Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin iflasına xüsusi bir yer ayrılmasının səbəbi, bu nəzəriyyənin hər cür din əleyhdarı fəlsəfənin əsasını meydana gətirməsidir. Yaradılışı və dolayısilə Allahın varlığını inkar edən darvinizm, 140 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin bir yalan olduğunu göz qabağına gətirmək çox əhəmiyyətli bir imani vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlara çatdırıla bilməsi isə zəruridir. Bəzi oxucularımız bəlkə tək bir kitabımızı oxumaq imkanı tapa bilər. Buna görə də hər kitabımızda bu mövzuya qısa da olsa bir yer ayrılması uyğun görülmüşdür.