“Bu, məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi isə yerlə-yeksan olmuşdur. Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi, əksinə, yalnız ziyanlarını artırdı”
(“Hud” surəsi, 11/100-101)
Allah-Təala insanı ona ruh və can bəxş edərək yaratdı, ona müəyyən bir müddətə qədər həyat verdi və şübhəsiz ki, hər birimizin bu dünyanı tərk edəcəyi və yenidən öz Yaradanının qarşısında duracağı gün yetişəcək. Allah insanı yaratdı və bizim haqqımızda hər şey yalnız Ona məlumdur, bizim bütün gizli niyyətlərimizi və əməllərimizi də yalnız O bilir. Rəbbimiz insanlara düşünmək, həqiqəti dərk etmək və öz ehtiyaclarını ödəmək qabiliyyəti bəxş etdi. Görün Allah-Təala Qurani-Kərimin ayələrindən birində nədən xəbər verir: “Məgər yaradan bilməzmi?!” (“Mülk” surəsi, 67/14).
Bu dünyada hər bir insanın yeganə həqiqi məqsədi Həqiqət axtarışı, Allahın Uca Hikmətini dərk etmək və Uca Yaradana Onun insanlara xəbər verdiyi ehkamları yerinə yetirərək qulluq etməkdir. Allahın insanlara Peyğəmbərimiz (s.ə.v.) vasitəsilə göndərilmiş vəhyini və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini hər insan əsl həyat kodeksinə çevirməlidir.
Qurani-Kərim Allah Təalanın bəşəriyyətə göndərdiyi sonuncu Kitabı və Yaradanın yeganə düzgün açıqlamasıdır.
Quran bizə həyatda Yüksək Harmoniya mənbəyi kimi bəxş edilib və yalnız bu müqəddəs öüyüdlərin mənasını dərk etdikdən sonra bəşəriyyət bu həyatda sülh və harmoniyaya nail olacaq, insanlar arasında əlaqənin əsas prinsiplərindən olan qardaşlığın və ehtiramın hökm sürəcəyi ədalətli və rəhmli cəmiyyət yarada biləcək. Qurani-Kərimdə bizə göndərilən elmdə həm bu, həm də qarşıdakı dünyalarda xilas olmağın açarı gizlənir.
Quranın mənalarının dəqiq öyrənmək və onların üzərində dərindən düşünmək hər bir əsl möminin borcudur, axı Allah-Təala bizə bildirir ki, Quran düşünən insanlar üçün nazil edilib:
“Bu Quran insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” (“İbrahim” surəsi, 14/52).
Sözsüz ki, Quranın bizdən dərin düşüncə və götür-qoy tələb edən mənalarından biri öz azğınlıqları, mənəvi deqradasiyası və Allah-Təalanın onları qarşıdakı cəzadan qorumaq, peşman olmağa çağırmaq və onları yaradan Rəbbinin əmrlərinə tabe olmağa dəvət etmək üçün göndərdiyi peyğəmbərlərə qarşı düşmən münasibətləri ucbatından Uca Allahın yer üzündən silməklə cəzalandırdığı xalqların qədim böyük sivilizasiyaları haqqındakı məlumatlardır.
Quran insanlara bu hadisələrin gələcək nəsillərə ibrət olması üçün xəbərdarlıq edir. Məsələn, Allaha qarşı çıxan bir dəstə yəhudidən bəhs edildikdən sonra deyilir: “Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik” (“Bəqərə” surəsi, 2/66).
Müəllif bu kitabda Qurani-Kərim ayələrinin, arxeoloji və tarixi tədqiqatların nəticələrinin əsasında adı Quranda çəkilən xalqların həlak olmasından əvvəl baş vermiş hadisələri təhlil etməyə cəhd göstərib. Bizim məqsədimiz oxucunun nəzərinə bizim üçün bütün “ehtiyat tədbiri” olan hadisələrin düzgün gedişatını çatdırmaqdır, çünki onlar bəşəriyyət üçün ibrətdir.
Bu tədqiqatda müəllif həmçinin Qurani-Kərimin mənalarının gerçəkliyini və sonsuz hikmətini bir daha göstərmək üçün sivilizasiyaların devrilməsi hadisələrini təsdiqləyən, bizi əhatə edən həyatdan olan misalları ayələrlə müqayisə etməyə çalışıb. Axı Allah Onun rəmzlərinin bizi əhatə edən həyatda aydın görünəcəyini deyir: “Və de: “Həmd olsun Allaha! O, Öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!” (“Nəml” surəsi, 27/93).
İnsanın dinə, imana əsas yolu dərketmədən, idrakdan, bilikdən keçir.
Quranda adı çəkilən qədim böyük sivilizasiyaların ölümünün və süqutunun praktiki olaraq bütün faktları arxiv sənədlərinin tədqiqi və bizim yüzillikdə arxeologiya sahəsində edilən kəşflərin sayəsində “görünən” və “tanınan” oldu. Bu kitabda biz xalqların məhv olmasının səbəblərini öyrənəcəyik. Ancaq qeyd etmək lazımdır ki, biz Quranda hər şeyi aydın anladılan xalqlar haqda bəhs etmirik, çünki bu vəhydə onların olduqları vaxt və yer bildirilmir, yalnız onların düşmənçiliklərinin və Allaha və peyğəmbərlərə olan itaətsizliklərinin gətirib çıxardığı aqibət bildirilir.
Bir sözlə, bizim məqsədimiz Allah-Təalanın göndərdiyi dinin gerçəkliyini müasir elmi kəşflər əsasında hər kəsə - həm möminə, həm də kafirə göstərmək və Quranın həqiqiliyini aydınlaşdırmaqdır.