Hakan ilə Qağayı

İsti havalarda gəmiylə səfər edərkən, Hakanın ən çox sevdiyi şey çöldə oturmaqdı. Bunun hesabına dənizə daha yaxın olur, ətrafı daha rahat seyr edə bilirdi. Bir gün yenə Hakan anasıyla gəmiyə minmişdi. Dərhal çöldəki cərgələrə oturdu. Hakan bu səfərdə tək olmadıqlarını fərq etdi. Bir qrup qağayı da gəmiylə yarışırmış kimi onları təqib edirdi. Qağayılar rəqs edər kimi havada uçarkən bir tərəfdən də sərnişinlərin atdıqları bublik qırıntılarını tutmaq üçün bir-birləriylə yarışırdılar.

martı

Qağayılardan biri yavaşca süzülüb, Hakanın yanındakı sıraya qondu.

Qağayı: Necədir, havadakı rəqsimizi bəyəndinmi? Diqqətlə bizi izləyirdin, adın nədir?

Hakan: Adım Hakandır. Həqiqətən də uçuşunuzu bəyənərək izləyirdim. Qanadlarınızı heç çırpmadan havada qala bildiyinizi gördüm. Bunu necə edirsiniz?

Qağayı: Biz qağayılar küləyin hərəkət istiqamətinə doğru özümüzü tənzimləyərik. Külək çox yüngül olsa da şaquli dalğalar davamlı havanı itələyib qaldırarlar. Biz də havanın bu hərəkətindən faydalanar və bir dəfə belə qanad çırpmadan uzun məsafələr boyunca yol gedə bilərik.

Dənizdən havalananda qalxan hava kütləsinin daxilində irəli-geri sürüklənərik. Məhz bu, hava axınlarının qanadlarımızın altından axmasını təmin edər və çox enerji sərf etmədən havada qala bilərik.

Hakan: Qanad çırpmadığınız vaxt da havada asılıymış kimi dayandığınızı gördüm. Deməli, bunları həmişə küləyin istiqamətinə görə hərəkət edərək edirsiniz. Bəs küləyin gücünü və hardan əsəcəyini necə hesablayırsınız?

Qağayı: Bizim bunları öz məlumatımızla etməyimiz qeyri-mümkündür. Allah, bizi yaradarkən necə uçacağımızı, enerjimizi ehtiyatlı sərf edərək havada necə süzüləcəyimizi öyrətmişdir.

martı

Bunlar Allahın varlığını və gücünü başa düşə bilməyimiz üçün verilmiş nümunələrdir.

Hakan: Rəbbimiz hər canlıya etməli olduqlarını ilham etmişdir. Hamımız əmr olunduğumuz işi görərik. Allahın hər şeyi əhatə etdiyini, nəzarəti altında saxladığını əsla unutma. O, hər şeyin sahibidir. Quranda bununla əlaqədar bir çox ayə tapa bilərsən. Az qalır ki, gəmi körpüyə yaxınlaşsın, mən də yoldaşlarımın yanına uçum. Təkrar görüşmək üzrə...

Qağayı: Rabbimiz her canlıya yapması gerekenleri ilham etmiştir. Hepimiz emredildiğimiz işi yaparız. Allah’ın herşeyi kuşatıp, kontrolü altında tuttuğunu sakın unutma. O herşeyin sahibidir. Kuran’da bununla ilgili birçok ayet bulabilirsin. Vapur iskeleye yanaşmak üzere, ben de arkadaşlarımın yanına uçayım. Tekrar görüşmek üzere...

Hakan evə getdikdə Quranda, Allahın canlıları nəzarəti altında saxlamasıyla əlaqədar bir ayə axtardı və Hud surəsində tapdığı ayəni dərhal əzbərlədi:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir.(Hud surəsi, 56)

Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır.(Nəhl surəsi, 79)

Meqapod Quşları

Əziz uşaqlar, Meqapod quşlarında balaların baxımıyla demək olar ki, tamamilə erkək quşlar məşğul olur. Əvvəlcə ana quşun yumurtlaması üçün böyük bir çuxur qazarlar. Ana quş yumurtladıqdan sonra erkək quş balaları üçün yuvanı müəyyən bir istilikdə saxlamalıdır. Bu istilik 33 dərəcədir.

Erkək quş yuvanın temperaturunu ölçmək üçün dimdiyini yuvanın üzərindəki quma batıraraq sanki bir termometrmiş kimi istifadə edər. Quş bu ölçmə əməliyyatını tez-tez təkrarlayar. Əgər yuvanın temperaturu yüksəlsə, dərhal temperaturu salmaq üçün yuvada ventilyasiya dəlikləri açar. Həmçinin quşun dimdiyi o qədər həssas bir termometrdir ki, biri gəlib yuvanın üstünə bir ovuc torpaq atsa və temperatur azca da olsa yüksəlsə belə, quş bunu fərq edə bilər. Ancaq bir termometrin edə biləcəyi bu əməliyyatı, Meqapod quşu əsrlərdir qüsursuz şəkildə tətbiq edir.

Çünki etdiyi hər şeyi ona Allah öyrətmişdir və dimdiyini də bir termometr həssaslığında yaradan üstün güc sahibi olan Allahdır.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Sinan ilə Termitlər
  • Cem ilə Rəngli Kəpənəklər
  • Ağacdələn ilə Serhat
  • Hakan ilə Qağayı
  • Sərdar ilə İşıldaquş
  • Bora ilə Yaşıl Qurbağa
  • Serkan ilə Uzun Ayaqlı Leylək
  • Emre ilə Suiti
  • Emre ilə Buqələmun
  • Bora ilə İt
  • Əhməd ilə At
  • Levent ilə Kenquru
  • Uğur ilə Hörümçək
  • Serkan ilə Ördək
  • Əli ilə Dəvəquşu
  • Can ilə Bal Xoşlayan Sevimli Ayı
  • Seda ilə Kirpi
  • Tolqa ilə Nəhəng Qütb Ayıları
  • Ömər ilə Balıq