İnsanin Təkamülü Nağili

Təkamül nəzəriyyəsinin iddiaları bununla da bitmir, daha da irəli gedib insanların meymundan təkmilləşdiyini, atalarının meymun olduğunu iddia edirlər.

Lakin nə Darvinin, nə də digər canlıların bu iddiasını təsdiq edən heç bir dəlil yoxdur. Bu iddia yenə tamamilə xəyal məhsuludur.

pinokyo

Əslində, təkamül nəzəriyyəsinin ortaya atılam səbəbi insanlara Allah tərəfindən yaradıldıqlarını unutdurmaqdır. İnsanlar əgər təsadüfən yarandıqlarına və atalarının heyvan olduğuna inansalar, Allaha qarşı məsuliyyət daşımazlar. Beləliklə, insanlar bütün mənəvi dəyərlərini unudar, yalnız öz mənfəətlərini düşünən varlıqlara dönərlər. Təkcə öz mənfəətlərini düşünən insanlar vətən, bayraq və ailə sevgisi kimi dəyərli duyğularını itirərlər. Belə ki, təkamülçülər belə mənəvi dəyərləri olmayan insanlar ortaya çıxartmaq üçün təkamül nəzəriyyəsini müdafiə edirlər. Məqsədləri insanlara Allahın varlığını unutdurmaqdır. Buna görə də insanlara deyirlər ki, sizi Allah yaratmayıb, siz meymundan əmələ gəlibsiniz, yəni siz inkişaf etmiş heyvansınız.

Halbuki insanları Allah yaradıb. İnsan digər bütün canlılardan fərqli olaraq, danışan, düşünən, sevinən, qərar verən və ağıllı yeganə varlıqdır.

Heç bir meymun və ya heç bir başqa canlı danışa, düşünə və qərar verə bilməz.

Təkamülçülər İnsanin Meymundan Gəldiyinə Dair Heç Bir Dəlil Göstərə Bilmirlər

garfield

Humans have always been humans and cats have always been cats.

Elm sahəsində dəlil göstərmək çox əhəmiyyətlidir. Əgər sizin hər hansı bir iddianız varsa və başqa insanların buna inanmağını istəyirsinizsə, mütləq ona dair dəlil göstərməlisiniz. Məsələn, yeni birisi ilə tanış olanda ona: “Adım Aişədir”, -deyirsiniz. Sizə inanmadığını deyən adama dəlil göstərib haqlı olduğunu sübut edə bilərsiniz. Belə ki, şəxsiyyət vəsiqəniz buna bir sübut ola bilər. Bununla da sizə heç kim etiraz edə bilməz.

Bir dənə də elmdən nümunə verək: bir neçə əsr əvvəl Nyuton adlı məşhur alim dünyanın cazibə qüvvəsinin olduğunu irəli sürüb. Almanın budaqdan qopub yerə düşdüyünü misal gətirməklə sübut edib ki, onu yerdə çəkən bir güc var və bu gücün də adına yerin cazibəsi adını verib.

Belə ki, təkamül nəzəriyyəsinin də elmdə qəbul edilməsi üçün mütləq dəlilə ehtiyacı var. Məsələn, təkamül nəzəriyyəsi deyir ki, insanın ulu babası meymundur. Biz də onda təkamülçülərdən soruşmalıyıq ki, bunu haradan bilirsiniz, dəliliniz varmı?

Əgər insanın ulu babası meymun olsaydı, dəlil olaraq yarı meymun, yarı insan məxluqlarının fosillərini apmalı idik. Lakin bu günə qədər belə bir fosil tapılmayıb. Əlimizdə ya meymun fosilləri, yaxud da insan fosilləri var. Yəni TƏKAMÜLÇÜLƏRİN İNSANIN ULU BABASININ MEYMUN OLDUĞUNA DAİR HEÇ BİR SÜBUTLARI YOXDUR!

Ancaq təkamülçülər bu mövzuda saxtakarlıq edib insanları yanıltmağa çalışırlar. Necə bəs?

Təkamülçülərin Bəzi Saxtakarlıqları:

evrim

1. Təkamülçülər yarı insan, yarı meymun məxluq tapdıqlarını deyərək nəsli kəsilmiş meymunların fosillərini göstərirlər.

Buna bənzər şəkilləri hər halda görübsünüz. Təkamülçülər belə şəkillər çəkib insanları yanıldırlar. Halbuki belə canlılar heç bir zaman yaşamayıblar. Keçmişdə də indi olduğu kimi tam insan və tam meymunlar var idi. Heç bir zaman burada çəkildiyi kimi yarı meymun, yarı insan məxluqlar yaşamayıblar. Belə bir şey qətiyyən ola bilməz. Onsuz da əvvəl dediyimiz kimi, bununla bağlı bircə dənə də fosil tapa bilməyiblər.

Lakin təkamülçülər bu mövzuda saxtakarlıq edirlər. Məsələn, nəsli kəsilmiş və dövrümüzdə yaşamayan bir meymun növünün fosilini götürüb bunu yarı insan, yarı meymun varlıq kimi tanıdırlar. İnsanlar da bu mövzularda məlumatlı olmadıqlarına görə bu yalana inanırlar.

2. Təkamülçülər fərqli insan irqlərinə aid fosilləri yarı insan, yarı meymun məxluqlar kimi tanıdırlar.

Hamınızın bildiyi kimi, yer üzündə fərqli irqlərə məxsus insanlar yaşayırlar. Zənci, çinli, qızıldərili, türk, afrikalı, eskimos və daha fərqli irqlərə aid insanlar var. Əlbəttə, bu fərqli irqlərə aid insanların bəzi xüsusiyyətləri də fərqlidir. Məsələn, çinlilər çəkik gözlüdürlər, zəncilərin dəriləri tünd rəngdədir və saçları qıvrımdır. Qızıldərili və ya eskimos görsəniz, onun fərqli irqdən olduğunu anlayarsınız. Keçmişdə də belə fərqli irqlər yaşayıblar və onların bəzi xüsusiyyətləri bugünkü irqlərdən fərqlidir.

evrim

Just as it is impossible and nonsense for the change depicted in this drawing to have taken place, so are evolutionists' claims impossible and nonsense!

Məsələn, neandertal irqinə aid kəllə sümükləri bu gün yaşayan insanlara nisbətən çox böyük idi. Əzələləri isə bizimkindən çox böyük və güclü idi.

Lakin təkamülçülər irqlər arasındakı fərqliliklərdən insanları yanıltmaq üçün istifadə edirlər. Məsələn, neandertal irqinə məxsus kəllə sümüyü fosili tapanda deyirlər ki, neandertallar insanların on minlərlə il əvvəl yaşamış yarı meymun, yarı insan ulu babasıdır. Yaxud bəzi irqlərin kəllə sümüyü daha kiçikdir. Həmin kəllə sümüklərinin fosillərini tapan təkamülçülər bu dəfə də deyirlər ki, bu kəllə sümüyünün sahibi meymunluqdan yeni çıxmışdı və insan olmağa başlayırdı.

insanlar
An Indonesian A Chinese A Greek An Indian An Aborigine

Halbuki bu gün belə kəllə sümüyünün ölçülərinə görə fərqli irqlər mövcuddur. Məsələn, aborigen yerlilərinin kəllə həcmi çox kiçikdir. Lakin bu, onların yarı meymun, yarı insan olduğunu göstərmir. Onlar da sizin kimi və bütün digər başqaları kimi normal insanlardır.

Nəticədə onu deyə bilərik ki, təkamülçülərin insanların meymundan əmələ gəldikləri iddialarına dəlil olaraq göstərdikləri fosillər ya keçmişdə yaşamış və nəsli kəsilmiş meymunlara, ya da soyu tükənən insan irqlərinə aiddir. Yəni yarı insan, yarı meymun varlıqlar heç bir zaman yaşamayıblar!

kafatasları

You can see above the different ethnic groups living on earth today. The skulls on the left also belong to different races. As you can see, many different races exist today, and most of these races have skulls that are very different from each other.
Evolutionists held these human skulls that are different from each other and presented them as if they are different species. In truth, the differences between the features of the skulls do not show different species but show different human races.

(a, b, c) Northern Races
(d, e, f) African Americans
(g, h, i) Australians

Təkamülçülərin Ən Böyük Saxtakarlığı:

1. Piltdaun Adamı Saxtakarlığı

1912-ci ildə təkamülçü elm adamları tərəfindən bir çənə və bir kəllə sümüyü fosili tapıldı. Çənə sümüyü meymun çənəsinə, kəllə parçası da insan kəlləsinə bənzəyirdi. Yəni təkamülçülərə görə, bu canlı yarı insan, yarı meymun idi. Bu sümük parçalarının 500 min il yaşında və insanın meymundan törədiyinə dəlil olduğu iddia edildi.

piltdown adamı sahtekarlığı

The fake Piltdown Man that evolutionists fabricated by fixing an ape's jaw to a human skull.

Bu sümüklər 40 il boyu müxtəlif muzeylərdə insanlara təkamülə dəlil olaraq nümayiş etdirildi. Lakin 1949-cu ildə bu sümüklərin üzərində bəzi testlər aparıldı və nəticə hər kəsi heyrətləndirdi: sümüyün 500 min deyil, cəmi 2-3 yaşı var idi. İnsana aid olan kəllə sümüyü hissələri də ancaq bir neçə min il yaşında idilər.

Həqiqət sonradan anlaşıldı: təkamülçülər insan kəlləsinə meymun çənəsi taxmış, üzərinə kimyəvi maddələr sürtərək köhnə görünüş verməyə çalışmışdılar. Yəni təkamülçülər yarı insan, yarı meymun fosili tapa bilmədikdə bunun saxtasını istehsal etməyə cəhd göstərmişdilər.

Bu hadisə tarixə ən böyük elm saxtakarlığı kimi keçdi...

2. Nebraska Adamı Saxtakarlığı

Nebraska adamı sahtekarlığı

The Nebraska Man drawn on the basis of a single tooth. It is extraordinary how imaginative evolutionists can be.

1922-ci ildə bir azı dişi fosili tapıldı. Təkamülçülər bu dişin insan və meymunların ortaq xüsusiyyətlərini daşıdığını iddia etdilər. Daha sonra bu tək dişdən yola çıxaraq bu dişin aid olduğu canlı kimi insan və meymun arası xəyali canlı rəsmi çəkdilər. Hətta daha da irəli gedərək bu canlının ailəsinin də şəklini çəkdilər. Bunların hamısını bir dişdən yola çıxaraq etmişdilər...

evrim

Təsəvvür edin ki, dişinizin biri yolda düşür və birisi onu tapır. Sonra sizə xəbər gətirirlər ki, həmin adam bu dişin əsasında sizin şəklinizin tam eynisini çəkəcək. Siz heç buna inanarsınız? Hələ bu bəs deyilmiş kimi, bir də desələr ki, təkcə sizin deyil, ailənizin də şəklini çəkəcək. Bu, çox gülməli və ağılsız iddia deyilmi? Əlbəttə, yalnız dişə baxaraq bir canlının, hətta ailəsinin şəklini çəkmək tamamilə məntiqsizlikdir.

1927-ci ildə maraqlı hadisə baş verdi. Dişin aid olduğu canlı skeletinin digər hissələri də tapıldı. Diş nə meymuna, nə də insana aid idi. Diş donuza məxsus idi...

Bu hadisə təkamül saxtakarlarının ümidini üzmüşdü.

evrim sahte çizimleri

A drawing that appeared in the Sunday times on 5th April 1964

Maurice Wilson’s Drawing

N. Parker’s drawing from the National Geographic in September 1960

Bu şəkilləri görürsünüz? Hər təkamülçü təkcə kəllə sümüyünə baxaraq ayrı-ayrı şəkillər çəkiblər. Onlar da nə çəkəcəklərinə qərar verə bilməyiblər. Çünki belə canlılar heç bir zaman yaşamayıblar. Bunların hamısı o boyda professorların xəyal məhsullarıdır. Təsəvvür edin ki, küçədə sümük parçası tapıb belə bir şəkil çəkirsiniz və onu dostlarınıza göstərib deyirsiniz ki, keçmişdə belə canlılar yaşayıb. Sizcə, dostlarınız sizə nə deyər? Lakin siz bunu etməzsiniz. Çünki bunun nə qədər mənasız iş olduğunu bilirsiniz. Fəqət təkamülçü professorlar bunun ağılsızlıq olduğunu başa düşə bilmirlər!

İnsanin Meymundan Əmələ Gəlmədiyin Dəlilləri:

Discover

This 800 thousand-year-old skull belonged to a human being. It proves that evolutionists are fabricating hoaxes.

iskelet

The Turkana Boy skeleton proves that the children were just like us even 1.6 million years ago.

1. Elm adamları qədimdə yaşamış insan fosilləri tapıblar. Bu insan fosillərinin bugünkü insanlardan heç bir fərqi yoxdur. Bundan başqa, təkamülçülərə görə, tapılan fosillərin yaşadığı dövrdə hələ insan yaşamamalı idi. Yalnız insanların ulu babası olan meymunlar tapılmalı idi.

Məsələn, İspaniyadakı bir mağarada aparılan qazıntılarda dövrümüzdən 800 min əvvəl yaşamış bir uşağın fosilləri tapıldı. Bu uşağın üzü bugünkü uşaqlarla eyniyyət təşkil edirdi. Halbuki təkamülçülərə görə, 800 min il əvvəl insanlar yaşamı deyildilər. Onlara görə, həmin dövrdə yarı insan, yarı meymun varlıqlar olmalı idi. Lakin İspaniyada tapılan fosillər onu göstərdi ki, insan ilk yaradıldığından bəri insan olmuşdur. Heç bir zaman yarı meymun, yarı insan varlıqlar yaşamamışdır.

2. Elm adamları daşdan düzəldilən daxma qalıqları tapıblar. Bu daxmanın yaşını hesablayanda gördülər ki, yaşı 1,5 milyon ildən çoxdur. Deməli, dövrümüzdən 1,5 milyon il əvvəl ibtidai insanlar yox idi. Eyni bu gün yaşayan insanlar kimi normal insanlar var idi. Bu da təkamülçülərin qədimdə ibtidai insanların (yarı meymun, yarı insan) olduğu və sonra təkmilləşib bu hala gəldiyi iddialarını əsassız edir.

3. Bu günə qədər tapılan ən qədim insan qalıqlarından biri 1,6 milyon yaşındakı “Turkana uşağı” fosilidir. Bu fosil üzərində aparılan araşdırmalar göstərdi ki, bu, 12 yaşında uşağa aiddir və həmin uşaq böyüsə idi, boyu 1,8 metrə çatacaqdı. Bu fosil bugünkü insanla eyni skelet quruluşuna sahib olduğu üçün tək başına insanın meymundan törədiyi inancını puç edir.

4. İnsan canlılar arasında iki yağı üzərində yeriyən tək varlıqdır. At, it və meymun kimi heyvanlar dörd ayaqlı, ilan, timsah, kərtənkələ kimi canlılar isə sürünənlərdir.

Təkamül nəzəriyyəsinin iddiasına görə, milyonlarla il öncə dörd ayaqlı heyvanlardan meymunlar yerişlərini dəyişib əyri formada yeriməyə başlayıblar. Minlərlə il əyri yeriyən meymunlar daha sonra dik yeriməyə başlayıblar. Nəticədə isə insan olublar. Təkamül nəzəriyyəsinin bu iddiası elmi çalışmaların nəticələrinə deyil, tamamilə xəyal gücünə əsaslanırdı. Son illərdə elm adamları tədqiqatlar nəticəsində sübut etdilər ki, təkamül nəzəriyyəsinin bu iddiası elmi yöndən yanlışdır.

iskeletler

It is impossible for apes that walk bent on four feet to change into human beings who walk upright on two feet.

Aparılan tədqiqatların nəticələrin görə, canlılar enerjilərindən ən yaxşı iki ayaqlı və ya dörd ayaqlı yeriyərkən istifadə edirdilər. Canlı bu ikisinin arası olan əyri formada yeridikdə iki dəfə artıq enerji xərcləyirdi.

Elə isə meymunlar niyə çoxlu enerji itirərək milyonlarla il əyri yerisinlər? Bu, bir insanın normal yerimək əvəzinə, belinə ağır yük qoyub yeriməyi tərcih etməyinə bənzəyir. Heç bir canlı asan yeriməyi çətinə dəyişməz. Allah hər canlını rahat hərəkət edəcəyi formada yaradıb.

Nəticə olaraq qeyd edək ki, təkamül nəzəriyyəsi “dörd ayağı üzərində yeriyən meymun niyə bir gün iki ayaq üzərində yeriməyə qərar verib?” sualına cavab verə bilməz.

Ən Böyük Fərq

İnsanla meymun arasındakı ən əhəmiyyətli fərqlilik isə odur ki, insan ruha sahibdir, meymunun isə ruhu yoxdur. İnsan şüurludur; düşünmək, danışmaq, düzgün cümlələr qurmaq, şəkil çəkmək, qərar vermək, incəsənətdən zövq almaq, mahnı oxumaq və s. kimi qabiliyyətləri var. Üstəlik, mənəvi dəyərlərə: millət, vətən, ailə sevgisinə sahibdir. Bu xüsusiyyətlərin hamısı insan ruhuna aiddir. Heyvanların isə ruhu yoxdur. İnsandan başqa heç bir canlıda bu xüsusiyyətlər ola bilməz.

ahtopot gözleri

Wouldn't it be unreasonable to say that humans originated from octopuses just because the eyes of an octopus look like that of a human?

Beləliklə, təkamülçülərin cavab vermədiyi suallardan biri də budur. Bir meymun insan olmaq üçün həm fiziki dəyişikliklər keçirməlidir, həm də insana aid xüsusiyyətlərə sahib olmalıdır. Təbiətdə meymunu danışdıracaq, ona şəkil çəkmək, düşünmək, mahnı bəstələmək qabiliyyətini verəcək güc varmı? Əlbəttə, yoxdur.

Allah insanları bu xüsusiyyətlərlə yaradıb. Lakin heyvanlara bu özəlliklərin heç birini verməyib.

Göründüyü kimi, meymunun insana dönməyi qətiyyən mümkün deyil. İnsan ilk yaradıldığı gündən bu yana həmişə insan olub. Balıqlar daima balıq, quşlar da quş olublar. Heç bir canlı bir başqasının ulu babası olmayıb. İnsanı və bütün canlıları yaradan Allahdır.

Təkamülçülərin insanların meymundan əmələ gəldiyini iddia etmələrinin səbəbi arada fiziki bənzərlik görməkləridir. Halbuki dünyada insana meymundan daha çox bənzər xüsusiyyətləri olan başqa canlılar da var. Məsələn, bu şəkillərdə gördüyünüz tutuquşular danışa bilirlər. Yaxud səkkiz ayaqlı ilbizlərin gözü insanın gözünə çox bənzəyir. İt və pişiklər isə sizin də bildiyiniz kimi, sözə qulaq asırlar, onlara deyiləni edirlər. Bir nəfər çıxıb desə ki, insanların ulu babası bu heyvanlardan biri olub, o zaman nə düşünərsiniz? Odur ki, təkamülçülərin dedikləri yalanların bundan heç bir fərqi yoxdur.

papağan

The reason that evolutionists claim that the humans have originated from apes is the physical resemblance between the two. However, other creatures on earth resemble humans more closely.

For example, the parrots seen in the picture can talk. Octopuses have eyes just like those of a human. Cats and dogs listen to and follow orders, just like a person. What would you think if someone said that humans originated from dogs, parrots, or the octopus?

You see, there is no difference between this idea and the stories evolutionists fabricate.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • İlk Öncə
  • Kainat Necə Yaranib?
  • Bu da Vücudumuz!
  • Ətrafinizdaki Canlilarin Təəccüblü Xüsusiyyətləri
  • Maraqli Canlilar
  • Qara Torpaqdan Rəngarəng Bitkilər Necə Çixir?
  • Təkrar Düşünək!
  • Təkamül Nəzəriyyəsi Nədir?
  • Təkamülçülərə Görə, Canlilar Necə Təkmilləşir?
  • Təkamülçülərin Heç Cür Tapa Bilmədikləri Fosillər
  • Kembri Dövründə Nə Baş Verdi?
  • Baliqlarin Sürünənlərə Dönməsi Yalani
  • Gülünc
  • Heç Belə də Şey Olar?
  • İnsanin Təkamülü Nağili
  • Darvin və Təkamülçülərin Ən Çox Çəkindiyi Mövzulardan Bəziləri
  • Bədənimizdəki Məlumat Banki: DNT
  • Hər Şeyi Yaradan Allahdir
  • Nəticə
  • Təkamül Yalanı