Sərdar və ailəsi yay axşamları yeməklərini evlərinin bağçalarında yeyirdi. Yenə bir yay axşamı Sərdar stoldan qalxarkən, birdən bağçanın kənarındakı ağacların arasında yanıb sönən bir işıq gördü. Ağacların yanına gəldikdə bunun bir böcək olduğunu fərq etdi. Amma bu böcək gündüz gördüyü böcəklərdən çox fərqli idi, işıqlar saçaraq uçurdu.
İşıldaquş: Görürəm ki, səni çox təəccübləndirdim, çoxdandır məni izləyirsən. Mənim adım işıldaquş, bəs səninki nədir?
Sərdar: Mənim adım Sərdardır. Bəli doğrusu daha əvvəl heç bir yanıb sönən böcəklə qarşılaşmamışdım. Bədəninizdən sarı yaşıl rəngdə işıqlar çıxır. Bir dəfə yanan bir lampaya toxunduğum vaxt əlimin yandığını xatırlayıram. Bəs bu işığın çıxması sizin bədəninizə zərər vermirmi?
İşıldaquş: Haqlısan Sərdar, lampalar işıq verərkən isinərlər. Lampalar, elektrik enerjisindən istifadə edərək işıq hazırlayarlarkən bu enerjinin bir qismi də istiliyə çevrilər. Bu da lampanın isinməsinə səbəb olar. Amma biz bədənimizdəki işıq üçün kənardan enerji almarıq.
Sərdar: Elə isə bu sizin isinmədiyiniz mənasınamı gəlir?
İşıldaquş: Düz bildin. Biz enerjimizi özümüz istehsal edər və bu enerjidən çox diqqətlə istifadə edərik. Bunun hesabına həm enerjimizin bir hissəsi itməz, həm də bədənimizə zərər verəcək bir istilik meydana gəlməz.
Sərdar: Bu çox yaxşı düşünülmüş bir sistemdir.
İşıldaquş: Bəli, Allah bizi yaradarkən ehtiyacımız olan hər şeyi ən gözəl şəkildə planlamışdır. Uçarkən bir çox dəfə və sürətlə qanad çırpırıq. Əlbəttə ki, bu çox enerji tələb edən bir işdir. Amma işığımız enerjimizdən çox istifadə etmədiyi üçün bir problem yaşamırıq.
Sərdar: İşığınız sizə nə fayda verir?
İşıldaquş: Biz bundan həm öz aramızda xəbərləşmək, həm də özümüzü müdafiə etmək üçün istifadə edirik. Bir-birimizə bir şey izah etmək istədiyimiz vaxt işığımızı titrəşdirərək danışarıq. Bəzən də düşmənlərimizi qorxudub, özümüzdən uzaq tutarıq.
Sərdar: Yəni, lazım olan hər şey bədəninizin içində sizin üçün hazırlanmış və sizin yorulmanıza heç ehtiyac qalmamışdır.
İşıldaquş: Alimlər çox çalışmalarına baxmayaraq bizim sahib olduğumuz kimi bir sistem inkişaf etdirə bilməmişlərdir. Əvvəlcə də dediyim kimi, Allah, digər canlılarda olduğu kimi bizi də ən gözəl və ehtiyacımıza ən uyğun şəkildə yaratmışdır.
Sərdar: Təşəkkür edirəm. Mənə çox gözəl şeylər izah etdin. Bu sözlərindən sonra keçən gün oxuduğum “Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?” (Nəhl surəsi, 17) ayəsini indi daha yaxşı qavraya bilirəm. Allahın yaratdığı bütün canlılar bizim üzərində düşünüb, öyüd-nəsihət almağımız üçün müxtəlif nümunələrlə doludur!
İşıldaquş: Bəli Sərdar, bütün canlılar Allahın üstün yaratma sənətinin bir dəlilidir. Artıq baxdığın hər şeydə bunu sən də görə bilərsən. Artıq getməliyəm, danışdıqlarımızı yaddan çıxarma.
Sərdar: Səni tanımağıma sevindim, təkrar görüşmək üzrə...
Sərdar evə girərkən bir tərəfdən işıldaquş üstün dizaynı düşünür, digər tərəfdən də onunla apardığı söhbəti ailəsinə izah etmək üçün səbirsizlənirdi...
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
Qırmızı dəniz iki böyük səhra arasında qalan bir dənizdir. Qırmızı dənizə heç bir çay ya da başqa bir şirin su tökülməz, yəni bura heç bir yerdən oksigen və ya azot nəql olunmaz. Normalda bu dənizin səmərəsiz və əhatə olunduğu quru parçaları kimi bir çöl olması lazım gəldiyi halda, Qırmızı dənizdə bütün mərcan növləri tapılar. Çətin şərtlərə baxmayaraq, burada yaşamağı bacaran mərcanların bu müvəffəqiyyəti, yosun adlı bitkiyə bənzər bir canlıyla apardıqları “ortaq bir həyat” ilə baş verər. Yosun, mərcan skeletinin arasında düşmənlərindən qorunaraq günəş işığıyla fotosintez edər. Bu iki canlının uyğun həyatları Allahın üstün yaradıcılığının dəlilidir.