Can məktəbdən evə gəldiyi vaxt çöldə şiddətli bir yağış başlamışdı. Yeməyini yedikdən sonra tapşırıqlarını yerinə yetirməyə başlamadan əvvəl anasından yağışı seyr etmək üçün bir az izn aldı. Anası Cana qısa bir müddət izn verdi. Can da pəncərənin kənarına gəlib yağan yağışı seyr etməyə başladı. Küçədə çətirləriylə gedənlərdən başqa, çətiri olmadığı üçün mənzillərin kənarına sığınan insanlar vardı. Bir müddət sonra ətrafda yağış suları toplanmağa başladı. Yoldan keçən avtomobillər suları ətrafa sıçradır, insanlar islanmamaq üçün kənara qaçırdılar. Can dərhal evdə olmağının nə qədər yaxşı olduğunu, Allahın onlara verdiyi isti ev və yeməklər üçün daha çox şükür etməsinin lazım olduğunu düşündü. Tam o vaxtda pəncərənin qabağına bir sərçə qondu. Yəqin ki, yazıq quş yağışdan sığınacaq bir yer axtarır deyə düşünərək dərhal pəncərəni açdı.
Can: Salam, mənim adım Candır. İstəsən içəri girə bilərsən.
Quş: Təşəkkür edirəm Can. Yağış dayanana qədər içəridə gözləyə bilərəm.
Can: Çöldə çox üşümüş olmalısan. Daha əvvəl heç bu qədər yaxından bir quş görməmişdim. Ayaqlarınız nə qədər də incəymiş. Bu incə ayaqlarla bədəninizi necə daşıya bilirsiniz?
Quş: Bəli Can, biz quşların ayaqları bədənimizə görə incədir. Amma buna baxmayaraq bədənimizin ağırlığını asanlıqla daşıya bilirik. İncə ayaqlarımızın içində bir çox əzələ, damar və sinir var. Əgər biz quşların ayaqları daha qalın və kobud olsaydı uçmağımız olduqca çətinləşərdi.
Can: Uçmaq kim bilir nə qədər gözəl bir hissdir. Qanadlarınız da incədir, amma onlardan istifadə edib uça bilirsiniz. Bəs necə olur ki, yorulmadan çox uzaq məsafələrə uça bilirsiniz?
Quş: Uçmaq üçün ilk qanadlandığımız vaxt çox enerji sərf edərik, çünki bədənimizin bütün ağırlığını incə qanadlarımızla qaldırmalı olarıq. Amma bir dəfə uçmağa başladıqda dincələ bilməyimiz üçün havada özümüzü küləyə təslim edərik. Bu yolla daha az enerji sərf etdiyimiz üçün tezliklə yorulmarıq. Küləyin təsiri keçdikdə isə təkrar qanad çırpmağa başlayarıq. Allahın bizim üçün yaratdığı asanlıqlar hesabına çox uzaq məsafələrə uça bilərik.
Can: Bəs uçarkən ətrafınızı necə görə bilirsiniz?
Quş: Bizim ən yaxşı duyğu orqanlarımızdan biri də gözlərimizdir. Uca Allah biz quşlara, uçma qabiliyyətimizlə yanaşı üstün bir görmə qabiliyyəti də vermişdir. Əgər özlüyündə bir möcüzə olan uçma qabiliyyətimiz, üstün bir görmə qabiliyyətimiz olmasaydı olduqca təhlükəli olardı. Çox uzaqdakı obyektləri insanlardan daha çox dəqiq görmə gücünə və daha geniş bir görmə sahəsinə sahibik. Beləcə təhlükələri əvvəlcədən fərq edərək uçuşlarımızın istiqamətini və sürətini tənzimləyə bilərik. İnsanlar kimi gözlərimizi hərəkət etdirə bilmərik. Çünki gözlərimiz yuvalarında sabitdir. Amma başımızı və boynumuzu sürətlə çevirərək görüş sahəmizi genişlədə bilərik.
Can: Deməli, buna görə də quşlar həmişə başlarını oynadır. Yəni, ətrafınızı daha asan görə bilmək üçün belə edirsiniz. Bütün quşların gözləri eynidirmi?
Quş: Bayquş kimi gecə quşlarının çox iri gözləri vardır. Gözlərindəki bəzi xüsusi hüceyrələr zəif işığa qarşı həssasdır. Bu xüsusiyyətləri hesabına bayquşlar, gecələri çox yaxşı görüb ov edə bilirlər. Allah, su quşları deyilən növlərimizin gözlərini isə suyun içində çox dəqiq görə biləcək bir şəkildə yaratmışdır. Su quşları başlarını suya salıb çıxararaq sudakı böcək və balıqları asanlıqla tutarlar. Allah su quşlarının gözlərində su altında görməyə uyğun bir quruluş yaratmışdır. Bunun hesabına suyun altını aydın görər və dərhal ovlarına tərəf üzərlər.
Can: Bütün quşların dimdikləri bir-biriylə eyni deyil. Bunun səbəbi nədir?
Quş: Allah dimdiklərimizi, növlərimizə əsasən müxtəlif formada çox əhəmiyyətli vəzifələri yerinə yetirə biləcək şəkildə yaratmışdır. Biz quşların dimdikləri, yaşadığımız mühitdə qidalanmamıza ən uyğun olacaq formadadır. Tırtıl və soxulcan kimi böcəklər, böcək yeyən biz quşlar üçün çox ləzzətli canlılardır. İncə və iti dimdiyimizlə tırtılları və torpağın altındakı soxulcanları asanlıqla çıxara bilərik. Balıqla qidalanan növlərimizin dimdikləri ümumiyyətlə balıqları asanlıqla ovlamaq üçün uzun və çömçə formasındadır. Bitkilərlə qidalanan növlərimizin dimdikləri isə qidalandıqları bitki növünə görə o bitkilərə ən asan yolla çata biləcəkləri formadadır. Rəbbimiz yer üzündə yaşayan bütün canlılara ehtiyac duyduqları xüsusiyyətləri nöqsansız və qüsursuz olaraq vermişdir.
Can: Mənim kimi qulaqların yoxdur, amma məni rahatlıqla eşidə bilirsən.
Quş: Eşitmək də biz quşlar üçün çox əhəmiyyətlidir. Bu yolla ov edə bilər, ətrafımızdakı təhlükələrə qarşı qorunar və xəbərləşə bilərik. Bəzi quşlarda çox zəif səsləri çox asanlıqla eşitmələrini təmin edən qulaq pərdələri vardır. Bayquşların isə qulaqları səsə qarşı çox həssasdır. Eşitmə dərəcələri insanlardan xeyli çoxdur.
Can: Siz quşlar çox gözəl oxuyursunuz. Sizin səsinizə qulaq asmaq çox xoşuma gəlir. Səsinizi hansı məqsədlər üçün istifadə edirsiniz?
Quş: Bəzi növlərimiz düşmənlərini çaşdırmaq üçün səslərindən müxtəlif formalarda istifadə edərlər. Ağac oyuqlarında qurduğumuz yuvalarımızı düşmənlərdən qorumaq üçün bir ilan kimi fısıldayarıq. Yuvaya hücum edən yırtıcı heyvan yuvada bir ilan olduğunu düşünər, beləcə biz də yuvamızı qorumuş olarıq.
Can: Yuvalarınızı düşmənlərdən qorumaq üçün başqa nələr edirsiniz?
Quş: Yuvalarımızı düşmənlərdən qorumaq üçün bir çox saxta yuvalar qurarıq. Beləcə aralarında gizlətdiyimiz həqiqi yuvamızı və yumurtalarımızı düşmənləri çaşdırmaqla qorumuş olarıq. Yuvalarımızı zəhərli ilanlardan qorumaq üçün girişlərini gizli və mürəkkəb formada qurarıq. Başqa bir tədbir olaraq da budaqları tikanlı ağacların üstünə qoymaqla yuva qurarıq.
Can: Bəzi quşlar suda necə üzə bilirlər. Niyə bütün quşlar suda üzə bilməz?
Quş: Yaradanımız olan Allah bəzi növlərimizə suda üzə biləcək xüsusiyyətlər vermişdir. Suya girdikdə üzmələrini təmin etmək üçün ayaq barmaqlarının arasını pərdəli yaratmışdır. Digər növlərimizin ayaq barmaqları isə incə və pərdəsizdir. Buna görə də su quşlarından başqa, digər quşlar suda üzə bilməz.
Can: Eynilə bir palitra kimidir. Üzərkən ayağıma palitra taxdıqda çox sürətlə üzə bilirəm.
Quş: Məhz bəzi növlərimiz də anadangəlmə bu palitraya malikdir.
Can ilə quş söhbətlərinə davam edərkən anası Canın tapşırıqlarını yerinə yetirməsi üçün otağına çağırdı. Bu vaxtda yağış da dayanmışdı.
Can: Mən artıq otağıma gedib tapşırıqlarımı yerinə yetirmək məcburiyyətindəyəm. Sabah məktəbdə siz quşların xüsusiyyətlərini və Uca Allahın bütün varlıqlar kimi sizləri də üstün yaratma sənədiylə nə qədər qüsursuz yaratdığını yoldaşlarıma izah edəcəyəm.
Quş: Yağış dayandığına görə mən də artıq yuvama qayıda bilərəm. Can, məni içəri aldığın üçün çox təşəkkür edirəm. Yoldaşlarına biz quşları izah edərkən bütün canlılara olduğu kimi biz quşlara da çox yaxşı baxmaları və onlara daş atmamalarının lazım olduğunu da izah edərsənmi?
Can: Əlbəttə ki, izah edərəm. Allaha əmanət ol.
Can pəncərəni açdı və quş da dərhal uçdu və səmada süzülməyə başladı. Can da Allahın yaradılışındakı üstünlüyü düşünərək tapşırıqlarının yanına əyləşdi.