Ömər ilə Balıq

Ömər və atası dan yeri ağarmadan oyanmış və balıq ovlamağa getmişdilər. Ömər günün doğmasını atasıyla birlikdə balıq tutarkən seyr etməyi çox sevirdi. Səma səhərlər inanılmaz bir gözəlliyə sahib olurdu, hər dəfə günəşin doğuşunu seyr etdikcə ürəyini eyni həyəcan bürüyürdü...

ömer ve balık

Atası qarmaqlardakı yemləri yeniləyərkən, Ömər kiçik gəmilərin kənarında oturub dənizi seyr edirdi. Birdən arxasından gələn bir səs eşitdi:

Balıq: Sabahın xeyir olsun kiçik dostum!

Ömər: Ey! Sənin də sabahın xeyir kiçik balıq! Deməli, sən də tez oyandın və artıq üzməyə başladın. Mənim üzməyi hələ yeni öyrənməyimə baxmayaraq, siz balıqların doğular-doğulmaz üzə bilməyiniz məni çox maraqlandırır. Bunu necə bacarırsınız?

Balıq: Əslində biz balıqların üzə bilmək üçün elə də bir hərəkət etməyimizə ehtiyac yoxdur, bunun üçün quyruğumuzu sağa-sola sallamağımız kifayətdir. Məhz suyun içindəki bu rahat hərəkətlərimiz cəld onurğalarımız və bədənimizdəki bəzi sistemlər hesabına reallaşar.

balina

Ömer: Yəqin ki, üzərkən çox enerji sərf etməlisiniz.

Balıq: Çox haqlısan. Bir düşün, suyun içində olduğun vaxt asanlıqla yeriyə bilərsən, yoxsa quruda olarkən? Məhz biz balıqlar, suyun içində yaşaya bilmək, üzə bilmək üçün xüsusi əzələ və onurğaya malik olaraq yaradılmışıq. Onurğamız bizim şaquli vəziyyətdə durmağımızı, həmçinin üzgəclərimizin və əzələlərimizin özünə birləşməsini təmin edəcək bir quruluşdadır. Əgər belə olmasaydı suda hərəkət etməyimiz qeyri-mümkün hala gələrdi. Kiçik dostum gördüyün kimi, Allah hər bir canlını olduğu kimi biz balıqları da qüsursuz bir məxluq olaraq yaratmış, bizlərə yaşadığımız mühitə ən uyğun xüsusiyyətləri vermişdir. 

Ömər: Bir də ancaq sağa-sola üzməklə kifayətlənməyib bəzən suyun dərinliklərinə qədər enə bilirsiniz, bəs bunu necə edirsiniz?

yunus

Balıq: Bu hərəkəti də yenə Allahın biz balıqlara verdiyi başqa bir bədən sistemi sayəsində edərik. Biz balıqların bədənlərində hava kisələri vardır. Bu kisələri hava ilə dolduraraq dərinlərə enə bilər və ya havanı boşaldaraq su səthinə doğru çıxa bilərik. Əlbəttə ki, Allahın diləməsi xaricində bizim bu xüsusiyyətləri öz-özümüzə meydana gətirməyə əsla gücümüz çatmazdı.

Atası gəminin arxasında işlərə başı qarışmışkən Ömər balıqla söhbətinə davam etdi:

Ömər: Çox sıx yerlərdə olduğumu düşünürəm də, hər kəsin eyni anda sağa-sola hərəkət etməsi lazım gəlsə, həm də ətraf zülmət qaranlıq olsa, heç kimin bir-birinə toqquşmadan tərpənməsi qeyri-mümkün olardı. Bəs insanların bacara bilmədiyi bu hərəkəti siz balıqlar necə bacarırsınız?

balık

Balıq: Özünü ətrafa vurmadan hərəkət edə bilmək üçün ətrafı görməlisən. Halbuki biz balıqlar belə bir qəbul etmə sisteminə ehtiyac duymuruq. Bizim “lateral xətt” deyə adlandırılan mükəmməl bir duyğu sistemimiz vardır. Çöldə baş verə biləcək ən kiçik bir təzyiq dəyişikliyi, su dalğalanması, su axının gücünə dərhal lateral xəttlərimiz sayəsində müəyyən olunar. Bunun hesabına titrəyişləri hiss edib, bir düşmənin və ya maneənin varlığını onu görmədən başa düşə bilərik. Bu lateral xəttlərimiz xüsusilə də yaxınlıqdakı aşağı tezlikli vibrasiyaya həssasdırlar. Məsələn sahildəki addımları və ya suya düşən hər hansı bir cismi dərhal fərq edər və buna görə tədbir görərik.

Ömər: İndi başa düşürəm. Mən suyun kənarında mahnı oxuya və ya radioyaya qulaq asa bilərəm, bundan narahat olmursunuz amma suda yaratdığım ən kiçik bir titrəşmələrdən, məsələn körpünü silkələdiyim və ya dənizə bir daş atdığım vaxt, hamınız yox olursunuz!

balık

Balık: Bəli Ömərcan, lateral xətt adı verilən duyğu sistemimiz həqiqətən çox mürəkkəb bir quruluşdadır. Belə bir sistemin ixtiyari təsadüflərlə, vaxt ərzində mərhələ-mərhələ meydana gəlməsi, əlbəttə ki, qeyri-mümkündür. Bu sistemdəki bütün xüsusiyyətlərin eyni anda meydana gəlmiş olması lazımdır. Məhz bu sistem Allahın ağlının və sənətinin əsərlərindən biridir.

Ömər balığa bir az daha yaxından baxdıqda onun göz qapaqlarının olmadığını fərq etdi, təəccüblə soruşdu:

Ömər: Aaaa, sənin göz qapaqların yoxdur. Bəs gözünü necə qoruyursan?

Balıq: Haqlısan, biz balıqlarda insanlardakı kimi göz qapaqları yoxdur. Biz dünyaya gözlərimizin üstünü örtən şəffaf örtük arxasından baxarıq. Bu pərdəni dalğıcların sualtı eynəklərinə bənzədə bilərik. Çox vaxt olduqca yaxınlığımızdakı obyektləri görməyimiz lazım gəldiyindən gözlərimiz də bu ehtiyaca görə yaradılmışdır. Gözlərimiz yaxınlıqdakı obyektləri görmək üçün tənzimlənib. Uzağa baxmaq istədikdə isə, bütün lens (mərcək) sistemi gözün içindəki xüsusi bir əzələ mexanizmi geriyə tərəf çəkilər. Məhz biz balıqların kiçik gözləri belə əslində belə bir mürəkkəb quruluşa malikdir. Şübhəsiz ki, bu, Allahın üstün yaradıcılığının dəlillərindən biridir.

balık

Ömərin ağlına keçən gün televizorda izlədiyi bir sənədli film gəldi. Orada müxtəlif rəng və şəkillərdə bir çox balıq görmüşdü. Bütün bu balıqların möhtəşəm rəngləri və fövqəladə xüsusiyyətləriylə Allahın üstün yaradışını çox gözəl sübut etdiklərini düşündü. Balıq bu kiçik, ağıllı dostuna özü haqqında məlumatlar verməyə davam etdi:

balık

Balıq: Bilirsənmi? Kiçik dostum, biz balıqların bir çoxunun bədənləri olduqca dayanıqlı bir dəri ilə örtülmüşdür.

Ömər: Bəli, pulcuqlu bir dəriniz var, bunu görmüşdüm. Amma çox da qalın görünmür...

Balıq: Bu dəri alt və üst olmaqla iki təbəqədən əmələ gələr. Üst dəri daxilində, suyun içindəki hərəkətimiz əsnasında sürtünməni ən aşağı səviyyəyə endirməyə yarayan “mukus” adlı maddəni ifraz edən vəzilər mövcuddur. Bunun hesabına biz daha sürətlə hərəkət edə bilərik. Həmçinin bu sürüşkən özəlliyimizlə düşmənlərimiz tərəfindən ələ keçirilməliyimiz də olduqca çətinləşər. Həm bu mukusun başqa bir xüsusiyyəti isə bizi xəstəliklərə qarşı qorumasıdır.

Ömər: Bəli, bir dəfə atamın vedrəsində duran balıqları əlimlə tutmağa cəhd etmişdim amma dərhal əlimdən sürüşüb yerə düşmüşdülər!

Balıq: Dərimizin xüsusiyyətləri bununla da bitməz. Üst dərimizdə keratinə bənzər xüsusi bir təbəqə də vardır. Keratin, dərinin alt hissəsindəki yaşlı hüceyrələrin qida və oksigen mənbələrindən uzaqlaşaraq ölmələriylə əmələ gələn sərt və dayanıqlı bir maddədir.

balık

Məhz keratinden ibarət olan bu təbəqə də suyun bədənə girməsinin qarşısını alaraq, bizim daxili və xarici təzyiqi tənzimləməyimizə yardımçı olar. Əgər bu təbəqə olmasaydı su bədənimizə girəcək, təzyiq nizamımız pozulacaq və dərhal öləcəkdik.

Ömər: Deməli, üzərində kimsənin çox düşünmədiyi bir balığın dərisi belə nə qədər əhəmiyyətli xüsusiyyətlərə sahibmiş.

Balıq: Haqlısan. Bax belə Ömərcan, gördüyün kimi balıqların sahib olduqları bütün xüsusiyyətləri onlara verən, kainatdakı hər şeyi yaradan Allahdır. Allah bütün canlıların ehtiyaclarından xəbərdar olandır.

balıklar

Ömər gəminin arxasından atasının səsləndiyini eşitdi:

Ömərin atası: Dur Ömər, evə qayıtmaq vaxtıdır!

Ömər: Balıq qardaş verdiyin bütün məlumatlar üçün çox təşəkkür edirəm. Sizi hər dəfə fikirləşdikdə Allahın üstün yaradışını yenidən xatırlayıb Rəbbimizə verdiyi bütün nemətlər üçün şükür edəcəyəm.

Dəniz Altındakı Rəngli Canlılar

balık
Balıqlar Suda Necə Nəfəs Alarlar?

Balıqların tənəffüs sistemləri bütün canlılardan fərqlidir. İnsanlar nəfəs almaq üçün buruna sahib ikən, balıqlar isə nəfəs almaq üçün qəlsəmələrə malikdir. Bunlarla suyun içindəki oksigendən istifadə edərlər. Həmişə ağızlarından içəri daxil olan su, qəlsəmə yaylarının üstündən arxaya tərəf keçər. Qəlsəmədəki kapilyar damarlar sudakı həll olmuş oksigeni qəbul edib, bədəndəki karbondioksidi suya buraxarlar. Balıqların çoxunda burun dəlikləri vardır, amma heç vaxt bunlardan nəfəs almaq üçün istifadə etməzlər. Burun dəlikləri kiçik kisəciklərə açılar və balıq bunlara dolan sudan iyi hiss edər. Məsələn köpək balıqları ovlarını iylərindən taparlar.

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Sinan ilə Termitlər
  • Cem ilə Rəngli Kəpənəklər
  • Ağacdələn ilə Serhat
  • Hakan ilə Qağayı
  • Sərdar ilə İşıldaquş
  • Bora ilə Yaşıl Qurbağa
  • Serkan ilə Uzun Ayaqlı Leylək
  • Emre ilə Suiti
  • Emre ilə Buqələmun
  • Bora ilə İt
  • Əhməd ilə At
  • Levent ilə Kenquru
  • Uğur ilə Hörümçək
  • Serkan ilə Ördək
  • Əli ilə Dəvəquşu
  • Can ilə Bal Xoşlayan Sevimli Ayı
  • Seda ilə Kirpi
  • Tolqa ilə Nəhəng Qütb Ayıları
  • Ömər ilə Balıq