Əli bir tərəfdən yemək yeyir, bir tərəfdən də televizordakı cizgi filmini izləyirdi. Çizgi filmdə bir itdən qaçan böyük bir dəvəquşu vardı. Dəvəquşu o qədər sürətlə qaçırdı ki, bu sürət sayəsində xilas oldu və yuvasına yoldaşlarının yanına çatdı. Əli dəvəquşlarını yalnız başlarını quma basdıran quşlar zənn edirdi. Bu qədər yaxşı qaçışçı olduqlarını bilmirdi.
Dəvəquşu: Deməli, bizim yaxşı bir qaçışçı olduğumuzu bilmirdin.
Əli televizora bir qədər də yaxınlaşdı və dəvəquşuyla danışmağa başladı:
Əli: Adından aydın olduğu kimi sən bir quşsan. Əlbəttə ki, bu qədər sürətli qaçmağın məni təəccübləndirdi. Həm də bu böyük bədəninlə...
Dəvəquşu: Haqlısan. Biz dünyadakı ən böyük quşlardanıq. Boyumuz insanlardan daha uzundur. Məsələn, mən təxminən 2,5 metr uzunluğunda və orta hesabla 120 kilo ağırlığındayam. Bizlər uça bilmərik. Amma Allah bizə düşmənlərimizdən qaça bilməyimiz üçün başqa bir xüsusiyyət vermişdir. Uzun qıçlarımızla çox sürətlə qaçarıq, hətta o qədər sürətlə qaçarıq ki, heç bir insan qaçaraq bizə çata bilməz. Bizlər heyvanlar aləmindəki ən sürətlə qaçan iki qıçlı heyvanlarıq və 1 saatda təxminən 70 kilometrlik bir sürətə çata bilərik.
Əli: Səhv görmürəmsə ayağında yalnız iki barmaq var, doğrudurmu?
Dəvəquşu: Bəli. Bizim ayaqlarımızda yalnız iki barmağımız vardır. Üstəlik bu barmaqların biri digərindən çox böyükdür. Və biz yalnız bu böyük barmaqlarımızın üzərində qaçarıq. Gördüyün kimi hər canlını yoxdan və nümunəsiz olaraq var edən Allah biz dəvəquşlarını da bu şəkildə yaratmışdır. Bizə həyatımız üçün lazım olan bir çox xüsusiyyət vermişdir. Bildiyin, tanıdığın quşlardan fərqli o qədər çox xüsusiyyətimiz var ki...
Əli: Çox haqlısan. Yaxşı məni bu sual maraqlandırır, balalarınızı necə dünyaya gətirirsiniz?
Dəvəquşu: Bəli Əlican, biz nə qədər böyüyüksə yumurtalarımız da o qədər böyükdür. Bu nəhəng yumurtalar üçün əvvəlcə qumda geniş bir çuxur qazar və bura bütün yumurtaları yerləşdirərik. Bir dəfədə 10-12 ədəd yumurta yumurtladığımızdan çuxurun böyüklüyünü də ona görə tənzimləməliyik. Yəni, olduqca geniş bir çuxur qazırıq.
Əli: Yaxşı bəs niyə bu çuxurları xüsusilə də qumda qazınırsınız?
Dəvəquşu: Əgər çuxuru, qumda deyil, torpaqda qazsaydıq, bu çox vaxt aparardı. Həm də çox yorulmağımıza səbəb olardı. Qumun daşınması, torpağa görə daha asandır. Qumu əlinlə belə eşələyə bilərsən. Amma torpaq üçün kürək lazımdır. Məhz buna görə də, qumu seçərik. Beləcə həm daha tez, həm də daha az yorularaq işimizi görə bilərik.
Sonra da yumurtaların üstünü asanlıqla yenə qumla örtərik. Bilirsən ki, dünyada çox müxtəlif, milyonlarla sayda canlı var. Biz bunlardan yalnız biriyik. Bütün canlılar bizim kimi mükəmməl xüsusiyyətlərə sahibdir. Hamımızı Allah yaratmışdır. Etdiyimiz hər şeyi bizə öyrədən Allahdır.
Əli: Səni tanıdıqca Allaha olan yaxınlığım və hörmətim daha da artdı. İzah etdiklərin üçün təşəkkür edirəm. Əlvida.
Balıqlar uça bilərmi? | |
Uçan balıqlar, quşlar kimi qanadlarla uçmazlar, yalnız qanada bənzər üzgəcləri üzərində sürüşərlər. Saatda ən azı 56 kilometr sürətə sahib olarlar. Bu kiçik balıqlar, üzgəclərini yayaraq və quyruqlarını sudan qaldıraraq suda daha da sürətli hərəkət edə bilərlər. Bu yolla su üstündə sürüşərlər. |
Üzən quş qarabataqSuya hündürdən baş vuran dəniz quşu növlərindən biri olan qarabataqların geniş, pərdəli ayaqları vardır. Bu ayaqları dənizin səthində və ya altında üzmək üçün onlara xüsusilə olaraq Allah vermişdir. qarabataqlar həmçinin suya baş vurarlar. Dimdikləriylə balıq tutmaq üçün dənizə daxil olar və çox vaxt müəyyən bir müddət ortaya çıxmadan dənizin altında qalaraq uzun bir məsafə boyunca üzərlər. |