Serkan şən və çox ağıllı bir uşaq idi. Quşlara qarşı çox böyük maraq göstərən Serkan, bütün quşları yaxından tanımaq istəyərdi. Evində də quş saxlayan Serkan, sonra onları sərbəst buraxardı. Onların azad şəkildə yaşamalarından çox məmnun olardı. Yaz ayları idi. Serkan bir gün havada sürü halında uçan uzun ayaqlı quşlar gördü və dərhal evin damına çıxaraq onları yaxından görmək istədi. Terasa çıxdıqda bu quşlardan ikisinin evlərinin bacasına qonduğunu gördü və çox sevindi. Sonra da onlara əl edərək səsləndi.
Serkan: Salam sevimli quşlar, mən Serkan, sizinlə tanış ola bilərikmi?
Leylek: Salam Serkan. Ümid edirəm ki, bura qonmaqla sizi narahat etmədik. Biz də səninlə tanış olub danışmağı çox istəyərik.
Serkan: Mən bütün quşları çox amma çox sevirəm. Sizi tanımadığım üçün mənə bir az özünüzdən bəhs edərsinizmi?
Leylək: Əlbəttə ki, bəhs edərik. Biz leyləklər 1-1,5 metr uzunluğunda, böyük dümağ qanadları, uzun qara quyruqları olan, köçəri quşlarıq. Dimdiklərimizin və uzun qıçlarımızın qırmızı olması, təbiidir ki, bizə sevimli bir hava qazandırır.
Serkan: Həqiqətən çox sevimli quşlarsınız!
Leylək: İnsanların ən çox diqqətini çəkən xüsusiyyətimiz isə uçuş formalarımızdır. Dimdiklərimizi irəli, qıçlarımızı geriyə doğru uzadaraq uçarıq. Bu estetik uçuş formamız, bizə havanı yararaq xeyli sürətlə uça bilmə imkanı verər.
Serkan: Yaxşı, görəsən indi hara səyahət edirsiniz?
Leylək: Biz hər il sıx sürülər halında köç edirək, Serkan. Çünki biz soyuq ərazilərdə yaşaya bilmərik. Biz bu köçümüzlə insanlara yayın isti günlərinin müjdəsini vermiş olarıq. Yay fəslində Avropadan Şimali Afrikaya, Türkiyədən Yaponiyaya qədər uzanan mülayim qurşaqda həyatımızı davam etdiririk. Havalar soymağa başlamadan Cənub yarımkürəsinə, tropik Afrikaya və Hindistana köç edərik.
Serkan: Bəs siz havaların isinməyə başladığını necə anlayırsınız?
Leylək: Həqiqətən çox gözəl bir sual verdin. Bunun səbəbi, əlbəttə ki, Allahın bizə bunu öyrətməsidir. Hamımız eyni anda isti ölkələrə köç etməyimizin lazım olduğunu hiss edərik, Allah bunu bizə hiss etdirər. Bizə köç edəcəyimiz yolları göstərən və yenidən yaz gəldikdə isə minlərlə kilometr yolu geri qayıdıb əvvəlki yuvalarımızı tapmağımızı təmin edən, ilhamıyla bizə bunları öyrədən Allahdır.
Serkan: Həqiqətən o qədər uzaq məsafələrə gedib qayıtmağınız və sanki əlinizdə bir kompas varmış kimi, əvvəlki yuvalarınızı heç çaşmadan tapmağınız çox maraqlıdır.
Leylək: Əlbəttə ki, bütün bunlar bu cür güclü bir yaddaş və belə möhtəşəm bir istiqamət tapma hissini bizə verən Allahın üstün yaratması hesabına baş tutar.
Serkan: Siz insanlara yaxın olan heyvanlarsınız, elə deyilmi?
Leylək: Bəli yuvalarımızı insanların yaşadıqları evlərin damlarında qurarıq. Həmçinin yuvalarımızı ağacların, bacaların təpələrində də inşa edirik...
Biz yavaş-yavaş yola düşməliyik, Serkan.
Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar. (Ənam surəsi, 38)