Tolqa, məktəbdən çıxdıqdan sonra evə getmək üçün avtobus dayanacağına getdi. Dayanacaqda avtobusunu gözləyərkən bir neçə uşağın söhbətini eşitdi. İçlərindən biri davamlı uca səslə danışır, bir tərəfdən də paltarlarını və əlindəki elektronik avtomobili işarə edirdi. Bir az diqqətli qulaq asdıqda, Tolqa danışılanları daha yaxşı başa düşdü.
Uca səslə danışan uşağın adı Candı. Can yoldaşlarına bahalı paltarlarından, son model oyuncaqlarının gözəlliyindən bəhs edirdi. Tolqa evə getdikdə də o uşağın sözlərini ağlından çıxara bilmədi. Böyük qardaşı Saleh, Tolqayı fikirli gördükdə yanına əyləşdi.
Saleh: Nə oldu Tolqa, nə fikirləşirsən belə?
Tolqa: Yolda gələrkən bir uşaq gördüm. Yoldaşlarının yanında geyimlərinin, oyuncaqlarının gözəlliyindən danışırdı. Yoldaşlarının arasında bunlara sahib ola bilməyəcək bəzilərinin olmasına əhəmiyyət vermir, kobud bir rəftar göstərirdi. Onun bu davranışları mənə çox səhv gəldi.
Saleh: Haqlısan Tolqa, onun etdikləri gözəl bir rəftar deyil. Allah hamımıza müxtəlif nemətlər vermişdir. Birinin daha çox əşyaya, gözəlliyə, müvəffəqiyyətə sahib olması o adamın üstünlüyündən qaynaqlanmaz. Allah bunları bizə, bizi sınamaq, bu nemətlər qarşısında necə bir rəftar göstərəcəyimizi görmək üçün vermişdir.
Allahın ən razı qalacağı rəftar, insanın sahib olduğu hər şeyi özünə verənin Allah olduğunu yaddan çıxartmamasıdır. İnsan, Allahın ona verdiyi nemətlərlə öyünməməli, qürrələnməməli və daim təvazökar davranmalıdır. Onsuz da təkkəbbürlənmək şeytanın bir xüsusiyyətidir. Xatırlasan dünən oxuduğumuz ayə bu mövzuyla əlaqədar idi. Ayədə Allah belə buyurur:
Tolqa: Yəni, Allahın bizə verdikləriylə qürrələnməməli və itirdiklərimiz qarşısında da kədərli və sıxıntılı bir ruh halına girməməliyik, elə deyilmi qardaşım?
Saleh: Çox doğru Tolqa. Allah hər şeyin sahibidir. Bizə bu nemətlərdən dilədiyi qədər verər. Bunun çox olması da, az olması da dünyadakı imtihanımızın bir hissəsidir.
Tolqa: Allah bir ayədə: “Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır.” (Taha surəsi, 131) deyə buyurur. Canın hərəkətləri doğru deyil, amma yoldaşlarının da ona fikir verib, Allahın xoşuna getməyəcək bir rəftar göstərməmələri lazım deyilmi? Belə ki, geyimlərimizi, yeməklərimizi, evimizi, avtomobilimizi bizə verən Allah olduğu halda, qürrələnməmiz bizi çox hörmətdən salar, elə deyilmi?
Saleh: Əlbəttə ki, elədir. Gözəl izah etdin. Bax sənə Qurandan bu mövzuya nümunə olacaq bir hekayə izah edim:
Allah Quranda iki adamı misal çəkir. Adamlardan birinin iki üzüm bağı vardır. Allah hər iki bağı da xurmalar və müxtəlif əkinlərlə əhatə etmişdir. Vaxt gəlmiş və əkinlər böyük bir məhsuldarlıqla öz barını vermişdir. İki bağ arasında bir də çay var. Varlı olan adamın bağı elə əzəmətlidir ki, bağlarından birinin müxtəlif məhsul verən yerləri belə vardır. Bağ sahibi yoldaşıyla sühbət edərkən: ““Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi”.” (Kəhf surəsi, 34) deyərək ona xor baxar. Malıyla göstəriş edərək bağına girər və yoldaşına ətrafı göstərərək belə danışar:
Digər adam isə onu belə xəbərdar edər:
Allah, bu xəbərdarlıqları diqqətə almayan bağ sahibini sonunda cəzalandırar. Bir gecədə bütün məhsullarını yandıran bir külək göndərir.
Səhər qalxdıqda öyündüyü məhsullarını itirdiyini görən bağ sahibi, Allahın sonsuz gücünü və hər şeyi öz nəzarəti altında saxladığını başa düşmüşdür. Biz də bu hekayəni heç yaddan çıxartmadan hərəkət etməliyik.