Uğur ilə Hörümçək

Uğur bağçada uzanmış vəziyyətdə kitab oxuyurdu. Oxuduğu kitabdan gözlərini çəkib ətrafa baxarkən birdən gözünə ağacın budaqlarındakı hörümçək toru sataşdı. Ayağa qalxdı və hörümçək toruna bir az daha yaxınlaşdı və heyranlıqla toru araşdırmağa başladı. Bu vaxt torun yaxınlığındakı hörümçək Uğura səsləndi.

örümcek

Hörümçək: Salam dostum!

Uğur: Salam, hazırladığın torun forması çox maraqlıdır. Bu formanı necə hazırlaya bilirsən?

Hörümçək: Torumu qurmaq üçün münasib bir yer təsbit etdikdən sonra işə başlayaram. Bu yer bir künc və ya bir-birinə yaxın iki cismin arası ola bilər. Sənə ağac budaqları arasında necə tor qurduğumu izah edim. Əvvəlcə telimi budağın bir ucuna möhkəm şəkildə yapışdıraram. Budağın digər ucuna tərəf gedərkən digər tərəfdən də tel ifraz etməyə davam edərəm. Müəyyən bir məsafəyə çatdıqda durar və tel ifrazını da dayandıraram. Sonra ifraz etdiyim teli möhkəm bir şəkildə özümə tərəf çəkməyə başlayaram və ucunu yerə möhkəm şəkildə yapışdıraram. Sonra isə əmələ gələn yayın içində torumu hörməyə başlayaram.

Uğur: Mən bir ipi dartılı vəziyyətdə tutub iki divar arasında belə bir əməliyyatı əsla həyata keçirə bilməzdim. Bəs ipi dartılı vəziyyətdə tutmaq çətin olmurmu?

Hörümçək: Bu problemi necə həll etdiyimi sənə izah edim: Bəzən torumu bir-birindən uzaq budaqlar arasında quraram. Belə torlar olduqca böyük olduğundan ov tutma potensialı da böyükdür. Amma torun böyük olması vaxt ərzində gərginliyinin azalmasına səbəb olar. Bu da, ov tutmağımdakı müvəffəqiyyətimin azalması deməkdir. Torun mərkəzinə gedər, buradan yerə qədər uzanan bir tel ifraz edərəm. Telin yerə yaxın olan ucuna da kiçik bir daş bağlayaram. Sonra tora geri qayıdar və teli çəkərək daşın yerdən yuxarı qalxmasını təmin edərəm. Daş havada olarkən bağlı olduğu teli, torun ortasına yenidən möhkəm şəkildə bağlayaram. Nəticədə tor, ortasından sallanan bu daşın özünü aşağıya tərəf çəkməsiylə əlaqədar olaraq dartılar. Məhz bu qədər!

zürafa

Uğur: Bu gözəl bir üsuldur! Bəs sən belə üstün bir texnikanı hardan bilir və necə uğurla tətbiq edirsən? Üstəlik milyonlarla ildir ki, güman ki, hər hörümçək bunu edir...

Hörümçək: Haqlısan dostum. Bunu bacaracaq bir zəkaya sahib olduğumu düşünmək ağılsızlıq olardı. Bu texnikanı istifadə etməyimi mənə ilham edən, hər şeyin sahibi olan və bunları yaradan Allahdır.

Yaddan çıxartma Uğur, Allah üçün hər şey çox asandır. Allah sonsuz sayda varlıq, sonsuz sayda məkan yaratmağa qadirdir.

Uğur: İzah etdiklərin üçün təşəkkür edirəm. Allahın nə qədər güclü və üstün bir elmə sahib olduğunu, yaratdığı canlıları və bunlardakı qüsursuz dizaynları hər gördükdə daha yaxşı başa düşürəm.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Sinan ilə Termitlər
  • Cem ilə Rəngli Kəpənəklər
  • Ağacdələn ilə Serhat
  • Hakan ilə Qağayı
  • Sərdar ilə İşıldaquş
  • Bora ilə Yaşıl Qurbağa
  • Serkan ilə Uzun Ayaqlı Leylək
  • Emre ilə Suiti
  • Emre ilə Buqələmun
  • Bora ilə İt
  • Əhməd ilə At
  • Levent ilə Kenquru
  • Uğur ilə Hörümçək
  • Serkan ilə Ördək
  • Əli ilə Dəvəquşu
  • Can ilə Bal Xoşlayan Sevimli Ayı
  • Seda ilə Kirpi
  • Tolqa ilə Nəhəng Qütb Ayıları
  • Ömər ilə Balıq