Bu da Vücudumuz!
Bədənimiz dünyada rahat yaşamağımız, oynamağımız, oxuyub-yazmağımız, qısası, hər işi görməyimiz üçün dizayn edilmiş qüsursuz maşındır. Bu maşınlar o qədər möhtəşəmdir ki, ən son texnologiya ilə də bənzəri düzəldilə bilməz. İllərlə heç durmadan və pozuntu yarandıqda öz-özünü təmir edərək çalışan vücudumuz haqqında nə qədər bilgimiz var?
|
1. Water 2. Protein 3. Carbohydrates | 4. Minerals 5. Solids And Liquid Fats |
Did you know that your body is made up of fats, proteins, water, carbohydrates and minerals? |
Dünyaya Açılan Pəncərələr: Gözlərimiz
Bədənimizdəki hər orqan bizim üçün çox əhəmiyyətlidir. Bir dənəsinin belə əskik olması bütün həyatımızı dəyişdirə bilər. Məsələn, gözlərimiz... Heç düşünübsünüzmü, gözünüz olmasa idi, nə edərdiniz? Ata-ananızın, qardaşlarınızın və dostlarınızın üzünün necə olduğunu bilməzdiniz. Gözəl olan heç bir şeyi görə bilməzdiniz. Oyuncaqlarınızla oynaya bilməzdiniz. Bu kitabın rəngli səhifələrini görə bilməzdiniz. Məsələn, pişiyin, yaxud dovşanın nəyə bənzədiyini xəyalınızda canlandıra bilməzdiniz. Televizorda sevdiyiniz cizgi filminə baxa bilməzdiniz. İşlərinizi rahat görə bilməzdiniz. Evin içində belə rahat yeriyə bilməzdiniz. İşığın nə olduğunu bilməz, rənglərin, şəkillərin heç birini görə bilməzdiniz. Bunu saymaqla bitirmək olmaz.
Allah insanların hamısına görmək üçün göz vermişdir. Bu, Allahın insanlara verdiyi çox əhəmiyyətli gözəllikdir. Bununla belə, göz önəmli işləri həyata keçirən orqandır. Biz fərqində olmasaq da, gözlərimiz lazımlı proses həyata keçirir və biz ancaq bundan sonra ətrafımızı görə bilirik.
Necə gördüyümüzə qısa nəzər salaq:
Dünyada hər cisim çevrəsinə işıq yayır. Məsələn, siz bu kitaba baxarkən bu kitabdan gələn işıq sizin göz bəbəyinizin içindən keçib gözünüzün arxa hissəsinə gedir. Gözünüzün arxa hissəsində bir çox prosesdən sonra bu işıq elektrik siqnalına çevrilir. Elektrik siqnalı isə beyninizə gedir. Beyninizin arxa qismində isə görməyinizi təmin edən yer (görmə mərkəzi) var. Həmin görmə mərkəzi çox kiçik nöqtə boydadır. Elektrik siqnalları həmin kiçik nöqtənin üzərində görüntü əmələ gətirir və siz o anda onu görürsünüz.
Bunları sadələşdirib anlatmaq belə bu qədər uzun çəkir, amma görməyiniz bu qədər uzun çəkmir. Bu proseslər o qədər sürətlə baş verir ki, kitaba baxan kimi onu görə bilirsiniz.
Çox mükəmməl sistemdir elə deyilmi? Xatırlayırsınızsa, kitabın əvvəlində təkamülçülərdən bəhs etmişdik. Onların dünyanın, kainatın, ulduzların və bütün canlıların öz-özünə təsadüfən meydana gəldiyini müdafiə etdiklərini demişdik. Bu yalanı danışanlar gözlərimiz barədə də eyni yalanı danışırlar. Deyirlər ki, gözlər təsadüfən, öz-özünə meydana gəlib. Bu qədər qarışıq və mükəmməl sistem öz-özünə əmələ gələ bilərmi? Bunun nə qədər cəfəng iddia olduğunu daha yaxşı başa düşmək üçün bir nümunə verək: mühəndislər fotoaparat və kameraları insan gözlərini təqlid edərək düzəldiblər. Lakin bu alətlərin heç biri insan gözü qədər gözəl görüntü verə bilmir. Başınızı qaldırıb ətrafa baxın. Nə qədər dəqiq görürsünüz, elə deyil? Gördüyünüz görüntüdə heç bulanıqlıq yoxdur. Bir də televizora baxın. Azacıq da olsa bulanıqlıq olur və görüntü yayılır. Bunlar olmasa belə, gözünüz qədər dəqiq görüntü verə bilmirlər.
Engineers have manufactured the photographic and video cameras by copying the human eye. However, none of this equipment gives as clear a view as your eyes do. Now lift your head from the book and look around you. Isn't your vision clear? There is no blur, snowy dots or missing lines in your vision. Now look at your television set. Quite often, you see snowy dots or skipped lines in the image. Even when these don't happen and even with all the new technology, televisions still do not produce the perfect images that your eyes do. |
İndi isə bir az düşünək. Deməli, gözünüz kamera, fotoaparat və ya televizordan daha keyfiyyətlidir. Təsəvvür edin ki, birisi gəlib sizə belə deyir: “Bir fırtına qopdu və evin elektrik kabelləri, vint, çəkic, vintaçan və s. uçub bir yerə gəldilər. Sonra şimşək çaxdı, yağış yağdı və bunlar bir az da torpaqla qarışdı. Aradan bir az zaman keçdi və bir də baxıb gördüm ki, bir televizor ortaya çıxıb. Mən də onu götürüb evə gətirdim”. Bu zaman siz nə düşünərsiniz? Hər halda o adamın ağılsız olduğunu və ya yalan danışdığını düşünərsiniz. Çünki televizorlar yüzlərlə mühəndis və mütəxəssis tərəfindən böyük zavodlarda düzəldilir. Təsadüfən və ö-özünə əmələ gəlməsi mümkün deyil. Elə isə televizordan daha keyfiyyətli olan göz öz-özünə meydana gələ bilərmi? Əlbəttə, yox. Televizor öz-özünə ortaya çıxmadığı kimi, göz də təsadüfən əmələ gəlməmişdir. Gözlərimizi üçölçülü, rəngli və dəqiq görəcək şəkildə yaradan Allahdır. Buna görə də gördüyümüz hər gözəl şey üçün Allaha şükür etməliyik. |
Xışıltısız Eşidən Qulaqlarımız
Allah qulaqlarımızı da gözlərimiz kimi, mükəmməl yaradıb. Məsələn, bir musiqi mərkəzi təsəvvür edin. Ən yaxşı musiqi mərkəzini dinlədikdə belə az da olsa xışıltı eşidərsiniz. İndi isə tam səssiz olun və dinləyin: heç xışıltı eşidirsiniz? Qulaqlarınız qətiyyən xışıldamır. Səsləri çox gözəl və tam olduğu kimi eşidirsiniz. Hələ bir az düşünün, qulaqlarınız da musiqi mərkəzləri kimi xışıldaya bilərdi. Lakin Allah qulaqlarımız qüsursuz yaradıb və biz heç rahatsız olmadan ətrafımızdakı səsləri eşidirik.
Allah qulaqlarımızı həm də elə yaradıb ki, bəzi səsləri eşitmirik. Məsələn, bədənimizdə qan çox sürətlə axır və bu zaman gurultulu səslər meydana gəlir. Lakin bu səsləri qulaqlarımız eşitmir. Həmçinin dünya dönərkən də ortaya güclü səs çıxır. Ancaq Allah qulaqlarımızı o qədər mükəmməl yaradıb ki, həmin səsləri eşitmirik. Allah bizə qarşı mərhəmətlidir. Buna görə də ömür boyu rahatsız olacağımız səsləri eşitmirik.
Biz də Allahın mərhəmətinə qarşılıq olaraq Ona şükür etməliyik. Quranda bir ayədə Allah belə buyurur:
Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə, şükür edəsiniz.
(Nəhl surəsi, 78)
|
1. Earflap 2. Stirrup 3. Anvil 4. Cochlea 5. Hammer | 6. Cochlear nerve 7. Eardrum 8. Auditory Canal 9. Eustachian tube 10. Earlobe |
Here is a diagram that shows the inside of your ear. Your earflap collects the sounds, and the sound finally reaches the centre of hearing in your brain by moving inside your ear. And it is there that your hearing takes place. |
Heç Yorulmayan Ürəyimiz
Ürəyimiz bizim üçün çox əhəmiyyətli orqandır. Ürək dəqiqədə təqribən 72 dəfə, ildə isə 40 milyon dəfə döyünür. Bunun nə qədər yorucu iş olduğunu anlamaq üçün əlinizi yumun və bu şəkildə yumub-açmağa davam edin. Siz bunu neçə dəqiqə edə bilərsiniz? Elə yumruğunuz qədər olan ürəyiniz bu hərəkəti həyatınız boyu və bir dəfə belə dayanmadan edir. Siz yatanda da ürəyiniz dayanmır. Bir az həyəcanlananda ürək sürətlə döyünür, istirahət edəndə isə yavaş döyünməyə başlayır. Ürəyiniz bu tənzimləmələri siz fərqində olmadan avtomatik şəkildə edir.
Blood cell
Ürəyimiz hər dəfə döyünəndə vücudumuzdakı qanı dövr etdirir. Bu qanın tərkibində həyat üçün lazımlı olan maddələr var. Bunun sayəsində vücudumuzdakı hər hüceyrə ehtiyacı olan oksigeni və qidaları əldə edir. Ürəyimiz hər gün 43 min litr qan vurur. Heç bilirsiniz bu nə qədər qandır? Bu, təxminən 15 vanna qan edir. Əlinizə kiçik bardaq götürün və onunla bir vanna suyu boşaltmağa çalışın. Adam nə qədər yorular, elə deyil? Hələ üstəlik təsəvvür edin ki, önünüzdə 150 vanna var. Hər halda belə çətin işi görə bilməzsiniz. Lakin ürəyimiz bu işi doğulduğumuz gündən bəri hər gün görür və bu, ölənə qədər davam edəcək. Bununla belə, heç ara da vermir. Məsələn, siz iş görərkən yorulduqda istirahət üçün ara verirsiniz. Gedib uzanır və ya yatırsınız. Ürəyiniz isə heç yorulmur, çünki ürək həyatımız üçün çox əhəmiyyətlidir. Kiçik olsa da, gördüyü iş çox böyükdür. Buna görə də Allah onu heç yorulmayacaq qədər güclü yaradıb.
| 1. Heart 2. Vein 3. Artery It is unimaginable for a country to be without a network of roads, railways or seaways. A unique network in your body allows it to function faultlessly. These are the blood vessels of our circulatory system. Inside these vessels, the blood flows that the heart continuously pumps. The blood carries countless materials from one part of the body to another. It distributes food continuously to each part of the body and collects waste materials. |
Bədənimizdə Bizi Mikroblardan Qoruyan Ordu Olduğunu Bilirdinizmi?
Biz görməsək də, oturduğumuz yer, aldığımız hava və tutduğumuz yerlər mikrob və viruslarla doludur. Mikrob və viruslar insanlarda xəstəliyə səbəb olan kiçik canlılardır. Biz onları gözlə görə bilmərik, amma onlar bizi xəstələndirib gücdən sala bilirlər.
Gözlə görə bilmədiyimiz başqa canlılar da var. Bunlar bədənimizin içində yaşayır və bizi həmin mikrob və viruslardan qoruyur. Bu ordunun adı immunitet sistemidir. İmmunitet sistemimiz qanımızın içində yaşayır və bunu əmələ gətirən hüceyrələrə leykositlər deyilir.
Bədənimizə düşmən girdikdə qanımız eyni laboratoriya kimi çalışır. Düşmənə qarşı mübarizə aparmaq üçün xüsusi maddələr istehsal edir və bunun sayını düşmənin gücünə görə çoxaldır. Bundan sonra bədənimizdə ölümünə müharibə başlayır. Bəzən biz bu müharibəni virus və mikroblar ölənə qədər heç hiss etmirik.
|
The importance and benefits of vaccination:Dangerous germs are given to the body after being made ineffective. In this way, the immune cells recognise them and take measures to protect you against them. |
|
Enemy | Guard | Killer | Weapon Manufacturer | Suppressor | Engulfer | Weapon | Memory |
The white blood cells, approximately more than a trillion, form a very advanced army. Each one of this army's personnel has its unique job. Some of them monitor whether there are any foreign bodies entering the blood stream, while others form the chemical substances that will destroy the enemies and others attack the enemy. |
When the virus enters the body, the immune cell that acts as a guard notices it.
The guard cells calls the other immune cells by warning them. Meanwhile, the necessary weapons are being produced.
Meanwhile, the viruses enter the body cells in order to multiply. The immune cells kill these body cells and in so doing they destroy the viruses. Result: Our body wins the battle.
While you wear a bandage to protect yourself, the soldiers inside you fight for you.
Bəzən də hiss edirik. Necə? Bədənimizin istiliyi qalxmaqla! İndiyə kimi mütləq bir neçə dəfə istiliyiniz qalxmışdır. Bax, həmin vaxt immunitet sisteminiz düşmənlə savaşırdı. Savaş əsnasında bədəniniz sahib olduğu bütün enerjidən istifadə edir və daha çoxuna ehtiyac duyur. Bədəniniz savaşarkən əgər siz gedib həyətdə oynasanız, ordunuzun enerjisini xərcləmiş olarsınız. Bu zaman ordunuz uduzar və siz xəstələnərsiniz. Lakin istiliyiniz qalxanda təbii olaraq yatırsınız və bu zaman bütün enerjinizdən ordunuz istifadə edir. Beləliklə, ordu düşmənlərə qarşı zəfər qazanır. Yəni istiliyimiz qalxanda bədənimiz bizə “istirahət et” mesajını verir.
Əgər bədənimizdə immunitet sistemi olmasa idi, nə olacağını bilirdiniz? Doğulduqdan qısa müddət sonra bədənimizə girən ilk mikrob üzündən ölərdik. Allah hər insanı immunitet sistemi ilə birlikdə yaradır. Çünki Allah insanlara qarşı çox mərhəmətli və şəfqətlidir. Kitabın əvvəlindən bəri gördüyünüz kimi, biz hər an həyatda qalmağımızı, gözəl şeylər görməyimizi və gözəl yeməklər yeməyimizi Allaha borcluyuq. Ona görə də hər şeydə Allahı düşünüb belə deməliyik: “Allahın, mənə bunları verdiyin üçün sənə şükür edirəm”.