Seda ailəsiylə birlikdə gəzintiyə çıxdığı vaxt, ətrafı dolanmağa çıxmışdı. Gəzdiyi yaşıllıq ərazilər Sedanın çox xoşuna gəlmişdi. Ətrafda gəzişərkən gözünə iti iynələrlə dolu bir top yumağı sataşdı. “Yaxşı ki, səni əzmədim, yoxsa bu iynələr məni çox incidə bilərdi” deyə öz-özünə deyindi. Top yumağı yavaşca açıldı və səsləndi:
Kirpi: Haqlısan Sedacan, iynələrimlə istəməyərək də olsa, səni incidə bilərdim.
Seda: Deməli, burada bir kirpi var! Sənin bədəninin niyə belə iti iynələrlə örtülmüş olduğu məni çox maraqlandırır.
Kirpi: Allah bu iynələri özümü düşmənlərimdən qorumağım üçün vermişdir. Təhlükə olduqda bir top kimi diyirlənər, tikanlarımla özümü müdafiə edərəm.
Seda: Bildiyimə görə bəzi heyvanlar qış yuxusuna gedir. Bəs sən?
Kirpi: Soyuq havaları elə də çox sevmərəm. Qışda temperatur 13 dərəcədən aşağı düşən kimi qış yuxusuna gedərəm. Uca Allah qış ərzində məni yuxu halında saxlayar, yazın gəlməsiylə təkrar oyanar və həyatıma davam edərəm.
Bu tamamilə Allahın ilhamıyladır. Yoxsa qışda həyatın tələblərinin daha çətin olacağını, bu müddət ərzində yatmağımın həyatda qalmaq üçün daha faydalı olacağını özüm düşünə bilməzdim. Uca Allah Quranda belə buyurur:
“Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün ibrətamiz dəlillər vardır.” (Rum surəsi, 23)
Gördüyün kimi, bütün canlılar kimi Allah bizə də, ən uyğun vaxtda ruzimizi axtarmağımızı xəbər verir.
Seda: Bir sənədli filmdə sənin böyük bir aslan qarşısındakı cəsarətli döyüşünü izləmişdim. Necə olur ki, aslandan qorxmursan?
Kirpi: Allahın nemət olaraq bəxş etdiyi bədənimdəki bu tikanlar hesabına ən təhlükəli düşmənlərimlə belə cəsarətlə mübarizə apara bilərəm. Bir aslan hücum etdikdə sürətlə qaçaram. Uyğun bir yerdə qəflətən dayanaraq bədənimin arxa tərəfini yüngülcə qaldırıb oxlarımı aslana tərəf yönəldərəm. Əgər aslan dişləriylə dişləyərək məni tutmağa çalışsa, oxlarım ağzına və yanaqlarına bataraq, sağalması qeyri-mümkün olan yaralar açar.
Aslan heç bir şey yeyə bilməz hala gələr və bir müddət sonra da ölər. Şübhəsiz ki, bu ancaq uca Rəbbimin mənə verdiyi ağıl və döyüş bacarığına görədir. Mənə həyatda qalmaq üçün ən uyğun xüsusiyyətləri verən, məni yaradan Odur.
Seda: Haqlısan kirpi qardaş.
Allahın heyvanları bu qədər müxtəlif şəkildə yaratması hər baxdığım şeydə Allahın ucalığını və mükəmməl yaratmasını görə bilməyimə kömək edir. Bu gözəl söhbət üçün təşəkkür edirəm.
Kirpi: Əlvida dostum.