Şener sevimli, gözəl əxlaqlı və çox çalışqan bir uşaq idi. Atasının işinə görə başqa bir şəhərə köçmüşdülər. Buna görə Şener, çox sevdiyi yoldaşlarından ayrılmaq məcburiyyətində qalmışdı.
Yeni evlərinə köçdükdən bir müddət sonra binalarında yaşayan qonşuları, Şenerin yanına qonaq gəldilər. Şener çox şad oldu, çünki binalarında onun yaşında bir çox uşaq var idi. Şener yeni tanış olduğu yoldaşlarını çox sevdi və vaxt ərzində yoldaşlarıyla mehriban oldu. Ancaq aralarından Gökhan adında yaşca digərlərindən kiçik olan bir uşaq həmişə oynadıqları oyunları pozur, həmişə öz istədiyi oyunların oynanmasını istəyir, istədiyi bir şey baş tutmadıqda isə onlardan küsürdü.
Bir gün bağçada bütün uşaqlar toplanıb oynadıqları vaxt, Gökhan yanlarına gəldi. Uşaqlar o anda Şenerin yeni alınmış oyuncağı ilə oynayırdılar. Gökhanın gəlməsi bütün uşaqları narahat etdi. Çünki Gökhan oyunlarına qoşulanda mütləq bir mübahisə yaranacağını bilirdilər. Buna görə də uşaqlar Gökhanı bu dəfə aralarına almadılar. Buna çox əsəbləşən Gökhan da Şenerin yeni oyuncağını aldı və yerə çırparaq qırdı. Buna çox kədərlənən Şener və yoldaşları, Gökhanla mübahisə etməyə başladılar. Uşaqların səsini eşidən Saleh baba dərhal pəncərəyə gedib çölə baxdı. Saleh Baba uşaqları çox sevirdi, onlarla həmişə maraqlanır, tez-tez uşaqlarla Allahın varlığı, verdiyi nemətlər, Allahın yerinə yetrilməsini əmr etdiyi ibadətlər kimi mövzularda söhbət edirdi. Uşaqların mübahisə etdiklərini gördükdə dərhal yanlarına gəldi. Gökhan ağlayırdı. Uşaqlar baş verənləri Saleh babaya danışdılar, sonra hamısı birlikdə bağçada oturub söhbət etməyə başladılar.
Şener: Saleh baba. Mən və yoldaşlarım həmişə çox yaxşı yola gedir, bir-birimizlə mübahisə etmədən oyunlarımızı oynayırıq. Amma Gökhan həmişə oyunumuzu pozur, biz də artıq onunla yoldaş olmaq istəmirik.
Gökhan: Amma onlar mənim istədiyim şeyləri etmirlər.
Saleh baba: Əziz Uşaqlar! Hamımız hər an hüzurlu olmaq, əmin-amanlıq içində yaşamaq, yoldaşlıq, dostluq və sevincin olduğu yerlərdə olmaq istəyərik. Ancaq, bunların olması üçün yalnız istəmək kifayət etməz. Həmçinin bunları həmişə qarşı tərəfdən gözləmək də olmaz. Hüzurlu, etibarlı mühitlər təmin etmək, gözəl dostluqlar qurmaq xüsusi bir səy və fədakarlıq tələb edir. Əgər hər kəs, yalnız öz istəyinin olmasını istəyər, öz rahatlığını düşünər, fədakarlıq etməzsə, insanlar arasında döyüşlər və narahatlıqlar yaşanar. Ancaq Allahdan qorxan möminlər fərqli davranırlar. Onlar, həm fədakar, həm bağışlayan, həm də səbirlidirlər. Özlərinə haqsızlıq edildikdə belə, bağışlayıcı davranaraq, mühitin hüzurunu və təhlükəsizliyini, insanların sevincini öz istəklərindən üstün tutar, ən gözəl rəftarı nümayiş etdirərlər. Bu, Allahın möminlərə əmr etdiyi üstün bir əxlaq xüsusiyyətidir.
Şener: Bəs Saleh baba qarşımıza bizə pis sözlər deyən, düşməncə rəftarlar göstərən biri çıxdıqda nə etməliyik?
Saleh baba: Əlbəttə ki, biz Allahın əmr etdiyi şəkildə davranmalıyıq. Bunu Uca Allah bizə Quranı Kərimdə Fussilət surəsinin 34-cü ayəsində belə bildirmişdir:
“Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar."
Uşaqlar Saleh babaya təşəkkür etdilər və bundan sonra bir-birlərinə ən gözəl şəkildə davranacaqlarına söz verdilər.Uşaqlar Saleh babaya təşəkkür etdilər və bundan sonra bir-birlərinə ən gözəl şəkildə davranacaqlarına söz verdilər.
Allah Quranda möminlərə təvazökar olmalarını əmr etmişdir.
Möminlər, Allahın hər şeyi yaratdığını, hər şeyin tək sahibinin Allah olduğunu və insanlara bütün nemətləri verənin O olduğunu bilən insanlardır. Buna görə də nə qədər gözəl, nə qədər zəngin, nə qədər ağıllı, nə qədər etibarlı olurlarsa olsunlar təkəbbürlənməzlər. Allah möminlərin təvazökar olduqlarını Quranda belə bildirmişdir:
Bu əxlaqlarının nəticəsində Allah möminləri müjdələmişdir:
“... Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver.” (Həcc surəsi, 34)
Möminlər, Allahın hər an özlərini gördüyünü və eşitdiyini, qarşılaşdıqları hər hadisəni Allahın yaratdığını bilir. Həyatlarının hər anında öz özlərinə Allahı düşünüb xatırlayarlar. Allahı xatırlamaq, qarşılaşılan hər şeyi, meydana gələn hər hadisəni Allahın yaratdığını bilmək, Allah mənə bununla nə göstərmək istəyir deyə düşünmək, Allahın yaratmağındakı hikmətləri başa düşməyə çalışmaq, hər an Allahın ucalığını qavraya bilmək üçün səy göstərmək və bütün bunları digər insanlara da izah etməklə olar. Möminlərin hər an Allahı xatırladıqları Quranda belə bildirir: