Milyardlarla məlumatı gözümüzlə görə bilmədiyimiz qədər kiçik yerə sığdıran Rəbbimizdir. Bizi, əllərimizi, gözlərimizi, saçlarımızı, ayaqlarımızı yaradan Allahdır. Ailəmizi, ata-anamızı, qardaşlarımızı, dostlarımızı, müəllimlərimizi yaradan da Allahdır.
Ən sevdiyimiz yeməkləri, şokoladları, bizə sağlamlıq və güc verən meyvə və göyərtiləri bizim üçün Allah yaradır. Əgər Allah bizim üçün onları yaratmasa idi, biz heç bir zaman şokoladın dadını bilməzdik.
Bizə dad və qoxu almaq hissini verən Allahdır. Əgər Allah bizə bunları verməsə idi, biz sevdiyimiz yeməyi yeyəndə onun dadını ala bilməzdik. Fərqli yeməklər yesək də, bizim üçün eyni olardı, o fərqi hiss etməzdik. Amma Allah xoşumuza gəlsin deyə, həm ləzzətli və dadlı yeməklər yaradıb, həm də bizə onların dadını və qoxusunu hiss etməyimiz üçün duyğu bəxş edib.
Həyatınız boyu xoşunuza gələn, zövq aldığınız çoxlu şeylər olub. Bu, yemək ola bilər, oyuncaq ola bilər, yaxud da sevdiyiniz adamlarla birlikdə bir yerə getmiş ola bilərsiniz. Heç bir zaman unutmayın ki, bütün bunlardan zövq almağınızı təmin edən sizin Rəbbinizdir. Allah sizi çox sevdiyi üçün sizə həmişə gözəl nemətlər verir.
Hər şeydən əvvəl siz yox idiniz. Bir az düşünün, doğulmamışdan qabaq heç bir yerdə deyildiniz. Yəni siz bir heç idiniz. Sizi Allah yaratdı və siz yox ikən sizi var etdi.
Elə isə həyatımızın hər anı üçün Allaha şükür etməliyik. Hər sevindiyimiz və xoşumuza gələn şey üçün Allahı düşünüb: “Allahım, bunları verdiyin üçün Sənə şükürlər olsun”, –deməliyik. Əgər xoşumuza gəlməyən bir şeylə qarşılaşsaq, yenə Allaha dua etməliyik. Çünki bizi bu vəziyyətdən qurtaran da Allahdır. Allah bütün dualarımızı mütləq eşidir və qarşılıq verir. Çünki Allah qəlbimizdən keçirdiklərimizi və düşündüklərimizi bilir. Məsələn, siz bu kitabı oxuyarkən ürəyinizdən bəzi şeylər keçə bilər. Siz demədiyiniz müddət boyu düşündüklərinizi heç kim bilməz. Ancaq Allah ağlınızdan keçən hər şeyi eşidir və sizi hər an görür. Siz tək olduğunuzu zənn etdiyiniz anlarda belə Allah sizi görür və nə etdiyinizi bilir.
Buna görə də gözəl əxlaqlı insanlar heç bir zaman onu heç kim görmür deyə yanlış şeylər etməzlər. Yalnız olduqları halda belə, Allahın onları görüb-eşitdiyini bilərək həmişə gözəl davranırlar.
The drawing on the right is a cartoon of Darwin, the founder of the theory of evolution. This cartoon indicates that the theory of evolution has collapsed. The theory of evolution in our time has taken quite a beating just like Darwin in the cartoon. |