Təkrar Düşünək!

Bura qədər dünyadan, bədənimizdən, dünyada yaşayan canlılardan söz açdıq. Bütün bunların necə meydana gəldiyini soruşduq. Təsəvvür edin ki, dünya yeni yaranıb və üzərində heç bir canlı yoxdur. Sonra birdən-birə üzərində canlılar meydana gəlməyə başlayır. Dənizlərdə balıqlar, yosunlar, quruda da insanlar, pələnglər, pişiklər, qarışqalar və s. əmələ gəlməyə başlayır. Havada bir anda quş uçmağa başlayır. Bütün bu canlılar birdən-birə necə ortaya çıxa bilər? Əlbəttə, hamısını Allah yaradıb.

Ətrafımızda gördüyümüz hər şeyi yaradan Allahdır.

Allah əvvəlcə kainatı, sonra dünyanı yaratmışdır. Daha sonra heyvanları, bitkilər və insanları yaradıb. Bütün bunları yaratmaq Allah üçün çox asandır, çünki Allah çox güclüdür. Allah istədiyi hər şeyi bir anda yarada bilir.

Sizə daha əvvəl də bəhs etdiyimiz kimi, bəzi insanlar bu qədər açıq həqiqəti qəbul etmək istəmirlər. “Təkamülçü” adlanan bu insanlar deyirlər ki, hər şey öz-özünə əmələ gəlib. Bu, çox mənasız və yanlış fikirdir. Çünki heç bir şey öz-özünə var ola bilməz. Siz evə gəlib isti qoğal görsəniz, nə düşünərsiniz? Onu ananızın bişirdiyini düşünərsiniz, elə deyil? Deməli, ortalıqda bir şey varsa, mütləq onu düzəldən biri də var.

çiçekler

Təkamülçülərin dedikləri yalanın nəyə bənzədiyini bilirsinizmi? Bu: “Mətbəxdəki kökəni heç kim bişirməyib, kökə öz-özünə bişib”, –deməyə bənzəyir. Buna nə cavab verərdiniz? Sizə belə cavab verə bilərlər: mətbəxdə şkafların şurupları boşaldı və şkaflar silkələnməyə başladı. Bu zaman şkaflardakı un, yağ, şəkər və kakao qarışıb yerə tökülməyə başladılar. Həm də kökə üçün lazım olan miqdarda qarışdılar. Sonra bu qarışıq yerə töküləndə təsadüfən yerdəki kökə qabının içinə töküldü. Bu vaxt zəlzələ oldu və necə oldusa kökə qabı duxovkanın içinə girdi. Lakin bu qədər təsadüf kökənin bişməyi üçün kifayət deyil. Elə təsadüf olmalıdır ki, duxovkanın istiliyi kökəyə uyğun dərəcədə tənzimlənməli idi. Bu arada elə təsadüf baş verdi ki, duxovkanın düyməsi açıldı. Kökə tam bişdiyi anda düymə öz-özünə bağlandı və kökə yanmadı.

Sizcə, bu nağıla kim inanar? Əlbəttə, heç kim!

Elə isə düşünün: günəşi, ayı, ulduzları, gölləri, dağları, balqıları, pişikləri, dovşanları və insanı yaratmaq bir kökə düzəltməkdən çox çətin və qarışıq işdir. Bir kökə belə öz-özünə əmələ gələ bilməz. O zaman günəşin və ya insanın öz-özünə təsadüfən əmələ gəldiyini demək ağılsızlıqdır. Kökəni bişirən biri varsa, günəş və insanı yaradan ağıllı varlıq da var. Bu varlıq bizim Rəbbimiz olan Allahdır.

İndi isə kitabın ikinci hissəsində Allahın varlığını qəbul etməyən, hər şeyin öz-özünə olduğunu deyən təkamülçülərdən söz açacağıq. Bu insanlar daim yalan danışaraq insanları aldatmağa çalışırlar.

Lakin bir insan yalan danışdıqda yalanı o dəqiqə ortaya çıxır. Əgər qarşısındakı ağıllı insandırsa, onun yalan danışdığını başa düşər. Təkamülçülər bir çox yerdə danışdıqları yalanı büruzə verirlər. İndi onların dediklərinin nə qədər mənasız və yalan olduğunu birlikdə görək.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • İlk Öncə
  • Kainat Necə Yaranib?
  • Bu da Vücudumuz!
  • Ətrafinizdaki Canlilarin Təəccüblü Xüsusiyyətləri
  • Maraqli Canlilar
  • Qara Torpaqdan Rəngarəng Bitkilər Necə Çixir?
  • Təkrar Düşünək!
  • Təkamül Nəzəriyyəsi Nədir?
  • Təkamülçülərə Görə, Canlilar Necə Təkmilləşir?
  • Təkamülçülərin Heç Cür Tapa Bilmədikləri Fosillər
  • Kembri Dövründə Nə Baş Verdi?
  • Baliqlarin Sürünənlərə Dönməsi Yalani
  • Gülünc
  • Heç Belə də Şey Olar?
  • İnsanin Təkamülü Nağili
  • Darvin və Təkamülçülərin Ən Çox Çəkindiyi Mövzulardan Bəziləri
  • Bədənimizdəki Məlumat Banki: DNT
  • Hər Şeyi Yaradan Allahdir
  • Nəticə
  • Təkamül Yalanı