Ersin həmişə evdə bir quş saxlamağı arzulamışdı. O gün qapıdan girən atasının əlində böyük bir qəfəs gördükdə gözlərinə inana bilmədi. Qəfəsin pərdəsini qaldırdı: Bu sarı, göy, rəngarəng bir tutuquşu idi! Ersin çox sevinmişdi. Həmin günün axşamı Ersinlə tutuquşu şirin bir söhbətə başladılar:
Ersin: Gözəl tutuquşu səni ən yaxşı şəkildə yemləməyim üçün sənin haqqında hər şeyi öyrənmək istəyirəm. Əvvəlcə mənə ən sevdiyin yeməyi de.
Tutuquşu: Ən sevdiyim yemək çəyirdəkdir!
Ersin: Necə ola bilər, sən necə yeyəcəksən onu?
Tutuquşu: Mən yediklərimi eynilə bir buterbrod kimi iki ayağımla tutaraq yeyə bilərəm. Çəyirdəyin qabığını da dilimlə məharətlə iki yerə bölərəm. Bu yolla qarnımı doyura bilmək mənə Uca Allahın bir lütfü və nemətidir.
Ersin: Çox maraqlanıram, sənin bu rəngarəng inanılmaz gözəllikdəki tüklərin necə əmələ gəldi?
Tutuquşu: Bütün quşlarda olduğu kimi, mənim də zəngin rəng müxtəlifliyim, tüklərimiz içərisində yerləşən və tük ilk əmələ gəlməyə başladığı vaxtda saxlanılan rəng maddəsinin varlığına və ya tüklərin quruluş xüsusiyyəti səbəbiylə işıq hərəkətlərinə bağlı olaraq əmələ gələr. Tüklərimin, köhnəldikdə yeniləriylə əvəz olunan cansız varlıqlar olduğunu bilirdinmi? Hər yeniləndikdə eyni rənglər təkrar çıxar. Bu Allahın yaratmasındakı qüsursuzluğun dəlillərindən biridir.
Ersin: Bu həqiqətən də möhtəşəmdir! Bəs eşitdiyin səsləri təqlid edə bilirsən? Bu necə olur?
Tutuquşu: Mən eşitdiyim bu səsləri yalnız təqlid edə bilirəm, mənalarını bilmirəm. Bu da, şübhəsiz ki, Allahın diləməsiylədir. Yoxsa mənim kimi heç bir ağıla və iradəyə sahib olmayan bir varlıq, necə səs təqlidi qabiliyyəti inkişaf etdirə bilər ki? Mənim kimi həm danışa bilən, həm rəngarəng bir quşu dizayn etməyə, şübhəsiz ki, Uca Rəbbimdən başqa heç kimin gücü çatmaz. O, bənzərsiz və qüsursuz var edəndir.
Ersin: Sənə baxanda Uca Allaha olan heyranlığım qat-qat artır. Burada ən gözəl şəkildə qalman üçün mən də əlimdən gələni edəcəyəm. Evimizə təkrar xoş gəldin gözəl tutuquşu!
Tutuquşu: Yaddan çıxartma ki, Uca Rəbbimizin bütün bu qüsursuz kainatı yaratması qarşılığında edəcəyimiz ən gözəl şey, gördüyümüz hər gözəllikdə Allahın böyüklüyünü xatırlayıb, Ona şükür etmək və Onu ağlımızdan heç çıxarmamaqdır.