Əmisi Serkanı, çoxdandır getməyi çox arzuladığı bir yerə aparırdı. Bu yer, həmişə kitablarda və jurnallarda oxuduğu, televiziya verilişlərində seyr etdiyi heyvanları həqiqi hallarıyla görə biləcəyi zoopark idi. Səfərləri uzun və zövqlüydü. Yol boyunca əmisi Serkana müxtəlif iman həqiqətləri izah edirdi, Qurani Kərimdən nümunələr verirdi.
Nəhayət zooparka çatmışdılar. Serkanın təəccüblənməkdən gözləri bərəlmişdi. Bu qədər çox və müxtəlif heyvanı heç bir yerdə görməmişdi. Quşların olduğu yerə gəldikləri vaxt Serkan əmisinin yanından ayrılıb, sevimli ördəklərin qəfəsinin yanına getdi. Qəlbində “nə qədər də gözəl bir quş” dedi. Bu əsnada bir səs “təşəkkür edirəm” dedi. Serkan ətrafına baxdı, heç kim yox idi. Danışan qabağında duran sevimli bir ördək idi.
Sevimli ördək: Salam, mənim səsimi eşitdin, məni sevdiyin üçün çox təşəkkür edirəm. Gözəl görünüşlü olmağımızdan başqa, digər əhəmiyyətli xüsusiyyətlərimizin də olduğunu bilirdinmi?
Serkan: Xeyr, amma çox istəyirəm ki, izah edəsən.
Sevimli ördək: Bizim çox sürətli uça bilən quşlardan olduğumuzu bilirdinmi? Ördəklər uçarkən saatda 50 km-dən də çox məsafə qət edə bilərlər. Həmçinin yırtıcı heyvanlara yem olmamaq üçün uçarkən davamlı istiqamətimizi dəyişdirərik. Suya baş vurmağımız lazım gəldikdə, bunu o qədər sürətli bir şəkildə edərik ki, ovçular üçün çox çətin bir hədəf olarıq.
Serkan: Bu, həqiqətən də bir quşa görə olduqca sürətli bir uçuşdur, deməli düşmənləriniz sizi bu qədər sürətli uçmağa məcbur edir, eləmi?
Sevimli ördək: Bəli Serkan, sənə bir nümunə verim, bizim yoldaşlarımızdan olan buz ördəkləri maraqlı bir ov etmə bacarığına sahib olan yırtıcı qağayılara qarşı həmişə ayıq vəziyyətdədirlər. Çünki qağayılar, buz ördəklərinə fasiləsiz hava hücumları edərək, onları həmişə suya baş vurmağa məcbur edərlər. Ördəklər bunu nəfəssiz və çarəsiz bir şəkildə su səthinə çıxana qədər davam etdirərlər. Daha sonra başlarına bir dimdik zərbəsi endirərək onları ovlayarlar. Lakin bu mübarizədə həmişə qalib gələn tərəf qağayılar olmaz. Buz ördəklərinin də özlərinə xas qorunma üsulları vardır. Göydə bir qağayı görüldüyü vaxt, ördəklər dərhal böyük qruplar halında bir yerə cəmləşirlər. Beləcə qağayının çox sayda girib-çıxan ördəklərin arasından hər hansı birini yorulana qədər təqib etməsi qeyri-mümkün hala gəlir.
Serkan: Ördəklər necə də ağıllıymış, bəs bütün bunları necə edə bilirlər?
Sevimli ördək: Bunun cavabı çox aydındır Serkan, ördəkləri və digər bütün canlıları yaradan Allahdır və onlara, özlərini necə qoruyacaqlarını da Allah ilham edir.
Serkan: Çox təşəkkür edirəm sevimli ördək, mənə bu gün çox faydalı məlumatlar verdin və Rəbbimizin ayəsini xatırlatdın, təkrar görüşmək üzrə.
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?(Nəhl surəsi, 17)