Əli, ibtidai məktəbdə oxuyan çox müvəffəqiyyətli bir şagird idi. Müəllimlər və yoldaşları tərəfindən çox sevilirdi. Həmişə intizamlı idi. Ana, atasına və böyüklərinə qarşı hörmət edən bir uşaq idi. Ancaq Əli, yaşadığı hadisələr qarşısında xeyli həyəcanlanır, əhəmiyyətsiz şeylər üçün narahat olurdu. Məsələn, məktəbdə imtahan verəcəkləri vaxt dərsini oxumuş olmağına baxmayaraq içində qorxu hissi keçirir “ya pis qiymət alsam?” deyə düşünərək özünü kədərləndirirdi. Çox vaxt bu narahatlığı üzündən diqqəti dağılır, hətta bildiyi bir suala səhv cavab verdiyi də olurdu. Əli edə bilmədiyi bir şey olduqda və ya olmasını istədiyi bir şey olmadıqda dərhal kədərlənir və ümidsizliyə qapılır, niyə edə bilmədiyini, niyə olmadığını düşünərək öz-özünə əsəbləşirdi.
Əli həmin gün məktəbdən evə qayıtdıqda çox sevincli və həmişəki kimi həyəcanlı idi. Anası mətbəxdə yemək hazırlayırdı. Əli məktəbdə olanları dərhal anasına izah etməyə başladı:
Əli: Anacan, həftə sonunda məktəbimizin təşkil etdiyi gəzintiyə gedəcəyik. Orada gözəl yeməklər yeyəcək, top oynayacaq, gəzəcək, mahnılar oxuyub oyun oynayacağıq. Necə də gözəl elə deyilmi?
Ana: Bəli Əli, həqiqətən çox gözəl bir xəbərmiş. Dur indi əllərini yu və tapşırıqlarını yerinə yetirməyə başla görək.
Əli anasının sözünü eşitdi. Əlini-üzünü yudu, formasını çıxartdı və tapşırıqlarını yerinə yetirməyə başladı. Ancaq həyəcanı hələ də keçməmişdi. Gəzintidə nə qədər çox əylənəcəklərini düşünürdü. Bir an ağlına bir şey gəldi. İçindən “ya həftə sonu gəlmədən xəstələnsəm? Onda gəzintiyə gedə bilmərəm. Yoldaşlarım oyun oynadıqları halda mən evdə xəstə halda yatmaq məcburiyyətində qalaram” deyə düşündü. Bir an içinə bir sıxıntı düşdü. Bütün sevinci qaçmışdı. Tapşırıqlarını yerinə yetirərkən bir tərəfdən də bunu düşünməyə başladı.
Axşam yeməyinin vaxtı gəldikdə Əlinin atası da evə gəlmişdi. Anası Əlini yeməyə çağırdı. Hamısı birlikdə süfrəyə oturdular. Əli, ağlına gələn pis düşüncə üzündən çox səssiz və kefsizdi. Ondakı bu dəyişiklik anasını çox təəccübləndirdi. Əlinin bu durğun halı atasının da diqqətini çəkmişdi. Həmişə olduğu kimi söhbət etməyə başladılar.
Ata: Əli bu gün məktəbdə nələr etdin danış görək!
Əli: Yeni məlumatlar öyrəndik atacan. Riyaziyyat dərsində lövhəyə çıxdım və müəllimin soruşduğu sualı düzgün şəkildə həll etdim.
Ana: Əli, bu gün məktəbdə aldığın gözəl xəbəri atana da deməyəcəksənmi?
Əli: Həftə sonu gəzintiyə gedəcəyik.
Ata: Əli bu çox gözəl bir xəbərdir, amma deyəsən sən bu xəbərə çox sevinməyibsən?
Ana: Əslində məktəbdən gəldikdə çox sevincli idi, niyə kədərli görünürsən?
Əli: Bəli çox sevincliydim, amma ağlıma gələn bir fikir üzündən ürəyim sıxıldı. .
Ata: Əli niyə ürəyin sıxıldı?
Əli: Ya həftə sonuna qədər xəstələnib də gəzintiyə gedə bilməsəm, onda çox kədərlənərəm.
Ana: Əli indi belə bir şey yoxdur və daha sonra olub ola bilməyəcəyini də indidən bilmirik. Ya olsa deyə əhəmiyyətsiz bir şeyə görə kədərlənməyin doğrudurmu?
Ata: Bax Əli. Şeytan ağlına belə pis fikirlər gətirərək, əhəmiyyətsiz şeylərə görə narahat olmağına səbəb olar. Buna vəsvəsəyə düşmək deyilir. İnsanın ağlına gələn bütün pis fikirlər, ürəyində hiss etdiyi sıxıntılar, şeytanın insanlara pıçıldadığı vəsvəsələrdir. Belə bir vəziyyətdə nə etməyimiz lazım olduğunu Uca Allah Quranda bizə belə bildirmişdir:
Ana: Əli sən də ağlına belə pis fikirlər gəldikdə dərhal Allaha sığın və Ona dua et.
Ata: Həyatımızda başımıza gələn hər hadisə Allahın taleyimizdə əvvəldən təyin etdiyi hadisələrdir. Allah bizim üçün hər hadisədə ən xeyirlisini diləmişdir. Əgər sən gəzintiyə gedə bilməsən mütləq bu daha xeyirlidir. Bəzi insanlar hər şeydə bir xeyir olduğunu unudub, başlarına gələn bir hadisə qarşısında kədərlənirlər. Halbuki Allah o adamı bəlkə də daha pis bir hadisədən qorumuşdur. Ancaq belə düşünmədikləri üçün həmişə kədər və sıxıntı içində yaşayarlar.
Əli: Bəli çox yaxşı başa düşdüm. Bundan sonra ağlıma gələn pis düşüncələrdən dərhal Allaha sığınacaq və mənə hər şeyin ən xeyirlisini verdiyi üçün Allaha şükür edəcəyəm.