Mirasimiza Sahib Çixmaq

“Könlüm Afrikanın şimalından Əndəlusa səfər etmək və daha sonra Balkanlardan keçərək yenidən İstanbula dönmək istəyir!”12

Yavuz Sultan Səlim, Misirin fəthindən sonra İstanbula qayıdarkən

Buraya qədər izah edilənlərdən də məlum olduğu kimi, türk milləti olduqca sağlam, köklü mirasa malikdir. Bu mirasın əhəmiyyətini qavrayıb layiqincə dəyərləndirmək və keçmişimizə sahib çıxaraq gələcəyə üz tutmaq vacibdir. Cümhuriyyətimizin banisi böyük öndər Atatürkün yeritdiyi siyasət bu yanaşma tərzinə ən gözəl nümunədir.

Ulu Önder Atatürk

Mustafa Kemal Atatürk

Atatürk Milli Mübarizə illərində türk millətinin gələcəyi üçün çox mühüm istiqamət müəyyən etmişdi. Həm Osmanlı paşası, həm də gənc cümhuriyyət banisi olan Atatürkün siyasəti “milli-mədəni mirasımıza sahib çıxmaq, Osmanlı adət-ənənəsini müasirləşdirərək XX əsrə aparmaq” idi. Atatürk dövrünün şərtlərinin imkan verdiyi qədər Osmanlı mirasına sahib çıxmışdı. Atatürkün qurduğu gənc Türkiyə cümhuriyyətinin Osmanlının borclarını son qəpiyinə qədər ödəməyi qəbul etməsi və bütün iqtisadi çətinliklərə baxmayaraq, bu borcları ödəməsi Osmanlı mirasına sahib çıxma istəyinin bir göstəricisi idi. Bundan əlavə, Atatürk Osmanlı adət-ənənəsini davam etdirərək Türkiyə hökumətinə sığınmaq istəyən qeyri-türk müsəlmanları (albanları, çərkəzləri, bosnyakları), fərqli etnik mənşəli müsəlmanları eyni dinə sahib insanlar kimi qəbul etmişdir. Digər tərəfdən, Atatürk “Balkan Antantası” və “Sadabad paktı” kimi müqavilələrlə qədim Osmanlı coğrafiyasında Türkiyənin nüfuzunu qorumağa çalışmışdı. “Balkan Antantası” bəzi Balkan yarımadası ölkələri, Sadabad paktı isə bəzi Yaxın Şərq ölkələri ilə Türkiyənin liderliyi altında strateji əməkdaşlıq məqsədi güdürdü.

Bu, çox düzgün strategiya idi. Çünki daha əvvəl də bildirdiyimiz kimi, “dövlət ənənəsini” təşkil edən ən mühüm ünsürlərdən biri millətin tarixidir. Tarix millətin yaddaşıdır və hər millət dostlarını və düşmənlərini onların tarixi ilə dəyərləndirir. Tarix dövlətlərə etibar və nüfuz qazandırdığı kimi, xüsusilə qədim imperiyaların varisləri olan millətlərin keçmişdə onlara aid torpaqlarda söz sahibi olmalarına da mühüm vasitədir. Bir vaxtlar imperiya olan İngiltərə əsrin əvvəlindən etibarən mərhələli şəkildə azalan siyasi və iqtisadi gücünə baxmayaraq, hələ də keçmiş müstəmləkələri üzərində müəyyən nüfuza malikdir. Fransa və keçmiş müstəmləkələri arasındakı nüfuz əlaqəsi də buna bənzərdir. Fransanın Əlcəzair, Suriya və ya Livanla əlaqəsinin qanuni zəmini tarixlə əlaqədardır. Şübhəsiz, əgər İngiltərə öz tarixini unudub imperiya olduğu vaxtları inkar etsəydi, bu cür nüfuz əldə edə bilməzdi. Eyni şəkildə, Fransa da keçmişindən üz çevirsəydi, bu gün Şimali Afrika və Yaxın Şərq siyasətinə nüfuzunu davam etdirə bilməzdi.

Tarixin bu qədər təsirli strateji zəmin olması, şübhəsiz ki, Türkiyə üçün böyük üstünlükdür. Çünki Türkiyə bu gün qonşu dövlətlərin əksəriyyətini və hələ bir çox dövləti beş yüz il boyu idarə etmiş imperiyanın varisidir.

zencilere yapılan eziyetler

Osmanlı fethettiği yerlerde sadece toprağı değil, gönülleri de fethetmeyi başarırken, Batılı devletler gittikleri her yerde yürürlüğe koydukları ırkçı uygulamalar neticesinde yerli halkın nefretini kazandılar.

Bu gün böyük dövlətlərin Osmanlı tarixi ilə bağlı tədqiqatlar aparması və bu sahəyə xüsusi büdcə ayırması əslində bizə çox mühüm şeyi göstərir. Osmanlı dövləti böyük dövlət olmağın sirrini tapmış və bu sirri 600 illik ömrünün sonuna qədər mühafizə etmişdi. Qərbin Osmanlı ilə bağlı heç cür qavraya bilmədiyi həqiqət isə müasir siyasi üslubla desək, Osmanlı imperiyasının “moralpolitik” (əxlaqi) strateji nöqteyi-nəzərə sahib olması idi. Müstəmləkəçi güclər isə daima “realpolitik” (qatı realist) dünyagörüşü ilə hərəkət etmişdilər. Buna görə də qısa müddətdə çox mənfəət əldə etmək üçün ölkəni uzun müddət qarışıqlıq və qeyri-sabitliyə sürükləyən siyasət yeritməkdən çəkinməmişdilər. Osmanlı isə hökmran olduğu torpaqlarda qarışıqlığa və intizamsızlığa heç cür yol verməmişdi. Daima Quran əxlaqının əmr etdiyi sülh və əmin-amanlıq mühitini, ədaləti və tolerantlığı tətbiq etməyə çalışmışdı.

İngilis və fransız müstəmləkəçiliyinin realpolitik məntiqi nəticəsində ələ keçirdikləri torpaqlarda çox qısamüddətli hökumət qura bilmişdilər. Osmanlı fəth etdiyi yerlərdə sadəcə torpağı deyil, qəlbləri də fəth etməyi bacarmışdı, lakin ingilis və fransız müstəmləkəçilər getdikləri hər yerdə hərəkətləri ilə yerli xalqın nifrətini qazanmışdılar. Eyni şəkildə hakim olduqları torpaqlarda “nizam-intizamı təmin etmək” kimi məqsədi olmayan digər güclər getdikləri hər yerə sülh və əmin-amanlıq əvəzinə, qarışıqlıq və anarxiya gətirmişdilər. Bu gün tətbiq olunan bənzər strategiyalar qədim Osmanlı torpaqlarına sabitlik və əmin-amanlıq gətirmir.

İsveç Kralı XII. Charles

İsveç Kralı XII. Charles (Demirbaş Şarl)

Bundan əlavə, osmanlılar digər millətlər kimi müstəmləkəçilik təfəkkürü ilə bu torpaqları işğal etməmiş, heç bir zorakılıq və təzyiqə əl atmadan dinlərini yaymağı və müsəlman dünyasını gücləndirməyi qarşılarına məqsəd qoymuşdular. Avropalı güclər ələ keçirdikləri torpaqlarda yaşayan xalqları özlərindən aşağı səviyyəli, bir növ ikinci dərəcəli insanlar kimi dəyərləndirib qəddar və zalım siyasət yeridir, osmanlılar isə sahib olduqları Quran əxlaqına görə hər millətdən olan insana qarşı ədalətli, tolerant və mərhəmətli davranırdılar.

Avropalı dövlətlər bu ölkələrin bütün yeraltı sərvətlərini ələ keçirib xalqlarını yoxsullaşdırmış, Osmanlı və ya Səlcuqlu dövlətini idarə edən türklər getdikləri ölkələrə zənginlik, rifah və mədəniyyət aparmışdılar. Fəth edilən ölkələrdə məscidlər, mədrəsələr, karvansaraylar, körpülər tikdirmiş, su kanalları çəkdirmiş, məhv etməyi, dağıtmağı deyil, yenidənqurmanı hədəfləmişdilər. M. Baudierin “Türklərin din tarixi” (Historie de la Religion des Turcs) adlı əsərində “Türklər mərhəmət, şəfqət və insanlara yardım etməkdə bütün millətlərdən, hətta xristianlardan da üstündürlər”13 sözləri ilə bildirdiyi kimi, türk milləti fəth etdiyi torpaqlarda yaşayan insanlara gözəl əxlaqları ilə nümunə olmuşdur.

Əvvəlcədən bildirdiyimiz kimi, müsəlman türklər fəth etdikləri ölkələrin xalqlarına, həyat tərzlərinə, inanclarına və dünyagörüşlərinə hörmət etmişdilər. Fəth etdikləri yerlərdə yaşayan insanların onlara Allahın əmanəti olduğunu düşünən, əsir aldıqları insanlara belə insanpərvərliklə yanaşan türk sultanlarının öhdəlikləri arasında bu xalqları himayə etmək, kimsənin onlara zülm etməməsini təmin etmək vardı. Allah “İnsan” surəsinin 8-ci ayəsində möminlərin özləri ehtiyac içində olarkən belə yeməyi əvvəlcə əsirlərə yedirdiklərini bildirir. Bu, İslam əxlaqına uyğun yaşayan müsəlman hökmdarların fəth edilən torpaqlarda yaşayanlara qarşı bütün davranışlarını formalaşdıran çox mühüm əxlaqi xüsusiyyət olmuşdur. Belə ki, düşmənlərindən qaçaraq Osmanlı imperiyasına sığınan İsveç kralı XII Şarlın (Dəmirbaş Şarl) bir yaxınına yazdığı məktubdakı sözləri də müsəlman türk millətinin insanpərvər, gözəl əxlaqlı münasibətini ifadə edir:

Gazi Kasım Paşa Camii Mostar Köprüsü

Gazi Kasım Paşa Camii, Macaristan

Mostar Köprüsü, Bosna

Şəfqətin, comərdliyin, əsalətin, nəzakətin əsiriyəm. Türklər məni məhz bu cür almaz iplə sarıdılar. Bu qədər şəfqətli, bu qədər nəzakətli millətin arasında azad əsir kimi yaşamaq bilsəydin nə qədər şirindir...14

Girdikləri hər torpağa mütləq əmin-amanlıq və asayiş aparan müsəlman türklər əsasən özlərindən əvvəlki xristian idarəçilərin təzyiqindən və zülmündən sıxıntı çəkən xalq tərəfindən coşğun sevgi və hörmətlə qarşılanmışlar. Osmanlı dövləti qurulduğu dövrdən etibarən fəth etdiyi torpaqlardakı xristian təbəə ilə həmişə yaxşı əlaqələr qurmuş, onların rəğbətini qazanmışdır. Məsələn, Bursanın fəthindən sonra şəhəri niyə təslim etdiklərini soruşan Orxan Qazinin rumlardan aldığı cavab çox təəccüblüdür:

Koca Mustafa Paşa Camii Halveti tekkesi camii

Koca Mustafa Paşa Camii (Üsküp)

Halveti Tekkesinin Çeşmesi (Kosova)

Sizin dövlətinizin gündən-günə yüksəldiyini və bizim dövlətimizi ötüb keçdiyini anladıq. Atanızın hakimiyyəti altına daxil olub razı qalan kəndlilərin bizi artıq axtarmadıqlarını gördük və biz də bu rahatlığı istədik.15

Osmanlıların Anadoluda olduğu kimi, Rumelidə və fəth etdikləri digər torpaqlarda da xristianların həyat və idarə tərzinə qarışmamaları, ağır vergilər altında əzilmiş xalqın yükünü yüngülləşdirmələri, mövcud qanunlar çərçivəsində heç bir yerli idarəçinin istədiyi kimi hökmranlıq etməsinə izin verməmələri yerli xalqın onlardan razı qalmasına səbəb oldu. Osmanlı dövləti himayəsi altındakı hər kəsin hüququnu zəmanət altına almışdı.

Qərb tarixçi və siyasətçilərinin qələmə aldığı əsərlərdə də Türk-İslam əxlaqının gətirdiyi ədalət və hüquq anlayışı təriflənmiş, müasiri olan digər sistemlərlə müqayisə edilərək Türk-İslam əxlaqının üstünlüyü dilə gətirilmişdir. Bunlardan ingilis tarixçi F. Dauni (F. Downey) “Böyük Türk, Möhtəşəm Süleyman” (The Grand Turc, Suleyman the Magnificent) adlı əsərində türklərin ədalətinə və mərhəmətinə sığınan insanlardan belə bəhs edir:

Bir çox xristian ədaləti ağır və qeyri-sabit olan xristian ölkələrindəki yurdlarını qoyub Osmanlı dövlətinə sığınırdılar.16
Taş Köprü, Üsküp Fethiye Camii, Atina

Taş Köprü (Fatih Köprüsü, Üsküp),

Fethiye Camii (Atina)

Fransız tarixçi Fernar Qrenar (Fernard Grenard) isə türk dövlətçiliyinə olan heyranlığını bu sözləri ilə ifadə edirdi:

Osmanlı hökumətinin fəth edilən məmləkətlərə qarşı həddindən artıq liberal olduğunu qeyd etməmək olmaz. Türklər bu məmləkətlərin əhalisinin dillərinə, dinlərinə, hətta bəzən daxili idarəetmə sisteminə qarışmırdılar.17
Suryani cemaatinin Osmanlı ordusu için dua telgrafı

Süryani cemaatinin Osmanlı ordularının başarısı için duacı olduklarını ifade eden telgraf.

Mezhepleri için tanınmış olan imtiyazlardan dolayı Sayda Eyaleti'nde oturmakta olan Marunilerin patrikleri tarafından Padişah'a arz edilen mazhar.

Məşhur tarixçi Oskar Kollinq (Oskar Kolling) isə Birinci Dünya Müharibəsindən sonra Balkan yarımadası xalqlarının düşdüyü vəziyyətdə Osmanlı hökumətinin üstün ədalət və hüquq anlayışını belə tərif edir:

Bu qədim həqiqəti – Osmanlı-Türk ədalət sistemini – Avstriya-Macarıstan imperiyasının süqut etdiyi 1918-ci ildə qonşu millətlər bizə yenidən xatırlatdılar. XVI əsrdən 340 il sonra humanizm dövründə Macarıstan sərhədində eyni hadisə baş verdi. Lakin müqayisə etdikdə XVI əsr türk hökmdarlarının zəif xalqın hüququnu qoruma cəhdləri qarşısında baş əymək istəyirik.18
Fatih Sultan Mehmet, Ayasofya yildirimbeyazit_minyatur

Resimde Fatih Sultan Mehmet Ayasofya'ya girerken görülüyor.

Kosova Savaşı'ndan sonra Yıldırım Beyazıt'ın tahta geçişini temsil eden bir minyatür.

Kollinq bu sətirlərin ardınca dövrün Avropa dövlətləri ilə Türk dövləti arasındakı anlayış fərqini də belə ifadə edir:

... Avropada sülh dövründə belə inkviziya məhkəmələri və edam kürsüləri fəaliyyətdə idi. Xüsusilə muzdlu əsgərlərdən təşkil edilmiş ordu toplandıqda xalq bütün malı ilə birlikdə zülm alətinə çevrildi. Onlar heç bir vicdan əzabı çəkmədən öz vətəndaşlarını soyur, əzir, öldürürdülər. Halbuki türk hökmdarları həqiqətən xalqın həyatı ilə maraqlanırdılar. Göndərdiyimiz vəsiqə surətləri də şübhəyə yer qoymadan bunu göstərir.19
osmanlı döneminde yaşayan azınlık halk

Osmanlı Devleti gayrimüslimlere, dindaşlarının ülkelerinde dahi göremeyecekleri bir hürriyet sağlamıştı. Yahudiler, Ermeniler, Rumlar Osmanlı topraklarında barış ve güven içinde hayatlarını sürdürüyorlardı.

Şübhəsiz ki, Osmanlının əsrlər boyu ədalət anlayışında heç bir dəyişiklik olmamasının ən əsas səbəbi bu anlayışı Quran əxlaqından öyrənməsi və Qurana olan bağlılığıdır. Quranda tərif edilən ədalət anlayışı müsəlmanları, qarşı tərəfə qəzəblənsələr də, qəzəblərini cilovlayıb ədalətli olmağa sövq edən anlayışdır.

Ayədə belə buyurulur:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Yabancı Gözüyle Türkler ve Osmanlı

Türkler bir ırk ve millet olmak haysiyetiyle yeryüzünün en şereşi insanlarıdır. Karakterleri pek asil ve yücedir Asaletleri alınlarında ve amellerinde yazılıdır Onların yurdu efendiler diyarıdır, kahramanlar, şehitler ülkesidir.Bence insaniyete şeref veren böyle bir milletin düşmanı olmak insanlığın düşmanı olmaktan farksızdır. Böyle bir lekeden Allah beni korusun. 20 Fransız şair Lamartine

Belki de yakında himayeye muhtaç olacaksınız. Asla Rus'a yanaşmayın, haindir sizi yok eder. Fakat kendinizi Osmanlılara emanet edin, adil ve merhametlidirler. 21 Boğdan Beyi Büyük Stefan'ın oğullarına vasiyeti Yirmi yedi yıl kadar önce bazı Protestan Fransızlar padişahın ülkelerinden birine sığınmayı tasarladılar. Bu kararlarının birinci sebebi katolik Fransa'nın Protestan Fransızlara karşı devamlı zulmü, ikinci sebebi ise Türklerin bütün dinlere karşı cihanşümul ve değişmez müsamahası idi. 22 Cenevizli Chenier

Sizin gibi gözü doymaz prenslerin, toprak ağalarının ve burjuvaların idaresi altında yaşamaktansa, Osmanlıların idaresi fakirlere daha hayırlıdır. 23 Protestan mezhebinin Kurucusu Martin Luther 1526'da (Mohaç'a giden) 200.000 kişi, ekilmiş tarlalara ayak basmadan ve tek bir ot koparmadan imparatorluğun Rumeli yakasını bir baştan bir başa geçmiştir. 24 Fransız Yazar J. Michelet

Türk hakimiyetinden yerli Hıristiyanlar bu bakımdan da memnundular ki Türkler gelmeden önce ülkeleri devamlı asayişsizlik ve tahribat içindeydi. fiimdi ise sükun hüküm sürüyordu Viyana bozgunundan sonra Venedikliler geçici olarak Sakız ve Mora'yı işgal ettiler. O kadar zulüm yaptılar ki, Sakız ve sonra Mora'ya Türkler dönünce yerli Rumlar onları büyük sevinçle karşıladılar. 25 Fransız Tarihçi Fernard Grenard

Padişahın imparatorluğunda herkes kendi halinde bahtiyar olabilirdi. Mutlak bir dini hürriyet hüküm sürerdi ve kimse şu veya bu inanca sahip olduğundan dolayı birzorlukla karşılaşmazdı. 26 Ünlü Türkolog Franz Babinger

Ona görə bu gün sözügedən ərazidə yaşayan millətlərin hamısı türklərin ədalətinə, tolerantlığına və onlar üçün təmin etdiyi sülh mühitinə şahid olublar. Bu vəziyyət hər dindən və millətdən olan insanın türklərin idarəçiliyindən razı olmasına səbəb olmuşdur. Dövrümüzdə isə illərdən bəri bu torpaqlarda davam edən müharibə, çaxnaşma və qarışıqlığa görə rahatlığa, əmin-amanlığa və sülhə həsrət qalmış qadınlar, uşaqlar, qocalar yeni “Osmanlı”nın həsrətini çəkirlər.

Türk Devletlerini Başarılı Kılan İslam Ahlakının Temelleri

"Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir." (Həcc Surəsi, 41)

"Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir." (Nisa Surəsi , 58)

"Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir." (Mumtəhənə Surəsi, 8)

"İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır." (Nəhl Surəsi, 125)

"Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər" (Əraf Surəsi, 199)

"Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir." "O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar." (İbrahim Surəsi, 24-25)

"O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir." (Ali İmran Suresi, 134)

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət Surəsi, 34)

Mirasımızdan Irəli Gələn Tarixi Məsuliyyət

Buraya qədər təhlil etdiyimiz faktlardan göründüyü kimi, Türkiyə həm coğrafi və strateji mövqeyinə, həm də tarixi mirasına görə Balkan ölkələrinin, Qafqazın, Orta Şərq və Mərkəzi Asiyanın gələcəyində liderliyi üzərinə götürəcək ölkədir. Milyonlarla insanın həsrətini çəkdiyi sülh və əmin-amanlıq mühitini təmin edəcək zəngin tarixi təcrübəyə malikdir. Coğrafi mövqeyi etibarilə həm asiyalı, həm avropalı, həm də yaxın şərqlidir. Tarixi mirası etibarilə də bütün bu ərazilərdə böyük təsirə və gücə malikdir. Yüzlərlə müxtəlif mədəniyyətin və etnik qrupun yerləşdiyi bu torpaqlarda Osmanlı mirasının varisi kimi söz sahibidir. Belə ki, soyuq müharibədən sonra təsis edilən yeni dünya nizamında, başda Amerika olmaqla, bir çox ölkənin tələbi ilə Türkiyə sözügedən torpaqlarda aktiv rol oynamağa məcbur olmuşdur.

Türkiyənin tarixi mirasına, siyasi, hərbi, iqtisadi potensialına görə bir çox qərb ölkəsi bu bölgədəki strategiyalarının Türkiyəmərkəzli olmasının labüdlüyünü dərk edir. Belə ki, ABŞ-nın keçmiş prezidenti Bill Klinton 1999-cu ilin sonlarında Corctaun Universitetində söylədiyi nitqində bu fikri dəstəkləyir. Bir anda bütün dünya ölkələrinin diqqətini yenidən Türkiyəyə çəkməsinə səbəb olan bu məşhur nitqində Klinton xüsusilə “XX əsrdə Osmanlının süqutu iz qoyduğu kimi, XXI əsrdə də Türkiyənin aparıcı rol oynayacağı” mənasını verən sözləri çox mühüm qənaətə gəldiyinə işarə edir. Klintonun bu sözlərindən “Türkiyə, Avropa, Asiya və Afrikanı əhatə edən milyonlarla km2-lik sahədə dünya siyasətinin mərkəzi olan bir bölgədə söz sahibi ölkə olduğu üçün XXI əsrin formalaşmasında kilid rolu oynayacaq” şəklində nəticə çıxara bilərik (Bill Klinton 1999-cu ilin oktyabr ayında Türkiyə səfəri zamanı TBMM-də söylədiyi nitqində bu fikirlərə yer vermişdir). ABŞ kimi super gücün liderinin Türkiyə üçün XXI əsrdə bu cür diaqnoz qoyması, şübhəsiz, diqqət çəkicidir.

Bu gün sözügedən bölgələrdə əmin-amanlığın bərqərar edilməsinin yeganə yolu Türkiyənin varisi olduğu Türk-İslam əxlaqı ilə yoğrulmuş “Osmanlı millət sistemi”nin hakim olduğu anlayışın formalaşdırılmasıdır. Əvvəlki bölmələrdə ətraflı izah etdiyimiz kimi, Osmanlı millət sistemində dövlətin müdafiəsinə sığınan hər millət və ya etnik qrupa öz inanc və adət-ənənələrinə uyğun yaşamaq hüququ verilir və əsas hüquqları qorunurdu. Türklər istər Balkan yarımadasında, istər Qafqazda, istərsə Yaxın Şərqdə heç bir ölkədə heç kimi dinini və adət-ənənələrini dəyişdirməyə məcbur etməmiş və heç kimə dininə görə zülm etməmiş, kimsəyə xor baxmamışdılar. Hər dindən, məzhəbdən olan vətəndaş istədiyi kimi ibadət etmiş, öz adət-ənənələrini həyata keçirməkdə kimsə digərinə qarışmamışdır. Ona görə də xarici qüvvələr tərəfindən ölkə hücuma məruz qaldıqda bu torpaqlarda yaşayanlar sevərək könüllü surətdə Osmanlı hökumətinin tərəfində olmuşlar. Beləliklə, xarici təhlükəsizlik və iqtisadiyyat başda olmaqla, bir çox sahədə təbii ittifaq əmələ gəlmiş, həm Osmanlı dövlətinin, həm də tabeçiliyindəki xalqların təmin etdiyi sağlam birlik qurulmuşdur.

Avstriyalı türkoloq Anton Komelers Şendinger (Anton Comelers Schaendinger) də türklərin dövlətçilik anlayışını və bu anlayışın dünyanın bir çox yerinə gətirdiyi rifah və əmin-amanlığın başqa heç bir hökmdarın dövründə təmin edilmədiyini belə ifadə edir:

İsgəndər Şərqə və Hində qədər, Dara Şərqdən Qərbə qədər əraziləri tutdu. Çingiz xan Avropanın mərkəzinə at çapdı. Lakin heç biri Osmanlı türkləri kimi digər insanların mədəniyyətinə və din azadlığına hörmət etmədilər. Osmanlılar xariqüladə nizam-intizamla əsrlər boyu qeyri millətlərdən olan insanlarla sülh şəraitində yaşadılar. Ona görə də dörd əsr Avropada qala bildilər.27

Anton Şendinger kimi türklərə heyran qalan başqa bir tarixçi yunan əsilli Mişel de Qrisin (Michel de Greece) sözləri isə çox diqqətçəkicidir. Osmanlının Balkan yarımadasından geri çəkilməsi ilə başlayan çətin, sıxıntılı günlərə bəlkə də ulu babalarının şəxsən şahid olduğu Qris bugünkü qarışıqlığı nümunə göstərərək bu torpaqlar üçün yeganə həll yolunun Osmanlı kimi idarəçilik sistemi olduğunu izah edir:

Osmanlı dövlətinin süqutuna görə çox kədərlənirəm. Çünki Osmanlı dövləti dünyanın müvazinətini saxlayan qüvvə idi və sevilsə də, sevilməsə də, Osmanlının süqutundan etibarən Balkan yarımadasında və Yaxın Şərqdəki çaxnaşmalar bitmir.28

Balkan yarımadasında yaşayan, bu torpaqların təbiətini və keçmişini yaxşı bilən bir tarixçinin bu qənaətə gəlməsi çox mühümdür.

Türkiyə eynilə Osmanlının etdiyi kimi, Balkan yarımadası və Yaxın Şərqdəki müxtəlif etnik qrupları və dinləri müdafiə edən strategiya qurmalıdır. Bu strategiyanın əsasını Türk-İslam mədəniyyətinin və köklü sivilizasiyamızın yenidən kəşf edilməsi təşkil etməlidir. Belə ki, bu torpaqlarda siyasi cəhətdən olmasa da, mədəni cəhətdən türk hakimiyyəti hələ də davam edir, xüsusilə Balkan ölkələrində və Qafqazda müxtəlif millətlərə mənsub bir çox müsəlman özünü türk-osmanlı hesab edir.

Bir çox tarixşünas və siyasətçi də bu faktı qəbul edir və məqalələrində bu cəhətə diqqət çəkirlər. Bu şəxslərdən biri bütün dünyada məşhur olan Yaxın Şərq üzrə mütəxəssis Prof. Dr. Edvard Saiddir. Qüdslü xristian ailəyə mənsub olan Edvard Said İsrail “Ha’aretz” qəzetində dərc olunan bir müsahibəsində Yaxın Şərqdə daimi sülhün bərqərar edilməsi üçün “Osmanlı Millət Sistemi”ni məsləhət görmüşdür.29 Ari Şavitin (Ari Shavit) aldığı bu müsahibədə Osmanlı Millət Sistemini labüd hesab edən Edvard Said bu məsələdə haqlıdır. Çünki tarix boyu Yaxın Şərq və Balkan yarımadasında ən uzunömürlü hökumətlər Osmanlı dövründə qurulmuş, romalıların belə təmin edə bilmədiyi daimi sülh və birlik müsəlman türklər tərəfindən əsrlər boyu qorunmuşdur.

Prof. Dr. Edvard Saidin Yaxın Şərqdə sülhün bərqərar olunması üçün göstərdiyi həll yolunu məşhur tarixçi Ceyson Qudvin (Jason Goodwin) “Nyu York Taymz”dakı (New York Times) “Osmanlıdan öyrənəcəklərimiz” başlıqlı məqaləsində Balkan yarımadası üçün məsləhət görür. Osmanlının Balkan yarımadasında din, dil və etnik fərqlərin çox olmasına baxmayaraq, hökmranlıq etdiyi XIV əsrdən XIX əsrə qədər heç vaxt hüquqları məhdudlaşdırmadığını və bu şəkildə sabitliyi və nizam-intizamı təmin etdiyini söyləyən Qudvin bu gün bu bölgədə sülhü bərqərar etmək üçün buraya hərbi qüvvələr toplamağı vacib bilən qərb dövlətlərinin Osmanlıdan öyrənəcəkləri çox şey olduğunu ifadə edir.30

Məlumdur ki, təqribən son 50 il boyu dünyanın ürəyi “Osmanlı hinterlandı” adlandırılan Yaxın Şərqdə döyünür. Əgər bu bölgədəki məsələyə qarışan ölkələr bu gün dünyanın gələcəyində bu qədər həyati əhəmiyyətə malikdirlərsə, onda Osmanlının varisi olan Türkiyə cümhuriyyətinin də bu prosesdə kilid rol oynaması labüddür.

Bunu da qeyd etməliyik ki, bu kitabda izah edilən strategiya Osmanlı dövlətinin yenidən qurulması deyil. Əsas odur ki, Osmanlı millət və dövlət anlayışının hakim olduğu, insanların dost və qardaş kimi yaşadığı sülh və əmin-amanlıq şəraitinin yenidən təmin olunsun, güclü iqtisadi və siyasi birlik təsis edilsin. Çünki Osmanlı idarəçiliyi və təcrübəsi qarşıdurmaların mərkəzinə çevrilmiş bu bölgəyə sülhün və əmin-amanlığın gətirilməsinin mümkün olduğunu bizə göstərir. Bu gün birlik qurmaq üçün atılan konkret addımlar bölgə dövlətləri tərəfindən də qəbul ediləcəkdir. Habelə, bu birlik dünyanın ən qabaqcıl mədəniyyətini, ən zəngin torpaqlarını və üstün sivilizasiyasını ehtiva edən XXI əsrə damğasını vuracaq birlik olacaqdır. Bu birliyə liderlik edən yeganə millət isə, şübhəsiz ki, Osmanlının sələfi olan türk millətidir.

Qeydlər

12 Prof. Dr. Ramazan Özey, Yiğit Düştüğü Yerden Kalkar, Tarih ve Düşünce, Ağustos 2000, s 30

13 Osman Turan, Türk Dünya Nizamının Milli, İslami ve İnsani Esasları, Turan Neşriyat ve Matbaacılık, İstanbul 1969, cilt 2, s. 122

14 Derleyen Mutlu Altay, Türkler İçin Ne Diyorlar?, Türk Kültürünü Araştırma Enstitüsü, Diyanet Vakfı, İstanbul Araştırma Merkezi Kütüphanesi, s.11

15 Aşıkpaşazade, Teravih-i Al-i Osman, İstanbul 1332, s.30

16 The Grand Turk, Suleyman the Magnificent, Sultan of Ottomans, New York, 1929, Fransızca trc. Soliman le Magnefique, Paris 1930, s. 84

17 Granduir et Decadance de l'Asie, Paris 1939, s. 126-128, (Tarih ve Medeniyet Dergisi, Ocak 1999, s.16)

18 Macar Serhadlerinde XVI: asır Türk Devri, Türk trc., Ülkü, nr.82, s.309

19 İbid, nr.XVI 91, s.50

20 Derleyen Mutlu Altay, Türkler İçin Ne Diyorlar, Türk Kültürünü Araştırma Enstitüsü, Diyanet Vakfı İstanbul Araştırma Merkezi Kütüphanesi, s. 18-19

21 E. Esenkova, Türk Düşüncesi, 1955 Şubat, s. 196

22 Joseph Hammer-Purgstall, Histoire de l'Empire Ottoman, Depuis son Origine jusqu'à nos jours, Paris 1839, XV. 350

23 Mehmed Niyazi, Medeniyet Ülkesini Arıyor, İst. 1991, s. 51, Tuğra Neşriyat

24 Ali Ünal, Müslüman Türk'ün Dünyası ve Sürülmeye Çalışılan Lekeler, 23 Ocak 1997, Zaman Gazetesi

25 Nicolae Iorga, Histoire des Etats Balcaniques, Paris 1925, s.4

26 Mahomet II, Le Conquerant et Son Temps 1432-1481, Paris 1954, s. 502

27 Süleyman Kocabaş, Tarihte Adil Türk İdaresi, Vatan Yay., İst. 1994, s. 86

28 Tarih ve Medeniyet Dergisi, Şubat 1995 sayısı, s.27

29 Ha'aretz Gazetesi, 18.8.2000

30 Jason Goodwin, "Learning From the Ottomans", 16.8.1999, New York Times

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Mirasimiz
  • Dünya İmperiyasi Osmanli
  • Mirasimiza Sahib Çixmaq
  • Türk Dünyasinda Mövcud Vəziyyət
  • Balkan Ölkələrinin Vəziyyəti
  • Yaxin Şərqə Sülh Gətirmək
  • Xilaskarini Gözləyən Qafqaz və Mərkəzi Asiya
  • Həll Yolu və Nəticə
  • Yaradılış Gerçəyi - 1
  • Darwinizm'in Çöküşü