Levent, oxuduğu bir hekayə kitabında kenquruların ciblərində böyütdükləri balalarından bəhs olunduğunu gördükdə təəccüblə özündən soruşdu: “Heç heyvanda cib olarmı?” Kitabdakı kenquru cavab verdi: “Təəccüblənməkdə haqlısan sevimli Levent. Lakin, həqiqətən də biz kenquruların qarnında, “kisə” adı verilən və balamızın qidalanmasının, qorunmasının və inkişafının təmin edildiyi bir yer var”.
Levent şəkildə anasının qarnındakı başını cibdən çölə çıxartmış balanın sevimliliyinə qarşı dərin bir şəfqət hiss etdi.
Levent: Bəs görəsən bu sevimli bala o cibə necə gəldi?
Kenquru: Bala kenquru hələ 1 sm olduğu halda, erkən doğum reallaşar. Bu cibə, hələ tam olaraq inkişaf etməmiş kiçik bala, 3 dəqiqəlik bir səfər ərzində çatar.
Levent: Bu çox maraqlıdır... Bəs bala bu kisədə necə qidalanar?
Kenquru: Kisəmizin içində dörd müxtəlif məmə var. Bu məmələrin birində, konsistensiyası və istiliyiylə bu kiçik bala üçün xüsusi olaraq hazırlanmış bir süd var. Digər üç döşdə isə yeni doğulmuş bir körpə üçün deyil, yaşı hələ çox olan bir bala üçün hazırlanan süd var. Bu bala da bir neçə həftə sonra ilk əmdiyi döşü tərk edəcək və yaşına uyğun olan döşü əmməyə başlayacaq. Bir qədər də böyüdükcə isə başqa birinə keçəcək.
Levent: Çox qəribədir! 1 sm uzunluğundakı kenquru balası, bu dörd məmədən hansını seçəcəyini hardan öyrənə bilər? Bəs siz ana kenqurular dörd döşün hər birinə bu qədər fərqli xüsusiyyətdəki südləri necə yerləşdirə bilirsiniz?
Kenquru: Üstəlik, yeni doğan balanın əmdiyi süd digər döşdən gələn südləri nisbətən daha istidir. Tərkibində olan qidalar da daha fərqlidir. Səncə biz ana kenqurular bu məmə daxilindəki südü necə qızdıra bilərik? Əsla yaddan çıxartma sevimli Levent, əslində bunların heç birini ana kenquru etmir. Bizim kisəmizin içindəki südlərin müxtəlif olduğundan xəbərimiz belə yoxdur. Məmələrimizdəki südün istiliyini hesablaya bilməyimiz də qeyri-mümkündür. Hər südə fərqli xüsusiyyət verməyi, hansı südün içində hansı qidanın olduğunu da bilmirik. Biz yalnız Allahın bizlərə əmr etdiyi şəkildə yaşayarıq. Balamızın ehtiyaclarını da bizi yaradan Allah düşünmüşdür. Sonsuz şəfqət və mərhəmət sahibi olan Rəbbimiz, ən uyğun tərkibdəki südləri, balalar üçün ən uyğun yerə, yəni biz analarının qarnına yerləşdirmişdir.
De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin suyu qurtarardı”. (Kəhf surəsi, 109)