Əli və ailəsi bazar günü səyahətə çıxmaq üçün erkəndən meşəyə gəlmişdilər. Anası gəzinti vəsaitlərini yerləşdirirdi.
Anası gələrkən səbəti Əlinin çox sevdiyi köklərlə doldurmuşdu. Əli dərhal bir ağacın altında əyləşdi. Bir tərəfdən kitab oxuyur, bir tərəfdən köklərindən yeyirdi. Bir dovşanın səbətə doğru yaxınlaşdığını gördü. Əli kiçik dovşanı qorxutmamağa diqqət göstərərək yavaşca qalxdı.
Əli: Kiçik dovşan, deməli qarnın acdı!
Dovşan: Şeyy... Bəli, kökü çox sevirəm.
Əli: Gəl birlikdə yeyək, həm bir az söhbət edərik, sənin haqqında maraqlandığım çox şey var.
Dovşan: Biz dovşanlar torpaq altında qazdığımız yuvalarda yaşayarıq. və köklər də tam bizim bu yer altındakı həyatımıza uyğun olaraq yerin altına tərəf böyüyərlər. Beləcə onlara asanlıqla çata bilərik. Ən sevdiyimiz yemək olan yerkökünə asanlıqla çata bilməyimiz üçün Uca Allah onları ən uyğun şəkildə yaratmışdır. Allah belə dilədiyi üçün, biz yeməyimizi asanlıqla tapa bilərik. Bu Allahın yaratma möcüzələrindən biridir.
Əli, Allahın hər şeyi canlıların istifadəsinə necə də uyğun yaratmış olduğunu düşündü. Ağlına qışda yediyi portağal gəldi. Bu meyvənin asanlıqla yeyə bilməyimiz üçün xüsusi olaraq qabığından dilimlənmiş halda çıxmasına təəcübləndi. Əgər belə olmasaydı, sulu halıyla onu yeməyimiz çox çətin olacaqdı. İçində sağlamlığımız üçün çox faydalı olan C vitamininin olduğu bu meyvəni, Allahın bizim asanlıqla yeməyimiz üçün dilimlənmiş və qablaşdırılmış bir şəkildə yaratmış olmasına şükür etdi. və əlbəttə ki, onu asanlıqla yeməsi üçün dişlərinin olması da ayrı bir nemətdir. Eynilə dovşanın kökü asanlıqla gəmirməsini təmin edən ön dişləri kimi, Allah ona da yemək yeyə bilməsi üçün dişlərini vermişdi.
Əli: Bəs, Uca Allah sizə başqa nə kimi xüsusiyyətlər vermişdir?
Tavşan: Allah hər canlıya həyatlarını asanlaşdıracaq bir çox xüsusiyyət vermişdir. Yer üzündə müxtəlif xüsusiyyətlərə sahib növbənöv dovşanlar vardır. Məsələn, soyuq ərazilərdə yaşayan dovşanlar ümumiyyətlə ağ rənglidir. Çünki bu onların qarın üstündə fərq edilməsinin qarşısını alır və beləcə asanlıqla gizlənə bilir. Mənim kimi yabanı dovşanların ayaqları və qulaqları daha uzundur. Çöllərdə yaşayan Amerikan dovşanının isə iri qulaqları vardır. Bu qulaqlar dovşanın isti çöllərdə sərinləməyinə kömək edər.
Əli: Sənin tısbağayla olan hekayəni hamı bilir. Məncə sürətli qaçırsan, doğrudurmu?
Dovşan: Bəli, arxa ayaqlarım ön ayaqlarımdan daha uzun və güclüdür. Bunun hesabına, saatda 60-70 km sürətlə qaça bilir və bir dəfədə 6 metr məsafəyə sıçraya bilirəm.
Əli: Bəs yerin altındakı evini necə tapırsan, ya sən olmadığın vaxt oraya başqa bir dovşan yerləşsə?
Dovşan: Bəzi heyvanlar evlərinin yerini tapmaq üçün “iy buraxmaq” üsulundan istifadə edərlər. Məsələn, ceyranlar gözlərinin altındakı vəzilərdən ifraz olunan bir maddə buraxarlar. Bu ifrazatdan yayılan iylə yaşadıqları ərazini işarələmiş olarlar. Biz də çənəmizdəki vəzilər ilə bir iy ifraz edərək evlərimizi işarələyərik. Beləcə orada başqa bir heyvan qala bilməz, biz də yuvamızı asanlıqla taparıq. Əlbəttə ki, bunu öz iradəmizlə deyil, ancaq Allahın ilham etməsiylə edərik.
Əli: Qardaşların varmı?
Dovşan: Biz dovşanların sürətli bir çoxalma dövrü vardır. Analarımızın hamiləlik müddəti qısadır, yəni təxminən 28-33 gün qədərdir. Bir dəfədə bir çox bala doğarlar. Məsələn, mənim 15 qardaşım var. Balalar təxminən bir ay analarının yanında qalarlar. Dovşanların başqa bir xüsusiyyətləri də doğumdan 3-4 gün sonra sonra cütləşə bilmələridir.
Bu vaxtda Əlinin atası, yanlarına gəldi və söhbətə qoşuldu.
Kiçik dovşan bütün bunları mən belə bilmirdim. Allah razı olsun. Allah bütün kainatı, içindəki canlı-cansız hər şeyi necə də qüsursuz olaraq yaratmışdır. Quranda Uca Rəbbimiz belə buyurur:
Bütün bu verdiyi nemətlər sonsuz axirət həyatımıza hazırlıq görməyimiz və imtahan olduğumuz dünya həyatında Ona şükür etməyimiz, Onun razılığını qazanaraq yaşamağımız üçündür. Bilirsinizmi Allah Quranda, “insanları ancaq Özünə ibadət etmələri üçün” yaratdığını bizə bildirir. Bizim də edəcəyimiz ən gözəl şey, bütün bu nemətlərə şükür etmək, həyatımızı Qurana görə qurmaq və “Allah üçün” yaşamaq olmalıdır. Allah Quranda belə buyurur:
Əli: Atacan, insan ətrafına bir az düşünərək baxdıqda şükür etməyə çox şey görür, elə deyilmi? Hər gün görməyə vərdiş etdiyimiz bir ağac, uçan bir quş, bu kiçik dovşan və s. buna nümunədir. Bir az düşünüb araşdırdıqda hamısında qüsursuz bir dizayn olduğunu görürük. Bunu etməyə ancaq hər şeyi nümunəsiz olaraq yaradan Uca Allahın gücü çata bilər, elə deyilmi? Yoxsa bir dovşan bütün bu xüsusiyyətləri özündə cəmləşdirməyi necə fikirləşə bilər ki?
Dovşan: Əli, çox haqlısan. Allah bizə yaradılışımıza uyğun xüsusiyyətləri verməsəydi, heç birimizin onlara sahib olmağa gücü çatmazdı.
Əlinin atası: Əli, gəzintiyə gəlməyimiz çox yaxşı oldu. İlk baxışda bizimlə gəzintiyə gəlmək heç də cazibədar görünməmişdi, amma burada kiçik dovşanla tanış olub bu söhbəti aparmağın bir çox mövzuda təkrar düşünməyini təmin etdi.
Əli: Haqlısan atacan, bu söhbət mənim hər şeydə Allahı görməyimə çox kömək etdi. Çox təşəkkür edirəm kiçik dovşan. Mən atamla getməliyəm. Anamdan soruşum, yenə də kökümüz varsa sənə gətirər. Təkrar görüşmək üzrə hələlik, əlvida.
Dovşan: Təşəkkürlər Əli, Allaha əmanət olun.