Wanted:
Allahın kainatı böyük partlayış nəticəsində yaratdığını daha əvvəl sizə söyləmişdik. Bu partlayışdan sonra bütün kainat- qalaktikalar, ulduzlar və dünyamız əmələ gəlmişdir. Yer üzündə əvvəlcə heç bir canlı yox idi. Sonra Allah dünyada bütün canlıları: quşları, böcəkləri, ağacları, çiçəkləri, balıqları, kəpənəkləri, filləri, zürafələri və digərlərini yaratdı.
Bəs ilk canlıların nə zaman ortaya çıxdığını bilirsinizmi? Dövrümüzdən 500 milyon il öncə yaşanan və Kembri adlanan bir dövrdə. Bu dövrdə yaşamış ilk canlılar ilbiz, soxulcan və dəniz ulduzu kimi canlılardır. Kembri dövründə yaşayan canlılar bizə təkamül nəzəriyyəsinin yanlış odluğunu göstərir. Necə bəs?
Kembri dövründəki canlılar birdən-birə ortaya çıxıblar. Onlardan əvvəl heç bir canlı yox idi. Həmin canlıların anidən ortaya çıxması onların Allah tərəfindən bir anda yaradıldıqlarını göstərir. Əgər təkamülçülərin iddia etdikləri kimi olsaydı, həmin canlılar ibtidai atalardan yavaş-yavaş təkmilləşərək o hala gəlməli idilər. Fəqət bu canlıların əvvəlki dövrlərə aid ataları və ara keçid növləri yoxdur. Fosillərdə belə ara keçid canlılarına heç rast gəlinməmişdir. Fosillər bizə göstərir ki, Kembri dövründə ortaya çıxan bu canlılar bütün digər canlılar kimi anidən, qüsursuz şəkildə və heç bir təkamüli ataları olmadan ortaya çıxıblar. YƏNİ ALLAH TƏRƏFİNDƏN YARADILIBLAR. Bundan başqa, Kembri dövründə yaşayan bu canlıların əhəmiyyətli xüsusiyyətləri var idi. Məsələn, o dövrdə yaşayan, lakin sonra nəsli kəsildiyi üçün bizim görə bilmədiyimiz trilobit adlı canlı var idi. Trilobitlərin çox qarışıq və mükəmməl gözləri var idi. Trilobitin gözü yan tərəfdə gördüyünüz kimi, yüzlərlə oyuqlardan ibarət di və bu oyuqlar onun çox yaxşı görməyini təmin edirdi.
Sizcə, belə bir canlı bir anda ortaya çıxa bilərmi? Məsələn, kiçik qardaşınız gəlib sizə: “Dünən axşam oturmuşdum, birdən qabağımda milçək peyda oldu. Haradan gəldiyini bilmirəm, hər halda təsadüfən ortaya çıxdı. Gözündə çoxlu oyuq var idi. Deyəsən, bu gözlər də o anda meydana gəldi”, –desə, nə düşünərsiniz?
The trilobite, one of the earliest creatures on earth, had a very complex eye structure. Its perfect eyes are one of the proofs that Allah created it.
Hər halda, qardaşınızın kiçik olduğu üçün bəzi şeyləri anlamadığını fikirləşərsiniz. Amma çox qəribədir ki, təkamülçülər bu canlıların birdən-birə dənizdə peyda olduğunu iddia edirlər. Üstəlik, bugünkü milçəklərin sahib olduğu gözlərə onlar da malikdir. Belə bir vəziyyətdə təkamülçülər açıq şəkildə yalan danışırlar. Çünki qürur və təkəbbürlərindən dolayı özlərini və bütün varlıqları Allahın yaratdığını qəbul etmək istəmirlər. Bu həqiqəti ört-basdır etmək üçün sürəkli yalan, xəyali ssenari və nağıllar uydurub insanları Allahdan uzaqlaşdırmaq istəyirlər.
The strange creatures that evolutionists claim once existed.
In reality, such creatures have never lived.