Murad ilə Pişik

“…əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”.
(Şuəra surəsii, 28)

Məktəbdən evə qayıtdıqda Muradı böyük bir sürpriz gözləyirdi. Atası ona kiçik bir pişik balası almışdı!

Murad boş vaxtlarını bu sevimli pişiklə oynayaraq keçirməyə başlamışdı. Bir gecə yatarkən pişiyin otaqdan çıxıb, qapqaranlıq bir otaqda süd qabını dərhal tapdığını gördükdə Murat heyrətə gəldi.

kedi

Murad: Görək bu qaranlıqda süd qabını necə də asanlıqla tapa bildin?

Pişik:: Murad, bizim görməyimiz üçün azacıq işıq kifayətdir. Gözlərimiz insanlarınkından fərqli yaradılmışdır. Göz bəbəklərimiz qaranlıqda mümkün olduğu qədər çox işıq qəbul etmək üçün böyüyərək yuvarlaqlaşırlar. Bundan başqa biz pişiklərin gözlərində siz insanlarınkında olmayan bir təbəqə vardır. Torlu qişanın dərhal arxasında yerləşən bu təbəqədən işıq əks olunur. Beləcə işıq torlu qişadan iki dəfə keçmiş olar. Biz də buna hesab qaranlıqda asanlıqla görə bilərik və gözlərimiz də daha parlaq olar. Şübhəsiz ki, Allah bizi hər cür şərait üçün ən uyğun şəkildə yaratmış, bizə ehtiyacımız olan xüsusiyyətləri vermişdir. Bu xüsusiyyətlərə təkamül nəzəriyyəsinin iddia etdiyi kimi vaxt ərzində və təsadüflər nəticəsində sahib olmağımız, əlbəttə ki, qeyri-mümkündür. Allah pişiklər kimi bütün canlıları bir anda qüsursuzca yaratmışdır.

Murad: İnsanlar sizi bir də hündür bir yerdən “həmişə dörd ayaq üstündə düşmə” qabiliyyətinizlə tanıyırlar. Bunu necə bacarırsınız?

Pişik: Haqlısan. Biz pişiklər ağacların üstündə, hündür yerlərdə gəzməyi çox sevərik. Ancaq buralardan düşmə təhlükəsinə qarşı Allah, bizlərə bu xüsusi qabiliyyəti vermişdir. Düşərkən tarazlığımızı təmin etmək üçün quyruğumuzdan istifadə edir və bədənimizin ağırlıq mərkəzini bunun hesabın dəyişdirib, pəncələrimizin üstünə düşməyi bacararıq. Bu qoruyucu xüsusiyyətiylə Allah sonsuz şəfqət və mərhəmətini göstərir.

kedi

Murad kiçik pişiyi şəfqətlə qucağına aldı. Hər gün qarşılaşdığı bu sevimli varlıqların əslində Allahın üstün yaradıcılığının nə qədər əhəmiyyətli bir dəlili olduğunu düşündü. Pişiklərə olan sevgisi və şəfqəti beləcə daha da artdı. Tükləri tumarlanan bala pişik də zümzümə edərək Murada olan sevgisini ifadə etdi.

“Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir”.
(Həcc surəsi, 65)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Tufan və Tısbağa
  • Sedat ilə Fil
  • Qardaşının Tolqaya Öyrətdikləri
  • Ömər ilə Pinqvin
  • Ersin ilə Tutuquşu
  • Hər Şeydə Bir Xeyir Vardır
  • Əhməd ilə Şən Ördək
  • Uzun Quyruqlu Sevimli Dələlər
  • Gözəl Sözə Uymanın Əhəmiyyəti
  • Möminlərin Təmizliyi
  • Çetin ilə Bəzəkli Tovuz Quşu
  • Can ilə Balaca Quş
  • Əlinin Kiçik Dostu
  • Murad ilə Pişik
  • Cüneyt ilə Mürəkkəb Balığı
  • Kərəm ilə Dəniz Atı
  • Orxan ilə Həsən Baba
  • Osman Baba ilə Nəvəsi
  • Bizim Sınıf