“İgidlərim, bu gün sizin sevginizlə bu Kosova meydanı titrəyir, Allahın izni ilə, müzəffər şəkildə dalğalanacaq şanlı bayrağımızın Macarıstanın içinə doğru hərəkət etməsini bundan sonra heç bir düşmən həmləsi durdura bilməyəcək.”31
Murad Xudavəndigarın Kosova meydan müharibəsində əsgərlərinə söylədiyi nitqdən
Balkan yarımadasında bu günə qədər baş verənlər və gələcəkdə ehtimal edilən hadisələr haqqında doğru fikir əldə etmək və hadisələri düzgün qiymətləndirmək üçün Türkiyənin tarixən bölgə ilə əlaqələrini doğru müəyyən etmək lazımdır. Bunun üçün türklərin Balkan ölkələrinə gəlişi qədər bu torpaqlardan nə şəkildə və nə məqsədlə çıxarıldığını da yaxşı anlamaq lazımdır.
Doğu Mostar |
Süleyman paşanın rəhbərlik etdiyi Osmanlı ordusunun 1353-cü ildə Çanaqqala boğazını keçib Rum torpaqlarını fəth etməsi ilə türklər Balkan yarımadasına ilk addımı atdılar. 1389-cu ildəki Kosova döyüşü isə bir tərəfdən serbləri tarixi məğlubiyyətə məhkum edərkən digər tərəfdən Balkan yarımadasında Osmanlının yenilməz güc olduğunu göstərdi. 1521-ci ildə Qanuninin Belqradı ələ keçirməsi ilə, demək olar ki, bütün Balkan yarımadası türklərin hakimiyyəti altına keçdi. Ancaq bu, türklərin Balkan torpaqlarında ilk hakimiyyəti deyildi.
Əslində ilk dəfə bu əraziyə gələn türklər hunlar idi. Ancaq Balkan yarımadasına Bizansı məğlub edərək Qərbi Roma tərəfdən daxil olan hunlar bu bölgədə uzunmüddətli hakimiyyət qura bilməmişdilər. Hunlardan sonra avar türkləri Balkan yarımadasında geniş torpaqlar fəth edərək təqribən 250 il davam edən dövlət qurdular. Ancaq avarlar VIII əsrin sonunda xristianlığı qəbul edərək slavyanlaşdılar və tarixdən silindilər. Avarlardan sonra köçəri türk tayfalarının Balkan yarımadasına axını davam etdi. Ancaq zaman ərzində slavyanlar arasında assimilyasiyaya məruz qaldılar.32
Osmanlılar isə heç vaxt assimilyasiyaya məruz qalmayıblar. Əksinə, fəth etdikləri hər bölgəyə öz kimliklərini gətiriblər. Bunun ən böyük səbəbi İslam dinidir. Türklər güclü sivilizasiyaya malik olmadıqlarına görə fəth etdikləri torpaqlarda həm hərbi, həm də mədəni cəhətdən davam gətirməmişdilər. Halbuki İslamın qəbul edilməsindən sonra türklər “assimilyasiyaya uğrayan” deyil, “assimilyasiya edən” millətə çevrildi. Buna dair ən bariz nümunələrə Osmanlı tarixində rast gəlirik.
Osmanlılar İslam sayəsində Balkan torpaqlarında qala bildilər. Balkan yarımadasında Sultan Süleyman Qanuninin Belqradı ələ keçirməsi ilə möhkəmlənən Osmanlı hökuməti bölgədəki müxtəlif xristian xalqların zaman ərzində öz istəkləri ilə İslam dininə qəbul etməsinə səbəb oldu. Habelə, Osmanlı hökuməti bölgəyə əsrlərlə davam edən sabitlik və sülh gətirdi. Din, dil və milli cəhətdən çox qarışıq quruluşa malik olan Balkan torpaqlarında Osmanlı idarəçilik metodu bütün bu fərqləri qaynaşdırma prinsipinə əsaslanırdı. Balkan yarımadasının müxtəlif mədəni irsə malik xalqları ancaq Osmanlı dövründə birlikdə sülh və əmin-amanlıq içində yaşadılar.
Kanuni Sultan Süleyman'ın Belgrad Seferi'nden dönüşü ile ilgili bir tasvir. |
Bu tarixi həqiqət Osmanlı arxivlərindəki sənədlərdə öz əksini tapır. Prof. İsmet Miroğlunun “Türklərdə insanpərvər dəyərlər və insan haqları” adlı əsərində isnad etdiyi sənədlər Balkan xalqlarının Osmanlı hökumətindən razı olduğunu göstərir. 12 fevral 1867-ci ildə yazılmış bir sənəddə bulqar millətinin Osmanlı hökumətindən razı olduğu belə ifadə edilir:
Sözügedən sülh və sabitlik XIX əsrin əvvəlində qərb qüvvələri tərəfindən bu torpaqlarda azadlıq hərəkatlarına təşviq edərək alovlandırmasına qədər davam etdi. XIX əsr boyu xarici qüvvələrin təhriki ilə bölgədəki qeyri-müsəlman təbəə arasında qiyamlar başladı. Qiyamların ilk siyasi nəticəsi Yunanıstanın 1829-cu ildə müstəqilliyini elan etməsi oldu.
V. Mehmet'in 1910 yılında Manastır'daki azınlık cemaatleri tarafından coşku içinde karşılanışı. |
Başda serblər olmaqla qeyri-müsəlman xalqlar arasındakı qiyamlarda Rusiyanın istiqamətləndirdiyi panslavizm hərəkatı güclü idi. Məlum olduğu kimi, bu cərəyan slavyan xalqının üstünlüyünü, mədəni və siyasi cəhətdən birlikdə hərəkət etməli olduğunu irəli sürürdü. Xüsusilə Osmanlı torpaqlarında yaşayan slavyan mənşəli xalqların milliyyətçilik hissləri qabardılaraq Osmanlının əleyhinə fəaliyyət göstərməyə təşviq edilirdilər.
Bu cərəyandan təsirlənən bəzi xalqlar da daha rahat həyat ümidi ilə Rusiyaya köçürdü. Ancaq qısa müddətdə nə qədər çox yanıldıqlarını anlamağa başladılar. Panslavizm təbliğatından təsirlənərək Rusiyaya köçən bolqarların 30 yanvar 1862-ci ildə Osmanlı dövlətinə qayıtmaq üçün padşaha yazdıqları bir məktub peşmançılıqlarını açıq şəkildə göstərir. Bu məktub bir tərəfdən bolqarların Osmanlı torpaqlarından köçdükləri üçün dərin peşmançılığını ifadə edir, digər tərəfdən Osmanlının qərb qüvvələri tərəfindən təmin edilə bilməyən ədalət və dövlətçilik anlayışını göstərir:
2. Dünya Savaşı sırasında Balkan topraklarını işgal eden Alman güçleri Yugoslav halkını sokaklarda, iş kıyafetleriyle asmışlardı. Sokaklara asılan ilanlar Alman askerlerine direniş gösterildiği takdirde tüm halkı aynı sonun beklediğini ilan ediyordu. |
Osmanlı dövründəki sabitlik və bütövlük bölgəyə sülh gətirmiş, həm bölgə xalqının həyat səviyyəsini yüksəltmiş, həm də xarici qüvvələrin hücumlarına qarşı bütün millətləri ortaq müdafiə üçün birləşdirmişdi. Buna görə istər Osmanlıdan, istərsə də Balkan xalqlarının birliyindən çəkinən xarici qüvvələr uzun müddət bu bölgəyə yaxınlaşmamışdılar.
Ancaq əsrin son rübündə Rusiyanın və qərb ölkələrinin torpaq ehtirasları yenidən gücləndi. 1877-1878-ci illərdə Osmanlı-Rus müharibəsindən sonra 1878-ci ildə təşkil olunmuş Berlin konqresi ilə Balkan yarımadasındakı Osmanlı torpaqlarının böyük hissəsi əlindən çıxdı. Bolqarıstanın böyük hissəsi Osmanlı hökumətindən ayrıldı. Ruslar Bessarabiyanı ələ keçirdilər. Serbiya, Qaradağ və Rumıniya müstəqil dövlətlər oldular. Bosniya və Hersoqovina isə Osmanlının hakimiyyəti altında qalmaqla “nəzəri cəhətdən” Avstriya-Macarıstanın torpaqlarına çevrildi. Digər tərəfdən, Kipr və Süveyş də ingilislərə verildi. Berlin konqresindən əvvəl və sonra Osmanlının parçalanması və bölüşdürülməsi dövrün Avropa ölkələrinin və Rusiyanın xarici siyasətinin hədəfi oldu. Qərb ölkələri üçün Avropa ilə Asiya arasındakı strateji Osmanlı bölgələri xüsusi əhəmiyyət daşıyırdı. Bu məqsədlə müxtəlif dil, millət, din və etnik mənşədən ibarət Balkan xalqlarını bəzi milliyətçi xəyallara salıb təşviq etmək heç də çətin olmadı. Osmanlı dövründə qaynayıb-qarışmış, sakit həyat yaşayan bu xalqlar – serblər, bolqarlar, yunanlar – müxtəlif təşviqat yolları ilə separatçı və partizan qruplara çevrildilər.
1829 yılında Osmanlı idaresinden çıkan Yunanistan tam anlamıyla çetelerin kontrolüne girdi. Üstte Selanik'in kaybedilmesinden önce eşkiyalarla işbirliği içinde olan Yunan ordusu. Altta bağımsızlık sonrası Osmanlı arazisinde çetecilik yapan Yunanlı eşkiyalar bir Osmanlı müfrezesince tevkif edilirken. |
Əslində Balkan xalqları qısa müddətdə Avropa dövlətlərinə və ruslara güvənməklə ən böyük səhvlərindən birini edirdilər. Çünki Osmanlının hakimiyyətindən çıxmaqla müstəqil və güclü dövlətə çevriləcəklərini güman edən Balkan xalqları üçün əsl problemlər yeni başlayacaqdı. Eynilə Osmanlıdan əvvəl olduğu kimi, Balkan xalqları yenidən parçalanacaq və illərlə birlikdə, dostcasına yaşayan icmalar bir-birilə döyüşməyə başlayacaqdı. Balkan ölkələrinin Osmanlıya qarşı başladıqları Birinci Balkan müharibəsindən sonra öz aralarında anlaşılmazlığa düşüb İkinci Balkan müharibəsinə başlamaları bu tarixi həqiqətin ən açıq sübutu olacaqdı.
(Solda) Kongre çalışmalarına, Osmanlı İmparatorluğu'nu temsilen Sadullah Bey ve Kara Todori Paşa katılmıştı. (Sağda) 1877-78 Osmanlı-Rus Savaşı'nın ardından düzenlenen Berlin Kongresi ile, Balkanlar'daki Osmanlı topraklarının önemli bir bölümü Devlet-i Ali'nin yönetiminden çıktı. |
Birinci Dünya Müharibəsindən sonra Avropa dövlətlərinin masa arxasında müəyyən etdikləri süni sərhədlərə malik dövlətlər yaxınlaşan böyük fırtınanın xəbərçisi idi. İkinci Dünya Müharibəsində tamamilə alman və italyan ordularının işğalı altında qalan və daxili müharibələrlə çalxalanan Balkan ölkələri müharibədən sonra kommunist sovet rejiminin idarəsinə daxil edildilər. Kommunist hökumətlərin tabeçiliyində illərlə təzyiq, zorakılıq və işgəncəyə məruz qalan, dinlərinə maneçilik törədilən Balkan millətləri çox əziyyət çəkdi. Kommunist rejimin diktator idarəçiliyi ilə pərdələnən etnik qarşıdurmalar bu rejimlərin süqutu ilə yenidən başladı.
1. Osmanlı İmparatorluğu'nun Balkan Savaşları'ndan önceki sınırları |
1. Balkan Savaşı sırasında Osmanlı'ya karşı birleşen Balkan devletleri, II. Dünya Savaşı'nda Alman ve İtalyan ordularının işgaline uğrayacaklardı. |
I. Dünya Savaşı sonrasında Avrupa devletlerinin masabaşında oluşturdukları suni sınırlara sahip ulus devletler, yaklaşan büyük fırtınanın habercisiydi.
II. Dünya Savaşı'nda baştan aşağı Alman ve İtalyan ordularının işgali altında kalan ve iç savaşlarla çalkalanan Balkan ülkeleri, savaşın sonunda komünist Sovyet rejiminin kontrolüne terk edildiler. Komünist idareler altında yıllarca baskı, şiddet ve işkenceye maruz kalan, dinlerini yaşamaları engellenen Balkan milletleri, büyük acılar çektiler.
Komünist rejimin dikta yönetimiyle perdelenen etnik kökenli tartışma ve çatışmalar, bu rejimlerin yıkılmasıyla birlikte kaldığı yerden -ve daha şiddetli bir şekilde- başladı.
I. Balkan Savaşı'nın ardından topraklarını genişleten Bulgar güçleri, 1913 yılında Yunan ve Sırp topraklarına saldırdı, ancak büyük bir yenilgiye uğradılar. | Balkan Savaşı'nda Müslüman halka yönelik Bulgar zulmü: İdamdan önce son namaz. |
Balkan ölkələrinin vəziyyətini dəyərləndirmək üçün bölgədəki Türk-İslam tarixi ilə bərabər bölgənin strateji və coğrafi əhəmiyyətini də nəzərdən keçirmək lazımdır. Əksər hissəsi dağlıq və qayalıqlardan ibarət olan, dərin dərələrlə parçalanmış, sıx bitki örtüyünə malik Balkan yarımadasının coğrafi quruluşuna görə nəqliyyat və rabitə imkanları zəif olmuşdur (“Balkan” sözü “dağlıq bölgə” deməkdir). Nəqliyyat və rabitə zəifliyi bir-birinə qonşu olmalarına baxmayaraq, mədəni cəhətdən bir-birindən çox uzaq, hətta bir-birinə düşmən xalqlar meydana gətirmişdir. Etnik və mədəni fərqlər də düşmənçiliyi artırmış, Balkan yarımadasını qeyri-sabitliyə sürükləmişdir. Balkan yarımadasında əsrlər boyu yüzlərlə dövlətin qurulmasının və süqutunun ən mühüm səbəblərindən biri mühafizəkar və qapalı Balkan mədəniyyətidir.
Qarşıdurmaların alovlanmasının kökündəki səbəb isə müstəqilliyini elan edən ölkələrdə bir-birinə düşmən olan və birlikdə yaşamaq istəməyən milli azlıqlar idi. Balkan yarımadasındakı heç bir dövlət etnik və dini cəhətdən eynicinsli deyil. Bu mürəkkəb vəziyyəti belə izah edə bilərik: Balkan yarımadasındakı siyasi xəritə ilə etnik xəritə arasında böyük fərqlər var. Demək olar ki, heç bir qrup – qaradağlılar və slovaklar istisna olmaqla – eyni dövlətin sərhədləri daxilində yaşamır. Məsələn, Albaniyanın siyasi sərhədləri ilə albanların yaşadıqları ərazilərin “toqquşma” nisbəti təxminən 50%-dir. Albanların təxminən yarıdan çoxu Albaniyanın sərhədlərindən kənarda – Kosovada və Makedoniyada yaşayır.
Serblərlə Serbiya arasında da buna bənzər vəziyyət var. 10 milyondan çox əhalisi olan Balkan yarımadasının ən böyük etnik qruplarından biri olan serblər Serbiyadan kənarda iki ölkədə də - Xorvatiya və Bosniya və Hersoqovinada yaşayırlar. Digər tərəfdən, Serbiya torpaqlarında yaşayan insanların 15%-dən çoxu serb deyil, özlərini serblərə “düşmən” hesab edən albanlar və Sancakdakı slavyan müsəlmanlardır.
Osmanlı Sonrası Balkanlar |
Çetnik ve Ustaşa vahşeti |
Çetnik terörü 1990'larda yeniden ortaya çıktı ve 200 bin Müslümanı katletti. |
Balkan yarımadasındakı hansı ölkəni təhlil etsək, oxşar müxtəlifliklə qarşılaşırıq. Bolqarıstanda türklər, pomaklar (müsəlman bolqarlar) və digər milli azlıqlar əhalinin 15%-ni təşkil edir. Makedoniyanın əhalisinin 65%-i makedoniyalılardan ibarətdir, ölkədə 22% alban, 4% türk və başqa milli azlıqlar yaşayır.
Yunanıstanın qərbi Trakiya bölgəsində 120 minə yaxın türk, şimal bölgələrində slavyan-makedon milli azlıq yaşayır. Bosniya və Hersoqovinada əhalinin 45%-i müsəlman, 30%-i serb, 17%-i isə xorvatdır.
Əlbəttə, bir ölkə daxilində müxtəlif etnik və ya dini qrupların yaşaması problem deyil. Bu cür müxtəlif millətlər eynilə Osmanlıda olduğu kimi, nəzəri cəhətdən “çoxmillətli, çoxmədəniyyətli” dövlət nizamı və “birlikdə yaşamağa” əsaslanan sosial model çərçivəsində yaşaya bilərlər. Ancaq təəssüf ki, Balkan yarımadasındakı dövlətlərin həddindən artıq millətçi yanaşma tərzləri, qatı ideologiyaları bu modeli tətbiq etməyə imkan vermir. Bölgədəki dövlətlərin çoxu – başda Serbiya və Yunanıstan olmaqla – eynicinsli etnik və dini cəmiyyət təşkil etmək istəyirlər. Bu, bəzən Serbiyada olduğu kimi “etnik təmizləmə” fəaliyyətlərinə, bəzən də Yunanıstanda olduğu kimi zorakı assimilyasiya siyasətinə yol açır. Bu ölkələrin təzyiq siyasətlərinə israrla davam etdiklərini illərdən bəri baş verən acı hadisələrdən sonra öyrənirik.
1912 Balkan Savaşı Öncesi |
1912'deki Balkan Savaşı'na dek İstanbul'dan yola çıkıp Adriyatik Denizi'ne kadar Devlet-i Ali Osmaniye'nin sınırları içinde ilerlemek mümkündü. |
Balkan yarımadasının bu mürəkkəb xəritəsinin çox maraqlı cəhəti isə bu ərazidə Türkiyədən Adriatik dənizinə qədər uzanan Türk-İslam zolağıdır.
Əvvəlcə keçmişə nəzər salaq. 1912-ci ildə baş vermiş Balkan müharibəsinə qədər İstanbuldan Adriatik dənizinə qədər Osmanlı dövlətinin sərhədləri daxilində hərəkət etmək mümkün idi. Bütün qərbi Trakya, Makedoniya, Albaniya və hətta bugünkü Yuqoslaviyanın sərhədləri daxilində qalmış Kosova və Sancak belə Osmanlının hakimiyyəti altında idi. Saloniki Osmanlı imperiyasının ikinci böyük şəhəri idi. Habelə, sözügedən Rum torpaqlarında yaşayan əhalinin də əksəriyyətini türklər və müsəlmanlar təşkil edirdi. Qərbi Trakya və Makedoniyada vaxtilə Anadoludan köçmüş türklər və müsəlman pomaklar, hətta müsəlman slavyanlardan ibarət türk-müsəlman əhali çoxluq təşkil edirdi. Albaniya, Kosova və Makedoniyada yaşayan albanlar da İslam dinini qəbul etdiklərinə görə Osmanlının “xas” təbəəsindən hesab olunurdular.
Bu Osmanlı mirasının Balkan yarımadasında hələ də necə qaldığını görmək üçün İstanbuldan çıxıb Bosniya və Hersoqovinanın şimal-qərbindəki Bixaça səyahət etmək kifayətdir. Türkiyənin sərhədlərindən çıxıb Yunanıstana daxil olduqda türk milli azlığın yaşadığı qərbi Trakya torpaqlarında olacaqsınız. Burada təxminən 120 min türk soydaşımız yaşayır və Yunanıstanın illərlə tətbiq etdiyi assimilyasiya siyasətinə baxmayaraq israrla milli və dini şəxsiyyətlərini qoruyurlar.
Qərbi Trakyadan yuxarıda – cənub-şərqi Bolqarıstanda isə daha çox türklər yaşayır. Bolqarıstanın əhalisinin 9%-ni təşkil edən türklər ölkənin şimal və cənubundakı iki böyük bölgədə yaşayırlar. Cənubi Bolqarıstanda qərbə doğru irəlilədikcə pomak türklərinin sıx yaşadığı bölgələrə yaxınlaşırsınız. Pomaklar az sayda qaraçı ilə birlikdə Bolqarıstanın 13%-lik müsəlman əhalisini təşkil edirlər.
Qərbə doğru bir az da irəliləsəniz, Makedoniyaya çatarsınız. Yunanıstanla Serbiyanın arasında yerləşən və hər ikisini də özü üçün təhlükə hesab edən bu kiçik Balkan dövləti strateji cəhətdən Türkiyə ilə eyni mövqedədir. Habelə, Makedoniyada çox sayda alban və sayları çox olmasa da, seçilən türk milli azlıq yaşayır. Bu iki müsəlman xalq ölkə əhalisinin təxminən 30%-ni təşkil edir.
Bir az da qərbə doğru hərəkət etdikdə Türkiyəyə köçmüş milyonlarla soydaşı, İslam dini və anti-serb, anti-yunan strateji mövqeyi ilə Türkiyəyə yaxından bağlı olan Albaniyaya çatırsınız. Adriatik dənizi sahillərindəsiniz.
Lakin bununla bitmir. Albaniyanın şimalına çıxın, bu dəfə “Serbiyanın daxilindəki Albaniyaya”, yəni Kosovaya çatırsınız. Kosovanın əhalisinin 90%-ni təşkil etdiklərinə baxmayaraq, Serbiya hökuməti tərəfindən sistemli şəkildə əzilən bu albanlar müsəlman olduqlarına görə psixoloji cəhətdən Türkiyəyə meyillidirlər. Kosovadan şimal-qərbə doğru irəlilədikdə isə Serbiya ilə Qaradağ arasındakı sərhəd boyu uzanan Sancaq bölgəsinə çatırsınız. 1912-ci ilə qədər Osmanlı torpağı kimi qalmış bu bölgədəki slavyan müsəlmanlar müsəlman şəxsiyyətlərini qoruyub saxlayıblar.
Sancaq ərazisinin qurtardığı yerdə Bosniya başlayır. Bu gün şərqi Bosniya Bosniya-Hersoqovina Federasiyasının serb tərəfini təşkil edən Serbiya Respublikasına aiddir. Ancaq işğal edilmiş bu bölgədən İzzetbeqoviçin “Dayton sazişində” əldən buraxmamaq üçün çox səy göstərdiyi “Qorazde koridoru” vasitəsilə Sarayevoya və oradan da Osmanlı dövlətinin ən ucqar sərhədi olan Bixaça getmək mümkündür.
1 ve 2. Dayton Anlaşması'yla belirlenen sınır |
1991 nüfus sayımına göre Bosna-Hersek'teki etnik grupların ülke içindeki dağılımları ve 1995'teki Dayton Anlaşması ile belirlenen Sırp Cumhuriyeti ve Müslüman-Hırvat Federasyonu arasındaki sınır. |
Ədirnədən Bixaça doğru uzanan bu qurşaq strateji cəhətdən çox mühüm xətt üzrə uzanır. Bu isə təsadüfi deyil, əksinə, hesablanmış və məqsədli şəkildə qurulmuş strategiyadır. Osmanlı hökuməti Balkan yarımadasını fəth etdikdən sonra bölgədə demoqrafik nizamlama aparmış və bölgədəki mühüm strateji yerlərə müsəlmanları yerləşdirmişdir. Bu müsəlman xalqların bir qismi Anadoludan köç edərək Balkan yarımadasına yerləşdirilən köçəri türkmən tayfaları, bir qismi isə İslamı sonradan qəbul edən yerli (İslamı sonradan qəbul edən, mənşəcə türk olmayan, lakin müsəlman olduğu üçün bölgədə türk qəbul edilən xalqlar) bölgə xalqlarıdır (albanlar, bosnyaklar kimi).
Qısaca desək, Osmanlı dövləti artıq yoxdur, ancaq Balkan yarımadasının bir ucundan digər ucuna qədər uzanan türk-İslam mədəniyyəti onun mirası kimi hələ də yaşayır. Sayları 10 milyona çatan Balkan müsəlmanları Ədirnədən Bixaça qədər uzanan qurşaq boyu yaşayırlar. Bu qurşaqda bəziləri 1878-ci ildən, bəziləri isə 1912-ci ildən etibarən mübarizə aparırlar. Yeganə ümidləri isə bir gün əvvəki sülhün və əmin-amanlığın yenidən qurulması, güclü birliyin təsis edilməsidir...
Bugün pek çok tarihçi Balkanlar'daki çatışmaların Osmanlı'nın bölgeden çıkışıyla birlikte başladığına işaret etmekte ve Balkan halklarının Osmanlı yönetimini özlediğini vurgulamaktadır. |
Eylül 1998, Tarih ve Medeniyet Dergisi |
“Türko-İslami” istər Balkan müsəlmanlarının şəxsən özləri, istərsə də onları “düşmən” kimi görən Balkan millətçiləri tərəfindən mənimsənilmiş tərifdir. Bu gün başda serblər olmaqla digər bütün Balkan millətçiləri bosnyakları və albanları, yəni etnik cəhətdən türk olmayan və türkcə danışmayan Balkan müsəlmanlarını “türk” adlandırırlar. Bunun səbəbi isə etnik mənşələrinə baxmayaraq, Balkan yarımadasında yaşayan bütün müsəlmanların xristian xalqlardan ayrı “millət” kimi qəbul edilmələridir. Bu “millət”in adı isə, etnik türklüyü ifadə etməsə də, “türk milləti”dir. Florida universitetindən Balkan tarixçisi Mariya Todorova bu vəziyyəti belə izah edir:
Soykırım Devam Ediyor... |
Osmanlı'nın bölgeden çıkmasıyla birlikte başlayan çatışmalar, 1990'lı yıllarda Bosnalı Müslümanlara yönelik büyük bir soykırıma dönüştü. Osmanlı zamanında bir kültür merkezi olan Hersek yıkık binalarla doldu. |
Todorovanın da bildirdiyi kimi, Balkan müsəlmanları üçün din milli mənşədən daha üstündür. Bolqarıstanda vəziyyət belədir: “bolqar müsəlmanları” adlandırılan pomaklar özlərini bolqarlardan daha çox türklərə yaxın hiss edirlər. Bosniyadakı vəziyyət isə daha qabarıqdır. Serblər və ya xorvatlarla eyni etnik mənşəyə malik olan və eyni dili danışan bosnyaklar bu iki xalqla əsla qaynayıb-qarışmamış, daima Osmanlıya meyilli olmuşlar.
Balkan mütəxəssisi Eran Frankel eyni vəziyyətin Makedoniyaya da aid olduğunu vurğulayır. Frankelin fikrincə, “makedoniyalı müsəlmanlar əsla makedoniyalılıq uğrunda İslamı arxa plana atmamış və inkar etməmişlər. Əksinə, dəfələrlə slavyanlıqlarını inkar etmiş və qeyri-slavyan İslam kimliyini mənimsəmişlər.”36 Frankelə görə Makedoniyadakı müsəlman albanlar və ya qaraçılar slavyan kimliyini mənimsəməkdənsə, “türk ” adlandırılmağı üstün tuturlar.37
Elə buna görə də Türkiyənin Balkan yarımadasındakı qolu olan xalqlar sadəcə bir neçə milyonluq Balkan türkü deyil, sayı 10 milyona çatan Balkan müsəlmanlarıdır. Əksəriyyəti milli mənşə etibarilə qeyri-türk olan və türkcə danışmayan bu insanlar özlərini eyni dildə danışdıqları serblərdən və ya bolqarlardan çox türklərə yaxın hiss edirlər.
07.05.2001, Milli Gazete |
08.05.2001, Star Gazetesi |
Pomak Türkleri yıllardır Müslüman-Türk kimliklerinden dolayı büyük zulüm görmektedirler. Yıllardır devam eden Bulgar zulmünün amacı da, bu varolan Türk-İslam kimliğini ortadan kaldırmaktır. |
Çünki bu insanlar, hər şeydən əvvəl, “osmanlı”dırlar və Türkiyə də Osmanlının yeganə varisidir. Tarixçi Mariya Todorova bu barədə belə deyir:
Ona görə Türkiyə Balkan yarımadasındakı etnik və dini müxtəlifliyi yaxşı təhlil etməli və bu müxtəliflik çərçivəsində öz tarixi kimliyinə uyğun strategiya müəyyən etməlidir. Bunu edərkən etnik, dini və mədəni dəyərlərin dünya siyasətində günbəgün daha çox əhəmiyyət qazandığını, dünyanın millətlərarası münasibətlərlə səciyyələnəcəyini də nəzərə almaq lazımdır. Habelə, Balkan yarımadası etnos, din və mədəniyyət kimi anlayışların ən təsirli olduğu bölgələrdən biridir. Başqa sözlə, soyuq müharibədən sonra Türkiyə Balkan ölkələrinə baxarkən öz tarixi və mədəni kimliyini ön plana çıxarmalı və buna uyğun strategiya müəyyən etməlidir.
Göründüyü kimi, bütün Balkan ölkələrində əslində etnik cəhətdən “türk” olmadıqlarına baxmayaraq, özlərini “türk” hesab edən və ya buna meyilli olan çoxsaylı müsəlman əhali yaşayır. Bu “fəxri soydaşlarımızı” bizə bu qədər bağlayan ünsür isə türk-İslam əxlaqı və Osmanlı mirasıdır. Belə ki, 1997-ci ilin əvvəllərində Belqraddakı etiraz aksiyalarında iştirakçıların “Türk hökumətinə həsrət”, “Hardadır Türk (Osmanlı) hakimiyyəti altındakı günlər” şüarlarını nümayiş etdirmələri qərb KİV-lərinin də diqqətini çəkmiş və Türkiyənin bölgədə fəal rolunun labüd olduğunu bir daha vurğulamışdır.40
Artıq qərb qüvvələri Balkan yarımadasındakı problemləri həll etməyə güclərinin çatmadığını özləri də etiraf edirlər. Keçmiş Xarici İşlər nazirlərindən biri olan Hikmet Çetin “Zaman” qəzetində nəşr olunmuş bir xəbərdə Qərbin Balkan yarımadası problemini həll etmək üçün düşdüyü aciz vəziyyəti belə ifadə edir:
Göründüyü kimi, Balkan ölkələrində daimi sülhün bərqərar edilməsinin yolu türk-İslam mədəniyyətinin dövlətçilik anlayışıdır. Bu gün hər cür texnika və texnologiyaya, hərbi imkanlara malik olan qərb ölkələri bölgədə ancaq hərbi qüvvələri yerləşdirməklə kifayətlənir, lakin bölgə xalqlarının rahatlığını təmin edən asayişi və nizam-intizamı təmin edə bilmirlər. Əksinə, xarici müdaxilələr bölgədə baş verənləri daha da mürəkkəbləşdirir, zülmü artırır.
Buna görə Türkiyə Osmanlının kimliyinə və tarixinə sahib çıxmalıdır. Habelə, bu vəziyyət Türkiyə üçün böyük strateji fürsətdir. “Osmanlı” anlayışı Türkiyənin təsirini sərhədlərindən uzaqlara aparır. Bu, Balkan yarımadasında olduğu kimi Yaxın Şərqə də aiddir.
31 Prof. Dr. Ramazan Özey, Yiğit Düştüğü Yerden Kalkar, Tarih ve Düşünce, Ağustos 2000, s. 30
32 Şükrü Karatepe, Yeni Şafak, 29 Mart 1999
33 Başbakanlık Arşivi, Bulgaristan İdare Kataloğu, nr. 89
34 Başbakanlık Arşivi, Bulgaristan İdare Kataloğu, nr. 79
35 Maria Todorova. "The Ottoman Legacy in the Balkans", The Balkans: A Mirror of the New International Order. (ed. G. G. Özdoğan, K. Saşbaşlı) Eren, İstanbul, 1995. s. 70
36 Eran Frankel. "Turning a Donkey into a Horse: Conflict and Paradox in the Identity of Macedonian Muslims", 23rd National Convention of the AAASS, Miami, 1991
37 Eran Frankel. "Turning a Donkey into a Horse: Conflict and Paradox in the Identity of Macedonian Muslims", 23rd National Convention of the AAASS, Miami, 1991
38 Maria Todorova. "The Ottoman Legacy in the Balkans". The Balkans: A Mirror of the New International Order. (ed. G. G. Özdoğan, K. Saşbaşlı) Eren, İstanbul, 1995. s. 71
39 Maria Todorova. "The Ottoman Legacy in the Balkans". The Balkans: A Mirror of the New International Order. (ed. G. G. Özdoğan, K. Saşbaşlı) Eren, İstanbul, 1995. s. 72
40 Gündüz Gazetesi, 12 Ocak 1997
41 İsmail Yediler, "Osmanlı'nın yani İslam'ın", 22 Eylül 1994, Zaman Gazetesi