasda olmadığımızın qəbul edilməsi nəticəsində əldə ediləcək ən mühüm irəliləyişlərdən biri, şübhəsiz, materialist fəlsəfənin çökməsi olacaqdır.
İndi isə maddənin mütləq olmadığı həqiqətinin nə üçün ən vacib mövzulardan biri olduğunun incəlikləri ilə yaxından tanış olaq.
Bu elmin göstərdiyi ən vacib məsələlərdən biri tək mütləq varlığın Allah olduğu həqiqətidir. Materialist fəlsəfələrin təsirinə düşərək maddənin mütləq varlıq zənn edən bəzi insanlar Allah`ın varlığını və harada olduğunu izah edərkən son dərəcə səhv və cahil üslubdan istifadə edirlər. Məsələn, "Allah haradadır?" sualına: "Mənə ağlını göstər, göstərə bilməzsən. Elə Allah da ağıl kimi bir həqiqətdir, ancaq görünmür", - deyərək cahil cavab verirlər. Bəziləri isə (Allah`ı tənzih edirik) öz ağıllarına görə, Allah`ı xəyal kimi göstərir, Allah`ın varlığını radio dalğalarına bənzədirlər (Allah`ı tənzih edirik). Onların batil fikirlərinə əsasən, özləri və sahib olduqları hər şey mütləq varlıqlardır və Allah`ın varlığı isə bu maddi varlıqları radio dalğaları kimi əhatə edir. Əslində isə, xəyal olan özləri və sahib olduqlarıdır. Tək mütləq varlıq isə Allah`dır. Allah`ın varlığı hər şeyi əhatə etmişdir. İnsan isə heç cür mütləq varlıq olmayacağı üçün görüntüdür.
Bu həqiqəti Rəbbimiz bir ayədə belə bildirir:
Allah... başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allah`ın izni olmadan Onun qatında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allah`ın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
Bu həqiqətin başa düşülməsi ilə şirk qoşmadan, tək Allah`a iman əmələ gəlir. Çünki Allah`dan başqa bütün mövcudiyyatın kölgə varlıq olduğunu bilən insan qəti imanla (haqqəl-yakin dərəcəsində): "Yalnız Allah var, Ondan başqa ilah yoxdur" ,- deyir.
Allah`ı gözləri ilə görmədiyi üçün Allah`ın varlığına inanmayanların materialist iddiaları da maddənin həqiqi mahiyyəti öyrənildikdə tamamilə məhv olur. Çünki bu həqiqəti öyrənən şəxs öz varlığının xəyal şəklində olduğunu anlayar. Xəyal olan varlığın isə mütləq olan varlığı görə bilməyəcəyini dərk edər. Belə ki, Quranda insanların Onu görə bilmədiyi, amma Özünün onları gördüyünü Rəbbimiz belə açıqlayır:
Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. (Ənam surəsi, 103)
Əlbəttə, biz insanlar Allah`ın varlığını gözlərimizlə görə bilmərik. Amma bilirik ki, Allah bizim daxilimizi, zahirimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə etmişdir. Buna görə, Allah Quranda Özünün "kulaklara ve gözlere malik olan" qulaqlara və gözlərə sahib olan (Yunus surəsi, 31) olduğunu bildirir. Allah`ın bilmədiyi bir söz belə deyə bilmərik, hətta nəfəs belə ala bilmərik. Allah bizim etdiyimiz hər şeyi bilir, bu Quranda da belə bildirilmişdir:
Yerdə və göylərdə heç bir şey Allah`dan gizli qalmaz. (Ali-İmran surəsi, 5)
Allah`ın hər an bizi gördüyü, eşitdiyi çox mühüm həqiqətdir. Bu həqiqəti anlayan insan Allah`ı gözləri ilə görməsə də, Onun hər an ondan xəbərdar olduğunu bilər. Buna görə, nə iş görürsə görsün, Allah`ın şahid olduğunu bilərək Allah`ın razı olmadığı davranışdan, danışıqdan, baxış və ya düşüncədən çəkinər. Allah hər işimizdə bizə yaxın olduğunu, bizi gördüyünü və heç bir şeyin Ondan uzaq olmadığını bildirir:
Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)
Uşağını qucağında tutan, həyat yoldaşını qucaqlayan, anası ilə söhbət edən insan bu insanların özünə ən yaxın insanlar olduğunu zənn edir. Əslində isə, insana dostundan, həyat yoldaşından, uşaqlarından, hətta özündən də daha yaxın olan Allah`dır. Bir Quran ayəsində bildirildiyi kimi, Allah insana "şah damarından daha yaxın"dır. (Qaf surəsi, 16) | ||
Tək mütləq varlıq olan Allah, əlbəttə, bir xəyal kimi yaratdığı insanı hər cəhətdən tanıyır. Bu, Allah üçün çox asandır. Ancaq bəzi insanlar cahil olduqları üçün bunu başa düşməkdə çətinlik çəkirlər. Əslində, xarici aləm hesab etdiyimiz hisslərə tamaşa edərkən, yəni həyatımıza davam edərkən bizə ən yaxın olan varlığın hər hansı hiss deyil, Allah`ın Özü olduğu açıq-aşkar həqiqətdir. Quranda yer alan "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! " (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətin içində gizlənir. Amma insan öz bədəninin "mütləq varlıq olan maddədən ibarət olduğunu zənn etdikdə bu mühüm həqiqəti qavraya bilməz. Çünki özünə ən yaxın olanın yenə öz bədəni olduğunu zənn edir. Məsələn, bu insan varlığını "beyni" kimi dərk edirsə, ona şah damarından daha yaxın varlıq olacağını düşünməz. Həqiqətdə isə maddənin mütləq olmadığını, hər şeyin zehnində yaşadığı xəyallar olduğunu dərk etdikdə artıq çöl, içəri, uzaq, yaxın kimi anlayışların mənası qalmır. Şah damarı da, beyni, əli, ayağı, özündən kənarda zənn etdiyi evi, avtomobili və hətta çox uzaqda hesab etdiyi Günəş, Ay, ulduzlar da tək bir səth üzərindədir. Allah onu hər tərəfdən əhatə etmişdir və ona sonsuz dərəcədə yaxın"dır.
Allah insanlara "sonsuz yaxın" olduğunu, "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam..."(Bəqərə surəsi, 186) ayəsi ilə bildirir. Başqa bir ayədə işlədilən "Rəbbin insanları ehtiva etmişdir." (İsra surəsi, 60) ifadəsi də eyni həqiqətdən xəbər verir. Buna baxmayaraq, bəzi insanlar özlərinə ən yaxın varlığın yenə özləri olduğunu hesab edərək yanılırlar. Lakin Allah bizə özümüzdən belə daha yaxındır. "Can boğaza yetişdiyi zaman. Siz baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz!"(Vaqiə surəsi, 83-85) ayələrində insana ən yaxın varlığın Allah olduğu həqiqətinə bir daha diqqət çəkilmişdir. Həqiqətən də, ölüm yatağındakı və ya xəstə yatan insan xəta ilə o an özünə ən yaxın varlığın başının üstündəki həkimi və ya onu qucaqlayan anası və ya əlini tutan, ona toxunan yaxını olduğunu düşünə bilər. Ancaq ayədə də bildirildiyi kimi, Allah o anda ona hamısından daha yaxındır. Həm də təkcə o an deyil, insan ilk dəfə mövcud olduğu andan etibarən ona ən yaxın olan yeganə varlıq Allah`dır. Lakin insanların bir qismi gözləri ilə görmədikləri üçün bu həqiqətdən xəbərsiz yaşayırlar.
Allah`ın məkandan asılı olmadığı və hər yeri tamamilə əhatə etdiyi həqiqəti başqa bir ayədə də belə bildirilir:
Şərq də, qərb də Allah`ındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir!(Bəqərə surəsi, 115))
Allah başqa bir ayəsində isə bu həqiqəti belə açıqlayır:
Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! (Hədid surəsi, 4)
Bütün bu danışılanlardan çıxan nəticə budur: tək və həqiqi mütləq varlıq Allah`dır. Allah elmi ilə kölgə varlıq olan insanı və digər hər şeyi əhatə etmişdir. Bir ayədə: "Sizin tanrınız ancaq O Allah`dır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir! " (Taha surəsi, 98)- deyilərək bu həqiqətə işarə edilir. Allah Quranda başqa bir ayədə insanlara belə bir qəflət barədə xəbərdarlıq etmişdir:
Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O, hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)
İnsanların etdikləri bütün hərəkətlər Allah`a aiddir. Məsələn, uşağın oxuya bilməsi, memarın hazırladığı layihə, elm adamının kəşfi, mətbəxdə bişən yemək, sənətkarın əsəri... Bütün bunları yaradan və etdirən Allah`dır. | ||
Allah`ın yaratdığı kölgə varlıq olan insan Allah`dan asılı olmadan bir gücə malik ola bilməz. Allah bir ayəsində bu həqiqəti belə bildirir:
Allah istəməsə, siz istəyə bilməzsiniz... (İnsan surəsi, 30)
Bəzi insanlar bu vacib həqiqətdən xəbərsiz yaşayırlar. Onları yaradanın Allah olduğunu qəbul edir, ancaq etdikləri işlərin özlərinə aid olduğunu zənn edirlər. Əslində isə, insanın hər etdiyi hərəkət Allah`ın izni ilə yaradılır. Məsələn, kitab yazan insan Allah`ın izni ilə o kitabı yazır. O kitabdakı hər cümlə, hər fikir, hər abzas Allah`ın istəyi ilə meydana gəlir. Allah bu vacib həqiqəti bir çox ayəsində bildirir. Bu ayələrdən biri "...Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır! " (Saffat surəsi, 96) ayəsidir. Allah, "...Atdığın zaman sən atmadın, Allah atdı... " (Ənfal surəsi, 17) ayəsində isə hər etdiyimizin Ona aid hərəkətlər olduğunu bildirir.
Allah başqa ayələrdə də Peyğəmbərə möminlərdən sədəqə almasını bildirir. Ancaq ayənin davamında sədəqələri alanın, əslində, Özü olduğunu açıqlayır:
Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır. Allah eşidəndir, biləndir. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə surəsi, 103-104)
Böyük İslam alimi Muhyiddin Ərəbi etdiyimiz hərəkətlərin də Allah`a aid olduğunu belə açıqlayır:
Ruhlara gəlincə, onların etdiyi hərəkətlərin mənbəyi də özləri deyil. Ruh və cisimləri davamlı halda hərəkətə sövq edən qüvvə ancaq cənabi-Haqdır... Ruh və maddələr mütəmayiz (ayrıca var olan) varlıqlardan və mütəayyin (bəlli, aşkar) həqiqətlərdən deyillər. İlahi hərəkətlərdən, uca Varlığın müxtəlif surətlərindəndirlər. Bunun kimi, sonlu və sonsuz deyilən şeylər də, əslində, başqa-başqa şeylər deyil, iki ayrı cəhətdən elə görünən tək bir şeydən ibarətdirlər.35
Hər insanın etdiyi bütün işlər, qazandığı bütün uğurlar, malik olduğu bacarıqların hamısı Allah`a aiddir. Bu şəxs böyük dövlətin rəhbəri, dünyanın ən varlı insanı, hər kəsin sevdiyi sənətkar və ya mühüm kəşflər edən elm adamı olsa da, bu həqiqət dəyişmir. Hər insan Allah`a boyun əymiş olaraq Onun istədiyi şeyləri edir. | ||
Muhyiddin Ərəbinin sözündə də açıqlandığı kimi, bütün hərəkətləri yaradan, ruhlara bu hərəkətləri edənin özləri olduğu hissini verən Allah`dır. Allah bütün ruhlarda bu hissi o qədər həqiqi yaradır ki, məsələn, daşı atan insan, həqiqətən, o daşı atanın özü olduğunu zənn edir. Əslində, kölgə varlıq olan insan o hərəkəti edə bilməz. Ancaq Allah insana bunu özü edirmiş kimi hiss etdirir. Allah`ın yaratmasındakı möcüzənin və qüsursuzluğun nəticəsi olaraq insan bu hissi çox hiss edir və həqiqətən, daşı tutduğunu, qolunu geriyə uzadaraq sürət və güc topladığını və daşı atdığını zənn edir..
İnsan hər anında Allah`dan asılı halda yaşayır. Bilsə də, bilməsə də, qəbul edib-etməsə də Allah`a boyun əymişdir. Allah bir ayəsində bunu belə bildirir:
Göylərdə və yerdə kim varsa, kölgələri də səhər-axşam istər-istəməz Allah`a səcdə edər! (Rəd surəsi, 15)
Yer üzündə tanıyıb bildiyiniz, tarixdə yaşamış, dövrümüzdə yaşayan kim varsa, hansı mövqedə olursa olsun, nəyə sahib olursa olsun və ya nə qədər inadkar inkarçı olursa olsun bu həqiqət dəyişməz. Hər insan Allah`a boyun əyən, Allah`ın yaratdığı, ruhundan üfürdüyü kölgə varlıqdır. Bunu bilən insan daha vəzifəsi, var-dövləti, elmi, şöhrəti və uğurları ilə öyünərək qürrələnmir. Buna baxmayaraq, təkəbbür göstərənlər böyük acizlik içindədirlər. Çünki Allah insanların özləri atdıqlarını hesab etdikləri daşı belə, əslində, atmadıqlarını, bunu edənin Özü olduğunu bildirmişdirsə, hələ də insanın uğurlarına görə özünə pay çıxarması böyük cəhalətdir.
Allah hər insanı bu yolla imtahana çəkir və eyni zamanda tərbiyə edir. Bu gün bu həqiqəti dərk etməyən, çox açıq olduğuna baxmayaraq həqiqəti qəbul etməyənlər ölümdən sonra yenidən dirilərkən hər şeyi bütün açıqlığı ilə görəcək və heç bir şeyə gücləri çatmadığını anlayacaqlar. Allah Onu inkar edənlərin acizliyini bir ayəsində belə bildirmişdir:
Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur azıb uzaqlaşmaq! (İbrahim surəsi, 18)
Allah isə hər şeyə gücü çatan tək varlıqdır:
Göylərdə və yerdə nə varsa, Allah`ı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir! (Təğabun surəsi, 1)
Həyatı boyu ruhuna göstərilən görüntülərə baxdığının fərqinə varan insanlar həm ruhlarını, həm də fasiləsiz davam edən bu görüntüləri yaradanın qəti surətdə Allah olduğuna inanacaqlar.
Bəzi insanların maddənin sirrini qəbul etməməkdə israr etməsinin bir səbəbi də Allah`ın böyüklüyünü və əzəmətini qavrayıb öz heçliklərini qəbul etmək istəməməkləridir. Amma bu insanlar qəbul etmək istəməsələr də, ortada mübahisəsiz bir həqiqət var: göylərdə və yerdə olanların hamısı Allah`ındır və Onun təzahürləridir. Tək mütləq varlıq Allah`dır və Allah`ın yaratdığı digər varlıqlar mütləq deyil, görüntüdür. Allah`ın yaratdığı görüntülərə baxan "mən""lər, yəni insanlar hər biri Allah`dan olan ruhdur.
Bu elm və bu böyük sirr başa düşüldüyü təqdirdə insanların şüurları da qəti surətdə aydınlanar, üzərilərindəki mənəvi pərdə ortadan qalxar. Dərk edən hər kəs Allah`a könüldən təslim olar, Allah`ı çox sevər və Ondan çox qorxar. Bununla yanaşı, insanlardakı paxıllıq, lovğalıq hisslərinin yerini təvazökarlıq və utancaqlıq alar. Allah`ın insanlardan istədiyi də budur. Bu təəccüblə həqiqəti anlayanlar yeni dünyagörüşü qazanar, yeni həyata başlayarlar. Beləliklə, Allah`ın qüdrətini lazım olduğu kimi təqdir edər və "Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!" (Zumər surəsi, 67) ayəsində bəhs edilən şəxslərdən olmaqdan uzaqlaşarlar.
İnsan malik olduğunu hesab etdiyi hər şeyin-evinin, avtomobilinin, ailəsinin, işinin və bütün dostlarının beyninin içində meydana gələn hiss və görüntüləri ilə təmasda olur və insan heç vaxt bunların xarici aləmdə olan əsl hallarını bilməz. Bu həqiqəti qavrayan insan hər şeyin tək sahibinin bu görüntüləri beynində yaradan Allah olduğunu anlayar. Dünya həyatına həvəslə bağlı olan insanlar bu səbəbdən bu həqiqətdən çox qorxurlar. | ||
Bu bölməyə qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın həqiqətdə kölgə varlıq olduğunu sübut edən bu mövzu Allah`ın varlığının və yaratmasının dərk edilməsinin, Onun yeganə mütləq varlıq olmasının başa düşülməsinin açarıdır. Eyni zamanda, həm insanın nə qədər aciz olduğunun elmi və inkaredilməz sübutu, həm də Allah`ın möhtəşəm sənətinin təzahürüdür. Buna görə də bu elm insanları qəti şəkildə imana gətirir, iman gətirməmək isə mümkün deyil. Bəzi insanların bu həqiqətdən qaçmasının əsas səbəbi də budur.
Burada izah edilənlər eynilə fizika qanunu və ya kimya formulu qədər qəti həqiqətlərdir. İnsanlar lazım gəldikdə ən çətin riyaziyyat problemlərini həll edə bilir, başa düşülməsi çətin görünən bir çox məsələni qavraya bilirlər. Amma eyni şəxslərə insanların həyatları boyu zehinlərində əmələ gələn görüntülərlə təmasda olduqları, maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəkləri izah edildikdə bunu heç cür anlamaq istəmirlər. Bu, son dərəcə "şişirdilmiş" anlamazlıqdır. Çünki burada izah edilən mövzunun başa düşülməsi eynilə bir insanın "iki vur iki neçə edir?", "neçə yaşın var?" kimi suallara verəcəyi cavablar qədər asandır. Dünyanı harada gördüyünü hansı elm adamından, hansı nevrologiya professorundan soruşsanız, sizə: "Əlbəttə, beynimdə" -deyə cavab verəcəkdir. Hətta bu həqiqəti orta məktəb biologiya kitablarında belə görə bilərsiniz. Ancaq bütün bunlara baxmayaraq, maddi dünyanı beynimizdə qavradığımıza dair bilik və bu biliyin insanı gətirdiyi nəticələr görməməzliyə vurulur. Elmin sübut etdiyi ən mühüm həqiqətlərdən birinin insanlardan bu qədər böyük cəhdlə gizlədilməsi, əslində, böyük hadisədir.
İnsanların bütün elmi həqiqətləri asanlıqla qəbul edib bu həqiqətdən bu qədər çox qorxub qaçmalarının əsas səbəbi isə budur ki, maddənin həqiqətinin öyrənilməsi bütün insanların həyata baxışlarının kökündən dəyişilməsinə səbəb olacaqdır. Maddəni və özlərini mütləq varlıq kimi qəbul edənlər və bütün həyatlarını buna bağlı quranlar bir anda özlərinin, həyat yoldaşlarının, uşaqlarının, malik olduqları bütün sərvətin sadəcə zehinlərindəki əksi ilə təmasda olduqlarını anlayacaqlar. Elə insanların bu həqiqətdən bu qədər qorxmalarının, anladıqları halda özlərini bilməməzliyə vurmalarının, ibtidai sinif şagirdinin belə asanlıqla qavraya biləcəyi həqiqəti son dərəcə anlaşılmaz etirazlarla yox etməyə çalışmalarının arxasında gizlənən səbəb bu dünya həvəslərini itirmək qorxusudur.
Mallara, övladlara, dünyanın keçici həvəslərinə çox bağlı olan biri üçün bu, həqiqətən də, böyük qorxu səbəbidir. Çünki bu həqiqəti anladıqda hələ ölmədən ölmüş, malını və canını təslim etmiş olacaq. Allah "Əgər Allah sizdən onun hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da kin-küdurətinizi zahirə çıxardar "(Muhəmməd surəsi, 37) ayəsi ilə insanlardan bütün mallarını istədikdə onların necə inadkarlıq göstərəcəklərini və paxıllıq edəcəklərini bildirir. Bir insan maddənin gerçəyini öyrəndikdə isə onsuz da malının, canının Allah`a aid olduğunu, verəcəyi və ya verməməkdə israr edəcəyi bir şey olmadığını anlayar, ölməzdən əvvəl hər şeyi ilə Allah`a təslim olar. Səmimi iman edənlər üçün bu bir gözəllik, şərəf və Allah`a yaxın olmaq üçün vasitədir. İmansız və ya zəif imanlı insanlar isə bu gözəlliyi anlamadıqları üçün bu həqiqəti israrla inkar edirlər.
MAL HƏVƏSİNƏ DÜŞƏN İNSANLARIN ƏN BÖYÜK QORXUSU Ətrafınızdakı mal həvəsinə düşmüş insanların ən çox nələrə dəyər verdiklərini düşünün: yaxşı ev, lüks əşyalar, parıltılı zinət əşyaları, son marka avtomobil, banklarda böyük miqdarda pul, yaxta... Elə bu səbəbdən də bu insanlar malik olduqları bütün bu maddələri beyinlərindəki bir ekranda gördükləri və əslləri ilə əsla təmasda ola bilmədikləri həqiqətindən çox qorxurlar. | Əslində isə, qəbul etmək istəməsələr də, beyinlərində əmələ gələn xəyali dünyada yaşayırlar. Xarici aləm ilə təmasda olmaları mümkün deyil. Çünki səsi, işığı və qoxunu heç cür keçirməyən kəllənin içinə girən sadəcə bu maddələrdən gələn elektrik məlumatlardır. Şəkildəki kimi pul verib arxada görünən möhtəşəm villanı satın alan insanın içində olduğu vəziyyət də belədir. Özünü villa satın alan və pul sayan zənn edir, əslində, beynində əmələ gələn görüntünü satın alır, qarşısındakı şəxsə də pulun özünü deyil, görüntüsünü verir. Pulu alan şəxs də, əslində, görüntü alır. Yəni ortada "görüntü alveri" var. | ||
Bu bölmədə həyatı boyu varlı olmaq istəmiş, gənc yaşından etibarən gecə-gündüz çalışmış, hər şeyi alnının təri ilə qazandığını deyən fabrik sahibinin qafil vəziyyətindən nümunələr verib vacib həqiqətdən bəhs edəcəyik.
Burada haqqında danışacağımız şəxs orta yaşlı, uşaqlarını yaxşı məktəblərdə oxutduran, bir neçə avtomobil, yaxta və bir çox ev və torpaq sahələrinin sahibidir. Bu insan dünya həyatında öz ağlına görə öyünə biləcəyi hər şeyə malikdir. Yenə öz fikrinə görə, dünya həyatında bir insanın arzuladığı hər şeyi əldə etmişdir. Maddi zənginliyi ilə birlikdə həm də böyük etibarı vardır. Xidmətçisinin, sürücüsünün vəşirkətinin bütün işçilərinin yanında etibarı və mövqeyi vardır. Yüksək vəzifələrdə və mühüm yerlərdə yaxın dostları və çevrəsi vardır. Hər gün iclaslara gedir. Bir çox dərnəyin və qurumun üzvü və hətta rəhbəridir. Bir gün ərzində yüzlərlə şəxsə əmr verir. Şəxsi hesabında saysız-hesabsız pul, səhm və istiqrazları var. Bəzən bunları sayır və daha da qürurlanır. Xüsusilə hər şeyi tək başına, çalışaraq əldə etməsi, bütün həyatını həsr etdiyi qazancları ona böyük rahatlıq və güvənlik hissi verir.
Bir gün dostları ilə yaxta gəzintisində bir şəxs onun yanına gəlir və ona bunları deyir: "Hal-hazırda burada gördüyün bütün insanlar və bu yaxta, dəniz, fabrik və evlərin, sənə tabe olan insanlar... bunların hamısının sadəcə beynində əmələ gələn görüntüləri ilə təmasda olursan. Bunların əsillərini heç vaxt görə bilməzsən. Beyninə gedən sinirlər kəsilərsə, bu yaxta, burdakı insanlar, onların səsləri, söhbətləri, dənizin qoxusu, içdiyin meyvə şirəsinin dadı, qısaca desək, hər şey bir anda yox olar. Bunların hamısı və sənin dünya həyatın boyu sahib olduğun hər şey zehnində meydana gəlir və bunların yuxunda sahib olduğun mallardan heç bir fərqi yoxdur. Eynilə, gecə yuxunda xüsusi təyyarə ilə Avropaya getdiyini görməyin ancaq səhər oyandıqda nə təyyarənin, nə də Avropada olduğunu, özünü yatağında görməyin kimidir. Bəs bu həyat dediyin yuxudan da bir gün oyanaraq özünü tamamilə başqa bir yerdə, bu həyatına dair görüntülərə tamaşa edərkən görməyəcəyindən nə üçün bu qədər əminsən?"
Bu varlı insan ona danışılanlara qətiyyətlə qarşı çıxacaqdır. Ona bu həqiqətin elmi dəlilləri aydın şəkildə izah edildikdə özü bunu anlasa da, həqiqəti qəbul etmək istəməyəcəkdir. Çünki öz fikrinə görə, sahib olduğu hər şeyin yuxu kimi xəyal olduğunu qəbul etməsi bütün həyatı boyu bir xəyalın arxasınca getdiyini qəbul etmək olacaqdır. Onda bu insanın öyündüyü, lovğalandığı, təkəbbürləndiyi hər şey xəyaldır. Bu, bir insanın yuxusunda varlı olub, bu xəyali zənginliyi ilə insanlara lovğalanması qədər insanı alçaq və ağılsız vəziyyətə salacaq haldır. Belə olduqda, bu insan artıq şirkətinə girərkən gördüyü hörmət və etibara görə təkəbbürlənməz. Çünki ona hörmət edənlərin, qarşısında baş əyənlərin hamısı zehnində meydana gələn xəyali varlıqlardır. Bu həqiqəti biləndən sonra artıq oturduğu yaxta ilə qonaqlara qarşı "lovğalanmayacaq"dır. Çünki yaxta və ordakı qonaqlar beynində əmələ gələn xəyallardır.
Ona maddənin xəyal olduğu, maddi varlığın əsli ilə heç vaxt təmasda ola bilməyəcəyi izah edilərkən ağlına bir gün əvvəl aldığı malikanəsi gələr. Elə isə satıcıya bir-bir sayaraq verdiyi pul, satıcı, aldığı malikanə, o malikanədəki bütün malları, onu satın alaraq lovğalandığı çevrəsi-hamısı zehnindədir. Necə ki, bir gün qabaq yuxuda hərracda qazandığını və buna görə böyük qazanc əldə etdiyini görmüşdüsə və oyandıqda bunların heç biri qalmamışdısa, bu həqiqi zənn etdiyi də yuxu kimidir.
Elə isə o, hal-hazırda yaxtanın içində deyil. Yaxta onun içində- beynində əmələ gələn görüntüdür. Dəbdəbəli mebelləri olan evinə girdiyini düşünəndə də həqiqətdə beynindəki həyətin qapısını açır və beynindəki evinə girir. Ev də, mebellər də, həyət də, həyətin qapısı da zehnindədir.
Ona izah edilənlərin son dərəcə açıq həqiqətlər olduğunu anlayan bu insan əlindəki hər şeyin kölgə varlıq olduğunun fərqinə varır. Bütün bunlar onu yaradan Allah`ın ona göstərdiyi görüntülərdir. Allah sınamaq üçün ona bütün bunlara sahib olduğunu zənn etdiyi görüntü və həyat yaratmışdır. O da özünə bunları verənin və bu görüntülərlə nemətləndirib zəngin edənin Allah olduğunu unudub təkəbbür göstərmiş və lovğalıqla başqalarını aşağı, özünü isə üstün görmüşdür. Deməli, həyatı boyu bir xəyal üçün, yuxu kimi bir aləm üçün boş yerə həvəslənmişdir. Amma bir gün bu xəyalların içinə düşdüyü, onlarla vaxtını keçirdiyi gündə bunların heç birinin mütləq varlığı olmadığını, sadəcə Allah`ın var olduğunu anlamışdır.
Böyük şirkətin sahibi-evləri, son marka avtomobilləri, qarşısında əyilən, ona hörmət edən işçiləri olan insan, əslində, sahib olduğu hər şeyi beyninin içində bir görüntü kimi görür. Sahib olduğu etibarı da beynində meydana gəlir. Çox ciddi və vacib olduğunu düşündüyü, zamanının böyük hissəsini ayırdığı işi, iş yoldaşları ilə keçirdiyi iclaslar, aldığı qərarlar da beynində meydana gələn görüntülərdir. | Eyni insan pulunu böyük həvəslə saydıqda, əslində, beynindəki pulları sayır. Qürurla və özünü göstərərək yaxta ilə gəzərkən özünü göstərdiyi insanların, yaxtasının və gördüyü mənzərənin beynində əmələ gələn görüntülər olduğunu anlaya bilməz. Ona bu həqiqət izah edildikdə isə sahib olduğu bütün var-dövlətini və etibarını itirməmək üçün bu həqiqətə möhkəm etiraz edər. Əslində isə, eyni şəxs yuxusunda da bunların həqiqi olduğundan əsla şübhələnməz. Yuxusunda da ona bunların həqiqi sahibi olmadığı deyilsə, buna etiraz edər. Ancaq oyandıqda hamısının xəyal olduğunu anlayar. | ||
Dünya həyatı boyu bu həqiqəti qəbul etməkdən qaçanlara, görməməzliyə vuranlara Allah bir ayəsində belə diqqət çəkir:
O, öz yanında ancaq Allah`ın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
Ayədən göründüyü kimi, Allah inkar edənlərin etdikləri işləri illüziya və xəyala bənzədir. O insanlar bu xəyallara bağlanaraq onlardan kömək gözlədikdə bunların gerçək olmadığını, tək gerçək və mütləq olanın Allah olduğunu anlayırlar. İnsanların bu həqiqətdən bu qədər qorxmalarının və qəbul etmək istəməməklərinin səbəblərindən biri budur ki, elə bu misalda bəhs edilən insan kimi sərvət və var-dövlətlərinin bir anda gedəcəyini anlayırlar. Burada bir cəhətə diqqətinizi çəkmək istəyirik: burada bəhs edilənlərdə insanın malik olduğu hər şeyin ölümü ilə birlikdə arxada qalacağı və ona heç bir mənfəət verməyəcəyi deyilmir. Burada "insanın malik olduğu hər şeyin xəyal olduğu" deyilir. Bütün həyatı boyu göstərdiyi həvəsin, özünü üzərək, çətinliklə, insanların xətrinə dəyərək və onları əzməyə çalışaraq əldə etdiklərinin xəyal olduğunu gördükdə boş yerə aldandığını anlayır. Qafil insanların bu cür aldanaraq yaşamaları Quranda bir çox ayədə insanlara bildirilir. Allah bir ayəsində insanların var-dövlət həvəsini və hər şeyə malik olmaq istəklərini belə bildirir:
Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)
Xəyallarla başqalarına lovğalandığını anlamayan insanın vəziyyəti | Bahalı avtomobili ilə ətrafındakı insanlara lovğalanan varlı insan, əslində, beynində əmələ gələn avtomobil görüntüsü ilə lovğalanır. O anda varlı adam çox lovğalandığı avtomobilinin əsli ilə təmasda olmadığını heç ağlına da gətirməz. Əslində isə, öz beynində əmələ gələn avtomobil görüntüsü o anda lovğalandığı ətrafındakı digər insanların beyinlərində də ayrı-ayrı əmələ gəlir. Elə isə əgər orada beş nəfər varsa və hər birinin beynində də avtomobilin görüntüsü ayrı-ayrı əmələ gəlirsə: - Əsl avtomobil haradadır? Malik olduqları mal və mülkləri ilə, evləri ilə, avtomobilləri ilə digər insanlara lovğalananlar. Həqiqətdə isə beyinlərində əmələ gələn xəyallarla beyinlərində əmələ gələn xəyallara lovğalanırlar. Bəzi insanlar bu mühüm həqiqəti heç anlamırlar. Əlbəttə, bu, son dərəcə alçaldıcı vəziyyətdir. Çünki sahib olduqları ilə öyünən şəxs nə lovğalanacaq avtomobilin, nə də insanların əslləri ilə heç vaxt təmasda ola bilməz. | ||
Başqa bir ayədə isə Allah dünya həyatının oyun-əyləncə və aldanma olduğunu belə xəbər verir:
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
İnsanlar dünya həyatında malik olduqlarını hesab etdikləri bu görüntülərin xəyal olduğunu anladıqda boş yerə kədərlənib həvəsləndiklərini, boş yerə vaxt keçirib əyləndiklərini anlayırlar. Malik olduqları üçün hirslənənlər, onlar üçün insanlara acıqlanıb qışqıranlar, əsəbiləşənlər, stola yumruq vuranlar maddənin əsli ilə heç cür təmasda ola bilmədiklərini anladıqda yuxuda insanlara hücum edən, əsəbiləşən, qışqıran insan vəziyyətinə düşəcəkləri üçün bundan çox utanır və həddindən artıq peşman olurlar. Onlara bu görüntüləri göstərən Allah`ın razı olduğu şəkildə davranmağın lazım gəldiyini dərhal anlayırlar. Bu həqiqəti qavrayanlar, yəni möminlər isə belə deyirlər:
De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! " (Ənam surəsi, 162)
Bu vacib cəhəti unutmaq olmaz: bu həqiqəti həyatının hər hansı bir anında qavrayan insan heç vaxt gecikmiş hesab edilməz. Çünki dərhal həyata baxışını və bütün həyatını bu həqiqətə görə nizama salaraq artıq xəyallar üçün deyil, tək mütləq varlıq olan Rəbbimiz üçün yaşamağa başlaya bilər. Allah hər zaman qullarını bağışlayandır.
Bu həqiqəti görməməzliyə vuraraq, öz fikirlərinə görə hiyləgərlik edib tək mütləq varlığın Allah olduğunu qəbul etməyənlər isə öz-özlərini böyük tələyə salmış olurlar. Allah onların bu vəziyyətini belə xəbər verir:
Onların dünyada gördükləri işlər puç olmuş və bütün əməlləri boşa çıxmışdır! (Hud surəsi, 16)
İnsan bu həqiqəti bu an qəbul etmək istəməsə və bütün malik olduqlarını mütləq varlıqlar qəbul edərək özünü aldatsa da, nəticədə ölümündən sonra diriləndə, yəni axirətdə hər şey çox aşkar surətdə üzə çıxacaqdır. O gün, ayədə də bildirildiyi kimi, "görmə sərrastdır " (Qaf surəsi, 22) və hər şeyi daha açıq şəkildə anlayacaqdır. Amma əgər dünyadakı həyatını xəyali məqsədlərin arxasınca qaçaraq sərf etmişsə, arzu edəcək ki, kaş ki, orada heç yaşamayaydı. "Kaş o (ölüm) qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi!" (Haqqa surəsi, 27-29) - deyərək həlak olacaqdır.
Sahib olduğu ad-sana və insanların ona göstərdiyi hörmətə görə lovğalanan insan, arxasınca qaçanların, onunla maraqlananların beynində əmələ gələn görüntülər olduğunu öyrəndikdə bütün kefi pozular. Təkəbbürünün heç bir mənasının olmadığını görər. | ||
Bu açıq həqiqəti anlayan bəzi insanların -öz ifadələri ilə desək- əhvalı pozulur. Fabriklərinin, evlərinin, avtomobillərinin, mallarının, övladlarının, həyat yoldaşlarının, yaxınlarının, vəzifələrinin sadəcə beyinlərindəki surətləri ilə təmasda olduqlarını anladıqda Allah qarşısındakı acizlikləri və gücsüzlükləri də açıq şəkildə sübut edilmiş olur. Həm özləri, həm malik olduqları şeylər, hətta bütün kainat xəyaldır, özləri də bir "heç" olduqlarını anlayırlar. Yerdə qalan isə sadəcə "mən" dedikləri ruhlarıdır. Bu ruhu da onlara verən Allah olduğu üçün bu şəxs əvvəlcədən imansız da olsa, qəti şəkildə Allah`a iman edir və Ona təslim olur.
İnsan bu həqiqətləri qavradıqda qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazökarlıq və acizliyini çox yaxşı anlama hissi alır. Belə bir insana dünyanın bütün zənginliyi, ən mühüm vəzifəsi də verilsə, bu insan azğınlaşmaz və lovğalanıb zalım olmaz. Heç bir vaxt Allah`ın ona göstərdiyi görüntülərə baxdığını unutmaz və xəyalların içinə dalmaz. Bu fövqəladə həqiqət həvəs, lovğalıq və əzəmətlə yanaşı kin, nifrət, əsəb kimi mənfi hissləri də aradan qaldırar. Hər şeyin xəyal olduğunu bilən insanlar xəyallar üçün bir-birləri ilə rəqabətə girməz, başqalarına qarşı kin bəsləməz və düşmənlik etməzlər. Hər kəsin özünü sadəcə Allah`a təslim etdiyi mühitdə təvazökarlıq, təslimiyyət, şəfqət, hörmət, sevgi və səmimiyyət əmələ gələr.
Buna görə də, insanların bu həqiqəti anlamaq istəməməyi, bu həqiqətdən qorxub qaçmağı çox məntiqsizdir. İmansız insanı bu həqiqətlər qorxuda bilər. Çünki bu həqiqətləri qəbul etdikdə Allah`ın varlığını da qəbul edəcəkdir. Ancaq imanlı insanlar maddənin zehində Allah`ın yaşatdığı xəyali görüntü olduğuna, tək mütləq varlığın isə Allah olduğu həqiqətinə böyük sevinc və əminliklə inanmalıdırlar. İmanlı insanın Allah`ın bu möhtəşəm sənətindən qorxaraq bunu anlamaq istəməməyi ağılsız davranış olar. Çünki həqiqət açıq-aşkar ortada ikən ağıla gətirməyərək, düşünməyərək, kölgə görüntünün aydınlığına və üç ölçülü formasına aldanmağa davam etmək mənasızdır. Mömin həqiqətlərdən qorxmaz, həqiqətin gözəlliyini və dərinliyini, Allah`ın qüsursuz sənətinin bu sistem içərisində necə daha da möcüzəvi hala gəldiyini düşünər.
Uğuruna görə mükafat alan insan beyninin içindəki mükafatı alır və beyninin içində əmələ gələn insan görüntüləri tərəfindən alqışlanır. | | ||
Gördüyü işə görə mükafat alan insan beynindəki mükafatı alır. Mükafatını alarkən onu alqışlayaraq təbrik edən insanlar həqiqətdə beynində əmələ gələn insan görüntüləridir.
İnsan beynindəki kiçik ekranda əmələ gələn bu mükafatlandırma mərasiminə tamaşa edərkən salondakı insanların, mükafatın və salonun əsli ilə beynindən kənarda təmasda ola bilməz. Çünki beynindən kənara çıxa bilməz. Bu, həmin insanın ona verilən mükafata televiziyada baxmağına bənzəyir.
Elə insanların bu həqiqətdən böyük dəhşətlə qaçmalarının səbəbi budur. Dünya həyatına həvəslə bağlananlar mövqe və vəzifələrinin, qazandıqları mükafatların, bank hesablarının, yaxtalarının, onları tərifləyən, bəyənən insanların hər birinin beyinlərindəki bir görüntü olduğunu anladıqda dəhşətli qorxuya düşürlər. Bu şəkildə, əldə etdikləri etibar, şöhrət və malların həvəslə bağlanmağa dəyməyəcəyini anlayır, paxıllıq edərək bu həqiqətdən qaçırlar. Ancaq həqiqətdən nə qədər qaçsalar da, yenə də bütün həyatlarını başlarının içində keçirdikləri həqiqətini dəyişdirə bilməzlər.
Bir insan nə qədər çətinliklə qarşılaşsa da, hər hadisə beynində meydana gəlir. Bir insan keçmişini, məsələn, əksər insanlar kasıblığını necə düşünüb zehnində canlandırırsa, yaşadığı an da beyninin içində meydana gəlir. | İnsanların həyatları boyu yaşadıqları bütün çətinlik və sıxıntıya səbəb olan hadisələr də həqiqətdə beyinlərinin içində meydana gəlir. Bu həqiqəti bilən insan qarşılaşdığı hər hadisəyə səbir edər. Allah`ın hər şeyi xeyirlə yaratdığını bilər və təvəkküllü davranar. | ||
Bəzi insanlar sadəcə müəyyən şeylərin beyinlərində meydana gələn görüntülər olduğunu düşünərək bəzi hadisələrdə bu həqiqəti unudurlar. Əslində isə, baş verən hadisənin nə olduğundan asılı olmayaraq, insan həyatının hər anında beynindəki xəyali görüntüləri yaşayır. Məsələn, iflasa uğrayan iş adamı beynindəki iş yeri görüntüsündə, beynində əmələ gələn insan görüntüləri ilə təmasda olur. Ticarətini etdiyi əşyanın, bu əşyanın əvəzində aldığı pulun hamısı zehnində meydana gələn hisslərdir. Bu insan bütün pulunu itirdikdə, əslində, pulun görüntüsünü itirir. İş yeri və bütün əşyaları müsadirə edilən insan beynində əmələ gələn əşya və iş yeri görüntülərini itirir. Avtomobili oğurlanan insan da yenə zehnində tamaşa etdiyi avtomobil xəyalını itirmişdir. Həyatı boyu bir an belə təmasda olmadığı, amma buna baxmayaraq, sahib olduğu görüntünü artıq görə bilmir.
Sadəcə bunlar da deyil, həyatı boyu yaşadığı bütün çətinliklər insanın beynində əmələ gəlir. Məsələn, daxili çaxnaşmanın hakim olduğu ölkədə hər an ölüm təhlükəsi altında yaşayan, düşmən əsgərlərinin hücumları ilə hər an qarşı-qarşıya gələn insan beynində əmələ gələn düşmən əsgərlərinin görüntüsü ilə qarşı-qarşıyadır. Hücum zamanı yaralanan, qolunu itirən insan da beynindəki qol görüntüsünü itirir, bütün ağrı hissi beynində hiss kimi əmələ gəlir. Düşmənlərinin hədə-qorxuları, kinli və təcavüzkar sözləri də beynində əmələ gələn səslərdən ibarətdir.
Beləliklə, çətinliklər, sıxıntılar, qorxu meydana gətirən hadisələr də insanın beynində meydana gələn xəyallardır. Gördüyü görüntülərin həqiqi tərəfini bilən insan içinə düşdüyü çətinliyə görə sıxıntı keçirməz, bunlara görə şikayətlənməz. Ən təcavüzkar və təhlükəli düşmənin qarşısında belə beynindəki xəyallarla qarşı-qarşıya olduğunu bilərək qorxu və ümidsizliyə qapılmaz. Hər birinin Allah`ın yaratdığı görüntülər olduğunu və Allah`ın bunları hikmətlə yaratdığını bilər. Nə ilə qarşılaşsa da, Rəbbimizə olan təslimiyyət və etibarın verdiyi rahatlıq içində olar. Belə ki, Allah bir çox ayəsində inananlar üçün qorxu və kədərin olmayacağını bildirmişdir:
Şübhəsiz: "Rəbbimiz Allah`dır!"- deyənlərin, sonra da möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! (Əhqaf surəsi, 13)
Həyatı boyu gördüyü bütün hadisələrin, eşitdiyi bütün səslərin Allah`ın beynində yaratdığı görüntüləri ilə təmasda olduğunu bilən insan qorxmaq, boş yerə sıxılıb kədərlənmək və təşvişə düşmək əvəzinə bu görüntülərin və özünün yaradanı olan, sonsuz dərəcədə mərhəmətli və şəfqətli olan Allah`a təvəkkül edər.
Maddənin əsli ilə təmasda olmadıqlarını, yalnız Allah`ın onlara göstərdiyi görüntülərlə sıx təmasda olduqlarını bilən insanların bütün həyatları, həyata baxışları və mühakimə meyarları da dəyişər. Bu, həm şəxsi, həm də ictimai mənada faydalı dəyişiklik olar. Çünki bu həqiqəti görən insan Allah`ın Quranda bildirdiyi üstün mömin əxlaqını asanlıqla yaşayar.
Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar mənəviyyata əhəmiyyət verərlər. Allah`ın hər an onu eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətə görə axirətdə hesab verəcəyini dərk edən şəxs, təbii ki, gözəl əxlaqlı olar, Allah`ın əmr və qadağalarına əməl edər. Beləliklə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmətlə yanaşar, yaxşı və gözəl davranmaqda hər kəs bir-biri ilə yarışar. İnsanlar arasındakı mühakimə meyarları dəyişər, maddə dəyərini itirər və beləliklə, insanlar arasında üstünlük mövqe və vəzifəyə görə deyil, əxlaq və təqvaya görə olar. Heç kim xəyalın arxasınca qaçmaz, hər kəs həqiqətin arxasınca gedər. İnsanlar "kim nə fikirləşər?" təfəkkürü ilə deyil, "Allah nə etsəm, məndən razı qalar?" düşüncəsi ilə hərəkət edərlər. Mal, mülk, mövqe və vəzifədən qaynaqlanan qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazö və acizliyini çox yaxşı anlama hissi alar. Ona görə, insanlar Quranda bəhs edilən bütün gözəl əxlaq nümunələrini sevərək və istəyərək yaşayarlar. Sadalanan bu dəyişikliklər isə dövrümüzdəki cəmiyyətlərin bir çox problemini, təbii ki, aradan qaldırar.
Kiçik mənfəətlər üçün belə əsəbiləşən, hirslənən, təcavüzkar olan insanların yerini hər gördüyünün xəyalı ilə təmasda olduğunu bilən, buna görə əsəb, hirs, bağırmaq kimi münasibətlərin onu alçaldacağını bilən insanlar alar. Beləliklə, insanlar və cəmiyyətlərə rahatlıq və etibar hakim olar, hər kəs həyatından və sahib olduqlarından razı qalar. Odur ki, insanlardan gizlədilən bu həqiqətin insanlara və cəmiyyətlərə qazandıracağı nemətlərin bir qismi bunlardır. Bu həqiqətin bilinməsi, düşünülməsi və yaşanması ilə birlikdə insanlar daha bir çox gözəlliklərə qovuşarlar. Bu gözəlliklərə qovuşmaq istəyən şəxslər bu böyük həqiqəti yaxşı düşünməli və anlamağa çalışmalıdırlar. Allah bir ayəsində belə bildirir:
Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir... (Ənam surəsi, 104)
Həyatımız boyu maddənin əsli ilə təmasda olmadığımız həqiqətindən ən çox qorxu və təşvişə düşənlər, əlbəttə, materialist fəlsəfəyə bağlananlardır. Bunun səbəbini daha yaxşı görmək üçün materializmin ümumi tərifinə baxmaq kifayətdir. Materialistlərin öz mənbələrində materializmin azğın fəlsəfəsi belə tərif edilir:
Materializm dünyanın əzəli və əbədiliyini (əvvəli və sonu olmadığını), Tanrı tərəfindən yaradılmadığını və zaman və məkanda sonsuzluğunu qəbul edir.36
Meydan Larus Ensiklopediyasının 8-ci cildində isə materialist fəlsəfə belə tərif edilir:
Materializm maddədən başqa hər hansı bir cövhərin varlığını qəbul etməyən təlimdir. Bütün həqiqətlərin cövhərini və əsasını ruhun meydana gətirdiyini söyləyən ruhçuluğun əksidir...
Bu qısa təriflərdən də göründüyü kimi, materialist fəlsəfə maddəni tək mütləq varlıq kimi qəbul edir və maddədən başqa heç bir varlığı və ya məfhumu qəbul etmir. Məsələn, materialist fəlsəfə ruhun varlığını qəbul etmir, insan şüurunu beyinin fəaliyyətlərinin məhsulu kimi görür (materialistlərin bu iddialarının əsassızlığına "materializmin düşdüyü ən böyük çıxılmaz vəziyyətlərdən biri: insan şüuru" başlıqlı bölmədə yer verilmişdir). Bu kitab boyu izah edilənlərin ən vacib və tarixi cəhəti isə materialist fəlsəfəni tamamilə əsassız etməsidir. Çünki bu gün artıq açıq şəkildə bilinir ki, maddə dediyimiz şeylərin sadəcə zehnimizdəki hallarını bilirik və zehnimizdən kənarda maddənin necə olduğunu göstərməyimiz mümkün deyil. Çünki zehnimizdən kənara çıxıb maddə dediyimiz şeyin əsli ilə təmasda olmağımız mümkün deyil. İki cümlə ilə tərif edilən bu həqiqəti qəbul etdikdən sonra artıq ortada nə maddə, nə materializm qalır. Xarici aləmdəki maddi varlıqlarla heç vaxt təmasda ola bilməyəcəyimizə görə, heç vaxt görməyəcəyimiz maddələr haqqında fəlsəfə yürütməyin, onlar haqqında fikir söyləməyin məntiqsizliyi və lüzumsuzluğu da açıq şəkildə ortadadır.
Hayatı boyunca taraftarlarına maddenin mutlak gerçek olduğu yanılgısını anlatan Lenin, en ateşli konuşmalarını aslında beyninde oluşan insan görüntülerine yapıyordu. Güç bulduğu taraftarları ise yine beyninde oluşan görüntülerdi. | Lenin, Mao və Stalin kimi kommunist liderlərin arxasınca gedənlər, onları güclü liderlər kimi görənlər, nitqlərini böyük diqqət və coşğunluqla dinləyənlər bu insanları özlərinə aid gücləri olan varlıqlar zənn edirlər. Əslində isə, hər biri beyinlərində əmələ gələn varlıqlardır. | ||
Elə materialist fəlsəfə tərəfdarlarının maddənin ardındakı bu vacib sirrin açıqlanmasından son dərəcə narahat olmalarının, bu sirrin çox açıq olduğuna baxmayaraq, onu anlamaq istəməməklərinin əsas səbəbi bu mövzunun fəlsəfələrinin sonunu gətirdiyini anlamalarıdır. Tarix boyu bütün materialistlər maddənin həqiqətinin açıqlanmasından, hətta materializm tərəfdarlarının bu həqiqəti izah edən kitabları oxumalarından çox narahat olmuşlar və bunu dilə gətirmişlər. Rusiyadakı qanlı kommunist inqilabının liderlərindən biri olan Vladimir İ. Lenin təxminən bir əsr əvvəl yazdığı "Materializm və empiriokritisizm" adlı kitabında tərəfdarlarını bu həqiqətə qarşı belə xəbərdar edir:
Elə materialist fəlsəfə tərəfdarlarının maddənin ardındakı bu vacib sirrin açıqlanmasından son dərəcə narahat olmalarının, bu sirrin çox açıq olduğuna baxmayaraq, onu anlamaq istəməməklərinin əsas səbəbi bu mövzunun fəlsəfələrinin sonunu gətirdiyini anlamalarıdır. Tarix boyu bütün materialistlər maddənin həqiqətinin açıqlanmasından, hətta materializm tərəfdarlarının bu həqiqəti izah edən kitabları oxumalarından çox narahat olmuşlar və bunu dilə gətirmişlər. Rusiyadakı qanlı kommunist inqilabının liderlərindən biri olan Vladimir İ. Lenin təxminən bir əsr əvvəl yazdığı "Materializm və empiriokritisizm" adlı kitabında tərəfdarlarını bu həqiqətə qarşı belə xəbərdar edir: Duyğularımızla qavradığımız maddi həqiqəti bir dəfə inkar etdinsə, şübhəçiliyə (agnostisizm) və fərdiliyə (subyektivizmə) meyil edəcəyin üçün fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən; bu da fideizmin istədiyi şeydir. Barmağını verdinsə, əvvəlcə qolun, sonra bütün mənliyin gedər. Duyğuları maddi dünyanın görüntüsü kimi deyil, xüsusi bir komponent kimi aldıqda, başqa sözlə, materializmə güzəştə getdikdə, mənliyini fideizmə verərsən. Sonra duyğular heç kimin duyğularına çevrilər, zəka heç kimin zəkası, ruh heç kimin ruhu, iradə heç kimin iradəsi olar.37
Bu sətirlər Leninin böyük qorxu ilə anladığı və həm öz başından, həm də tərəfdaşlarının başlarından silmək istədiyi həqiqətin materialistləri nə qədər narahat etdiyini göstərir. Ancaq dövrümüzün materialistləri Lenindən də narahatdırlar. Çünki bu həqiqət bundan 100 il əvvələ nisbətən daha açıq, qəti və güclü şəkildə ortaya qoyulmuşdur.
Keçmişdə hər hansı bir fəlsəfə və ya izah kimi düşünülən bu mövzu bütün dünya tarixində ilk dəfə bu qədər qarşısı alınmaz şəkildə və elmi tapıntılara əsaslanaraq izah edilir. Elmi yazıçı Linkoln Barnet bu mövzunun təkcə "sezilməsinin" belə materialist elm adamlarını qorxu və həyəcana saldığını belə bildirir:
Filosoflar bütün maddi həqiqətləri hisslərdən ibarət kölgə dünya formasına salarkən elm adamları insan hisslərinin hüdudlarını qorxu və həyəcanla sezdilər.38
Ölkəmizdə və bütün dünyada bu mövzu ilə qarşılaşan hər materialistdə bu "qorxu və həyəcan" çox güclü şəkildə üzə çıxır. Məsələn, ölkəmizdə fəlsəfələrinin əsası olan təkamül nəzəriyyəsinin elmi cəhətdən çökdürülməsində onsuz da ciddi sarsıntı keçirən materialistlər indi də darvinizmdən daha vacib əsaslarını, məhz maddənin özünü itirdiklərini anlamağa başlamışlar. Buna görə, mövzunun əhəmiyyətinə diqqət çəkərək bu mövzunun öz fikirlərinə görə, ən böyük təhlükə olduğundan, öz sivil quruluşlarını tamamilə yıxdığından bəhs edirlər.
Əslində bu, Allah`ın Quranda inananlara bildirdiyi vədinin təzahürüdür. Haqqın ortaya çıxdığı yerdə batil olan fikirlər yox olmağa məhkumdur.
De: "Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur! " (İsra surəsi, 81)
Xeyr, Biz batili haqla rədd edərik və o da onu yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allah`a) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
Materializm bəşəriyyət tarixi boyu mövcud olmuşdur. Bu fəlsəfəni müdafiə edənlər maddəni özlərinə dəlil qəbul edərək onları yoxdan var edən, heç ikən onlara can verən, içində yaşaya biləcəkləri kainat yaradan Allah`a qarşı çıxmışlar. "Maddə varsa, Allah bu maddənin harasında ola bilər?" kimi səthi və cahil məntiqlərlə Allah`ın varlığını inkar edən və insanların da inkar etmələri üçün səy göstərən bu şəxslər dövrümüzdə ən böyük əsaslarının məhv olduğuna şahid olurlar. Çünki burada bəhs edilən həqiqət fəlsəfələrini kökündən məhv edir, bu barədə mübahisəyə belə imkan vermir. Bütün düşüncələrini, həyatlarını, təkəbbürlərini və inkarlarını üzərində qurduqları maddə əllərindən bir anda uçub getmişdir.
Materialistlər tarix boyu bir-birlərinə inkarı və inkar metodlarını miras qoymuşlar. Leninin yuxarıdakı sözlərindən bu gün bir çox materialist istifadə edir və tərəfdarlarına bu həqiqəti dinləməmələrini, oxumamalarını tövsiyə edirlər. Ancaq elmin maddənin mahiyyəti ilə bağlı bu həqiqəti açıq şəkildə üzə çıxartması və internet kimi texnoloji imkanlarla bütün dünyaya məlumatın çatdırılmasının son dərəcə asan və sürətli olması onların bu səylərini boşa çıxarır. Çünki insanlar böyük sürətlə bu həqiqəti oxuyur, öyrənir və qavrayırlar. Yaxın keçmişə qədər materializmi ən əsaslı dünyagörüşü kimi qəbul edənlər bu gün böyük heyrət və təəccüblə dünya həyatının və maddənin gerçək yönünü öyrənirlər. Elə bu, Allah`ın inkar edənlərə qurduğu möhtəşəm tələdir. İnkarçılar tarix boyu Allah`ı inkar etmək üçün necə təhrifedici şəkildə maddəni tanrı qəbul edərək öz geri qalmış ağılları ilə dinə tələ qurduqlarını hesab etdilərsə, Allah da qarşılığında onların saxta tanrılarını əllərindən alacaq mühit yaratmış və onları öz tələlərinə salmışdır. Allah tarix boyu inkar edənlərin tələlərinə verdiyi bu qarşılığı belə bildirir:
... Sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30)
Allah insanlara maddənin əsli ilə təmasda olduqları hissini verərək materialistləri tələyə salmış və onları tarixdə tayı-bərabəri görünməmiş şəkildə alçaltmışdır. Mallarını, mülklərini, mövqelərini, içində olduqları cəmiyyəti, bütün dünyanı və əslində, xəyaldan ibarət olan hər şeyi mütləq varlıq hesab etmişlər. Üstəlik, bunlara güvənərək Allah`a qarşı təkəbbür göstərmişlər. Öz ağıllarına görə lovğalanaraq Allah`a üsyan etmiş və inkarda daha da irəli getmişlər. Bunları edərkən güc aldıqları tək şey maddə olmuşdur. Amma elə bir anlayış çatışmazlığı içinə düşmüşlər ki, Allah`ın onları hər tərəfdən əhatə etdiyini heç düşünməmişlər. Allah inkarçıların anlayışsızlıqları nəticəsində düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:
Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! (Tur surəsi, 42) )
Materialistlər tarixin ən böyük məğlubiyyətinə addım-addım yaxınlaşarkən bunun fərqində belə olmamışlar. Məsələn, bütün görüntülərin beyində qavrandığını kəşf edərkən bunun öz inanclarını kökündən çökdürəcəyini nəzərə almamışlar. Materialist elm adamı apardığı tədqiqatlar nəticəsində bütün gördüyü şeylərin həqiqətdə hesab etdiyi kimi olmadığını, əksinə, beynində meydana gələn görüntülərlə təmasda olduğunu sübut edərək materialist inancına öz əlləri ilə zərbə vurmuşdur. Allah inkar edənlərin öz qurduqları tələyə şüursuzluqla düşdüyünü bir ayədə belə bildirir:
Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar. (Ənam surəsi, 123)
Şübhəsiz, bu həqiqəti anlamaq materialistlər üçün çox dəhşətli hadisədir. Çünki sahib olduqları hər şeyin sadəcə xəyali görüntüləri ilə təmasda olmaları onlar üçün hələ dünyada ikən "ölmədən ölüm" hökmüdür.
Bu həqiqətlərlə birlikdə bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah "Məni Öz yaratdığım kimsə ilə tək burax! " (Muddəssir surəsi, 11) ayəsi ilə hər insanın Onun qatında tamamilə tənha olması həqiqətinə diqqət çəkmişdir. Bu qeyri-adi həqiqət daha bir çox ayədə xəbər verilmişdir:
Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi arxanızda qoyub gəlmisiniz... (Ənam surəsi, 94)
Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 95)
Allah başqa bir ayəsində isə axirət günüdə inkar edənlərə belə müraciət edəcəyini bildirir:
O gün onların hamısını toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: "İddia etdiyiniz şərikləriniz haradadır?!" (Ənam surəsi, 22)
Bunun ardından inkar edənlər dünyada var olduğunu zənn edərək Allah`a şirk qoşduqları mallarının, övladlarının, ətraflarının özlərindən uzaqlaşdığına və tamamilə yox olduğuna şahid olacaqlar. Allah bu həqiqəti də "Gör onlar özlərinə qarşı necə yalan dedilər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb oldular! " (Ənam surəsi, 24) ayəsi ilə xəbər vermişdir.
XXI əsr bu həqiqətin bütün insanların arasında yayılacağı, materializmin isə yer üzündən silinəcəyi tarixi dönüş nöqtəsidir. Bu həqiqəti görə bilən insanların keçmişdə nəyə inandıqları, nəyi nə üçün müdafiə etdikləri vacib deyil. Vacib odur ki, həqiqəti gördükdən sonra buna qarşı çıxmamaq, ölümlə birlikdə onsuz da açıq-aydın başa düşüləcək bu həqiqəti gec olmadan anlamaqdır. Unutmaq olmaz ki, həqiqətlərdən qaçmaq mümkün deyil.
Materialistlərin ən böyük qorxusu | Hal-hazırda kitabı tutan, kitabın kağızının kənarını və qalınlığını hiss edən əliniz deyil. Kitabı tutma hissi sinir siqnalları vasitəsilə beyindəki toxunma mərkəzində əmələ gətirilən hissdir. Bu toxunma hissini dərk edən şüur beyindəki yağ və sinirlər ola bilməz. Elə isə insanın beynində əli və barmaqları olmadan kitabı tutduğunu hiss edən varlıq kimdir? Maddənin fövqündə olan bu varlıq insanın ruhudur. Allah çox böyük möcüzə olaraq insan ruhuna heç bir üzvü olmadığı halda, bütün hissləri dərk etdirir. Məsələn, ruh barmaqları olmadığı halda, kitaba, pambığa, daşa və ya heyvanın tüklərinə toxunduğunu hiss edə bilər. Elə materialistlərə böyük qorxu verən həqiqət də budur. Bütün həyatlarının maddəyə bağlı olaraq keçdiyini zənn edən materialistlər həyatları boyu maddənin əslinə bircə dəfə də toxuna bilmədiklərini, onu görə bilmədiklərini, beyinlərindən kənara əsla çıxa bilmədiklərini düşündükcə çıxılmaz vəziyyətə düşdüklərini anlayırlar. Buna görə, bu qeyri-adi mühüm möcüzəni insanların gözündən uzaq tutmaq üçün var gücləri ilə səy göstərirlər. Ancaq Allah XIX əsrdə insanların hər an yaşadıqları bu mühüm həqiqəti qavramaları üçün lazımi mühiti yaratmış və elmi irəliləyişləri də bunun başa düşülməsi üçün dəstək etmişdir. | ||