Uzun Quyruqlu Sevimli Dələlər

Fateh və Erdəm çox yaxşı yola gedən iki yoldaş idi. Heyvanların həyatlarıyla əlaqədar yeni bir kitab oxumuş və çox təsirlənmişdilər. Bu heyvanları yaxından tanımaq, kim bilir nə qədər də həyəcanlı olardı. Axşam ailələriylə danışdılar və həftə sonu meşəyə gəzintiyə getmək üçün onları razı saldılar. Yol boyu bir-birlərinə orada görə biləcəkləri canlılar haqqında suallar verdilər. Avtomobildən enər-enməz ağacların arasında qaçmağa başladılar. Ailələri oturacaqlara oturmuş söhbət edirdilər. Fateh və Erdəm ətrafı dolanmaq üçün izn istədilər. Bir neçə heyvan görə bilmək üçün səbirsizliklə gözləyirlərdi.

class="boxshadowborder"/> Bir az getdikdən sonra budaqların arasında bir tərpəniş hiss etdilər.

Fateh: Erdəm, bax budur, yəqin ki, orda bir dələ var gördünmü?

Erdəm: Gəl, bir az daha yaxından baxaq.

Fateh: Görəsən niyə bu qədər uzun bir quyruğu var?

Dələ: İkiniz də çox həvəskar uşaqlara oxşayırsınız. Öyrənmək istədiklərinizi sizə izah edə bilərəm.

Fateh: Bəli çox istəyirik, izah edərsənmi?

Dələ: Bir az əvvəl quyruğumun niyə uzun olduğuyla maraqlanmışdınız. Ağacların üstündə çox müxtəlif hərəkətlər edə bilərəm. Məsələn, iti dırnaqlarım hesabına asanlıqla ağaclara dırmaşa bilərəm. Həmçinin bir budağın üstündə qaça bilərəm, başıaşağı sallana bilərəm, hətta bu şəkildə yeriyə bilərəm. Xüsusilə də “boz dələlər” olaraq tanınan qohumlarımız bir ağacın ən ucundakı budağından 4 metr uzaqdakı başqa bir ağacın budağına asanlıqla tullana bilərik. Havada sanki uçurmuş kimi sıçrayarkən, qollarını və ayaqlarını aralayaraq bir planer kimi hərəkət edirlər. Bu vaxtda yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edər, həm də istiqamətlərini tənzim edən bir sükan funksiyası yerinə yetirər.

Erdəm: Bir kitabda bəzi dələlərin uça bildiklərini oxumuşdum. Bəs uçan dələlərin təkcə quyruqlarının uzun olması kifayət edirmi?

Dələ: Bəli, Avstraliyada yaşayan və boyları 45 sm ilə 90 sm arasında dəyişən bəzi dələ növləri uça bilirlər. Əslində etdikləri tam olaraq uçmaq deyil. Bir ağacdan digərinə uzun məsafəli sıçrayışlar edərək hərəkət edərlər. Ağaclar arasında bir planer kimi hərəkət edən bu canlıların qanadları yoxdur, amma uçma pərdələri vardır. Məsələn, “şəkər uçan sincablar”nın uçma pərdəsi, ön ayaqlardan arxa ayaqlara tərəf uzanar. Uçan dələ, bir ağacın gövdəsindən sıçrayar və dartılmış dərinin planerə bənzəyən təsiriylə bir dəfə də orta hesabla 30 metrlik bir məsafə qət edə bilər. Hətta bəzən arxa-arxaya 6 dəfə sürüşməklə 530 metrlik bir məsafə qət edə bildikləri müşahidə edilmişdir.

sincap

Fateh: Bu qədər uzun məsafələri tullanarkən ağaclar arasındakı məsafələri necə hesablayırlar. Doğru yerə qona bilmələri üçün özlərini çox yaxşı tənzimləmələrinin lazım olduğunu fikirləşirəm. Kiçik bir səhv düşməyinizə səbəb ola bilər.

Dələ: Çox düzdür. Tullanarkən incə budaqları hədəfləyib, tam üstündən yapışa bilmək üçün çox diqqətli hərəkət etməliyik. Bunun üçün arxa ayaqlarımız, məsafələri çox yaxşı tənzimləyən iti gözlərimiz, güclü pəncələrimiz və tarazlıq yaratmağımıza kömək edən quyruğumuzdan istifadə edərik. Bizə bu xüsusiyyətləri verən də, onlardan necə istifadə edəcəyimizi öyrədən də Uca Rəbbimizdir. Yoxsa bizim, ailə tərəfindən əllərimizə cədvəlləri alıb, ağacların hündürlüklərini, budaqların arasındakı məsafələri ölçməyimiz qeyri-mümkündür.

Erdəm: Quyruğunuzun başqa faydaları da varmı?

Fateh: Mən sənədli bir filmdə izləmişdim. Kiçik boylu heyvanlar hərəkət etmədikləri vaxt istilik itirirlərmiş. Soyuq havalarda donma təhlükəsiylə üz-üzə gəlirlərmiş. Xüsusilə də yuxuda olduqları vaxtlarda bu təhlükə daha da artarmış. Lakin, Allah hər canlı növündə olduğu kimi dələlərin də mənfi kənar şərtlərdən təsirlənməmək üçün qorunma üsulları yaratmışdır. Bunun üçün dələlər qalın kürkə bənzəyən quyruqlarını bədənlərinin ətrafına dolayıb, bir top kimi qıvrılaraq yuxuya gedirlərmiş. Bir palto kimi qalın olan quyruqları beləcə soyuq havalarda yatdıqlarında onları donmaqdan xilas edirmiş.

sincap

Dələ: Bəli, həqiqətən də soyuq havalarda quyruğumuz bizi isindirər. Amma bütün bunlardan başqa quyruğumuzun bir faydası daha vardır. Bir çox canlıda olduğu kimi biz dələlər arasında da müxtəlif xəbərləşmə üsulları vardır. Məsələn “qırmızı sincablar” düşmən gördükdə quyruqlarını yelləyər və həyəcanlı səslər çıxararlar.

Erdəm: Nə qədər çox qoz toplayıbsınız. Yəqin ki, acmısınız...

Dələ: Qışda yemək tapmaqda çətinlik çəkdiyimiz üçün yay aylarında yemək toplayıb, qışa hazırlıq görərik. Yeməklərimizi tədarük edərkən çox diqqət yetirməyimiz lazımdır. Meyvələr və ətlər qısa vaxt ərzində xarab olacağı üçün onları tədarük etmərik. Qışda ac qalmamaq üçün yalnız qoz, fındıq, qoza kimi tutumlu yeməkləri toplamalıyıq. Məhz bu qozları da qışda yemək üçün saxlayacağıq.

Erdəm: Allah bütün canlılara yeməklərini necə tapacaqlarını və saxlayacaqlarını öyrədən, yaratdığı hər canlının ruzisini də verəndir. Allahın sifətlərindən biri də “ruzi verən”, yəni “yaratdığı hər canlıya yemək verən”dir. Allah nə qədər lütf sahibi və mərhəmətli olduğunu Quranda bizlərə bir ayədə belə bildirir:

“Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.”
(Ənkəbut surəsi, 60)

Dələ: Allah yaratdığı hər canlıya yaşadığı mühitə uyğun xüsusiyyətlər vermişdir. Yeməkləri tapıb saxlamağımız yetərli olmaz, qış gəldikdə onları saxladığımız yeri də tapmalıyıq. Bunu da Rəbbimizin bizə verdiyi mükəmməl qoxubilmə duyğusundan istifadə edərək taparıq. Belə ki, 30 santimetrlik qarın altında gizlənmiş fındıqların iyini də hiss edə bilərik..

Topladığımız yeməkləri birdən çox yerdə saxlayar. Lakin çoxunun yerini də sonradan yaddan çıxardarıq. Bunun da Allah qatında təyin olunmuş bir səbəbi var. Çünki bizim yer altında saxladığımız yemişlər vaxt ərzində meşənin içində cücərib inkişaf edəcək və təkrar yeni ağaclar əmələ gətirəcəklər.

Fateh: Qoz, fındıq, şabalıd bunlar qabığı çox sərt olan qidalardır. Biz bunları yemək üçün dəmirdən hazırlanmış sındırıcı alətlərdən istifadə edirik. Siz bir alət olmadan bunları necə qıra bilirsiniz?

Dələ: Bizim bir insanın əsla sahib ola bilməyəcəyi itilikdə və möhkəmlikdə dişlərimiz var. Ağzımızın ön tərəfində, sərt hissəciklərin qırılmasını təmin edən kəsici dişlər, arxa uzun boşluqda isə azı dişlərimiz var. Ağzımızdakı bu iti dişlərin hesabına nə qədər sərt olursa olsun istədiyimiz yemişin qabığını sındıra bilirik.

sincap

Erdəm: Bəs dişləriniz ziyan görmürmü?

Dələ: Hər şeyi bir ahəng içində yaradan Rəbbimizin üstün sənətini burada da görə bilərsiniz. Bizim dişlərimiz qırılıb, yeyilsə belə yerinə dərhal yenisi çıxar. Yeyilən dişlərimiz davamlı uzanaraq altdan yenilənir. Allah bu xüsusiyyəti bizim kimi yeməklərini gəmirmək məcburiyyətində qalan bütün canlılara vermişdir.

Fateh: Allah yaratdığı canlılardakı gözəllik və qüsursuz strukturlarla əlaqədar olaraq Quranda belə bildirmişdir:

“Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.”
(Casiyə surəsi, 4)

Erdəm: Allahın hər şeyi hər an nəzarəti altında saxladığını yaddan çıxartmamalıyıq. Bizə verdiyi hər nemət üçün Ona şükür etməli, sevdiyi qullarından olmaq üçün dua edib, Ondan bağışlanma diləməliyik.

Fateh: Bəli düz deyirsən. Erdəm çox gec oldu, artıq geri qayıdaq. Sevimli dələ bizə izah etdiklərin üçün təşəkkür edirəm.

Dələ: Əlvida kiçik dostlarım.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Tufan və Tısbağa
  • Sedat ilə Fil
  • Qardaşının Tolqaya Öyrətdikləri
  • Ömər ilə Pinqvin
  • Ersin ilə Tutuquşu
  • Hər Şeydə Bir Xeyir Vardır
  • Əhməd ilə Şən Ördək
  • Uzun Quyruqlu Sevimli Dələlər
  • Gözəl Sözə Uymanın Əhəmiyyəti
  • Möminlərin Təmizliyi
  • Çetin ilə Bəzəkli Tovuz Quşu
  • Can ilə Balaca Quş
  • Əlinin Kiçik Dostu
  • Murad ilə Pişik
  • Cüneyt ilə Mürəkkəb Balığı
  • Kərəm ilə Dəniz Atı
  • Orxan ilə Həsən Baba
  • Osman Baba ilə Nəvəsi
  • Bizim Sınıf