Bora oyun oynamaq üçün sinif yoldaşı Canın evinə getmişdi. Can özünü çağıran anasının yanına getdikdə Bora otaqda tək qalmışdı. Elə həmin vaxt otağa Canın iti girdi! Sanki “mən də səninlə oynamaq istəyirəm”. Deyən it elə sevimliydi ki!
Bora: Ey! Gəl baxaq, birlikdə oynayaq!
Köpek: Urra, çox sevindim!
Bora təəccüblənib dəhşətə gəldi. İt danışırdı! Bu əldən verilməyəcək bir fürsət idi. İtlər haqqında maraqlandığı şeyləri soruşmağa başladı:
Bora: Sevimli it, həmişə maraqlanmışam, yeyəsən deyə verdiyimiz o möhkəm sümükləri necə çeynəyirsən?
Köpek: Bütün canlılara özlərinə aid xüsusiyyətlər verən Allah, biz itlərə də digər canlılardan fərqli fiziki xüsusiyyətlər vermişdir. Məsələn, dişlərimizin sayı sizinkilərdən on dənə çox, tam 42 dənədir. Beləcə yeməklərimizi, xüsusilə də sümükləri asanlıqla ağzımızda parçalayıb üyüdə bilirik.
Bora: Bildiyimə görə sən də mənim kimi oynamağı, qaçıb tullanmağı çox sevirsən. Bəs necə olur ki, sən heç tərləmirsən?
Köpek: Biz, insanlarda olduğu kimi bədən temperaturunu tənzimləmək üçün tərləmərik, çünki bədənlərimizdə tər vəziləri yoxdur. Bədən temperaturumuzu tənəffüs sistemimizlə tənzimləyərik. Bədənimizdəki tüklər isə çöldən gələn istiliyin dərimizlə təmasının qarşısını alar. Hava istiliyinin artmasıyla əlaqədar bədən hərarəti də artar, əmələ gələn artıq temperaturu isə dilimizi çıxartmaqla xaric edərik. Beləcə tüklərimizin qalın olmasına baxmayaraq isti günlərdə tərləmərik.
Allah bizə elə mükəmməl bir sistem vermişdir ki, insanlar yarım saat hərəkət etdikdə dərhal tərlədiyi halda, biz saatlarla heç dayanmadan qaçsaq da tərləmərik. Artıq bunları bildiyinə görə, isti havalarda dillərini çölə çıxartmış itlər gördükdə onlar üçün kədərlənməyinə ehtiyac olmadığını da, yəqin ki, başa düşmüsən. Əlbəttə ki, bu sistemi biz itlər özümüz yaratmadıq. Bu ancaq hər şeyi nümunəsiz olaraq yaradan Allahın üstün yaradıcılığının dəlillərindən biridir.
Bora: Elə güman edirəm ki, sizin iy hiss etmə duyğunuz da çox inkişaf etmişdir.
Köpek: Haqlısan. Qoxubilmə duyğumuz çox güclüdür. Beynimizdəki qoxubilmə mərkəzi insanlardan 40 dəfə çox inkişaf etmişdir.
Bora: Deməli, polis itləri də bunun hesabına qoxuladıqları kiçik bir əşyaya əsaslanaraq o əşyanın sahibini tapa bilirlər!
Köpek: Çox doğru. Görürsən ki, hər gün görməyə vərdiş etdiyin biz itlər də digər canlılar kimi Allahın yaratmasının dəlillərindənik. Bunu həmişə ağlında tutub həmişə Allahı həmd-səna ilə zikr etməyi heç vaxt yaddan çıxartma.
Bora: Təşəkkür edirəm sevimli it. İnşaAllah bunu heç vaxt yaddan çıxartmayacağam. Və bütün yoldaşlarıma Allahın sizə verdiyi bu xüsusiyyətləri izah edib onlara da şükür etmələrini deyəcəyəm.
Elə həmin vaxt Can otağa daxil oldu və hamısı birlikdə oynamağa başladılar.
Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir. (Bəqərə surəsi, 29)
İtlərin iylərə qarşı fövqəladə həssas burunları var. Küçədə gedərkən, digər itlərin iylərini və ətrafdakı insanların özlərinə xas iylərini təhlil edərək, onlar haqqında məlumat toplayırlar. Havadakı ən kiçik dərəcələrdəki iyləri belə çətinlik çəkmədən müəyyən edərlər. Qoxubilmə duyğusu qüvvətli bir it növü olan “bloodhound”, heç bir əlamətin müşahidə olunmadığı ərazilərdə iz dalınca gedə bilər, dörd günlük bir izi təqib edə bilər və bir insanın izi 80 kilometrdən daha çox çəkə bilər.