Can ilə Bal Xoşlayan Sevimli Ayı

Can hər səhər olduğu kimi, məktəbə getməzdən əvvəl səhər yeməyini yemək üçün oturmuşdu. Anası çayı dəmləyərkən, Canın gözü bal bankasının üzərindəki sevimli ayı şəklinə toxundu. Şəkildəki ayı Cana səsləndi:

bal ve arı

Ayı: Salam Can! Görünür ki, sən də balı ən azı biz ayılar qədər sevirsən...

Can: Bəli. Anam hər səhər yeməyimdə mənə bal verər. Bəs siz bu gözəl yeməyi hardan tapırsınız?

Ayı: Canlıların bütün ehtiyaclarını ən yaxşı şəkildə təmin edən Rəbbimizin biz ayılara verdiyi uzun burun hesabına tapırıq. Bu burunla iyləri çox yaxşı hiss edər və yeməklərimizi asanlıqla taparıq.

Can: Bəs bal şanını tapdığınız vaxt arıların öhdəsindən necə gəlirsiniz?

Ayı: Şanı tapdıqda pəncəmizlə bir-iki dəfə iti vurmaqla bütün arıları qaçırar, sonra da şandakı balı nuşcanlıqla yeyərik. Amma sən əsla bunu etməyə cəhd etmə yoxsa arılar hər yerindən sancar və xəstələnərsən. Biz ayılarsa, Rəbbimizin lütfü olan qalın kürkümüzə hesab arıların iynələrindən qorunarıq.

Can: Məni bir sual maraqlandırır. Siz ayılar qış yuxusuna getdiyiniz vaxt heç acmırsınızmı?

Ayı: Bizlər qış yuxusuna getmədən əvvəl bol-bol yemək yeyərik. Dərimizin altındakı yağ təbəqəsini artırmaq üçün bol miqdarda fıstıq qozası və şabalıd istehlak edərik. Beləcə bədənimizdə yağ saxlayarıq. Çünki yazda sığınacaqlarımızdan çıxdığımız vaxt xeyli arıqlamış olarıq. Bir insan bu qədər arıqlasa dərhal ölər. Halbuki biz ayılar bədən ağırlığımızın çoxunu itirsək belə həyatımızı davam etdirə bilərik. Əlbəttə ki, biz yatmadan əvvəl bədənimizə yağ toplamağımızın lazım olduğunu özümüz düşünə bilməzdik. Bizim, yatmadan əvvəl bu şəkildə bol yemək yeməyimiz ancaq uca Rəbbimizin ilhamıyladır.

arı ve bal

Can: Həqiqətən də düşünən insanlar üçün yer üzündəki hər canlı Allahın üstün yaradıcılığının dəlillərindəndir. Bunu mənə xatırlatdığın üçün çox təşəkkürlər sevimli dostum...

“Dur Can! Oğlum tez dur məktəbə yubanacaqsan!” 

Can anasının səsiylə diksindi. Balını nuşcanlıqla yeyərkən ayılar haqqında düşündü və onları qüsursuz şəkildə yaradan, sonsuz şəfqət sahibi Allaha şükür etdi.

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Sinan ilə Termitlər
  • Cem ilə Rəngli Kəpənəklər
  • Ağacdələn ilə Serhat
  • Hakan ilə Qağayı
  • Sərdar ilə İşıldaquş
  • Bora ilə Yaşıl Qurbağa
  • Serkan ilə Uzun Ayaqlı Leylək
  • Emre ilə Suiti
  • Emre ilə Buqələmun
  • Bora ilə İt
  • Əhməd ilə At
  • Levent ilə Kenquru
  • Uğur ilə Hörümçək
  • Serkan ilə Ördək
  • Əli ilə Dəvəquşu
  • Can ilə Bal Xoşlayan Sevimli Ayı
  • Seda ilə Kirpi
  • Tolqa ilə Nəhəng Qütb Ayıları
  • Ömər ilə Balıq