Antelopes Running away from Cheetahs...
Təkamül nəzəriyyəsinin iddiasına görə, bir canlı zamanla təkmilləşir. Yəni inkişaf edib fərqli xüsusiyyətlər göstərərək başqa bir canlıya dönür. Məsələn, təkamülçülərin inancına görə, bir sürünən bəzi hadisələrin təsiri ilə təkmilləşərək quşa dönür. Bəs həmin hadisələr hansılardır?
Təkamülçülər mutasiya və təbii seleksiya adlandırdıqları iki ayrı hadisənin bir arada meydana gəlməsi ilə təkamülün gerçəkləşdiyinə inanırlar. Lakin bu, çox məntiqsiz inancdır və elmi heç bir dəlili yoxdur. Niyə? Birlikdə araşdıraq.
Təbii seleksiyanın ən bəsit mənası budur: canlılar arasında güclü olanlar yaşamağa davam edirlər. Zəiflər isə tez bir zamanda yox olurlar. Bunu bir nümunə ilə belə açıqlaya bilərik: tutaq ki, bir maral sürüsü var və bu sürüyə vəhşi heyvanlar hücum edir. Bu vəziyyətdə marallar sürətlə qaçır və ən sürətli qaçan və çevik olan maral xilas olur. Zaman ərzində vəhşi heyvanlar zəif olan maralları ovladıqları üçün həmin zəiflər azalacaq, sonra da tamamilə yox olacaqlar. Sürüdə yalnız sağlam və güclü marallar qalacaq. Nəticədə isə maral sürüsü bir müddət sonra ancaq güclü marallardan ibarət olacaq.
Bura qədər deyilənlər doğrudur. Fəqət bunun təkamül ilə heç bir əlaqə yoxdur. Lakin təkamülçülər deyir ki, bu maral sürüsü inkişaf edə-edə sonda başqa canlıya dönür. Məsələn, zürafə olur. BAX, ARTIQ BU, YANLIŞDIR. Çünki heç bir maral daha sürətli qaçdığına görə başqa canlıya, məsələn, şir və ya zürafəyə dönməz. Bu, ancaq nağıllarda olur.
Hamınızın “Qurbağa şahzadə” nağılını oxuyubsunuz. Nağılda qurbağa şahzadəyə dönə bilər. Amma həqiqi həyatda maral şirə və ya başqa canlıya dönə bilməz. Təkamülçülər isə o boyda professorlar olsa da, belə nağıla inanırlar. Heç bilirsiniz bu nəyə bənzəyir? “Qurbağa şahzadə” nağılını oxuyan uşağın tapdığı qurbağanı öpüb onun şahzadə olmasını gözləməyinə bənzəyir.
Sonda bunu deyə bilərik: təbii seleksiya bir heyvan növünü (məsələn maralları) başqa heyvan növünə (məsələn, zürafələrə) qətiyyən döndərə bilməz. Yalnız o növün, məsələn, maral sürüsünün daha güclü olmağına səbəb ola bilər.
When penguins go hunting, they leave their young in this position. The young penguins that keep close together don't become cold. |
Mutasiya canlı vücudunda meydana gələn olumsuz dəyişikliklərdir. Mutasiyalara radiasiya və kimyəvi maddələr səbəb olur. Radiasiya və kimyəvi maddələrin canlılar üzərindəki təsirləri hər zaman zərərli olur. Məsələn, dövrümüzdən təxminən 55 il öncə Birinci Dünya Müharibəsində Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmışdı. Həmin bomba atıldığı yerin ətrafına radiasiya yaydı və bu, insanlara böyük zərərlər verdi. İnsanların bir çoxunun ölümünə, bir çoxunun da ciddi xəstələnməyinə səbəb oldu. Hətta insanların bədənindəki bəzi sistemlərin işini pozduğu üçün onların uşaqlarının xəstə və şikəst doğulmasına yol açdı.
Mutations are harmful events that have made a child like this. | A lamb that ended up with five legs due to a mutation. |
People whose feet have been damaged as a result of mutations. |
Buna bənzər bir hadisə 1986-cı ildə Rusiyanın Çernobıl şəhərində meydana gəlmişdi. Çernobılda Atom elektrik stansiyasında partlayış olmuş, nəticədə bütün şəhərə və ətrafına radiasiya yayılmışdı. Eynilə Yaponiyada olduğu kimi, orada da insanlar və onların sonradan doğulan uşaqları radiasiyanın təsiri ilə şikəst olub ölmüşdülər. Gördüyünüz şəkillər radiasiya səbəbi ilə mutasiyaya məruz qalmış insanların və digər canlıların necə şikəst qaldıqlarını göstərir.
Bunun mövzu ilə hansı əlaqəsinin olduğunu düşünə bilərsiniz. Sizə daha əvvəl təkamülçülərin canlının başqa canlı növünə döndüyünü və beləliklə, təkmilləşdiyini iddia etdiklərini demişdik. Məsələn, balıqların sürünənlərə döndüyünü deyirlər.
Bəs balığın sürünənə necə döndüyünü soruşsanız, belə cavab verərlər: balıq mutasiyaya məruz qalır, yəni Yaponiyadakı uşaqlar kimi, müəyyən bir hadisə ilə qarşılaşırlar. Bu mutasiya nəticəsində balığın vücudunda bəzi dəyişikliklər baş verir və balıq bir gün qarşınıza timsah olaraq çıxır.
Bu, çox gülünc iddiadır. Çünki yuxarıda da bəhs etdiyimiz kimi, mutasiyalar canlılara həmişə zərər verirlər. Onları ya şikəst, ya da xəstə edir. Buna baxmayaraq, təkamül nəzəriyyəsi mutasiyaların balıqları təkmilləşdirdiyini və onları sürünənə çevirdiyini deyirlər. Belə bir şeyə qətiyyən heç kim inanmaz.
Əgər mutasiyalar faydalı olsaydılar, Çernobılda radiasiya sızıntısı zamanı hər kəs daha təkmil canlı olmaq üçün oraya gedərdi. Halbuki hamı Çernobıldan qaçmışdı. Çernobılın mənfi təsirləri hələ də davam edir.
Təkamülçülərin bu iddiasını belə bir misala bənzədə bilərik. Əlinizə çəkic götürüb durmadan rəngsiz televizora vurmağa başlasanız, bu televizor rəngli televizora dönə bilərmi? Əlbəttə, xeyr. Əksinə televizor parçalanıb dağılar. Eynilə bunun kimi, mutasiyalar da canlılara yalnız zərər verirlər. Yəni təkamülçülərin zənn etdiyi kimi, canlını daha da yaxşı vəziyyətə gətirməz.
Elə isə bura qədər dediklərimizi yekunlaşdıraq. Təkamülçülər bir canlının digərinə dönərək təkamül keçirdiklərini iddia edirlər. Bu çevrilməni isə mutasiya və təbii seleksiyanın gerçəkləşdirdiyini deyirlər. Lakin biz gördük ki, təbii seleksiya və mutasiyalar canlıların xüsusiyyətlərini inkişaf etdirə bilməzlər. Hətta mutasiyalar canlıya şəkildə də göründüyü kimi, yalnız zərər verirlər.
A 100 million-year-old fossil of an ant. As you can see, ants a hundred million years ago were just like the ants of today. That is to say, they have not evolved!