"Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli idilər. Onlar torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox abad etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər"
("Rum" surəsi, 30/9).
Allah-Talanın qanunlarını inkar etmək, Ona şərik qoşmaq, təkəbbür və lovğalıq göstərmək, qanunsuz olaraq özgə əmlakının mənimsəmək, sələmçilik və pozğunluq - bunlar bizim Quran ayələrindən öyrəndiyimiz və bu kitabda təqdim etdiyimiz xalqların günahlarının yalnız bəziləri idi. Onlar möminləri təqib edir və onlara qəddarcasına zülm edirdilər, Allah-Təalanın qanunlarına tabe olan insanları qırmaq üçün hər şeyi edirdilər.
Sözsüz, Quran keçmiş xalqlardan bizə tarix dərsi vermək üçün bəhs edir. Quran bildirir ki, peyğəmbərlər və onların xalqları haqda hekayələr bizə yalnız ibrət üçün misal gətirilir. Sələflərin ölümü əcdadların nəsillərini haqq yoluna çıxarmalıdır:
"Məgər bəlli olmadımı ki, Biz onlardan əvvəl məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!" ("Taha" surəsi, 20/128).
Bunu dərs kimi qəbul edib bizi həyatda əhatə edən hər şeyin baş verdiyinə diqqətlə nəzər yetirdikdə qəti əmin olursan um, bizim cəmiyyətin böyük hissəsi məhv olan keçmiş xalqlardan heç də az olmayan dərin mənəvi tənəzzül və əxlaqsızlıq vəziyyətindədir.
Cəmiyyətimizin İslamın və imanın əsas prinsiplərini bilən hər hansı bir nümayəndəsinin sizə kimi xatırlatdığı haqda düşünün, ancaq bu, onları pozğunluqdan və əxlaqsızlıqdan iyrəndirmir, bundan əlavə, onlar inananlara və müsəlmanlara açıq-aşkar lağ edirlər.
Lut xalqı haqda hekayəni xatırlayırsınızmı, onların xeyli "qohumları" indi də bizim ətrafımızdadır. Öz iyrənc orgiyalarını açıq-aşkar və qorxu-hürküsüz həyata keçirən homoseksuallar pozğunluqlarında elə dərinə gedirlər ki, onlara hətta sodomlu və homorralı "qardaşları" belə qibtə edərdilər. Onlar dünyanın çoxmilyonlu meqapolislərində yaşayaraq hətta Pompeyin əxlaqsızlıqlarını da ötüb keçiblər...
Haqqında Qurani-Kərimdə bəhs edilən bütün xalqlar layiqli cəzalarını aldılar. Allahın cəzası onları hər yerdə tutdu, tufanlar süpürdü, qəfildən hər bir tərəfdən gələn sular batırdı, vulkanlardan axan daşlarla və lava külləri ilə əzab içində yandılar. Müasir sivilizasiyanı da eyni şey gözləmirmi? Biz həddimizi aşmamışıqmı? İnsanlar Allah-Təalanın dərslərini nəhayət ki, dərk edib öz alçaq əməllərinə nə vaxt son qoyacaqlar?
Bəşəriyyət bir dəqiqə də belə unutmamalıdır ki, Allah hər insanı və ya bütöv cəmiyyəti cəzalandırmaqda sərbəstdir, bizim günahlarımızın çəkisini yalnız O, bilir. Biz onları insanlardan gizlədə bilərik. Allahdan isə heç nəyi gizli saxlamaq olmaz, hər an həyatımızın hər yaxşı və ya pis addımı bizim salnaməmizə qeyd edilir. Allah-Təala bu dünyada rahatlıq içində yaşamağı təmin edər, ancaq günahlarımıza görə bizə o biri dünyada qəzəblənə bilər. Çünki Quran deyir:
"Biz onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə qızmar daş yağdırdıq, kimini dəhşətli səs yaxaladı, kimini yerə batırdıq, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər" ("Ənkəbut" surəsi, 29/40).
Qurani-Kərim bizə Musa peyğəmbərin dövründə yaşayan, Allaha inanan, ancaq firon ailəsindən olduğu üçün bu inamını gizlətməyə məcbur olan daha bir möminin tarixindən bəhs edir. O, öz xalqına bu sözlərlə müraciət etdi:
"O mömin adam dedi: "Ey qövmüm! Mən sizə bir günün kəlməsindən qorxuram! Nuh, Ad, Səmud qövmünün və onlardan sonra gələnlərin cəzası kimi bir cəza verilməsindən, Allah Öz bəndələri nə əsla zülm etmək istəməz! Ey qövmüm! Mən sizə üz verəcək vaveyla günündən qorxuram! Üz çevirib qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!" ("Mumin" surəsi, 40/30-33).
Allahın bütün elçiləri eynilə bu mömin kimi insanları Qiyamət Günü və etdiklərinə görə cəzalandırılacaqları haqda xəbərdar edirdilər. Hər bir peyğəmbərin həyatı yolunu azmış insanların ruhunun nicatına, Allahın göndərdiyi həqiqətlərin onların daşa dönmüş ürəklərinə çatdırılmasına həsr olunmuşdu. Ancaq hər dəfə xalqlar peyğəmbərləri rədd edir, onları yalançılıqda, acgözlükdə və tamahkarlıqda günahlandırırdılar: onlardan heç kəs verilən xəbərlər üzərində düşünməyin əziyyətini çəkmədi, heç kəs səhvini etiraf etmədi, cəmiyyətlər cəhalətlə dolu qəddar və təkəbbürlü həyat tərzlərini davam etdirdilər. Bundan əlavə, bəzi xalqlar möminləri və tövbə etmiş tayfadaşlarını qırmağa və sürgün etməyə çalışırdılar. Nə qədər kədərli olsa da onlara göndərilən peyğəmbərlərin və onların ardınca gedənlərin sözlərini və əməllərini düşünməyi qəbul edən möminlərin sayı həmişə az olub, ancaq yalnız onlar və peyğəmbərlər Allah-Təalanın qəzəbindən və əsl cəzadan yaxa qurtarmışlar.
Bu kitabda təsvir edilən hadisələr neçə min illər bundan əvvəl baş versə və bəşəriyyət xeyli dəyişikliklərə, siyasi, sosial, texnoloji və mədəni həyat tərzinin yeniləşməsinə məruz qalsa da hər bir insanın şüurunda və bütövlükdə dinsizliklə, təkəbbürlə və Uca Yaradana naşükürlüklə öyünməyə davam edən cəmiyyətdə çox az şey dəyişib. Məgər bizi əhatə edən insanların arasında özlərini məhv edilmiş xalqların nümayəndələri kimi aparanlar yoxdurmu? Çoxsaylı yalançılar və kələkbazlar sürüsü "tərəzilərində qaydaya nəzarət etməyən" səmudlara bənzəyir. Və ya Lut xalqından heç də geri qalmayan, öz iyrənc və alçaq ehtiraslarını qorxu-hürküsüz və utanmadan geniş yayaraq bunu comərdlik dərəcəsinə ucaldan və "azad seçim hüququ" olan "homoseksuallar cəmiyyəti". Və yaxud Allahın bəxş etdiyi nemətlərə səbailər kimi naşükür və laqeyd yanaşan insan kütləsi. Onlar da sanki İrəm sakinləri kimi rifahlarını özləri "yaratdıqlarına" görə Uca Yaradanın onlara bəxş etdiyi var-dövlət üçün şükr etməyi və həmd oxumağı vacib bilmirlər. Və ya Allahın əmrlərinə tabe olmağı və ona ehtiramı cəhalət və mədəniyyətsizlik sayan və əsl inananların hisslərini təhqir edən Nuh xalqı kimi. Nəhayət, sosial ədalətə laqeyd yanaşan, zəiflərə və köməksizlərə zülm edən ədrəmilər kimi. Obrazlarını indi təsvir etdiyimiz insan növləri bu gün məgər azdırmı... Onlar toplumların böyük hissəsini təşkil edirlər.
Bu əlamətlər çox şeydən danışır...
Bir şeyi unutmaq olmaz: bəşəriyyət nə cür dəyişikliklərə məruz qalsa da, öz inkişafında nə cür yüksəkliklərə nail olsa da nə texnologiyanın, nə də iqtisadi rifahın heç bir mənası yoxdur. Onlar pozğun və allahsız xalqları Allah-Təalanın cəzasından qorumaqda gücsüzdür. Bu həqiqət Quranda belə xatırladılır:
"Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli idilər. Onlar torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox abad etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər" ("Rum" surəsi, 30/9).
“Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən”
(“Bəqərə”, 2/32).