Əhməd ilə Şən Ördək

Əhməd həftə sonu ailəsi ilə birlikdə babasını görməyə getmişdi. Axşam yeməyinə qədər babası Əhmədi həmişəki kimi parka apardı. Orada Əhmədi bir sürpriz gözləyirdi. Parka çatdıqda Əhməd hovuzda üzən ördəkləri gördükdə çox sevindi. Babası da Əhmədin ördəkləri çox sevdiyini bildiyi üçün yanında ördəklərin yeyə biləcəyi yeməklər gətirmişdi. Onları Əhmədə verdi və oradakı bir oturacaqda əyləşdi. Əhməd dərhal ördəklərin yanına qaçdı.

Əhməd: Salam mənim adım Əhməddir. Sizə yemək gətirdim.

Ördək: Salam Əhməd, çox təşəkkür edirik.

Əhməd: Maraqlıdır, görəsən sizə burada yemək verməsələrdi ya da insanların olmadığı başqa bir yerdə yaşasaydınız necə qidalana bilərdiniz?

ahmet ve ördek

Ördək: Biz ördəklər təbiətdəki həyatımızda sudan çox çıxmarıq. Suda olanlarla qidalanarıq.

Əhməd: Amma mən ördəklərin üzdüyü sularda da yeməyə heç bir şey görə bilmirəm.

ördek Ördək: Bizlər qidamızı sudan müxtəlif yollarla alarıq. Bəzi növlərimiz üzərkən dibə getmədən böcəklər və bitkilərlə qidalanar. Bəzi növlərimiz tez-tez başımızı və bədənimizin ön hissəsini suya salaraq quyruğumuz dik bir vəziyyətdə qida axtarırıq. Bəzi növlərimiz isə tamamilə suya girərək qidalarımızın hamısını suyun altında axtarırıq.

Əhməd: Yaxşı bəs niyə davamlı suda qalırsınız? Niyə quruda da yerimirsiniz?

Ördək: Çünki ayaq barmaqlarımızın arasındakı pərdələr suya girməyimizə və sürətlə üzməyimizə kömək edər, amma quruda yeriməyimizi çətinləşdirər.

Əhməd: Mən dənizə girdiyim vaxt suyun üstündə qalmaq üçün davamlı hərəkət etmək məcburiyyətində qalıram. Buna görə də suyun üstündə asanlıqla qala bilmək üçün dənizə bubliklə girirəm. Sizlər necə bu qədər uzun müddət suyun üstündə qala bilirsiniz?

Ördək: Dənizə bubliklə girdiyin vaxt necə hərəkət etmədən suyun üstündə qala bilirsənsə, bizim də bədənimizin içində daşıdığımız hava suyun üstündə qala bilməyimizi təmin edir.

Əhməd: Amma mən üzərimdə bublik olduğu halda suyun dibinə baş vura bilmirəm. Bəs siz necə girə bilərsiniz?

Ördək: Bizim bədənimizdə kiçik şarlara oxşar hava kisələri var. Bu kisələr hava ilə dolduqda suyun üstündə qala bilirik. Suyun dibinə baş vurmaq istədikdə isə hava kisələrindəki havanı çölə çıxardırıq. Bədənimizin içində daha az hava qaldığı üçün asanlıqla suyun içinə bata bilirik.

Əhməd: Həm suyun üstündə qala bilir, həm suya baş vura bilir, həm də çox gözəl üzə bilirsiniz.

Ördək: Ayaq barmaqlarımızın arasındakı pərdələr hesabına üzə bilirik. Ayaqlarımızı suyun içində irəli-geri hərəkət etdirdikdə bu pərdələr yaxşı genişlənir və suyu daha güclü itələməyimizi təmin edir.

Əhməd: Bu eynilə yayda böyüklərin dənizə girərkən daha asan və sürətlə üzmək üçün ayaqlarına taxdıqları palitralar kimidir.

ördek

Ördək: Bəli Əhməd. Əgər sizlərin ayaqları elə olsaydı heç asanlıqla yeriyə bilməzdiniz. Amma biz su quşları olduğumuz üçün ayaqlarımızın bu forması hesabına çox rahat üzə bilir, qidalana bilirik.

Əhməd: Bütün ördəklər bir-birinə çox bənzəyir, amma aranızda nə kimi fərqlər var?

Ördək: Bizlər bir-birimizə çox bənzəyirik, amma, əlbəttə ki, ördək növləri arasında müxtəlifliklər də vardır. Erkək ördəklər, dişi ördəklərə nisbətən daha parlaq tüklərə sahibdirlər. Yuvasında kürtə yatmış dişilər üçün bu əhəmiyyətli bir qorumadır. Çünki solğun rənglərinə görə düşmənləri onları görmədiyi üçün dişilər yuvalarında daha təhlükəsiz vəziyyətdə olarlar. Dişi ördəklərin yaşadıqları yerə uyğun solğun rəngləri, onların yaxın məsafədən belə görünmələrini olduqca çətinləşdirir.

Əhməd: Bəs yuvalarına bir düşmən yaxınlaşarsa onda nə baş verər?

Ördək: Erkək ördəklər yuvadakı dişini qorumaq üçün parlaq rəngli tüklərindən istifadə edərək düşmənlərin diqqətini özlərinə çəkərlər. Bir düşmən yuvaya yaxınlaşdıqda erkək dərhal uçaraq xeyli səs-küy salar və düşməni yuvadan uzaqlaşdırmaq üçün əlindən gəldiyi qədər səy göstərər.

Elə həmin vaxt Əhməd suda üzən ördək balalarını gördü. Balaca olmalarına baxmayaraq balaların suda üzə bilmələrinə çox təəccübləndi və dərhal soruşdu:

ördek Əhməd: Bu kiçik balalarınız necə bu qədər qısa vaxt ərzində üzməyi öyrənə bilirlər?

Ördək: Balalar yumurtadan çıxdıqdan bir neçə saat sonra suya qaçıb üzməyə və öz başlarına qidalanmağa başlayarlar.

Əhməd özünü doğulduqdan bir neçə saat sonra suya ötürsələrdi, nə baş verərdi deyə düşündü. Əlbəttə ki, üzə bilməz, suyu udub boğulardı. Uca Allahın ördəkləri suda yaşamaları, üzə bilmələri, qidalana bilmək üçün qüsursuz bir şəkildə yaratdığını düşündü. Elə həmin vaxt babası da oturduğu oturacaqdan qalxmış, Əhmədin yanına gəlmişdi.

Əhməd: Babacan ördəklər necə də gözəl üzürlər, elə deyilmi? Həm də çox sevimlidirlər.

Baba: Bəli Əhməd. Tək bir xüsusiyyətləri belə bizə Allahın hər varlığı nə qədər qüsursuz bir şəkildə yaratdığını göstərir. Ördəklərin həmçinin uça bildiklərini də bilirdinmi? Ördəklər uçarkən vəhşi heyvanlara yem olmamaq üçün dayanmadan istiqamət dəyişdirərlər.

Əhməd: Babacan ördəklər bunun üçün istiqamət dəyişdirmələrinin lazım gəldiyini hardan bilirlər?

Baba: Əlbəttə ki, bu, Allahın digər canlılara verdiyi xüsusiyyətlər kimi, sevimli ördəklərin özlərini qorumaları üçün vermiş olduğu bir xüsusiyyətdir. Allah istədiyini yaradır. Bununla əlaqədar Qurandakı ayələrdən biri belədir:

“Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”.
(Nur surəsi, 45)

Tez elə artıq yemək vaxtı xeyli yaxınlaşdı yavaş-yavaş evə qayıtsaq yaxşı olar.

Əhməd: Yaxşı babacan mən də sənə yolda ördəklər haqqında öyrəndiklərimi izah edəcəyəm.

Baba: Eləmi? Görək sən bu məlumatları hardan öyrəndin?

Əhməd sudakı ördəklərə göz vurdu və onlarla vidalaşdı:

Əhməd: Salamat qalın! Sevimli ördəklər!

Əhməd ördəklərdən ayrılarkən babasının əlindən tutdu, birlikdə həm evə tərəf getdilər, həm də Allahın hər şeyi ən mükəmməl şəkildə yaratdığını danışaraq Allaha şükür etdilər.

ördek
Ördəklər

Ördəklər uçarkən eynilə hepardlar kimi avtomobillərin sürətlərinə çata bilərlər. Həmçinin yırtıcı heyvanlara yem olmamaq üçün də uçduqları halda, davamlı istiqamətlərini dəyişdirərlər. Suya baş vurmaları lazım olduqda bunu o qədər sürətli bir şəkildə edərlər ki, ovçular onları ovlamaqda çox çətinlik çəkərlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Tufan və Tısbağa
  • Sedat ilə Fil
  • Qardaşının Tolqaya Öyrətdikləri
  • Ömər ilə Pinqvin
  • Ersin ilə Tutuquşu
  • Hər Şeydə Bir Xeyir Vardır
  • Əhməd ilə Şən Ördək
  • Uzun Quyruqlu Sevimli Dələlər
  • Gözəl Sözə Uymanın Əhəmiyyəti
  • Möminlərin Təmizliyi
  • Çetin ilə Bəzəkli Tovuz Quşu
  • Can ilə Balaca Quş
  • Əlinin Kiçik Dostu
  • Murad ilə Pişik
  • Cüneyt ilə Mürəkkəb Balığı
  • Kərəm ilə Dəniz Atı
  • Orxan ilə Həsən Baba
  • Osman Baba ilə Nəvəsi
  • Bizim Sınıf