Kainat Necə Yaranib?

Kainatın nə olduğunu bilirsinizmi? Kainat dünyamızı, Günəşi, Ayı, planetləri və ulduzları əhatə edən ucsuz-bucaqsız kosmosun adıdır.

Siz milyon, hətta milyardlarla kilometr yol getsəniz belə, kosmosun sonuna gedib çata bilməzsiniz. Çünki kosmos təsvir edilə bilinməyəcək qədər böyükdür.

uzay

Budur, dünyamız bu sərhədsiz kosmosun içindədir. Bundan başqa, dünyamız kimi, Günəş, Ay və milyonlarla ulduz da mövcuddur.

uzay

Bəs yaxşı, bütün bunlar necə meydana gəlib? Məsələn, Günəş necə var olub? Yaxud dünyamız ortaya necə çıxıb?

dünya

Earth

ay

Moon

Güneş

Sun

Bu suala iki cür cavab verirlər. Bu cavablardan biri doğrudur, digəri isə yanlışdır. Yanlış cavab verənlər eyni zamanda təkamül nəzəriyyəsinə də inanırlar. Növbəti səhifələrdə sizə birinci yanlış cavabı, sonra da doğru cavabı verəcəyik.

bilgisayar

If a friend of yours had put some soil, stones and a little bit of water inside a box and then came to you and said that after waiting for a couple of years a computer emerged from the box, would you not break into laughter at the thought?

Yanliş Cavab:

Səhv cavab verənlər belə deyirlər: kainat onsuz da həmişə var olub və öz-özünə əmələ gəlib. Yəni bir çox maddə öz-özünə bir yerə yığışıb günəşi, ulduzları, dünyanı, dənizləri, ağacları, çayları və dağları təsadüfən əmələ gətirib.

Sizcə, bu, çox məntiqsiz deyilmi? Bir dostunuz gəlib sizə: “Mən böyük qutunun içinə bir az torpaq, bir az daş, bir az da su qoydum, bir neçə il gözlədim və bu qutunun içindən bir kompüter çıxdı”, ¬¬¬¬–desə, siz ona inanarsınız? Hər halda dostunuzun zarafat etdiyini və ya yalan danışdığını düşünərsiniz.

Odur ki, təkamülçülər də belə açıq yalan danışırlar. Bir kompüter belə təsadüfən öz-özünə əmələ gələ bilməz. İlk öncə birisi kompüterin necə olacağı barədə plan qurur. Hansı hissələrdən istifadə ediləcəyini müəyyən edir. Sonra böyük fabriklərdə yüzlərlə işçi, mühəndis və texnik bir araya gəlir və böyük maşınlardan istifadə etməklə kompüteri düzəldirlər. Yəni siz bir kompüter görəndə bunun öz-özünə əmələ gəlmədiyini bilirsiniz. Bunun ağıllı insanlar tərəfindən icad edildiyi məlumdur, elə deyilmi?

Günəş, Yer və digər planetlər kompüterdən çox böyükdür. Elə isə kompüteri düzəldən biri olduğuna görə Günəşi, Yeri, Ayı və ulduzları da yaradan bir güc var.

Doğru Cavab:

Doğru cavabın nə olduğunu anladınızmı? Günəşi, Yeri, digər planet və ulduzları Allah yaratmışdır. Kainatda hər şey qüsursuz və nizamlıdır. Çünki bütün kainatı Allah yaratmış, hər şeyi lazımi yerdə yerləşdirmişdir.

Allah Kainatı Necə Yaradıb?

Elm adamları son illərdə əhəmiyyətli tapıntı əldə etdilər. Həmin şey bu idi: kainat mövcud olmamışdan qabaq heç bir şey yox idi. Yer, hava, su, ulduzlar, hətta boşluq da yox idi. Bu yoxluğun içində kiçik bir nöqtə var idi. Ancaq bu nöqtə gözlə görünməyəcək qədər kiçik idi. Bu nöqtənin içində bir çox maddə var idi. Sonra bu nöqtə bir anda partladı və içindəki maddələr ətrafa yayıldı. Ətrafa yayılan maddələr birləşib əvvəlcə atomları, sonra atomlar birləşib ulduzları, Günəşi, dünyamızı və başqa planetləri əmələ gətirdi. Bu partlayışa elm adamları “Böyük partlayış” adını verdilər. Kainatdakı hər şey böyük partlayışın nəticəsində ortaya çıxdı.

evren

İndi isə əhəmiyyətli mövzu barədə düşünməliyik. Elə təsəvvür edin ki, bir şarın içinə pazl oyununun bütün hissəciklərini qarışıq halda doldurur, sonra şarı partlayana qədər şişirdirsiniz. Bəs bu zaman nə baş verir? Sizcə, həmin hissəciklər partlayışdan sonra birləşib tam şəkil əmələ gətirə bilərmi? Yoxsa dağınıq halda ətrafa yayılar?

Əlbəttə ki, şar partladıqda içindəki pazl parçaları dağınıq şəkildə ətrafa yayılar. Şəkil əldə etmək üçün isə mütləq həmin hissələri öz qaydasında və nizamlı şəkildə yerlərinə yığmaq lazımdır.

Odur ki, “Böyük partlayış”ı yaradan və bu partlayışdan sonra kosmosa yayılan maddələri nizama salan və onları bir yerə yığıb Günəşi, Yeri və başqa planetləri yaradan Allahdır. Yəni heç bir şey mövcud olmadığı halda, Allah bir anda “ol” əmrini vermiş və bütün planet və ulduzları yaratmışdır. Təkcə bir planetin yaradılması belə çox çətindir. Ancaq Allah milyardlarla planet və ulduzu bir dəfəyə yaratmışdır. Çünki Allah üstün və güclüdür. Allahın gücü hər şeyə qadirdir. Allah bir şeyi istədikdə onu o dəqiqə yaradır.

Allah bizə Quran kitabını göndərmişdir ki, bu kitabda Özü və yaratdıqları haqqında bilgi əldə edək. Biz hər şeyin ən doğrusunu Qurana baxaraq öyrənə bilərik. Məsələn, Allahın hər şeyi necə yaratdığını soruşsaq, bu barədə Quranda bizə belə buyurulur:

O, göyləri və yeri icad edəndir... Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir.
(Ənam surəsi, 101)

Allah Dünyanı Bizim Üçün Yaradıb

Gördüyünüz kimi, Yeri, Günəşi, Ayı və ulduzları Allah yaratmışdır. Bir az düşünün, bu qədər böyük planet var, amma üstü bomboşdur. İnsanlar, heyvanlar, çiçəklər, böcəklər və s. heç biri yoxdur.

Yer kürəsi üzərində canlıların yaşaya bilməsi üçün çoxlu xüsusiyyətlərlə bəzədilmişdir. Bu xüsusiyyətləri dünyaya verən Allahdır. Yoxsa heç birimiz var olmazdıq. Nə siz, nə ata-ananız, nə də dostlarınız olardı.

İndi isə baxıb görək, dünyada canlıların yaşaya bilməsi üçün Allah dünyanı necə yaradıb:

  1. Kainatdakı hər şey çox nizamlıdır. Günəş bizə istilik və işıq verəcək yerdədir. Əgər Günəş olmasa idi, yer üzündə heç bir canlı olmazdı. Nə siz, nə heyvanlar, nə də başqa canlılar yaşaya bilərdi.
  2. Bir də Allah Yerin Günəşdən uzaqlığını ən yaxşı şəkildə tənzimləyib. Əgər Yer Günəşə bir daha yaxın olsa idi, Yer kürəsi istidən qovurulardı və biz yenə olmazdıq. Əgər Yer Günəşdən bir az uzaq olsa idi, onda da hər yeri buz bağlayardı və yenə də canlılar yaşaya bilməzdi. Bax, buna görə də başqa planetlərdə həyat yoxdur. Çünki bu planetlər ya Günəşə çox yaxındılar, ya da çox uzaqdırlar.
  3. Sizin də bildiyiniz kimi, bütün canlılar yaşamaq üçün nəfəs almalıdırlar. Nəfəs ala bilmək üçün isə havada oksigen olmalıdır. Havada insanların nəfəs almağı üçün lazımi miqdarda oksigen var. Oksigenin miqdarı bir az çox və ya az olsa idi, yer üzündə heç bir canlı yaşaya bilməzdi. Çünki bayaq da dediyimiz kimi, yaşamaq üçün nəfəs alıb verməliyik. Bunun üçün mütləq oksigenə ehtiyacımız var.
  4. Bizim yaşamağımızı təmin edən ən əhəmiyyətli şeylərdən biri də sudur. Heç bir canlı susuz yaşaya bilməz. Buna görə Allah dünyanın böyük hissəsini su olaraq yaradıb. Dünyanın dörddə üçü su ilə əhatə olunub. Halbuki başqa planetlərin heç birində, həmçinin Ayda su yoxdur. Yalnız dünyada canlıların yaşamağı üçün lazım olan hər şey var.
manzaralar
"Allah göyləri və yeri Yaradandır..." (Şura surəsi, 11)

Bizim dünyada yaşamağımızı təmin edən minlərlə ünsür var. Bunlardan tək biri olmazsa, yer üzündə heç bir canlı qalmaz. Bəs bu minlərlə ünsür təsadüfən bir yerə gəlib belə bir dünya əmələ gətirə bilərmi? Əlbəttə ki, yox. Bunların heç biri təsadüfən gerçəkləşə bilməz. Allah dünyanı insanlar üçün yaradıb. Ona görə də dünya bizim üçün ən uyğun yerdir.

Dünyanın və bütün kainatın təsadüfən əmələ gəldiyini deyənlərə belə bir nümunə verək: tutaq ki, çimərlikdə oyun oynayırsınız və birdən böyük dalğalar gəlməyə başlayır. Siz tez evə qayıdırsınız. Bir neçə saat sonra təkrar çimərliyə dönəndə təəccüblü mənzərə ilə qarşılaşırsınız. Sahildə qumlardan gözəl bir şəhər qurulub. Evlər, xəstəxanalar, hava limanı, hətta avtobuslar belə unudulmayıb. Adam şəkilləri də hər yerə qoyulub. Yanınızdakı dostunuzdan bunların necə əmələ gəldiyini soruşursunuz. O da sizə deyir ki, bir az əvvəl gələn dalğalar bu şəhəri qurmuş ola bilər. Bu zaman nə düşünərsiniz? Dostunuzun xəyal gördüyündən şübhə edərsiniz. Yaxud zarafat etdiyini düşünüb gülərsiniz. Çünki dalğalar qumdan belə mükəmməl şəhəri təsadüfən qura bilməz. Məlumdur ki, bu işi yaxşı bilən birisi görüb.

kumdan kale

You are playing on the beach and, all of a sudden, big waves approach. So, you quickly leave for home.

When you return to the beach after a few hours, you see an amazing sight.

Do You Think This is Possible?

There on the shore is a wonderful sandcastle. The recent big waves couldn't have formed this castle "by chance".

It is impossible for such a beautiful neat building to have formed by chance, and just in the same way it is impossible for living things to have formed on earth by chance.

IMPOSSIBLE!

Lakin bəzi adamlar (bəzilərinin professor və ya elm adamı olduqlarına baxmayaraq) bu qədər gülməli şeyi qəbul edirlər. Onlar qumdan düzələn şəhəri dalğaların əmələ gətirdiyini qəbul etməzlər, amma israrla deyirlər ki, kiçik maddələr, yəni atomlar bir yerə yığışıb ulduzları, dünyanı, günəşi və s. əmələ gətirib. Çünki bu insanlar hər şeyi Allahın yaratdığını demək istəmirlər. Doğru olana inanmayıb yanlış olanı müdafiə edirlər. Sizə bu adamların kim olduğundan kitabın son səhifələrində bəhs edəcəyik.

Dünyanı Dairəvi Şəkildə Qoruyan Zireh: Atmosfer

Dünyaya hər gün çoxlu meteoritin düşdüyünü bilirsinizmi?

Meteoritlər başqa planetlərə düşəndə böyük dəliklər açırlar. Ancaq dünyaya düşdükdə zərər vermirlər. Bəs görəsən, niyə belə olur? Bunun səbəbi dünyamızı əhatə edən atmosferdir. Atmosfer Yer kürəsinin çevrəsini qoruyucu zireh kimi əhatə etmişdir. Kosmosdan atmosferə girən meteorit yanaraq kiçilir. Beləliklə, meteorit yerin səthinə yaxınlaşanda çox kiçildiyindən, hətta bəzən tamamilə yox olduğundan bizə zərər vermir.

atmosfer

Meteors are stones that break off from planets or are the remnants of material from stars. They go about in space, and from time to time fall on the surfaces of planets causing them great damage. But, because Allah has surrounded our planet with a protective shield, they don’t do us much harm.

The atmosphere encircles earth as a protective shield. Thanks to the atmosphere, we are protected from many threats without even realising it.

Atmosfer təkcə meteoritlərin zərərini önləməklə qalmır. Eyni zamanda Günəşdən gələn zərərli şüaları da udur. Əgər bu zərərli şüalar yerə çatsaydı, yenə də canlılar yaşaya bilməzdi.

Burada bəhs etdiyimiz bu iki xüsusiyyət belə bizə atmosferin təsadüfən yaranmadığını göstərir. Atmosferi Yer üzündəki canlılara qarşı çox şəfqətli və eyni zamanda böyük güc sahibi olan Allah yaradıb. Allah bizi atmosferlə təhlükələrdən qoruyur.

Atomlar Düşünə Bilirmi?

Az öncə anlatdığımız kimi, böyük partlayışdan sonra əvvəlcə atomlar ortaya çıxdı. Bəs siz atomun nə olduğunu bilirsiniz? Birinci növbədə atomun nə olduğundan danışaq. Atomu sizin oynadığınız kiçik toplara bənzətmək olar. Lakin indiyə kimi heç görmədiyiniz qədər kiçik toplardır.

Ətrafınıza nəzər salın, gördüyünüz hər şey həmin kiçik topların, yəni atomların bir yerə yığışması ilə əmələ gəlib. Oturduğunuz stul, əlinizdəki kitab, ananız, məktəbdəki müəlliminiz, baxdığınız televizor, içdiyiniz su, çiçəklər, hətta öz bədəniniz belə atomlardan ibarətdir. Bundan başqa, sizə əvvəlki hissədə anlatdığımız kainatı əmələ gətirən ulduzlar, planetlər və üzərində yaşadığınız yer kürəsi də sizin kimi atomlardan əmələ gəlmişdir. Gəzib-dolaşdığınız hər yerdə atomlar var.

atomlar

Amma siz bu atom dediyiniz kiçik varlıqları görə bilməzsiniz. Çünki onlar sizin düşündüyünüzdən də çox kiçikdirlər. O qədər kiçikdirlər ki, ən böyük mikroskopla bir dənəsi belə görmək mümkün deyil. Bir atomun nə qədər kiçik olduğunu təsvir etmək üçün sizə bir nümunə verim:

Təsəvvür edin ki, əlinizdə bir açar var. Şübhəsiz ki, bu açarın içindəki atomları görə bilməzsiniz. Əgər atomları görmək istəsəniz, gərək açarı dünya boyda böyüdəsiniz. Həmin açar dünya boyda böyüyərsə, o zaman açarın içindəki atomlar gilas boyda olar və siz də onları görə bilərsiniz.

Bəs böyük partlayışdan sonra ortaya çıxan atomlar bir araya necə gəliblər? Yəni atomlar cansızdır, ağıl və şüurları yoxdur. Qərar verməyi bacarmırlar. Məsələn: “Di gəlin, bir yerə yığışıb ulduz əmələ gətirək”, –deyə bilməzlər. Buna belə bir nümunə də göstərə bilərik: əvvəl sizə pazl oyunundan danışmışdıq. Pazl oyununun parçaları cansızdır və onlar da atomlar kimi qərar verə bilməzlər. Əgər onları qarışdırsanız, onlar da: “Gəlin, bir yerə yığışıb insan şəkli düzəldək”, –deyə düşünə bilməzlər.

Bu halda, yenə sual verək: atomlardan əmələ gələn ulduzlar, planetlər, insanlar və heyvanlar ortaya necə çıxıb? Atomlar qərar verməyi bacarmırsa, onları kim bir araya gətirib?

Əlbəttə ki, ətrafınızdakı heç bir şey təsadüfən əmələ gələ bilməz. Atomları bir araya gətirən Allahdır. Allah atomlardan bütün planetləri, ulduzları, dünyanı, heyvanları, bitkiləri və insanları yaradıb.

Atomlardan Insan Necə Yaranıb?

Dedik ki, atomlar bir araya gəlib insanları əmələ gətirirlər. Sizə də bunun necə baş verdiyi çox maraqlıdır. Əvvəlcə atomlar bir araya gəlib hüceyrələri əmələ gətirirlər. Yeni bir şeyi yenə də öyrənirik: görəsən, hüceyrə nədir?

Bütün canlıların bədəni hüceyrələrdən ibarətdir. Hüceyrələr atomlar qədər olmasa da, çox kiçikdirlər və gözlə görünməzlər. Bunu belə bir nümunə ilə izah edə bilərik: on min (10 000) dənə hüceyrəni bir yerə yığsaq, iynənin ucu qədər yer tutar. Elə buna görə də siz onları görə bilməzsiniz. Lakin insanların, qarışqaların, pişiklərin, güllərin, ağacların, bir sözlə, ətrafınızda gördüyünüz canlı olan hər şey hüceyrələrdən ibarətdir. Məsələn, siz də trilyonlarla hüceyrənin bir araya gəlməsi ilə meydana gəlibsiniz. Bəs bu trilyonlarla hüceyrə haradan gəlib?

Kiçik qardaşınıza bir az nəzər yetirin. İki il əvvəl yox idi, sonra birdən-birə ortaya çıxdı və yavaş-yavaş böyüdü. Bu təəccüblü hadisə necə baş verib?

bebek evreleri
Day 1 Week 1 Month 1 Month 2 Month 3 Month 4 Month 6 Month 8

Kiçik qardaşınız ilk öncə ananızın qarnında tək hüceyrə kimi meydana gəlib. Lakin bu hüceyrə bir çox əhəmiyyətli məlumat daşıyırdı. Qardaşınızın indiki hala gəlməsini təmin edən bütün məlumatlar bu hüceyrədə var idi: gözünün rəngi, saçının rəngi, boyunun uzunluğu və s.

Sonra həmin hüceyrə bir az böyüdü və birdən bölünməyə başladı. İlk öncə iki yerə bölündü. Lakin burada təəccüblənəcəyiniz bir şey oldu. Hüceyrə iki yerə bölündüyü halda, içindəki məlumatlar bölünmədi. Yəni oraya çıxan iki hüceyrədə də eyni məlumatlar əmələ gəldi. Bundan sonra hər bölünən hüceyrə üçün eyni şey baş verdi və sürəkli olaraq eyni məlumatlara heç azalmadan sahib olan çoxlu hüceyrə meydana gəldi. Sonra onlar da bölündülər, daha sonra digərləri də bölündülər... Bu, belə davam etdi və ən sonda milyonlarla hüceyrə yarandı.

bebekler

Diqqət edin, burda daha da təəccüblü və heç ummadığınız bir hadisə baş verdi!

Bu hüceyrələr eyni bilgiyə malik olmalarına baxmayaraq, onlara fərqli vəzifələr verildi. Bir hissəsi qardaşınızın dərisini əmələ gətirdi. Bir hissəsi əzələləri, bir hissəsi skeleti və digərləri də beyin sinirlərini meydana gətirdilər.

bebek

Hüceyrələr çoxaldıqca bir qismi top şəklini aldı və əvvəlcə qardaşınızın başı, incə qol və ayaqları ortaya çıxdı. Hüceyrələr böyüyüb bölünməyə davam etdilər və 9 ay sonra tam uşaq halına gəldilər. Bax, həmin mərhələdə siz qardaşınızla ilk dəfə tanış oldunuz.

Bura kimi izah etdiklərimiz sizi çox təəccübləndirmişdir. Bəlkə də, düşünürsünüz ki, hüceyrələrə niyə fərqli vəzifə verildi, necə oldu ki, belə düzgün şəklə düşə bildilər. Bütün bunları yaradan Allahdır. Hüceyrələr gözlə görülə bilinməyəcək qədər kiçikdirlər. Atomlar kimi, onlar da öz başına qərar ala və bir araya gəlib insan meydana gətirə bilməzlər. Bütün insanların hüceyrələrin təsadüfən bir araya gəlməsi ilə yarandığını düşünmək, şübhəsiz ki, cəfəngiyatdır.

Hər şeyin yaradıcısı olan Allah bütün insanları qüsursuz şəkildə yaratmışdır. Bizə göndərdiyi kitabda insanların bu mövzunu düşünməli olduqlarını belə xəbər vermişdir:

Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?
(Məryəm surəsi, 67)

Qardaşınız və digər bütün insanlar kimi, siz də tək hüceyrə ikən böyüyüb insan halına gəlibsiniz. Hazırda dünyada gözəl həyat yaşayırsınız. Bunların hamısını Allaha borclusunuz. Allah sizi çox sevir və sizə sürəkli gözəl nemətlər verir. O halda, sizi yaradan Allaha şükür etməyi qətiyyən unutmayın.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • İlk Öncə
  • Kainat Necə Yaranib?
  • Bu da Vücudumuz!
  • Ətrafinizdaki Canlilarin Təəccüblü Xüsusiyyətləri
  • Maraqli Canlilar
  • Qara Torpaqdan Rəngarəng Bitkilər Necə Çixir?
  • Təkrar Düşünək!
  • Təkamül Nəzəriyyəsi Nədir?
  • Təkamülçülərə Görə, Canlilar Necə Təkmilləşir?
  • Təkamülçülərin Heç Cür Tapa Bilmədikləri Fosillər
  • Kembri Dövründə Nə Baş Verdi?
  • Baliqlarin Sürünənlərə Dönməsi Yalani
  • Gülünc
  • Heç Belə də Şey Olar?
  • İnsanin Təkamülü Nağili
  • Darvin və Təkamülçülərin Ən Çox Çəkindiyi Mövzulardan Bəziləri
  • Bədənimizdəki Məlumat Banki: DNT
  • Hər Şeyi Yaradan Allahdir
  • Nəticə
  • Təkamül Yalanı