Tahsin məktəbdən evə qayıtdıqda dərhal babasının yanına qaçdı və ağlına ilişib qalan sualı soruşdu.
Tahsin: Babacan, səndən bir şey soruşacağam.
Osman baba: Soruş görək Tahsin.
Tahsin: Babacan, avtobusda gələrkən bir xala yanındakı yoldaşına səbrin çox əhəmiyyətli olduğunu, həqiqi səbrin Qurana görə olmasının lazım olduğunu izah edirdi. Baba görəsən bu nə deməkdir, izah edə bilərsənmi?
Osman baba: Balam, insanların çoxu səbrin əsl mənasını, həqiqətən səbirli bir insanın necə davranmasının lazım olduğunu bilmir. Bu kəslər arasında səbir, daha çox insanın həyatı boyunca qarşılaşdığı çətinlik və sıxıntılara güc gəlməsi, bunlara qatlanması və dözməsi kimi başa düşülər. Halbuki Allahın Quranda öyrətdiyi həqiqi səbir bu dözüm anlayışından çox fərqlidir.
Tahsin: Baba, bəs Qurandakı səbrin qaynağı nədir?
Osman baba: Tahsin bilirsənmi, Allahın razılığını, sevgisini və məmnuniyyətini qazanmağın yolu, Allahın Quranda bildirdiyi əmr və qadağaları nöqsansız şəkildə tətbiq etməkdir. Allah qullarından, həyatlarının sonuna qədər heç bir zəiflik göstərmədən Quran əxlaqını yaşamalarını istəmişdir. Məhz möminlərin Allahın bu əmrini hər nə olursa-olsun güzəştə getmədən yerinə yetirə bilmələrinin sirri də, imanın qazandırdığı üstün bir xüsusiyyət olan “səbir” də gizlənmişdir. Səbrin həqiqi mənasını öyrənən bir insan Allahın özündən istədiyi hər rəftarda və hər ibadətdə davamlılıq göstərə bilər. İman edən bir insan Allahın elminin və ağlının bütün varlıqları əhatə etdiyini, tək bir şeyin belə Allahın izni olmadan baş vermədiyini və bütün hadisələrin arxasında Allahın yaratdığı bir çox xeyir və hikmətin olduğunu bilir.
Tahsin: Onda insan başına gələn heç bir şeyə kədərlənməməli və həmişə səbir etməlidir, elə deyilmi?
Osman baba: Çox doğru Tahsin. Allah iman edənlərin dostu, vəlisi və yardımçısıdır. Buna görə də ilk baxışda fərqli görünsə belə başa verən bütün hadisələr iman edənlərin xeyri üçündür. Buna görə də səbir etmək, mömin üçün məcburiyyətlə yaşanan bir əxlaq xüsusiyyəti deyil, əksinə könül xoşluğuyla və məmnuniyyətlə yaşanan, zövq alınan bir ibadətdir. Möminlər, başlarına nə gəlirsə-gəlsin bunu yaradanın Allah olduğunu və bunun mütləq özləri üçün bir xeyirə vəsilə olacağını bilirlər. Allahın özləri üçün ən gözəl taleyi təyin etdiyini bildikləri üçün qarşılaşdıqları hər hadisəyə könüllü surətdə razı olar və məmnuniyyətlə təvəkkül edərlər. Allah bir ayədə belə buyurur: “O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər”. (Ənkəbut surəsi, 59)
Tahsin: Onda iman edən kimsənin səbrinin tükənməsi qeyri-mümkündür. Avtobusda gördüyüm xalanın dediklərini indi daha yaxşı başa düşürəm.
Osman baba: Bəli balam. İman edənlər, səbri Allahın bir əmri olaraq yaşayarlar və buna görə də heç vaxt onların səbirlərinin tükənməsi kimi bir vəziyyətdən söhbət gedə bilməz. Həyatlarının sonuna qədər bu ibadəti şövq və həyəcanla yerinə yetirərlər.
Tahsin: Babacan, indi səbrin əhəmiyyətini və iman edənlərin səbrinin Allahın izni ilə heç tükənməyəcəyini çox yaxşı başa düşdüm, təşəkkür edirəm.