Ağacdələn ilə Serhat

Serhat, o bazar atasıyla birlikdə meşəyə gəzintiyə çıxmışdı. Bir tərəfdən meşədə gedərkən bir tərəfdən də ağacların və təbiətin nə qədər gözəl olduğunu düşünürdü. Sonra atasının bir yoldaşıyla qarşılaşdılar. Atası yoldaşıyla söhbətə qızışdığı vaxtda, bir səs Serhatın diqqətini çəkdi:

ağaçkakan

Tık tık tık tık tık tık….

Bu səs ağacdan gəlirdi. Serhat səsin sahibinə tərəf getdi və soruşdu:

Serhat: Nə üçün dimdiyini ağaca vurursan?

Ağacdələn: Biz ağacdələnlər, ağacları deşərək özümüzə yuva hazırlayarıq. Bəzən qidalarımızı bu ağac oyuqlarında saxlayarıq. Bu açdığım birinci oyuqdur. Bunun kimi daha yüzlərlə oyuq açacağam.

Serhat: Bəs qidalarını bu qədər kiçik bir yerə necə yerləşdirəcəksən?

Ağacdələn: Ağacdələnlər çoxu palıd qozasıyla qidalanarlar və palıd qozaları kiçik olur. Ağacın üstündə açdığım oyuqların hər birinə bir ədəd palıd qozası qoyacağam. Onda mənə çatacaq qədər qida tədarük etmiş olaram.

Serhat: Amma belə tək-tək məşğul olmaq əvəzinə böyük bir oyuq açıb onun içinə də qidalarını qoya bilərdin.

Ağacdələn: Bu cür etsəydim, onda digər quşlar gəlib mənim qida anbarını asanlıqla tapar və palıd qozalarını da apara bilərdilər. Amma mənim açdığım bu oyuqların hər birinin böyüklüyü bir-birindən fərqlidir. Mən də tapdığım palıd qozalarını oyuqlara yerləşdirərkən onların böyüklüklərinə görə yerləşdirirəm. Yəni, oyuğun böyüklüyü nə qədərsə, qozanın böyüklüyü də o qədər olur. Beləcə palıd qozası oyuğun içinə yerləşər. Allah mənim dimdiyimi, bu qozanı asanlıqla oyuqdan çıxarmağa uyğun şəkildə yaratdığı üçün mən heç bir çətinlik çəkmədən qozaları ağacdan götürə bilirəm. Amma başqa quşlar bunu edə bilmirlər. Beləcə mənim qidalarım da təhlükəsizlikdə olur. Əlbəttə ki, mən bunları düşünüb tapacaq ağıla sahib deyiləm, sadəcə bir ağacdələnəm. Bunları mənə Allah etdirir. Qidalarımı necə saxlayacağımı mənə öyrədən də, dimdiyimi bu işə uyğun olaraq yaradan da Allahdır. Əslində yalnız mən deyil, bütün canlılar etdikləri hər şeyi Allah onlara öyrətdiyi üçün edə bilərlər.

ağaçkakan

Serhat: Haqlısan. Mənə verdiyin məlumatlar üçün sənə təşəkkür edirəm. Allahın nə qədər böyük bir gücə sahib olduğunu yenidən xatırladım.

Serhat kiçik yoldaşıyla vidalaşaraq atasının yanına qayıtdı, hara baxırsa baxsın Allahın başqa bir möcüzəsini gördüyündən ötrü çox xoşbəxt idi.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Sinan ilə Termitlər
  • Cem ilə Rəngli Kəpənəklər
  • Ağacdələn ilə Serhat
  • Hakan ilə Qağayı
  • Sərdar ilə İşıldaquş
  • Bora ilə Yaşıl Qurbağa
  • Serkan ilə Uzun Ayaqlı Leylək
  • Emre ilə Suiti
  • Emre ilə Buqələmun
  • Bora ilə İt
  • Əhməd ilə At
  • Levent ilə Kenquru
  • Uğur ilə Hörümçək
  • Serkan ilə Ördək
  • Əli ilə Dəvəquşu
  • Can ilə Bal Xoşlayan Sevimli Ayı
  • Seda ilə Kirpi
  • Tolqa ilə Nəhəng Qütb Ayıları
  • Ömər ilə Balıq