Orxan pəncərədən çölə baxır, babasının gəlməsini həyəcanla gözləyirdi. Babasıyla vaxt keçirmək çox əyləncəli və gözəl idi. Nəhayət babası gəlmişdi. Orxan həyəcanla qapıya tərəf qaçdı və babasının boynunu qucaqladı. Tam gözlədiyi kimi babası ona hədiyyələr gətirmişdi. Çox sevdiyi şkoladlar və bəzi şəkilli kitablar gətirmişdi. Həsən baba nəvəsinin bu şən halını çox sevirdi. Belə dedi:
Həsən baba: Bu gün şəhərin kənarında kiçik bir işim var, mənimlə birlikdə gəlmək istəyərsənmi? Həm sən də gəzmiş olarsan. Orxan sevinclə qəbul etdi və dərhal yola düşdülər. Şəhərdən uzaqlaşmağa başlamışdılar. Bu sürpriz səyahət Orxanın çox xoşuna gəlmişdi.
Orxan: Necə də gözəl tərtəmiz havadır, ciyərlərimiz bu gün bu gözəl hava ilə dolacaq. Kaş ki, qaldığımız şəhərin havası da həmişə belə gözəl olsaydı!
Həsən babae: Orxan, bu bir az çətindir, çünki avtomobillərdən ayrılan mühərrik tüstüləri, xüsusilə qışda bacalardan çıxan tüstülər, bir də ağacların, bitkilərin az olması şəhərin havasının təmiz qalmasına mane olan səbəblərdir.
Orxan: Tüstüləri başa düşdüm, amma bitkilərin mövzuyla əlaqəsini heç cür başa düşə bilmədim. Ağaclar meyvə verən və ya şəhəri gözəlləşdirən bitkilər deyilmi?
Həsən baba: Bəli bütün bu dediklərini ağaclar edir, amma onların bəlkə də bunlardan daha əhəmiyyətli olan xüsusiyyətləri havanı təmizləmələridir. Bitkilər digər canlıların tam əksinə nəfəs alarlar. İnsanlar və heyvanlar havadakı oksigeni alıb, bunu bədənlərində istifadə etdikdən sonra çirklənən hava karbon qazı olaraq havaya buraxırlar. Məhz bitkilər bunun əksini edər, havadakı karbondioksidi alıb, oksigeni havaya buraxar. Beləcə təmizlik əməliyyatı reallaşmış olar.
Orxan, bitkilərin başqa möcüzəvi xüsusiyyətləri də var və bunların hamısını yaradan, üstün ağıl sahibi olan Allahdır. İstəsən sənə bitkilər haqqında bildiklərimi izah edə bilərəm.
Orxan: Əlbəttə ki, babacan, qulaqlarımı açdım səni dinləyirəm!
Həsən baba: Bitkilərin nəfəs alması fotosintez prosesiylə reallaşar.
Orxan: Fotosintez nədir?
Həsən baba: Sənin marağını aradan qaldırmağa çalışacağam, amma bu o qədər asan olmayacaq, çünki bu mövzu çox çətin və mürəkkəbdir. Alimlər hələ fotosintez əməliyyatını tam mənasıyla həll etməyə çalışırlar.
Orxan: Alimlərin hələ də həll etməyə çalışdığı bir əməliyyatla bitkilər həyatlarını davam etdirirlər. Həmçinin əməliyyat dedikdə insanın ağlına riyazi əməliyyatlar, düsturlar gəlir. Biz hətta riyaziyyat dərsində bəzən çətinlik çəkdikdə, bizim kimi bir zəka və bədənə sahib olmayan bitkilərin bunu etməsi bir möcüzədir!
Həsən baba: Bəli, bu qəti olaraq bir möcüzədir. Bu kimyəvi əməliyyat, bitkilər tərəfindən ilk yaradıldıqları gündən etibarən heç ləngimədən həyata keçirilir. Yaşıllıq olan hər yerdə, günəş enerjisindən istifadə edərək, karbondioksid və sudan, şəkər meydana gətirən bir fabrik çalışır deməkdir. Yediyimiz ispanaq, salatımızdakı cəfəri, eyvanımızdakı sarmaşıq, biz hiss etmədən, bizim üçün davamlı məhsul hazırlayırlar. Bu, üstün elm sahibi olan Allahın bütün insanlara olan şəfqətinin bir nəticəsidir. Allah, bitkiləri insanların və bütün canlıların faydasına xidmət edə biləcəkləri şəkildə yaratmışdır. İnsanın, bu günkü texnologiyayla belə qavraya bilmədiyi bu qüsursuz sistemi yarpaqlar milyonlarla ildir ki, həyata keçirirlər. Allah, Quranın bir ayəsində, insanların tək bir ağacı belə yoxdan var etmələrinin qeyri-mümkün olduğunu belə bildirir:
Orxan, bitkilərin fotosintez deyilən xüsusi bir kimyəvi əməliyyatla nəfəs ala bildiklərinə çox təəccüblənmişdi. Bəs bu əməliyyat necə həyata keçirilirdi? O bunları düşünərkən babası izah etməyə davam etdi:
Həsən baba: Şüursuz bitki hüceyrələri torpaqdan, sudan, havadan və Günəşdən istifadə edərək, torpağın içindən müəyyən miqdarda mineralları və suyu qəbul edərək, insan üçün qida hazırlayırlar. Günəş işığından aldıqları enerji ilə bu maddələri parçalayar, sonra parçaladıqları maddələri qidaları əmələ gətirəcək şəkildə bir yerə gətirərlər. Burada qısaca ifadə edilən şey bu əməliyyatın hər mərhələsində ayrı bir ağıl, şüur və planlaşdırmanın müşahidə olunmasıdır. Bitkilərdəki bu heyranlıq oyandıran sistem, ortaya qoyduğu nəticələriylə, çox aydındır ki, insanın faydalanması üçün xüsusi olaraq hazırlanmış bir həyat mənbəyidir.
Orxan: Bəs yarpaqlar nə iş görür?
Həsən baba: Bir zaman məktəbdə laboratoriyada təcrübə apararkən istifadə etdiyiniz mikroskoplar vardı, məhz onların çox inkişaf etmiş olanlarıyla bir yarpağı yaxından araşdırsaq, Allahın yaratma sənəti bütün ehtişamıyla yenidən qarşımıza çıxar! Tək bir yarpağın içində qüsursuz bir istehsal sistemi qurulmuşdur. Bu sistemi daha yaxşı başa düşə bilmək üçün yarpaq içində ayrı-ayrı vəzifələr yerinə yetirən strukturları gündəlik həyatda istifadə etdiyimiz alətlərə bənzədə bilərik. Yarpağın incəliklərini böyüdərək araşdırdıqda hər an fəaliyyətdə olan şarlar, xüsusi əməliyyatlar üçün inşa edilmiş otaqlar, nəhəng bir düdüklü qazan kimi çalışan klapanlar, minlərlə əməliyyata nəzarət edən çoxsaylı düymə və heç dayanmadan işləyən işçilərlə dolu avtomatik bir qida fabriki ilə qarşılaşarıq. Daha diqqətli baxsaq, müəyyən nöqtələrə yerləşdirilmiş vaxt tənzimləyiciləri, termostatları, hiqrometrləri, xəbərdarlıq sistemlərini və istiliyə nəzarət mexanizmlərini də görə bilərik.
Orxan: Bunların hamısının kiçik bir yarpaqda cəmləşməsi və heç ləngimədən işləməsi bir möcüzədir!
Həsən baba: Orxan, bu mükəmməl sistemi hazırlayıb ən gözəl şəkildə dizayn edən Rəbbimiz Allahdır. Yer üzündəki hər yarpaq Allahın izni ilə bu mükəmməl sistemlərlə birlikdə yaranar. Bunu əsla unutma!
Orxan babasının izah etdiklərinə qulaq asarkən çox böyük bir ağac gördü və ağlına bir sual gəldi. Ağacların bu problemi necə aradan qaldırdığı və həyatlarını davam etdirdikləriylə maraqlanmağa başladı. Dərhal bu sualı babasına verdi;
Bitkiler suyu nasıl taşır? |
Orxan: Babacan, ağacların boyu çox hündürdür, torpaqdakı su və qidalar necə olur ki, yuxarı çıxa bilir? Görmürsənmi bu ağac necə də hündürdür, amma ən ucundakı yarpaq belə yamyaşıldır?
Həsən baba: Yadındadırmı bir az əvvəl yarpaqları bir fabrikə bənzədərək izah etmişdim, yenə eyni bənzətməklə davam edək. Hər yeri bir şəbəkə kimi örtmüş olan boru kəməri xammalın istehsal məntəqələrinə çatdırılmasını və istehsal məntəqələrində əldə edilən məhsulun bitkinin toxumalarına paylanmasını təmin edər. Bu boru kəməri bitkinin aldığı qidanı və suyu yuxarı doğru qaldırarkən, bir tərəfdən də yarpaqlarda hazırlanan şirəni bütün ağacın qidalanması üçün daxili bölgələrə tərəf aparar. Bu kanalların hamısı yalnız həyati mayeləri daşımaqla kifayətlənməz, həmçinin ağacda və yarpaqda skelet vəzifəsi yerinə yetirərlər. Bu möcüzəvi bir dizayndır. Çünki insanlar tərəfindən inşa edilən tikililərdə, binaların əsas elementləri (kolonlar, dirəklər və s.) və binanın su xətləri ayrı-ayrı inşa edilir. Bitkilərdə bu iki ehtiyacın bir dəfədə həll edildiyi möcüzəvi bir dizayn vardır.
Orxan: Bu həqiqətən də möhtəşəm bir sistemdir! Ağlıma bir şey gəldi. Sanki bitkilərin içində gizli bir təqvim ya da saat varmış kimi heç çaşmadan həmişə eyni şəkildə davranırlar. Məsələn, həmişə yazda çiçəkləyir, payızda yarpaqlarını tökürlər. Bu necə olur?
Həsən baba: Alimlər buna bioloji saat adını verirlər. Bitkilərin bu vaxt tənzimləmələrini hesablayan saatları, günəş şüasının yarpaqlara düşmə müddətini də hesablayır. Hər bitkinin bioloji saatı bu müddəti bitkinin öz quruluş xüsusiyyətinə görə hesablayır. Məsələn, soya bitkisi üzərində aparılan təcrübələr nəticəsində, bu bitkilərin nə vaxt əkilsələr belə həmişə ilin eyni dövrlərində çiçəklədikləri müşahidə olunmuşdur. Bitkilərin içindəki saatı tənzimləyən, əlbəttə ki, üstün güc sahibi Allahdır.
Həsən baba və sevimli nəvəsi Orxan yolda gördükləri bir alça ağacının yanında dayanıb, təzə meyvə yemək istəmişdilər. Baxça sahibindən izn alıb, alça yığdılar, yaxşı şəkildə yuyub yeməyə başladılar. Həqiqətən çox ləzzətliydilər. Həsən baba belə dedi:
Həsən baba: Orxan bilirsənmi, bitkilərin bizə verdiyi enerji Günəşdən aldığımız enerjidir.
Orxan: Necə yəni, biz indi bu alçaları yeyərkən Günəşimi yeyirik?
Həsən baba: Əslində Günəşi yeyirik, amma birbaşa deyil bilavasitə olaraq. Məlum olduğu kimi yer üzündəki həyatın əsas enerji mənbəyi Günəşdir. Ancaq insanlar və heyvanlar, günəş enerjisini birbaşa istifadə edə bilməzlər, çünki bədənlərində bunun üçün lazımi sistemlər yoxdur. Bəs necə istifadə etdiklərini bilirsinizmi? Günəş enerjisi ancaq bitkilərin hazırladığı qidalar vasitəsilə, istifadə edilə bilər enerji olaraq insanlara və heyvanlara çatar. İstifadə olunan enerji, həqiqətdə bitkilər vasitəsilə bizə nəql olunan günəş enerjisidir. Məsələn, çayımızı qurtumlarkən əslində günəş enerjisini qurtumlayır, çörək yeyərkən dişlərimizin arasında bir miqdar günəş enerjisi mövcud olur. Əzələlərimizdəki güc həqiqətdə günəş enerjisinin dəyişmiş formasıdır. Biz də bu enerji hesabına qaçıb oynaya bilərik. Bəs bitkilər bunu necə bacarır?
Bitkilər günəş enerjisini bizim üçün mürəkkəb əməliyyatlar apararaq özlərində saxlamışdırlar. Bitkilərin öz qidalarını özlərinin hazırlaya bilmələrini və digər canlılardan imtiyazlı olmalarını təmin edən isə, hüceyrələrində insan və heyvan hüceyrələrindən fərqli olaraq günəş enerjisini birbaşa istifadə edə bilən strukturların olmasıdır. Bitkilər bu strukturların köməyi ilə, Günəşdən gələn enerjini, insanlar və heyvanlar tərəfindən qida yolu ilə əldə olunacaq enerjiyə çevirib düsturu gizli olan çox xüsusi əməliyyatlarla, qidalarda bu enerjini saxlayarlar.
Orxan: Allah hər şeyi insanların xeyrinə yaratmış, necə də gözəl!
Həsən baba: Məhz bütün bunları düşünüb bizə bu qədər çox neməti verən Rəbbimizə şükür etməliyik. Allah bizə şükür etməyimizin lazım olduğunu belə bildirmişdir:
Orxanın ən sevdiyi dərs təbiətşünaslıqdır. Birdən ağlına apardıqları bir təcrübə gəldi və babasına tərəf dönüb;
Orxan: Baba bilirsənmi, məktəbdə bir təcrübə apardıq. Müəllimimiz bizə bir tapşırıq verdi. Bu tapşırıqda bir pambıq parçasının içinə bir paxla qoyduq, günəş şüası düşən bir yerə qoyub bir neçə gün suladıq. Bil görək nə baş verdi?
Həsən baba: İçindən paxla bitkisi çıxdı, elə deyilmi? Məktəbdə çox sadə bir təbiət hadisəsi olaraq izah olunan bu mövzu haqqında bir az düşünək. Əslində burada bir möcüzə ilə qarşı-qarşıyayıq. Sehrbazlıq nümayişlərində boş bir papağın içindən dovşanın çıxması kimi, pambığın və ya torpağın içindən bir bitkinin çıxması da buna bənzəyir. Sehrbaz gözlərimizi aldadar, amma kiçik bir toxumun içindən cücərən bitki heç kimi aldada bilməz. Bütün bitkiləri kiçik qutularından cücərdən üstün elm sahibi olan Rəbbimiz bizə belə bir möcüzə ilə, heç bir canlının təsadüfən var olmadığını aydın şəkildə göstərir. Orxan, canlıların təsadüfən yarandığını deyənlər də ancaq özlərini aldadırlar, elə deyilmi?
Orxan: Bəli babacan.
Həsən baba: Kiçik toxumun beçələrindən bir hissəsi torpağın dərinliklərinə enər, bir hissəsi də yuxarıya doğru çıxar. Torpaq olduqca sərt və möhkəmdir, hər iki istiqamətə də hərəkət etməsi çox çətindir. Bizim kimi ağıl və şüur sahibi olmayan kiçik beçənin bunları necə bacardığı həqiqətən də bir möcüzədir.
Orhan: Əgər tam tərsi olsaydı, yəni torpağın altına qoyduğumuz bir toxum beçələməsəydi, bir düşünün nə baş verərdi! Onda hamımız çox böyük bir yemək sıxıntısı çəkərdik. İnsanlar və heyvanlar yeməyə bir şey tapa bilmədikləri üçün yavaş-yavaş ölərdilər!
Həsən baba: Orxan, Allah bizi belə xəbərdar edir:
Orxan babasının yol boyunca özünə izah etdiklərini düşünməyə başlamışdı. Babasına düşüncələrini izah etdi:
Orxan: Bitkilər həyatımızın davam etməsi üçün necə də əhəmiyyətliymiş. Tənəffüs etdiyimiz havanı təmizləyirlər, qarnımızı doyurub enerji verirlər, hamısı bir-birindən ləzzətli olan tərəvəz və meyvələri bizim üçün çıxarırlar, ətrafımızı gözəlləşdirirlər. Görmürsənmi ki, çöldə nə qədər çox növdə ağaclar, çiçəklər, meyvələr, əkinlər var.
Həsən baba: Bitkilərin faydalarıyla əlaqədar sənin unutduğun bir nemətini Allah Quranda belə xəbər verir;
Orxan: Bəli necə də unutmuşam, ağaclar odun halına gətirilib yandırılır, biz də isinirik. Kitablar, dəftərlər, qəzetlər qısaca kağızın xammalı olan ağaclar, od yandırmağımızı təmin edən kibritlər, üstündə oturduğumuz kreslo, iş stolumuz, qapılar, pəncərələr...
Həsən baba: Bitkilərin faydalarıyla yanaşı çox maraqlı xüsusiyyətləri də vardır. Mərkəzi və Cənubi Amerikada yetişən bir asma bitkisi, qara və yaşıl tırtıllar ilə qırmızı kəpənəklər üçün çox ideal və cazibədar bir yemək növüdür. Bu böcəklər, balalarının yumurtadan çıxar-çıxmaz bu ləzzətli yeməklə qidalana bilmələri üçün, yumurtalarını asma bitkisinin yarpaqlarının üstünə qoyarlar. Yalnız burada çox əhəmiyyətli bir məqam vardır. Bu kəpənəklər yumurtalarını qoymadan əvvəl asmanın yarpaqlarını yaxşı şəkildə yoxlayarlar. Əgər başqa bir heyvan yumurtalarını qoyubsa, eyni bitkinin yarpaqlarından birdən çox ailənin fərdlərinin qidalanması çətin olacağından, oranı seçməz və boş olan başqa yarpaqları axtararlar.
Asma bitkisi də, yarpaqlarının üst hissələrində yaşıl qabarcıqlar meydana gətirərlər. Bəzi növləri isə, yarpağın altında olan budaq ilə birləşdiyi yerin üstündə, kəpənəklərin yumurtalarına bənzər rəngdə ləkələr meydana gətirərlər. Bunu görən tırtıl və kəpənəklər, başqa böcəklərin özlərindən əvvəl bu yarpaqların üstündə yumurtladıqlarını zənn edər və bitkinin üstündə yumurtlamaqdan imtina edərək, özlərinə yeni yarpaqlar axtarmağa başlayarlar.
Orxan: Əla bir müdafiə sistemidir!
Həsən baba: Bəli Orxan, bu bitkiyə özünü necə müdafiə edəcəyini öyrədən üstün elm sahibi Allahdır, bunu əsla yaddan çıxartma olarmı?