Türkün Dünya Nizamı

48 səhifə.

“Türk millətinin tarix boyu bayraqsız və dövlətsiz qalmaması təsadüfi deyil. Onun kökündəki dinamiklik onu dövlət qurmağa meyilli etmişdir... Dövlət qurmaq başqa şeydir, dövləti idarə etmək başqa şeydir. Türk milləti tarix boyu həm dövlət qurmaqda, həm də idarə etməkdə usta olmuşdur.”3 3

Türk milləti bir-birindən güclü 16 dövlətlə və bu dövlətlərin idarəçiliyində göstərdiyi qabiliyyətlə bütün dünya millətlərinə tarix boyu nümunə olmuşdur. Bunun ən əsas səbəblərindən biri isə hakimiyyəti altında yaşayan müxtəlif etnik qrupları hər birinin dil və din mənsubiyyətinə hörmət edərək, sülh və əmin-amanlıq içində əsrlər boyu birlikdə yaşatma bacarığıdır. Eyni torpaqlarda hakimiyyət quran müxtəlif dövlətlər isə bu cür uğura nail ola bilməmiş, sözügedən torpaqlarda bu qədər uzunmüddətli başqa xalqın hakimiyyəti davam etməmişdir.

Səlcuq və Osmanlı dövlətləri başda olmaqla, türk millətini bu coğrafiyada birləşdirən və güclü edən ünsürləri təkcə hərbi güclə açıqlamaq olmaz. Anadolunu fəth edən, Adriatik dənizindən Çin səddinə qədər dünyanın ən qarışıq bölgəsini əsrlər boyu hakimiyyəti altında saxlayan qüvvə türk millətinin kökündə olan və türklərin İslamı qəbul etməsi ilə əsl şəxsiyyətini tapan əxlaq anlayışıdır.

Türkün Dünya Nizamı

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər