Sizə kitabın əvvəlində də bəhs etdiyimiz kimi, göz çox qarışıq və mükəmməl dizayn olunmuş orqandır. Gözü əmələ gətirən 40 ayrı parça var və bu hissələrdən bir dənəsi belə olmasa, göz görməz.
Bütün bu kiçik parçalar heç bir şəkildə təsadüfən əmələ gələ bilməyəcək qədər incə qurula malikdir. Bundan başqa, təkcə linza ilə göz bəbəyinin yeri dəyişsə, göz vəzifəsini yerinə yetirə bilməz.
Göz yaşı kimi bizə sadə görünən maye də çox əhəmiyyətlidir. Göz yaşı ifraz edə bilməyən göz qısa müddət içində quruyub kor olar. Hətta göz yaşı antiseptik xüsusiyyəti ilə gözü mikroblardan qoruyur.
Gözün bu quruluşunu avtomobilə bənzətmək olar. Bir avtomobil yüzlərlə detaldan ibarət olur. Bu detallardan təkcə qaz pedalı olmasa, avtomobil hərəkət edə bilməz. Yaxud da motorunda kiçik tel parçası qırılsa avtomobil işləməz. Göz də avtomobil kimidir, xırda bir detalı olmasa, görə bilməz.
Darwin did not even want to think about the eye. It is impossible for the eye to happen by coincidence because the eye is perfect and yet so complex. It is the obvious truth that Allah has created the eye.
Təkamülçülər buna görə də gözlərin necə əmələ gəldiyini açıqlaya bilmirlər. Çünki bir gözün təsadüfən əmələ gəlməsi mümkün deyil. Hələ bir az düşünün, 40 ayrı parçanın eyni anda və eyni yerdə təsadüfən müydana gələrək birləşməsi mümkündürmü? Yəni göz bəbəyi, linza, buynuz qişa, göz qapaqları, göz yaşı vəziləri və digərləri təsadüfən yaranıb uyğun şəkildə bir araya gəlməlidir. Bu da heç cür mümkün deyil.
If you saw a car while you were out walking in the woods and asked how this car got there, and someone told you that some materials from the woods came together and formed this car, would you believe him?
Elə təsəvvür edin ki, meşədə yol gedirsiniz və qabağınıza avtomobil çıxır. Birisindən bu avtomobilin buraya necə gəldiyini soruşursunuz. O da sizə deyir ki, meşədəki bəzi maddələr birləşib bu avtomobili əmələ gətirib. Siz ona inanarsınız? Əlbəttə, o adamın ağlına şübhə edərsiniz.
Göz avtomobildən də qarışıq və mükəmməl quruluşa malikdir. Elə isə gözün də təsadüflər nəticəsində əmələ gəldiyini deyənlərin ağlına şübhə ilə yanaşmaq lazımdır.
Darvin özü də gözün necə ortaya çıxdığını açıqlaya bilməyib belə demişdir: “Gözləri düşünmək məni nəzəriyyəmdən soyutdu”. (Norman Macbeth, Darwin Retried: An oppcal to reason, Boston; Gambit, 1971, səh. 101)
Nəzəriyyənin banisi Darvin belə gözlərin mükəmməl quruluşu qarşısında naçar qalmışdır.
Heç quş tükü haqqında oxuyubsunuz? Quş tükləri quşların uçmağını təmin edir və çox qarışıq xüsusiyyətlərə malikdir. Hər quş növünün tükləri fərqli rəngdə olur və bunlar bizim çox xoşumuza gəlir. Məsələn, tovuz quşunun tükləri o qədər gözəldir ki, insanlar həmişə tovuz quşu tabloları düzəldirlər.
Amma quşların, xüsusilə də tovuz quşunun tüklərindən heç xoşlanmayan biri var. Bu adam Çarlz Darvindir. Çünki Darvin bütün digər canlılar kimi, tovuz quşunun tüklərinin də təsadüflər nəticəsində meydana gəldiyinə inanır. Amma bu tüklər o qədər mükəmməldir ki, heç kim bu tüklərin təsadüfən əmələ gəldiyinə inanmır. Bundan sonra Darvin belə deyib:
“Hazırda isə təbiətdəki bəzi müəyyən orqanizmlər məni narahat edir. Məsələn, tovuz quşunun tüklərini görmək məni haradasa xəstə edir”.
Bizim çox xoşumuza gələn tovuz quşunun tüklərini Allah yaradıb. Lakin Darvin bu həqiqətə inanmaq istəmədiyi üçün “xəstə” olduğunu deyib.