6 Hissə – Sularda Qərq Olmuş Firon

"Eynilə firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini batırdıq. Onların hamısı zalim idi!"
("Ənfal" surəsi, 8/54).

Qədim Misir mədəniyyəti öz dövrünün qədim sivilizasiyalarından və ən qabaqcıl sosial quruluşu olan güclü dövlətlərindən biri hesab edilir. E.ə. 3000-cü ilə yaxın yazının əmələ gəlməsi və işlənilməsi, Nilin suyundan istifadə edilməsi, xarici hücumlardan qoruyan təbii-coğrafi şərait - bütün bunlar Misir mədəniyyətinin inkişafına təkan verirdi.

Ancaq bu "sivil" mədəniyyət politeist kult və fironlara itaət üzərində bərqərar olmuşdu. Misir Qurani-Kərimin ayələrində dinsizliyin mərkəzi kimi qeyd edilir. Misir fironları öz uğurları ilə lovğalanır və özlərini tanrı hesab edərək Allahın həqiqətindən üz döndərirdilər. Ancaq nə qabaqcıl mədəniyyəti, nə ictimai-siyasi quruluşu, nə də hərbi nailiyyətləri onları ilahi qəzəbdən və ölümdən qurtarmadı.

Fironların Nüfuzu

Misir sivilizasiyasının inkişafı əsasən münasib iqlim şəraiti və Nil çayının bərəkəti sayəsində mümkün oldu. Misirlilər Nil vadisində məskunlaşmışdılar və onlar bu çayın bol suyu sayəsində yağış mövsümündən asılı olmayaraq əkinçiliklə məşğul ola bilirdilər. Bu barədə alman tarixçisi Ernst Qombrih deyir:

"Afrika isti qitədir. Burada aylarla yağış olmur. Buna görə də bu böyük qitənin əksər rayonları quraqlığa meylli idi. Bu yerlər qum səhraları ilə əhatə olunmuşdur. Misir də istisna deyil. Elə Misirin özündə də az yağış yağır. Ancaq orada buna ehtiyac yoxdur, çünki Nil çayı bütün bu ölkə boyunca axıb keçir. Bu dərəcədə böyük strateji əhəmiyyət kəsb edən Nilə nəzarət etmək ən vacib ticarət və əkinçilik mənbəyinə nəzarət etmək demək idi. Fironlar Misir üzərində öz təsirlərini məhz bu yolla bərqərar etdilər".33

Nil vadisinin uzunsov və ensiz olması misirlilərə öz ərazilərini genişləndirməyə və yaşayış məskənlərini böyütməyə imkan vermirdi və buna görə də iri şəhərlərdən ibarət olan ölkənin əvəzinə daha kiçik yaşayış məskənlərindən və kəndlərdən ibarət sivilizasiya formalaşmışdı. Bu amil də fironun xalq üzərində hakimiyyətinin möhkəmlənməsinə yardım edirdi.

Məlumdur ki, e.ə. təxminən 3000-ci ildə hökmdar Menes Yuxarı və Aşağı Misiri ilk dəfə iri unitar dövlət halında birləşdirdi və ilk Misir fironu oldu. "Firon" (və ya "firaun") epiteti bir vaxtlar Misir hökmdarlarının sarayına münasibətdə işlədilirdi. Ancaq zaman keçdikcə bu ləqəbin də mənası dəyişdi və ondan Misir hökmdarlarının titulu kimi istifadə edildi. Misir hökmdarları bu yolla "firon" adlandırıldılar.

Ölkənin bütün torpaqlarını özlərinə tabe edərək sonsuz hakimiyyət sahibi olan fironlar Qədim Misir tanrılarının politeist iyeraraxiyasında ali səcdəgah "mücəssəməsi" kimi qəbul edilirdilər. İdarəçilik, Misir torpaqlarının gəlirlərinin bölüşdürülməsi, yəni bütün istehsal və satış sistemi yalnız fironlara işləyirdi.

İdarəçiliyin və hakimiyyətin mərkəzləşdirilməsi fironları böyük hakimiyyətə və var-dövlətə yiyələndirərək hökmdara çevirdi. Hələ ilk sülalənin yaranması dövründən Yuxarı və Aşağı Misiri birləşdirən hökmdar Menes bütün ölkə boyu suvarma arxlarının tikintisinə başladı ki, Misir torpaqlarını və ölkənin məhsuldar torpaqlarının sahəsini genişləndirmək imkanını təmin etsin. Bundan əlavə, məhsulların və xidmətlərin istehsalı mərkəzləşdirilmiş və fironun əlində cəmlənmişdi. Hökmdar öz növbəsində bu məhsul və xidmətləri xalqının ehtiyacından asılı olaraq bölüşdürürdü. Misir hökmdarları ölkədə belə hakimiyyət sistemi quraraq ölkənin bütün əhalisini özlərinə tabe etdilər. Misir hökmdarı və ya firon xalqının bütün ehtiyacını təmin edən sonsuz hakimiyyətin müqəddəs sahibi sayıldı və beləliklə, ilahiləşdi. Zaman keçdikcə fironlar özləri də öz ilahiliklərinə möhkəm inanırdılar.

Budur, Qurani-Kərim ayələrinin birində fironla Musa peyğəmbər arasındakı dialoq və Musanın ünvanına olan hədələr haqda bəhs edilir: "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" ("Şuəra" surəsi, 26/29) və ya xalqa bu sözlərlə müraciəti "Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm" ("Qəsəs" surəsi, 28/38).

Misirlilərin Dini Etiqadı

Egyptians

Mısırlıların dini inançlarının temelinde tanrılarına hizmet etme düşüncesi vardı. Bu tanrılarla insanlar arasındaki "aracılar" ise, kavmin önde gelenleri arasında yer alan rahiplerdi. Aynı zamanda büyücülükle de uğraşan rahipler, firavunların halkı etki altında tutmak için kullandıkları çok önemli bir sınıfı oluşturuyorlardı.

Tarixçi Herodotun sözlərinə görə, Qədim Misirin sakinləri bütün dünyada ən "dindar" insanlar idilər, ancaq onların inamı həqiqət dini deyil, əxlaqsız çoxtanrılıq dini idi.

Qədim Misir sakinlərinin rifahı ölkənin təbii-coğrafi şərtlərindən birbaşa asılı idi. Misirin mövqeyi ölkəni xarici təcavüzdən etibarlı şəkildə qoruyurdu. Misir səhralar, dağlar və dənizlərlə əhatə olunmuşdu. Ölkəyə aparan iki yol var idi və bu yerlərin mühafizəsi Misir ordusu üçün heç bir çətinlik törətmirdi. Beləliklə, misirlilər başqa ölkələrdən təbii şərtlər sayəsində təcrid olunmuşdular. Ancaq zaman bu təcridolmanı kor mübtəlalığa çevirdi. Yeniliklər misirlilərə yad idi, din məsələlərində isə tam mühafizəkarlıq hökm sürürdü. Quranda tez-tez adıçəkilən "əcdadların dini" onların sarsılmaz dəyərləri oldu.

Bax, buna görə Musa və Harun peyğəmbərlər fironu və onun ətrafındakıları əsl dinə çağıranda onlar bundan aşağıdakı sözlərlə üz döndərdilər: "Onlar: "Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!" - dedilər" ("Yunus" surəsi, 10/78).

Qədim Misirin dini bir neçə qanada ayrılırdı. Bu, əsasən, ölkənin rəsmi dini, həmçinin axirətlə, yəni ölümdən sonrakı həyatla bağlı xalq etiqadları və xurafatları idi.

Ölkənin rəsmi dininə görə, firon müqəddəs hesab edilirdi. O, Yer üzündə Qədim Misir tanrılarının "inikası" idi, onun borcu insanlar arasında ədaləti yaymaq və onları bu dünyada qorumaq idi.

Xalq arasında yayılmış xurafat son dərəcə dolaşıq və ziddiyyətli idi. Dövlətin rəsmi dini ilə bir arada gedən bu əminlərin təzahürlərinin qarşısını firon hakimiyyəti alırdı. Xalqın xurafatanın əsasında bir qayda olaraq mifik məxluqlar kimi təqdim edilən heyvan başlı və insan bədənli tanrılara itaət dayanırdı. Lakin burada yalnız Qədim Misirin ayrı-ayrı rayonlarına xas olan adətlərlə qarşılaşmaq olar.

Qədim Misir xurafatları arasında əsas yeri ölümdən sonrakı həyat tuturdu. Qədim misirlilər bədən öldükdən sonra ruhun yaşadığına inanırdılar. Hesab edilirdi ki, mələklər mərhumun ruhunu tanrı-hakim və qırx iki şahid-hakim qarşısında duracağı yerə aparırlar. Məhkəmədə ruhun ürəyini çəkən tərəzi quraşdırılırdı. Yaxşı əməlləri üstünlük təşkil edənləri onların xoşbəxtlik və bolluq içində yaşayacağı rifahlı iqamətgaha köçürürdülər. Günahları yaxşı əməllərini üstələyənlərin ruhu isə sonsuz əzab çəkilən yerə köçürülürdü. Burada onlar "ölü yeyənin" törətdiyi əbədi iztirablara məruz qalırdılar.

Misirlilərin xurafatı ilə axirətin təkallahlıq dini əsasında yozulması arasındakı paraleli görməmək mümkün deyil. Hətta ölümdən sonrakı həyata inam da sübut edir ki, əsl dinin əks-sədası Qədim Misir sivilizasiyasına gedib çatmışdı. Ancaq zaman keçdikcə bu da təhrif edildi və nəticədə çoxallahlıq dininə çevrildi. Məlumdur ki, insanları Allahın təkliyinə və Ona səcdə etməyə çağıran peyğəmbər və elçilər Misirə müntəzəm olaraq göndərilirdi. Onlardan biri həyatı Quranda ətraflı təsvir edilən Yusif peyğəmbərdir. Yusif peyğəmbərin həyatı ona görə vacibdir ki, onun həyatı İsrail oğullarının Misirə köçürülməsi və onların burada yerləşdirilmə tarixini izləməyə icazə verir.

Digər tərəfdən, tarixi mənbələrdə həmçinin Musa peyğəmbərin gəlişindən əvvəl öz xalqını monoteist dininə çağıran misirlilər haqda danışılır. Bütün Misir tarixində özünə daha çox diqqət cəlb edən insan - firon IV Amenxotep deyilənlərə əyani misaldır.

Monoteist-Firon - IV Amenxotep (Amenofis)

IV. Amenofis

IV. Amenhotep

Misir fironları öz xalqlarına münasibətdə amansız və zülmkar siyasət yürüdürdülər. Onların ümumi xüsusiyyəti özlərini ilahiləşdirməyə icazə verən Misirin politeist dininin ardınca getmələri idi.

Ancaq Misir tarixində başqalarından seçilən bir firon da var idi, o, Vahid Tanrıya inanmağın vacibliyini bildirir, buna görə onların əsgərlərini himayə edən Amon kahinləri tərəfindən təqib edilirdi. Nəhayət, o, öldürüldü. Söhbət e.ə. 14-cü əsrdə taxta çıxmış firon IV Amenxotepdən gedir.

E.ə. 1375-ci ildə IV Amenxotep hakimiyyətə gələndə çoxəsrlik özüllərlə - mühafizəkarlıq və ənənəçiliklə üz-üzə qaldı. O vaxta qədər ictimai quruluş və xalqın hakim sarayla qarşılıqlı münasibətləri heç bir dəyişikliyə məruz qalmamışdı. Cəmiyyət hər cür dini yenilikdən və ölkədən kənar hadisələrdən təcrid edilmişdi. Qədim yunan səyyahlarının da gördüyü bu şüursuz konservatizm Misirin təbii-coğrafi şəraitindən doğurdu.

Fironların xalqa caladığı rəsmi din insanları köhnə və ənənəvi quruluşa mütləq sadiq olmağa məcbur edirdi. Amma IV Amenxotep bu dövlət dinini qəbul etmirdi. Tarixçi Ernst Qombrix belə yazır:

"Qədim ənənələrlə müqəddəs sayılmış əksər özülləri rədd edib xalqının bu cür qeyri-adi şəkildə təsvir edilən mənasız tanrı çoxluğuna hörmət etmək istəmədi. Onun üçün yeganə böyük tanrı - Aton mövcud idi. O, Atona səcdə edir və onu günəşlə eyniləşdirirdi. Başqa tanrılara hörmət bəsləyənlərin mənfi təsirindən qorunmaq üçün o, öz iqamətgahını indiki Əl-Amarna köçürdü".34

Gənc IV Amenxotep atasının ölümündən sonra cəmiyyətin güclü təzyiqi altına düşdü. Belə ki, o, Qədim Misirin ənənəvi politeist dininin dəyişdi, tək tanrıya səcdəyə əsaslanan ayin tətbiq etdi və həyatın bütün sahəsində əsl dəyişikliklər etdi.

Ancaq Tebesin əyanları ona yeni dini yaymağa icazə vermədi. IV Amenxotep və onun tərəfdarları Tebes şəhərini tərk edib Tell-Əl-Amarnada məskunlaşdılar. Burada Ax-et-Aton adlanan yeni şəhər salındı. Amenxotep özünün "Amonun razılığı" anlamına gələn adını (Amon Qədim Misir bütpərəst dinində ali ilahiliyin əsas totemi idi) yeni Ax-en-Aton (Exnaton), yəni "Atona səcdə edən" adına dəyişdirdi. Amenxotep israr edirdi ki, yalnız tanrı Aton yeganə "göylərin və yerin yaradıcısı" idi. Bu, Misirdə Yeganə Tanrıya inamı etiraf və qəbul etməyə ilk belə cəhd idi.

Bununla razılaşmayan Amon kahinləri həm də ölkəni bürümüş iqtisadi böhrandan istifadə edərək hakimiyyəti Exnatonun əlindən almaq qərarına gəldilər. Onların təşkil etdiyi sui-qəsd nəticəsində Exnatonu zəhərlədilər, sonrakı fironlar isə yalnız kahinlərin əmrlərini yerinə yetirməkdə davam edirlər.

Exnatondan sonra hakimiyyətə gələn fironlar hərbi mənsubiyyətə malik idi. Onlar keçmişin bütpərəst qanunlarını geri qaytarmaq üçün xeyli əmək sərf etdilər və ənənəvi politeist dinini yenidən yaydılar.

Yüz ildən sonra hakimiyyətə Misirin tarixi boyunca ölkəyə ən uzun müddət hökmranlıq edən II Ramzes gəldi. Əksər tarixçilərin fikrincə, bir vaxtlar İsrail oğlullarını əsarət altına salan və Musa peyğəmbərə qarşı mübarizə aparan firon məhz II Ramzesdir.35

Hz.Musanın Gəlişi

Qədim misirlilər öz kor-koranə sədaqətinə və cahilliklərinə görə bütpərəst xurafatını əldən buraxmırdılar. Yalnız Tək və Uca Allaha səcdə etməyə çağıran insanlar gəlirdilər, ancaq firon və xalqı yenə də adət etdikləri ədəbsiz dinə dönürdülər. Zaman gəldi, Allah Musa peyğəmbəri İsrail oğullarını əsarət altına salan və əsl dinin yerinə bütpərəstliyi seçən misirlilərə nəsihətçi göndərdi. Musa peyğəmbərin missiyası misirliləri Həqiqət dininə çağırmaqdan, həmçinin İsrail oğullarına həqiqi yol göstərərək onları əsarətdən xilas etməkdən ibarət idi. Qurani-Kərim Musa peyğəmbərin nəsihətnaməsi haqda bizə belə xəbər verir:

"Biz inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən olduğu kimi söyləyəcəyik. Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. Onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi! Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. Və onları yer üzündə erləşdirib möhkəmləndirmək, Firona, Hamana və ordularına onların qorxub çəkindikləri şeyi göstərək" ("Qəsəs" surəsi, 28/3-6).

Firon İsrail oğullarının sayının artmasına mane olmaq üçün bütün təzə doğulan oğlan uşaqlarını öldürməyi əmr etdi. Musa peyğəmbərin anası Allahın buyurduğu kimi, balaca Musanı səbətə qoyub çaya buraxdı. Bu yol Musanı fironlar sarayına gətirəcək yol idi. Bu haqda Quranda belə deyilir:

"Biz Musanın anasına: "Onu əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!" - deyə bildirdik. Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı götürüb gəldilər. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər. Fironun qadını dedi: "Bu uşaq mənim də, sənin də göz bəbəyimiz olsun. Onu öldürməyin. Ola bilsin ki, bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!" Onlar bilmirdilər" ("Qəsəs" surəsi, 28/7-9).

Fironun həyat yoldaşı balaca Musanın öldürülməsinə mane oldu və onu oğulluğa götürdü. Musa peyğəmbər uşaqlığını fironlar sarayında keçirdi. Allahın iraləsi ilə peyğəmbərin doğma anası da saraya dayə kimi işə götürüldü.

İllər keçdi və bir gün böyümüş Musa peyğəmbər misirlilərin İsrail oğullarından birini sıxışdırmasının şahidi oldu və dərhal onun mühafizəsinə qalxaraq misirlini bir zərbə ilə öldürdü. Musa peyğəmbərin sarayda yaşamasına və hökmdarın xanımının onu oğulluğa götürməsinə baxmayaraq, şəhər əyanları Musanı ölüm cəzasına məhkum etdilər. Musa peyğəmbər Misiri gizlicə tərk etməyə məcbur oldu və Mədyənə köçdü. Günlərin bir günü Allah ona müraciət edəcək və ona peyğəmbərlik missiyasını tapşıracaqdı: o, fironun yanına dönməli və onu Allahın dininə çağırmalı idi.

Fironun Sarayındakı Hadisələr

ancient Egyp

Firavun'un zulmettiği köle kavimler. Özellikle Yeni Krallık döneminde, ülkede yaşayan azınlıklar imar işlerinde çalıştırılmaya başlandı. İsrailoğulları da bu azınlıklar arasında yer alıyordu. En üstteki resimde bir tapınak inşaatında çalışan ve büyük bir ihtimalle İsrailoğulları'ndan oldukları tahmin edilen köleler görülüyor. Alttaki büyük resim ise yine İsrailoğulları olarak tahmin edilen kölelerin inşaat işleri için teknik hazırlıklarını gösteriyor. Köleler ateşte çamur pişirerek tuğla yapıyor ve harç hazırlıyorlar.

Allahın buyurduğu kimi, Musa və Harun peyğəmbərlər fironun yanına gəldilər və onları düzgün yola dəvət etdilər. Onlar həmçinin hökmdardan İsrail oğullarını azad etməyi və onlarla birgə buraxmağı istədilər. Firon öz sarayında böyütdüyü və taxt-tacını vermək istədiyi Musa peyğəmbərin birdən-birə ona belə sözlər deməsi ilə heç cür barışa bilmədi. Qəzəblənmiş firon onu nankorluqda günahlandırdı:

"Dedi: "Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? Axırda elədiyini də elədin. Sən nankorun birisən!" ("Şuəra" surəsi, 26/18-19).

Firon Musa peyğəmbərin hissləri ilə oynayaraq ona yaxınlaşmağa çalışırdı. Düşünürdü ki, Musa tabe olacaq, axı onu firon tərbiyələndirib. Üstəlik, o, artıq bir misirlini öldürüb. Onların iddiasına görə, bu cür hərəkətlər ağır cəzaya layiq idi. Fironun fikrincə, təqsirkar oğlunun geri qayıtma və tövbə etmə səhnəsi eyni zamanda nüfuzlu əyanları sakitləşdirməli idi. Əyanlar isə öz növbəsində fironun etirazlarını və narazılığını ədalətli hesab edərək onu haqlı sayırdılar.

Digər tərəfdən, Musanın insanları dəvət etdiyi Həqiqət dini fironun hakimiyyətdən məhrum edib onu başqa insanlarla bir sıraya qoyacaq, tanrının yerdəki müqəddəs varisi statusundan məhrum edəcəkdi. Bundan əlavə, o, Musa peyğəmbərə tabe olmalı idi. Əsarət altına salınmış İsrail oğullarını azad etdikdə isə o, xeyli işçi qüvvəsindən məhrum olacaq, bu da böyük iqtisadi çətinliklər yaradacaqdı.

Firon Musanın sözlərindən qəzəbləndi, hətta peyğəmbəri eşitmək belə istəmədi. O, peyğəmbəri gülünc vəziyyəti salmaq və çaşdırmaq üçün ona mənasız suallar verməyə başladı. Həmçinin firon Allahın elçilərini dövlət quruluşuna qəsd etməkdə günahlandıraraq onları siyasi cani və xəyanətkar adlandırdı. Nəticədə nə firon, nə də onun ətrafındakılar Musa və Harun peyğəmbərlərə tabe olmadılar, Allahın çağırışına qulaq asmadılar və özlərini və ölkələrini elə öz lovğalıqları ucbatından saysız əzablara məhkum etdilər.

II. Ramses

Birçok tarihçiye göre Kuran'da bahsi geçen firavun olan II. Ramses, ele geçirdiği esirlerden bir kısmını öldürmek üzere. Bu duvar resimlerinden de anlaşılacağı gibi firavunlar, kendilerini idealize ettirerek güçlü savaşçılar olarak tasvir ettiriyorlardı. Sanatkarları tarafından geniş omuzlu, uzun boylu ve aynı anda birkaç kişiyle baş edebilen kahramanlar olarak gösteriliyorlardı. Kendilerini sözde tanrısal varlıklar olarak gördüklerinden, diğer tüm insanlardan üstün gözükmeye çalışıyorlardı.

Pharaoh

Solda: Firavunların diğer insanlardan üstün olduklarını sembolize eden bir resim..
Sağda: Mısırlılar tarafından yakalanan savaş esirleri ölüm cezalarının infaz edilmesini beklerken.

Fironun Və Onun Ölkəsinin Başına Gələn Fəlakətlər

"Bütün ölkə yoxsulluq və ehtiyac içindədir... Hər yer qana bürünüb...” İpuveranın papirusu, 2/5-6

Firon və onun ətrafındakılar özlərini "əcdadların dini" olan bütpərəstlik ayininə o qədər fanatikcəsinə bağlamışdılar ki, ondan əl çəkməyə heç cür razılaşa bilmirdilər. Hətta Musa peyğəmbərin əlinin birdən-birə ağarması və Allahın onun əlindəki əsanı ilana döndərməsi kimi möcüzəli əlamətlər də əxlaqsız xalqa sübut üçün yetmədi və onları düzgün yola çıxarmadı. Onlar dedilər:

"Dedi: "Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!" ("Əraf" surəsi, 7/132).

Buna cavab olaraq Allah onlara "ayrı-ayrı möcüzələr" ("Əraf" surəsi, 7/133) kimi bir-birinin ardınca fəlakətlər yağdırdı ki, onları bu dünyada cəzalandırsın. Əvvəlcə quraqlıq baş verdi ki, bu da məhsulun azalmasına səbəb oldu. Bu haqda Quranda belə deyilir:

"Biz Firon əhlini qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!" ("Əraf" surəsi, 7/130).

Misirlilərin əkinçiliyi Nil suları sayəsində mümkün olur və iqlim dəyişiklikləri ona mühüm təsir etmirdi. Ancaq firon və onun saray əyanları Allah qarşısında lovğalanaraq Onun elçisindən üz döndərdilər və özlərini gözlənilməz fəlakətlərə düçar etdilər. Çox güman ki, Nil sularının səviyyəsi kəskin şəkildə aşağı düşdü və çaydan gələn suvarma arxları sahələri lazımi miqdarda su ilə təmin edə bilmədi. Qızmar bürkü isə məhsulun qalan hissəsini də məhv etdi. Beləliklə, firon və əyanları tamamilə gözlənilməz şəkildə böyük çətinliklərə düşdülər. Axı ölkənin bütün var-dövləti və qüvvəsi Nil boyunca uzanan məhsuldar torpaqların sayəsində təmin olunurdu. Allah xalqa bu sözlərlə müraciət edən fironu bu quraqlıqla qəti rədd etdi: "Firon öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?!" ("Zuxruf" surəsi, 43/51). Ancaq bu fəlakətlər də misirlilərin ağlını başına gətirmədi, ayədə deyildiyi kimi, onlar baş verənləri Musa peyğəmbərin və İsrail oğullarının özləri ilə gətirdiyi bədbəxtlik kimi qəbul etdilər. Onlar düşdükləri fəlakətlərə görə mövhumat və xurafat ucbatından peyğəmbərləri günahlandırdılar və buna görə çox şeydən məhrum oldular. Ancaq onların əzabları bununla bitmədi. Bu, yalnız başlanğıc idi. Bunun ardınca Quranda deyilən kataklizmlər və dərd axını başladı:

"Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, çəyirtkə və həşərat, qurbağa və qan göndərdik. Onlar yenə də özlərinə sığışdırmayıb kafir bir tayfa oldular" ("Əraf" surəsi, 7/133).

Fironun və onun ətrafındakı kafirlərin başına gələn fəlakətlər Tövratda da Qurandakı kimi ətraflı təsvir edilir:

"Əgər sən buraxmaq istəməsən, mən sənin bütün sərhədələrini qurbağalarla vuracağam. Və çay qurbağalarla dolub-daşacaq. Sənin evinə, yataq otağına, yatağına çıcacaqlar. Bəndələrimini evlərinə və xalqına və sobalarına və xamır qablarına girəcəklər" ("Çıxış", 8/2-3).

"Və Rəbb Musaya dedi: "Haruna de: "Dəyənəyini uzat və yerin tozuna vur. Ta bütün Misir diyarında qum fırtınası olsun" ("Çıxış", 8/16).

"Və bütün Misir diyarına çəyirtkə çıxdı. Misirin hər tərəfində oldu. Həddindən artıq çox idilər. Bundan əvvəl bu qədər çəyirtkə və bunlar kimisi olmamışdı. Ondan sonra da beləsi olmayacaqdır" ("Çıxış" 10/14).

"...fəqət Rəbbin söylədiyi kimi fironun ürəyi qatılaşdı və onlara qulaq asmadı" ("Çıxış", 8/19).

Pharaoh, Ramses II

II. Ramses atlı savaş arabasının üzerinde büyük bir düşman topluluğunun üzerine "kahramanca" giderken. Birçokları gibi bu da Firavun'un ressamlarına emrederek çizdirdiği hayali senaryolardan birisidir. Kadeş Savaşı. II. Ramses ile Hititler arasında geçen bu mücadele, Firavun tarafından büyük bir galibiyet olarak tarihe geçirildi. Oysa Firavun ölümden son anda kurtulmuş ve barış imzalamak sorunda kalmıştı.

Bu qorxulu fəlakətlərin fərqləndirici cəhəti o idi ki, onlar məhz insanların tanrılar kimi səcdə etdiyi bütlərə əsaslanırdı. Məsələn, Nil və ya oradakı quru qurbağaları onlar üçün müqəddəs idi, misirlilər onları ilahiləşdirmişdilər. Onlar öz "tanrılarından" kömək və rəhm gözlədikləri zaman Allah onları elə həmin "tanrıların" vasitəsilə də cəzalandırdı ki, onlar günahkar olmalarına inanıb bu günahlarını dərk etsinlər.

Təfsirçilər Tövratdakı "qan" sözünü Nil sularının qana çevrilməsi kimi izah edirlər, yəni bu söz hərfən başa düşülür. Məcazi mənada isə suyun çayda al rəng (qan rəngi) almasını ifadə edə bilər. Başqa təfsirə görə, çayın bu rəngi onda olan xüsusi bakteriyaların növü ilə izah edilir.

Nil misirlilərin yaşaması üçün əsas vasitə idi. Bu mənbəyə vurulan hər ziyan bütün Misir üçün ölüm demək idi. Görünür, Nilin suyunun rənginin qəfil dəyişməsi onda olan bakteriyaların miqdarının kəskin artması demək idi, yəni istənilən canlının onun suyundan istifadə etməsi təhlükəli idi.

Bu gün aparılan tədqiqatlar göstərir ki, suyun qırmızı rəngi onda olan protozoa (sadə birhüceyrəli canlılar), zooplankton, dəniz və çay planktonu (fitoplanton), həmçinin dinoflagellates-dən asılıdır.36 Bütün bu orqanizmlər (sadə bitkilər, göbələklər və protozoa) suda olan bütün oksigeni udur və başqa canlı orqanizmlər üçün zəhərli olan maddə buraxırlar.

ABŞ Milli Balıqyetişdirənlər Cəmiyyətindən Patrisiya A.Tester Nyu-York Elmlər Akademiyasının məcmuəsi üçün hazırladığı məqaləsində izah edir ki, ən azı əlli növ fitoplankton dəniz sakinləri üçün zəhərli və ziyanlıdır. Kanadanın Səhiyyə Nazirliyindən Evan Todd tarixi dəlillərə əsaslanaraq elə bu nəşrdə qeyd edir ki, planetin müxtəlif nöqtələrində təxminən iyirmi beş növ fitoplankton müxtəlif epidemiyalara səbəb olur. Öz növbəsində V.Karmaykl və I.Falkoner özlərilə göy-yaşıl yosunların törətdiyi xəstəliklərin siyahısını təqdim edirlər. Şimali Karolina Dövlət Universitetindən olan dəniz ekoloqu Coanna M.Berhholder Pfiesteria riscimorte adlı dinoflagellates haqda danışır. Adından da göründüyü kimi, bu, balıqları öldürən növdür.

The War of Kadesh

Kadeş Savaşı. II. Ramses ile Hititler arasında geçen bu mücadele, Firavun tarafından büyük bir galibiyet olarak tarihe geçirildi. Oysa Firavun ölümden son anda kurtulmuş ve barış imzalamak sorunda kalmıştı.

Bəlkə fironun zamanında da silsilə faciələr zənciri yer alırdı. Nilin bu yoluxma ssenarisinə görə, yəqin bütün balıqlar ölüb və misirlilər daha bir əsas qidalanma mənbəyindən məhrum olublar. Kürüsü balıqlar tərəfindən yeyilməyən quru qurbağaları bu zaman sürətlə artıb törədilər və ətrafı bürüdülər. Ancaq tezliklə onlar da zəhərləndilər. Nil sularındakı balıqların və quru qurbağalarının cəsədi, onlarla bərabər isə zəhər məhsuldar torpaqları zəhərlədi. Quru qurbağalarının ölməsinin ardınca isə çəyirtkə və buğda güvəsi kimi həşəratların nəzarətsiz və kütləvi şəkildə çoxalması baş verdi.

Bir sözlə, faciələr necə baş versə də, nə cür təsir göstərsə də nə firon, nə də onun xalqı baş verənlərdən heç bir dərs almadı və Allah qarşısında tövbə etmədilər. Onlar Allahın qarşısında əvvəlki tək lovğalanmaqda davam edirdilər.

Firon və onun ətrafı o qədər ikiüzlü və riyakar idi ki, ürəklərində Allah-Təalanı və Musa peyğəmbəri aldatdıqlarını düşünürdülər. Yalnız başlarına bu qorxulu cəza gəldikdə Musa peyğəmbəri çağırdılar və onları bu bəladan qurtarmağı dilədilər:

"Onlara əzab gəldikdə dedilər: "Ya Musa! Səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə göndərəcəyik". Elə ki əzabı bir müddətə onlardan götürdük, dərhal əhdi pozdular" ("Əraf" surəsi, 7/134-135).

Misirdən Çıxma

Allah fironu və onun əyanlarını cəzadan qorunmaqla bağlı Musa peyğəmbərin vasitəsilə xəbərdar etdi. Onlar isə Allaha qarşı qiyamla cavab verdilər və Musanı yalançılıqda və ağılsızlıqda günahlandırdılar. Ancaq Allahın qəzəbi böyük idi. Allah onları təhqiramiz və alçaldıcı bir ölümə məhkum etdi və peyğəmbərə bu haqda xəbər verdi:

"Musaya belə vəhy etdik: Qullarımla birlikdə gecə yola çıx. Siz şübhəsiz ki, təqib ediləcəksiniz!" Firon şəhərlərə yığanlar göndərdi. "Şübhəsiz ki, bunlar kiçik bir tayfadır!

Onlar bizi qəzəbləndirmişlər. Biz isə qüvvətli bir camaatıq!" Nəhayət, Biz onları bağlardan və bulaqlardan çıxartdıq, xəzinələrdən və gözəl yerdən kənar etdik. O yerlərdən onları beləcə çıxartdıq və İsrail oğullarını

oralara varis etdik. Günəş doğduqda onların arxasınca düşdülər. İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın

camaatı dedi: "Artıq yaxalandıq!"" ("Şuəra" surəsi, 52-61).

İsrail oğulları xilas olmağa bütün ümidlərini itirdiyi, fironun adamları isə öz məqsədlərinə çatdığını hesab etdiyi bir şəraitdə Musa peyğəmbər Allahın köməyinə ümidini itirməyərək öz xalqına belə dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!" ("Şuara" surəsi, 26/62).

Elə bu zaman Allah dəniz sularını yardı və Musanı İsrail oğulları ilə birlikdə xilas etdi, onlara dənizin dibinədək keçməyə imkan yaratdı. Firon və adamları isə sıxlaşdırılmış qəzəbli dalğalar altında həlak oldular:

"Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" O dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu. O biriləri də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri isə suya qərq etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! ("Şuəra" surəsi, 26/63-68).

Musa peyğəmbərin əsası möcüzəvi xüsusiyyətlərə malik idi. Allah Musaya ilk vəhyini nazil etdikdə bu əsanı ilana döndərdi, sonra isə elə həmin əsa fironun cadugərlərinin sehrini uddu. İndi Musa həmin o əsa ilə dənizi yarırdı. Bu, Allahın Öz elçisinə bəxş etdiyi möcüzələrdən biri idi.

Bu Hadisə Harada Baş Verib: Misirin Aralıq Dənizi Sahillərində Yoxsa Qırmızı Dənizdə?

Musa peyğəmbərin dənizi keçdiyi yerə dair məsələdə yeganə fikir yoxdur. Quranda da bu hadisənin təfsilatları verilmədiyinə görə hansısa gümanın mübahisəsizliyinə əmin ola bilmərik. Bəzi mənbələrə görə, bu hadisə Misirin Aralıq dənizi sahillərində baş verib. İudaika ensiklopediyasında bu haqda belə deyilir:

"Hazırda geniş yayılmış fikrə görə, bu hadisə Aralıq dənizi sahillərində dənizdən ayrılmış kiçik göllərin birində baş verib".37

Hadisə II Ramzesin hakimiyyəti dövründə, ehtimal ki, Kadeş məğlubiyyətindən sonra baş verə bilərdi. Əhdi-ətiqin "Çıxış" kitabında deyilir ki, bu hadisənin baş verdiyi yer Miqdol və Vaal-sefondur, bu isə Nilin deltasının şimal hissəsindədir.38

Bu nöqteyi-nəzər Əhdi-ətiqə arxalanır. Əhdi-ətiqin "Çıxış" kitabının tərcüməsində deyilir ki, firon və onun adamları Qırmızı dənizin sahillərində qərq olublar. Lakin bu versiyanın tərəfdarlarına görə, "Qırmızı dəniz" kimi tərcümə edilən söz əslində "Sea of Reeds" deməkdir. Əksər mənbələrdə bu söz "Red Sea" sözləri ilə eyniləşdirilmiş və o yerə (Qırmızı dənizə) də aid edilmişdir. Hərçənd "Sea of Reeds" "Qamış dənizi" deməkdir və bu sözdən Misir sahillərinə münasibətdə istifadə edilir. Bundan əlavə, Tövratda Musa peyğəmbər və onun adamlarının getdiyi yol haqda danışıldıqda Miqdol və Vaal-Sefon kimi adlar keçir, bu isə Misirin Aralıq dənizi sahillərində Nil deltasının düz şimalında yerləşir. Qamış dənizi öz mənasını sayəsində hadisənin Misir sahillərində baş verməsi ehtimalını artırır, çünki bu ərazidə onun adına uyğun olaraq və deltanın su ilə gətirdiyi torpaqlar sayəsində qamış bitir.

Fironun Və Onun Ordusunun Məhv Olması

II.Ramses

Quran bizə İsrail xalqının dənizdən keçməsinin təfsilatlarını bildirir. Belə ki, Musa peyğəmbər adamları ilə Misiri tərk etmək üçün yola düşür. Ancaq firon onun xoşuna gəlməyən nəticə ilə barışmaq istəmir. Buna görə də firon və onun qoşunu möminlərin ardınca "zalimcəsinə və düşməncəsinə" ("Yunus", 90) atılır. Onlar düz dənizin yanında onlara çatırlar. Bunu görə bəzi İsrail oğulları Musanı qınamağı başlayırlar. Tövratda onlar deyirlər:

Onların bu zəiflikləri haqda Quranda belə bəhs eddilir:

“İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: "Artıq yaxalandıq!"" ("Şuəra" surəsi, 26/61).

Əslində, Allaha inamlarında möhkəm olmayan, Ondan köməyə ümidlərini itirmiş İsrail oğullarının bu cür hərəkəti özünü ilk və sonuncu dəfə büruzə vermirdi. Onlar əvvəl də Musa peyğəmbəri təqsirləndirmişdilər:

"Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik..." ("Əraf" surəsi, 7/129).

Halbuki Musa heç də şübhə etmədi, çünki o, hər şeydə Allah-Təalanın rəhminə arxalanırdı. Axı hələ mübarizənin lap əvvəlində Allah peyğəmbəri əmin etmişdi ki, ondan Öz köməyini bir anlıq da olsa əsirgəməyəcək:

"Allah buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, eşidirəm və görürəm!" ("Taha" surəsi, 20/46).

İlk dəfə fironun sehrbazları ilə qarşılaşdıqda Musanın "canına qorxu düşdü" ("Taha" surəsi, 20/67). Bunun ardınca Allah ona dedi: "Qorxma, üstün gələcək mütləq sənsən!" ("Taha" surəsi, 20/68).

İndi isə onun xalqından olan adamlar fironun qoşunu qarşısında qorxu keçirdikdə Musa onlara dedi:

"Musa dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!"" ("Şuəra" surəsi, 26/62).

Allah peyğəmbərinə əsasını dənizə vurmağı buyurdu: "Dəniz dərhal yarıldı və hər hissə böyük bir dağ kimi oldu" ("Şuəra" surəsi, 26/63).

Elə gəlirdi ki, firon bu cür möcüzəni görüb baş verənlərin fövqəladəliyini və bunda birbaşa Allahın müdaxiləsinin olduğunu dərk etməli idi. Dəniz Onun öldürmək istədiklərinin qarşısında aralandı. Ancaq heç nəyə baxmayaraq onları izləyənlər aralanmış suların arası ilə İsrail oğullarının ardınca getdilər. Qəzəblənmiş firon və qoşunu ağıllarını itirdilər və olanların gözlənilməz olduğunu dərk edə bilmədilər.

Fironun həyatının son anları Quranda belə təsvir edilir:

"İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalimcəsinə və düşməncəsinə onların arxasınca düşdülər. Firon batacağı anda: "İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq təslim olanlardanam!" - dedi" ("Yunus" surəsi, 10/90).

Burada Allahın Musaya nazil etdiyi daha bir möcüzə haqda deyilir. Bu ayəni xatırlayaq:

"Musa dedi: "Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! Sənin yolundan azdırmaq üçün verdin. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!"" ("Yunus" surəsi, 10/88).

Buradan aydın olur ki, Musa peyğəmbər Allahın istəyi ilə əvvəlcədən xəbər verdi ki, firon onu şiddətli cəza yaxalayanda iman gətirəcək. Belə ki, dəniz qovuşanda firon birdən dedi ki, o, həqiqətən inandı. Ancaq bu cür hərəkətin qeyri-səmimiliyi və riyakarlığı aydın idi.

Allah fironun riyakar tövbəsini qəbul etmədi, o və qoşunu cəzadan yaxa qurtara bilmədilər və sularda qərq oldular:

“İndimi? Halbuki əvvəlcə qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik. Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!" ("Yunus" surəsi, 10/91-92).

Firon və əsgərləri öz cəzalarını aldılar, axı onlar da başçıları kimi "günahkar" ("Qəsəs", 8) "zalım və düşmən" ("Yunus", 90) idilər, çünki onlar "yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar" ("Qəsəs", 39). Buna görə də Allahın hazırladığı cəzanı şübhəsiz ki, onlar qazanmışdılar və Allah "onu və əsgərlərini tutub dəniz atdı..." ("Qəsəs", 40).

Allah: "Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları üçün intiqam alaraq onları dənizdə batırdıq" ("Əraf" surəsi, 7/136).

Fironun ölümündən sonra baş verən hadisələr haqda Quranda belə deyilir:

"Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə varis etdik. Səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər tam yerinə yetdi..." ("Əraf" surəsi, 7/137).

Moses nine miracle

Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik. Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!"
("Yunus" surəsi, 10/92)

Qeydlər

33 Ernst H. Gombrich, Gençler için Kisa Bir Dünya Tarihi, (Translated into Turkish by Ahmet Mumcu from the German original script, Eine Kurze Weltgeschichte Für Junge Leser, Dumont Buchverlag, Köln, 1985), Istanbul: Inkilap Publishing House, 1997, p.25

34 Ernst H. Gombrich, The Story of Art, London MCML, The Phaidon Press Ltd., p. 42

35 Eli Barnavi, Historical Atlas of The Jewish People, London: Hutchinson, 1992, p. 4; "Egypt", Encyclopedia Judaica, Vol. 6, p. 481 and "The Exodus and Wanderings in Sinai", Vol. 8, p. 575; Le Monde de la Bible, No:83, July-August 1983, p. 50; Le Monde de la Bible, No:102, January-February 1997, pp. 29-32; Edward F. Wente, The Oriental Institute News and Notes, No:144, Winter 1995; Jacques Legrand, Chronicle of The World, Paris: Longman Chronicle, SA International Publishing, 1989, p. 68; David Ben Gurion, A Historical Atlas Of the Jewish People, New York: Windfall Book, 1974, p. 32

36 http: / / www2.plaguescape.com / a / plaguescape /

37 "Red Sea", Encyclopedia Judaica, Volume 14, pp.14-15

38 David Ben-Gurion, The Jews in Their Land, New York: A Windfall Book, 1974, pp.32-33

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Giriş : Keçmişdəki Xalqlar
  • 2 Hissə – Həzrəti İbrahimin Həyati
  • 1 Hissə – Nuh Tufani
  • 3 Hissə – Lut Peyğəmbərin Xalqi və Alt-Üst Edilmiş Şəhər
  • 4 Hissə – Ad Qövmü və Qumluqlarin Atlantidasi - Ubar
  • 5 Hissə – Səmud Xalqı
  • 6 Hissə – Sularda Qərq Olmuş Firon
  • 7 Hissə – Səba Xalqi və Arim Seli
  • 8 Hissə – Hz. Süleyman və Səba Hökmdari
  • 9 Hissə – Əshabi-Kəhf
  • Nəticə