Bizim Sınıf

Müəllim: Uşaqlar sabahınız xeyir.

Şagirdlər: Sabahınız xeyir müəllim.

Müəllim: Uşaqlar bayram necə keçdi?

sınıf

Şagirdlər: Müəllim, çox yaxşı keçdi. Bol-bol qartopu oynadıq, qardan adam düzəltdik.

Müəllim: Aydın olur ki, həftə sonu tətilində qardan ləzzət aldınız.

Şagirdlər: Bəli müəllim, çox əyləndik

Müəllim: Uşaqlar, gördüyüm qədəriylə bu gün gəlməyən yoldaşlarınız var.

Şagirdlər: Bəli müəllim, Əli və Aişə bu gün gəlmədilər.

Müəllim: Yaxşı, bəs niyə gəlmədiklərini bilirsinizmi?

Şagirdlər: Müəllim, xəstələniblər, evdə yatırlar.

Müəllim: Deməli, qarda çox oynadılar.

Şagirdlər: Müəllim biz də qarda oynadıq, biz də xəstələnəcəyikmi?

Müəllim: Uşaqlar, əgər özünüzə diqqət yetirməz, uzun müddət şaxtada qalsanız siz də hər an xəstələnə bilərsiniz.

Şagirdlər: Müəllim, bəs qar niyə insanı xəstələndirir? Halbuki biz qar yağdıqda çox sevinirik. Qarda oynamaq çox xoşumuza gəlir.

kar

Müəllim: Uşaqlar, insanın xəstələnməsinin səbəbi bədənə daxil olan mikroblardır. Bildiyiniz kimi mikroblar gözlə görülə bilməyən canlılardır. Bunlar bədənimizə daxil olub bizə zərər verməyə çalışırlar. Əgər təmizliyimizə diqqət yetirməz, əllərimizi yumadan yemək yesək bunlar bədənimizə daxil olub yerləşərlər.

Şagirdlər: Müəllim, mikrob bədənimizə daxil olduqda dərhal xəstələnərikmi?

hasta

Müəllim: Xeyr, uşaqlar həmişə xəstələnmərik. Allah bizi yaradarkən mikroblara qarşı döyüşməsi üçün bədənimizə mükəmməl bir müdafiə sistemi yerləşdirmişdir. Biz heç hiss etmədən müdafiə sisteminin işçiləri eynilə bir ordu kimi bədənimizi qoruyarlar. Olduqca mürəkkəb olan müdafiə sisteminin hər elementi özünə düşən vəzifəni mükəmməl şəkildə yerinə yetirər.

fil

Şagirdlər: Müəllim, bəs biz nə üçün xəstələnərik? Müdafiə sistemimiz vəzifəsini yerinə yetirmədiyi üçünmü?

Müəllim: Xeyr, uşaqlar normal bir insanda müdafiə sistemi həmişə fəaliyyət halındadır. Biz heç hiss etmədən müdafiə sistemimiz mikroblara qarşı böyük bir mübarizə aparar. Əvvəlcə mikrobların bədənimizə girib yerləşməsinə mane olmağa çalışar. Əgər mikroblar bədənimizə daxil olubdurlarsa, bunları dərhal yox edərlər.

Şagirdlər: Müəllim, bəs onda niyə xəstələnərik?

Müəllim: Budur uşaqlar, əgər soyuqda uzun müddət qalsaq, qidalanmağımıza diqqət yetirməsək bədənimiz gücdən düşər. Belə olduqda müdafiə sistemimiz də zəifləyər. Yox edilə bilməyən mikroblar çoxalaraq dərhal bədənimizdə yayılmağa başlayar.

Şagirdlər: Müəllim, bəs belə olduqda mikroblar dərhal bütün bədənimizi ələ keçirərlərmi?

savunma sistemi

Müəllim: Xeyr, uşaqlar. Bu vəziyyətdə müdafiə sistemimiz mikroblara qarşı daha böyük bir mübarizəyə başlayar. Məhz bədənimizdə baş verən bu böyük mübarizəyə görə hərarətimiz yüksələr, halsızlaşar, oynaqlarımız ağrımağa başlayar.

Şagirdlər: Bəli müəllim, belə olduqda yataqdan dura bilməyəcək hala gəlirik.

öğrenci

Müəllim: Əlbəttə ki, bu vəziyyətdə olan ən əhəmiyyətli şey yatıb istirahət etməkdir. Əgər belə etsək və həmçinin dərmanlarımızı qəbul edib qidalanmağımıza diqqət etsək müdafiə sistemimizi gücləndirərək ona kömək etmiş olarıq. Beləcə onlar mikroblara qarşı mübarizədə güclü vəziyyətə gələr və qısa müddətdə onları məğlub edərək bədənimizdən atarlar. Beləcə biz də sağlamlığımıza qovuşarıq.

Şagirdlər: Müəllim, niyə xəstələndiyimizi indi çox yaxşı başa düşdük. Bundan sonra özümüzə çox diqqət yetirəcəyik.

Müəllim: Bəli uşaqlar, Allahın bizi yaradarkən bədənimizə belə bir müdafiə sistemi yerləşdirməsi çox böyük bir nemətdir. Bunun üçün Allaha çox şükür etməliyik. Allahın bizə verdiyi sağlamlığı itirməmək üçün özümüzə çox diqqət yetirməliyik.

öğretmen

Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!
(Bəqərə surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Tufan və Tısbağa
  • Sedat ilə Fil
  • Qardaşının Tolqaya Öyrətdikləri
  • Ömər ilə Pinqvin
  • Ersin ilə Tutuquşu
  • Hər Şeydə Bir Xeyir Vardır
  • Əhməd ilə Şən Ördək
  • Uzun Quyruqlu Sevimli Dələlər
  • Gözəl Sözə Uymanın Əhəmiyyəti
  • Möminlərin Təmizliyi
  • Çetin ilə Bəzəkli Tovuz Quşu
  • Can ilə Balaca Quş
  • Əlinin Kiçik Dostu
  • Murad ilə Pişik
  • Cüneyt ilə Mürəkkəb Balığı
  • Kərəm ilə Dəniz Atı
  • Orxan ilə Həsən Baba
  • Osman Baba ilə Nəvəsi
  • Bizim Sınıf