Cüneyt yay tətilini bol-bol üzməklə dəyərləndirirdi. Atası üzərkən suyun altını görə bilməsi üçün ona bir dəniz eynəyi hədiyyə etmişdi. Cüneyt dəniz altında gördüyü möhtəşəm gözəllik qarşısında elə bil ovsunlanmışdı. Yenə eynəklərlə dənizin altını seyr edərkən balığa bənzəməyən bir canlı gördü.
Cüneyt: Ey! Sən kimsən?
Mürəkkəb balığı: Cüneyt təəccüblənməkdə haqlısan. Nə qədər ki, “balıq” adını daşısaq da biz mürəkkəb balıqları digər balıqlardan çox fərqlənirik. Məsələn, bizim bədənimizdə heç sümük yoxdur.
Cüneyt: Bədəninizdə sümük yoxsa necə hərəkət edirsiniz?
Mürəkkəb balığı: Həqiqəti bilmək istəsən bizim çox təəccüblü bir hərəkət qabiliyyətimiz var! Bizim bədənimiz çox yumşaq və dərimiz də çox qalındır. Dərimizin altında da bəzi əzələlər vardır. Bu əzələlərdən istifadə edərək bədənimizə su çəkərik və daha sonra bu suyu möhkəm şəkildə geri qaytararıq. Bu da bizim üzməyimizi təmin edər.
Cüneyt: Bunu necə etdiyini tam olaraq izah edərsənmi?
Mürəkkəb balığı: Başımızın iki tərəfində cibə bənzəyən bir dəlik var. Bu dəlikdən aldığımız suyu bədənimizin içində olan bir boşluğa çəkərik. Sonra da içəridəki bu suyu, başımızın dərhal altında olan incə bir borudan çox sürətli bir şəkildə püskürdərik. Bunun hesabına əmələ gələn güclə əks istiqamətə tərəf sürətlə hərəkət edərik. Həmçinin bizi tutmaq istəyən düşmənlərimizdən də ani bir sürətlə qaçarıq.
Cüneyt: Yaxşı, tutaq ki, bu qaçış sürəti kifayət etmədi, bəs onda nə edirsiniz?
Mürəkkəb balığı: Əgər qaçış sürəti kifayət etməsə bədənimizdə hazırladığımız tünd rəngli boyanı bir bulud şəklində düşmənlərimizə tərəf püskürdərik. Bu bulud düşməni xeyli çaşdırar. Bu bir neçə saniyəlik çaşqınlıq da bizim üçün kifayətdir. Hazırladığımız rəngli bulu hesabına arxasında görünməz olar və sürətlə həmin yerdən uzaqlaşarıq.
Cüneyt: Allah sizi də qarşılaşacağınız hər çətinliyə qarşı xüsusi olaraq təchiz etmişdir. Düşünürəm ki, bu xüsusiyyətlərimizi nə biz insanlar, nə də siz canlılar öz özümüzə əsla tapa bilməzdik.
Mürəkkəb balığı: Haqlısan Cüneyt. Məhz bu Uca Allahın üstün yaratma elmindən qaynaqlanır. Gördüyün bütün canlıları bu məlumatla və mükəmməl xüsusiyyətlərlə Allah yaratmışdır. Heç bir canlı bu xüsusiyyətlərinə öz-özünə sahib ola bilməz. Allahın gücü və elmi hər şeyi ehtiva etmişdir. Ondan başqa güc yoxdur.
Cüneyt: Mürəkkəb balığı, səni tanımağıma çox sevindim. Verdiyin məlumatlar üçün təşəkkür edirəm.
“Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.”
(Bəqərə surəsi, 255)