Tolqa ilə Nəhəng Qütb Ayıları

Tolqa ilə anası yay tətili üçün hara gedəcəklərinə qərar verməyə çalışırdılar. Anası bir səyahət agentliyinə gedib müxtəlif ölkələrin təqdimat kitabçalarına baxaraq qərar vermələrini təklif etdi və birlikdə bir səyahət agentliyinə getdilər. Ofisə girər-girməz, divarlardan asılmış olan, daha əvvəl görmədikləri yerlərə aid plakatlarla qarşılaşdılar. Anası səlahiyyətli şəxslərlə danışarkən, Tolqa da tək-tək plakatları araşdırmağa başladı.

Tolqa bir plakatın qarşısında fikrə gedib düşünərkən bir səslə diksindi:

Qütb ayısı: Ey! Tolqa salam! Niyə ananı da götürüb bura gəlmirsən?

kutup ayısı

Tolqa başını səsin gəldiyi istiqamətə tərəf çevirdi. Səslənən dərhal yanında asılmış plakatdakı qütb ayısıydı.

kelebek

Tolqa: Salam! Mən də səni böyük bir qardan adam zənn etmişdim!

Qütb ayısı: Haqlısan iri cüssəmiz və ağ tüklərimizlə qardan adama oxşayırıq. Ancaq əminəm ki, 800 kiloluq çəkimiz və 2,5 metrlik boyumuz ilə bir qardan adamdan xeyli böyüyük.

Tolqa: Səni və ailəni daha yaxından tanımaq üçün oraya gəlmək istəyərdim. Amma bildiyimə görə sizin yaşadığınız yerlər çox soyuqdur.

Qütb ayısı: Haqlısan. Bizlər Şimal Qütbü, Şimali Kanada, Şimali Sibir, Antarktida kimi dünyanın ən soyuq ərazilərində yaşayarıq.

Tolqa: Bəs necə olur ki, heç üşümürsünüz?

Qütb ayısı: Bizim bədənimiz bütün xüsusiyyətləriylə yaşadığımız mühitə görə nəzərdə tutulmuşdur. Sərt şaxtalara, buzlaqlara və qar fırtınalarına baxmayaraq, Allahın yaratdığı bir möcüzə olaraq, dərilərimizin altında olan qalın bir yağ təbəqəsi bizləri soyuqdan qoruyar. Həmçinin yenə xüsusi olaraq yaradılmış kürklərimiz qalın, sıx, uzun və qabarıqdır. Beləcə heç üşümərik. Allah bizləri yaşayacağımız iqlimin xüsusiyyətlərinə görə yaratmışdır. Bizim niyə Afrikada çöldə yaşamadığımızı heç düşündünmü? Bir düşün görək! Səhrada yaşasaydıq qalın kürkümüz səbəbiylə istidən qovrulub ölərdik. Bu, Allahın hər canlını yaşadığı mühitə uyğun olaraq yaratmış olduğunun nümunələrindən biridir.

kutup ayısı

Tolqa qütb ayısını gördüyünə görə onun haqqında maraqlandığı hər şeyi soruşmağa başladı:

Tolqa: Bildiyimə görə ayılar qış yuxusunu çox sevir. Bu siz qütb ayıları üçün də keçərlidirmi?

Qütb ayısı: Xeyr, sevimli dostum. Bizlər digər ayılardan fərqli olaraq qış yuxusuna getmərik. Yalnız dişi olanlar, xüsusilə də hamilə olanlarımız xeyli vaxt çəkən qış yuxusuna gedərlər.

Tolqa: Bəs yeni doğan balalar qidalarını haradan tapırlar?

Qütb ayısı: Uca Rəbbimizin “Rəzzaq”, yəni ruzi verən sifətinin bir nəticəsi olaraq yeni doğan balalar üçün ehtiyac duyduqları qida hazır vəziyyətdədir. Ana qütb ayısının südü, balaları gözləyir.

Tolqa: Balalar ancaq südlə mi qidalanırlar?

Qütb ayısı: Bəli. Ana, qütb ayısının südünün tərkibində çox yüksək miqdarda yağ vardır. Bu yağlı süd balaların ehtiyacını ən gözəl şəkildə ödəyir. Beləcə balalar çox tez böyüyüb, yazda içlərindən çıxmağa hazır vəziyyəətə gəlirlər.

Tolqacan, nəzərə alarsan ki, buzların arasında yaşadığımız, həmçinin də araşdırma qabiliyyətinə sahib olmadığımız üçün balamız ilk doğulduqda nə kimi qidalara ehtiyacının olduğunu bilmərik. Bununla yanaşı bütün xüsusiyyətləriylə ən müasir fabriklərdə belə istehsal olunmayan bu südü bizim öz iradəmiz və səyimizlə öz bədənimizdə hazırlamağımız qətiyyən mümkün deyil. Bu həqiqət bizə Allahın yaradılışındakı mükəmməlliyi aydın şəkildə göstərir.

Tolqa: Haqlısan dostum. İnsan bir az düşündükdə ətrafında hər an böyük bir möcüzənin baş verdiyini başa düşə bilər. İnsanın öz bədənində belə hər saniyə milyonlarla möcüzə baş verir. İnsan bədənindəki qüsursuzca bir möcüzə olaraq yaradılmış hər sistem, hər orqan Allahın üstün güc və qüdrətinin ayrı bir nümunəsidir.

Qütb ayısı özündən bəhs etməyə davam etdi:

Qütb ayısı: Yaxşı, sənə bir sual verim: Qütb ayılarının çox yaxşı bir üzgüçü və dalğıc olduqlarını bilirdinmi?

Tolqa: Deyəsən zarafat edirsən. Siz üzməyi də mi bilirsiniz? Bu ağır cüssənizlə və bu dondurucu suda necə üzə bilirsiniz?

Qütb ayısı: Xeyr, zarafat etmirəm, biz qütb ayıları suda çox yaxşı üzər və ona baş vurarıq. Üzərkən ön ayaqlarımızdan istifadə edərik. Sonsuz mərhəmət sahibi Allah bizim asanlıqla üzüb ov edə bilməyimiz üçün ayaqlarımızı bir kürək kimi istifadə edəcək şəkildə, ayaq barmaqlarımızın arasını ördək ayağı kimi pərdəli olaraq yaratmışdır. Həmçinin Allah bizi, ov etməyimizi asanlaşdırmaq üçün suyun içində olarkən burun dəliklərimizi bağlayıb, gözlərimizi açıq saxlaya biləcəyimiz şəkildə yaratmışdır.

Tolqacan, gördüyün kimi, Allah bizi müxtəlif şərtlərdə varlığımızı davam etdirə biləcək sistemlərlə qüsursuzca yaratmışdır. Bu xüsusiyyətləri vaxt ərzində qazanmağımız ya da bu xüsusiyyətlərə təsadüfən sahib olmağımız qeyri-mümkündür. Bizə suyun içində lazım olduğu kimi davranmağı öyrədən Allahdır.

Tolqa: Bəs buz kimi soyuq suyun içində heç üşümürsünüzmü??

kutup ayıs

Qütb ayısı: Bizim üşümək kimi bir problemimiz yoxdur. Siz insanlar ayağınızı və ya əlinizi bir buzun üstündə bir neçə dəqiqə saxlasanız, bir müddət sonra soyuğa dözə bilməyib çəkmək məcburiyyətində qalarsınız. Halbuki biz buzun soyuqluğunu belə hiss etmərik. Çünki Allah ayaqlarımızı qalın kürklə örtülmüş halda, soyuqdan təsirlənməyəcək şəkildə yaratmışdır. Əgər ayaqlarımız insan dərisi kimi bir dəriylə örtülmüş olsaydı, əsla bu soyuq mühitdə yaşaya bilməzdik.

Qütb ayısının izah etdiklərindən sonra Tolqa artıq Allahın sonsuz güc sahibi olduğunu daha yaxşı başa düşürdü. Sonra da Tolqa yay tətilində getdikləri kəndi xatırladı. Bütün yay boyu dənizə girmişdi. Su nə qədər də soyuq idi. Bir də qütb ayılarının girdikləri soyuq suyu düşündü. Allahın bu heyvanları bu soyuq suya qarşı dayanıqlı şəkildə yaratmış olduğu çox aydın idi. Bir az düşündükdə hər canlının yaşadığı mühitə uyğun bir bədən formasıyla yaradılmış olduğunu dərk etdi. Məsələn, dəvələr də çöl istisinə dayanıqlı bir şəkildə xüsusi olaraq yaradılmışlar... Tolqanın bu düşüncələrini yoldaşı qütb ayısı yekunlaşdırdı:

penguen

Qütb ayısı: Tolqacan, bizim rəngimizin niyə ağ və ya sarımtıl bir tonda olduğunu bilirsənmi?

Tolqa: Bilmirəm, daha əvvəl bunu heç düşünməmişdim. Niyə ki?

Qütb ayısı: Bu ağ rəngimiz, yaşadığımız soyuq, buzlu mühitdə düşmənlərimizdən qorunmağımıza kömək edər. Bunun hesabına yüzlərlə kilometrlik dümağ buzlaqlarla eyni rəngdə olduğumuz üçün nadir hallarda seçilərik.

Tolqa: Necə də məntiqlidir... Düşünürəm ki, əgər rənginiz bir qarğa qədər qara ya da tutuquşular kimi rəngbərəng olsaydı onda gizlənməyiniz demək olar ki, qeyri-mümkün olardı. Nəticə etibarilə də bir çox təhlükə ilə tez-tez qarşılaşırdınız.

Qütb ayısı: Bəli Tolqacan. Məhz belə barəsində heç düşünmədiyimiz, görməyə çox vərdiş etdiyimiz o qədər çox şey var ki... Halbuki Allah hər şeyi bir hikmətlə yaratmışdır.

Tolqa Allahın özünə düşünmə qabiliyyəti verdiyinə şükür etdi. “Əgər Allah diləməsəydi, mən də bu fani dünya həyatında Allahın üstün elm və gücünün fərqində olmadan qəflət içində əylənə bilərdim” deyə öz içindən danışdı.

kelebek

Tolqa qütb ayısı ilə apardığı bu söhbətlə düşünərək yaşamağın nə qədər əhəmiyyətli olduğunu başa düşmüşdü. Öyrəndiyi hər yeni məlumat Tolqanın Allaha olan sevgisini və hörmətini artırırdı. Buna görə də qütb ayısı haqqında daha çox şey öyrənmək istəyirdi.

Tolqa: Əminəm ki, burnunuz da bizimkindən yaxşı iy bilir, elə deyilmi?

Qütb ayısı: Bəli. Biz qütb ayılarının qoxubilmə duyğusu elə kəskindir ki, 1,5 metr qalınlığındakı qar təbəqəsinin altında gizlənən bir suitinin iyini belə asanlıqla hiss edə bilərik. Bilirsən ki, uca Rəbbimiz yalnız bizlərə deyil, bütün canlılara bənzər şəkildə üstün xüsusiyyətlər vermişdir.

Tolqa: Yer üzündəki hər canlıda Allahın üstün elm və gücünün bir dəlili olduğunu bilirdim. Yenə də bu canlılar haqqında ətraflı məlumat topladıqca Allahın üstün yaratmasına olan heyranlığım artır.

Tolqa qütb ayısı ilə söhbət etməkdən doya bilmirdi. Onun haqqında hər şeyi öyrənmək istəyirdi. Suallarına davam etdi:

Tolqa: Yaxşı, görəsən mənim bilmədiyim başqa nə kimi xüsusiyyətləriniz var?

kutup ayısı

Qütb ayısı: Biz qütb ayılarının yay-qış istifadə etdiyi maraqlı taktikalar vardır. İndi, bizim dümağ tüklərimizlə qardan adama bənzər halımızı gözünün qabağına gətir. Səncə dümağ qarın içinə uzansaq, ondan seçilə bilərikmi? Bəli! Əlbəttə ki, əgər bu suala yalnız tüklərimizi düşünərək cavab verdinizsə, “xeyr seçilməzsiniz” deyə bilərsən. Ancaq, biz qütb ayılarının qara rəngli burnunu yaddan çıxartma. Bu burun, bizim qar içində tamamilə kamuflyaj olmamıza mane olar. Amma, biz nə edərik, bilirsənmi? Olduqca ağıllı bir hərəkətlə ağ rəngli qabaq pəncələrimizlə burnumuzun üstünü örtərik. Beləcə rəng fərqini aradan qaldırırıq. Qarın içində tamamilə gizlənmiş bir şəkildə ovumuzun bizə tərəf yaxınlaşmasını gözləyərik.

Tolqa: Bu, həqiqətən də çox ağıllı bir hərəkətdir!

Qütb ayısı: Bəli Tolqacan. Ayı özünün ağ rəngdə olduğunu və ətrafının da eyni rəngdə buzlaqlarla örtülmüş olduğu üçün özünü kamuflyaj edə biləcəyini, yəni gizlədə biləcəyini dərk edə bilir. Üstəlik qütb ayısı kamuflyaj olmasına mane olan yeganə şey olan qara rəngdəki burnunun üstünü örtməsinin lazım olduğunu düşünər. Əlbəttə ki, sənin də ehtimal edəcəyin kimi, qütb ayısının bir neçə dəfə ovdan əli boş qayıtdıqdan sonra, oturub nə etməıi olduğunu düşünərkən burnunun üstünü örtməsinin lazım olduğunu düşünməsi qeyri-mümkündür! Ayılar yalnız Allahın özlərinə ilham etdiyi kimi hərəkət edirlər. Allah onları bu şəkildə yaratmışdır. Onlar da, digər bütün canlılar kimi Allahın nəzarəti altındadır.

Tolqa evə getdikdə anasına bu sevimli heyvanlar haqqında öyrəndiklərini izah edib, Allahın qütb ayılarında təcəlli edən üstün yaratma sənətini izah etməyə qərar verdi. Sevimli dostuna bu gözəl söhbət üçün təşəkkür edib anasının yanına qayıtdı.

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb dərk edələr.
(Zumər surəsi, 27)

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar.
(Bəqərə surəsi, 117)

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
(Ali İmran surəsi, 191)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Sinan ilə Termitlər
  • Cem ilə Rəngli Kəpənəklər
  • Ağacdələn ilə Serhat
  • Hakan ilə Qağayı
  • Sərdar ilə İşıldaquş
  • Bora ilə Yaşıl Qurbağa
  • Serkan ilə Uzun Ayaqlı Leylək
  • Emre ilə Suiti
  • Emre ilə Buqələmun
  • Bora ilə İt
  • Əhməd ilə At
  • Levent ilə Kenquru
  • Uğur ilə Hörümçək
  • Serkan ilə Ördək
  • Əli ilə Dəvəquşu
  • Can ilə Bal Xoşlayan Sevimli Ayı
  • Seda ilə Kirpi
  • Tolqa ilə Nəhəng Qütb Ayıları
  • Ömər ilə Balıq