Əhmədin bacısı ata minməyi öyrənmək istəyirdi. Həftə sonu ailə tərəfindən atçılıq klubuna getdilər. Bacısı, anası və atası atçılıq müəllimiylə danışarkən, Əhməd qarşıda ot yeməkdə olan bir atın yanına yaxınlaşdı.
Əhməd: Salam! Yediyin otlar çox qumlu və tozlu görünür. Dişlərin ağrımırmı?
At: Xeyr, kiçik dostum. Dişlərimizin yeyilmə payları vardır. Allah dişlərimizi çox uzun yaratmışdır. Bu dişlər çənə sümüyümüzün xeyli dərinliklərinə qədər basdırılan uzun zolaqlar halındadır. Yəni, dişlərin kök hissəsi sizinkilərə nisbətən çox dərindədir. Dişimiz yeyildikcə sümüyün içindəki hissə çölə çıxar. Hər bir diş, yemək yemə qabiliyyətini itirmədən 2,5-5 sm qədər yeyilə bilər.
Əhməd: Deməli, Rəbbimizin siz atlara belə bir xüsusiyyət verməsiylə, qısa müddətdə dişlərinizi itirib aclıqdan ölməkdən xilas olmuşsunuz.
At: Çox haqlısan. Gördüyün kimi, Allah hər canlını qarşılaşacağı həyatın tələblərinə uyğun şəkildə yaratmışdır. Bu Onun üstün yaradılışının dəlillərindən biridir. Yer üzündəki hər canlı Ona möhtacdır.
Əhməd: İndi sənin üstünə minsəm, məni heç yorulmadan kilometrlərlə uzağa apara bilərsən, elə deyilmi?
At: Bəli. Onsuz da tarixən insanlara bu mövzuda ən çox kömək edən heyvanlar bizik. Bu gün küçələrdə minlərlə avtomobil və bu avtomobillər üçün yollar var. Halbuki, bu avtomobillər ancaq son əsrdə insanlara xidmət etməyə başlamışlar. Ulu atanın doğulduğu illərdə heç kimin avtomobil deyə bir şeyin varlığından xəbəri yox idi. O tarixdə nəqliyyat və daşıma işləri heyvanlara, xüsusilə də biz atların hesabına həyata keçirilirdi.
Əhməd: Bu qıçlarla bu qədər uzun yol gedə bilmənə təəccüblənmədim. Bəs sürətli qaça bilərsənmi?
At: Əlbəttə ki, qaça bilərəm. Allah qıçlarımı təkcə ağır yükləri daşımaq üçün deyil, həmçinin sürətli qaçmağım üçün də üçün xüsusi olaraq yaratmışdır. Bizdə digər heyvanlarda olduğu kimi körpücük sümüyü yoxdur. Bu bizim daha böyük addım ata bilməyimizə imkan verər.
Əhməd: Allah sizi ağır yükləri asanlıqla daşımağınız və sürətli qaça bilməyiniz üçün uyğun şəkildə yaratmışdır.
At: Bəli Əhməd. Allah, bizi bu xüsusiyyətlərimizlə insanlara xidmət etməyimiz üçün yaratmışdır.
Əhməd: Əminəm ki, bu öyrəndiklərimi bacıma izah etdikdə, atçılıq təlimi almaq onun daha çox diqqətini çəkəcək!
At: Əlvida kiçik dostum.
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. (Fatir surəsi, 15)