Cem ilə Rəngli Kəpənəklər

Cem həftə sonu tətilində babasıgilə getmişdi. İki gün çox tez keçmiş və atası onu almaq üçün gəlmişdi. Cem çoxdan babasıyla vidalaşıb, avtomobilin oturacağında əyləşmişdi. Atasının əşyaları daşımasını gözləyərkən, şüşədən çölü seyr edirdi. Bir az qabaqdakı çiçəyin üstündən bir kəpənək qanadlandı və avtomobilin şüşəsinə qondu.

kelebek

Kəpənək: Deməli, artıq evinə qayıdırsan, eləmi Cem?

kelebek

Cem: Sən məni tanıyırsanmı?

Kəpənək: Əlbəttə ki, tanıyıram. Babanın qonşularına səni tanıtdığını eşitmişdim.

Cem: Niyə daha əvvəl yanıma gəlmədin.

Kəpənək: Gələ bilmədim, çünki mən bağçadakı ağacın üstündə bir baramanın içindəydim.

Cem: Baramamı? O da nədir?

Kəpənək: Biz kəpənəklər yumurtadan kiçik bir tırtıl kimi çıxarıq. Yarpaqları gəmirərək qidalanarıq. Sonra bədənimizdən ifraz olunan bir mayedən iplik kimi istifadə edərək ətrafımıza çəpər çəkərik. Hördüyümüz bu paketə “barama” deyilir. O paketin içində bir müddət böyümək üçün gözləyirik. Oyanıb baramadan çıxdıqda artıq rəngli qanadlarımız olar. Həyatımızın bundan sonrakı hissəsini uçmaqla və çiçək tozlarıyla qidalanmaqla keçirərik.

Cem: Yəni, bütün o rəngli kəpənəklər balaca olduqları vaxt qanadı belə olmayan bir tırtıl idimi?

Kəpənək: Bu budağın üstündəki yaşıl tırtılı görürsənmi?

Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var...
(Muminun surəsi, 21)

Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır.
(Fatir surəsi, 27-28)

Cem: Bəli gördüm, iştahla bir yarpaq gəmirir.

kelebek

Kəpənək: Məhz o mənim kiçik qardaşımdır. Bir müddət sonra o da baramasını hörəcək və bir gün mənim kimi kəpənək olacaq.

Cem: Bu dəyişməni necə planlaşdırırsınız? Yəni, yumurtadan nə vaxt çıxacağınızı, nə qədər müddət tırtıl olaraq qalacağınızı, baramanı hörmək üçün ipliyi necə hazırlayacağınızı?

Kəpənək: Bunların heç birini biz planlaşdırmırıq. Allah nəyi, nə vaxt etməyimizin lazım olduğunu bizə öyrətmişdir. Biz də ancaq Rəbbimizin dilədiyi şəkildə hərəkət edirik.

kelebek

Cem: Üstəlik çox gözəl naxışlarınız var. Heç bir kəpənəyin naxışı, başqa birinə bənzəmir. Rəngarəng və göz oxşayandır.

Kəpənək: Bu da Allahın bənzərsiz sənətinin bir dəlilidir. Hər birimizi ayrı-ayrılıqda, ən gözəl şəkildə yaratmışdır.

Cem: Allahın yaratdığı gözəllikləri görməmək qeyri-mümkündür. Ətrafımız sonsuz nümunələrlə doludur.

Kəpənək: Haqlısan Cem, bunun üçün Allahı çox uca tutmalıyıq.

Cem: Atam gəlir, yola düşəcəyik. Tanış olduğumuza sevindim, həftəyə gəldiyimdə yenə danışaq olarmı?

Kəpənək: Əlbəttə ki, olar uğurlu səyahətlər.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Sinan ilə Termitlər
  • Cem ilə Rəngli Kəpənəklər
  • Ağacdələn ilə Serhat
  • Hakan ilə Qağayı
  • Sərdar ilə İşıldaquş
  • Bora ilə Yaşıl Qurbağa
  • Serkan ilə Uzun Ayaqlı Leylək
  • Emre ilə Suiti
  • Emre ilə Buqələmun
  • Bora ilə İt
  • Əhməd ilə At
  • Levent ilə Kenquru
  • Uğur ilə Hörümçək
  • Serkan ilə Ördək
  • Əli ilə Dəvəquşu
  • Can ilə Bal Xoşlayan Sevimli Ayı
  • Seda ilə Kirpi
  • Tolqa ilə Nəhəng Qütb Ayıları
  • Ömər ilə Balıq