Başlanğıcda Allah göyü və yeri yaratdı. Yer boş idi, yer üzünün şəkilləri yox idi; ucsuz-bucaqsız qaranlıqlarla örtülmüşdü... (Yaradılış, 1:1-2)
Allah "Suların ortasında bir qübbə olsun, suları bir-birindən ayırsın" deyə buyurdu. Və elə oldu. Allah göy qübbəsini yaratdı. Qübbənin altındakı suları üstündəki sulardan ayırdı. Qübbəyə "Göy" adını verdi... (Yaradılış, 1:6-8)
... Rəbb Allah göyü və yeri yaratdığında… (Yaradılış, 2:4-5)
... Tək Rəbb Sənsən. Göyləri, göylərin göylərini, bütün göy cisimlərini, yer üzünü və içindəki hər şeyi, dənizləri və içlərindəki hər şeyi Sən yaratdın... Bütün göy cisimləri Sənə qulluq edər. (Nehemya, 9:6)
Allah "Göyün altındakı sular bir yerə toplansın, quru torpaq görünsün" deyə buyurdu və elə də oldu. Quru sahəyə "Quru", toplanan sulara "Dəniz" adını verdi... (Yaradılış, 1:9-10)
Göy və yer bütün maddələri ilə tamamlandı. (Yaradılış, 2:1)
Ya Rəbb Allahım, necə ulusan! Əzəmətlisən və ucasan… Yer üzünü təməllər üzərinə qurdun, əsla sarsılmasın deyə. (Zəbur, 104:1, 5)
Allah "İşıq olsun" deyə buyurdu və işıq oldu... Onu qaranlıqdan ayırdı. (Yaradılış, 1:3-4)
(Allah) İşığa "Gündüz", qaranlığa "Gecə" adını verdi. Axşam oldu, səhər oldu... (Yaradılış, 1:5)
"Dünya durduqca əkin əkmək, biçmək, isti, soyuq, yaz, qış, gecə, gündüz həmişə olacaq". (Yaradılış, 8:22)
Allah belə buyurdu: "Göy qübbəsində gündüzü gecədən ayıracaq, yer üzünü işıqlandıracaq işıqlar olsun. Əlamətləri, mövsümləri, günləri, illəri göstərsin". Və elə də oldu. Allah böyüyü gündüzə, kiçiyi gecəyə hakim olan iki böyük işığı və ulduzları yaratdı. Yer üzünü işıqlandırmaq, gündüzə və gecəyə hakim olmaq, işığı qaranlıqdan ayırmaq üçün onları göy qübbəsinə yerləşdirdi... (Yaradılış, 1:14-17)
Ey hakimimiz Rəbb, necə uca Adın var yer üzündə! Səmanı əzəmətinlə örtdün... Seyr edərkən əsərin olan göyləri, oraya qoyduğun Ayı və ulduzları, soruşuram özümdən: "İnsan nədir ki... ?" (Zəbur, 8:1-4)
Gündüz işıq olsun deyə Günəşi yaradan, gecə işıq olsun deyə Ayı, ulduzları nizama qoyan, dalğaları guruldasın deyə dənizi qabardan Rəbb-Onun adı hər şeyə hakim Rəbbdir... (Yeremya, 31:35-36)
Başınızı qaldırıb göylərə baxın. Kim yaratdı bütün bunları? Ulduzları sıra ilə görünən edir, hər birini adı ilə çağırır. Böyük qüdrəti, üstün gücü sayəsində hamısı öz yerində dayanır. (Yeşaya, 40:26)
Mövsümlərində çıxarda bilərsənmi bürcləri? Böyük və kiçik ayıya yol göstərə bilərsənmi? Bilirsənmi göylərin qanunlarını?... (Əyyub, 38:32-33)
O, boşluğun üzərinə şimal göylərini yayar, yoxluğun üzərinə dünyanı asar. (Əyyub, 26:7)
Günəş doğulur, Günəş batır, və yerinə həmişə doğulduğu yerə gedir. (Vaiz, 1:5)
Külək cənuba gedər, şimala dönər, dönə-dönə əsib həmişə eyni yolu izləyər. (Vaiz 1, 1:6)
Allah elə böyükdür ki… Su damlalarını yuxarı çəkər, buxarından yağış damladar. Buludlar nəmini tökər, insanların üzərinə bol yağış yağdırar. (Əyyub, 36:26-28)
Küləyə güc verdiyi, suları ölçdüyü, yağışa qayda qoyduğu, ildırıma yol açdığı zaman, (Əyyub, 28:25-26)
Göydən enən yağış və qar torpağı sulamadan, yeri yaşıllaşdırmadan, əkinçiyə toxum, yeyənə çörək vermədən necə göyə dönməzsə... (Yeşaya, 55:10)
Buludları meydana gətirdiyində, dənizin mənbələrini gücləndirdiyində, sular buyruğundan kənar keçməsinlər deyə dənizə sərhəd çəkdiyində, Dünyanın təməllərini gücləndirdiyində... (Süleymanın məsəlləri, 8:29)
Dağları aşıb dərələrə axdı, onlar üçün təyin etdiyin yerlərə doğru. Bir sərhəd qoydun önlərinə, keçməsinlər, gəlib yer üzünü bir daha örtməsinlər deyə. (Zəbur, 104:8-9)
Bütün çaylar dənizə axar, yenə də dəniz dolmaz. Çaylar həmişə çıxdıqları yerə dönər. (Vaiz 1, 1:7)
... Göyləri pərdə kimi örtən, ... çadır kimi quran Odur. (Yeşaya, 40:22)
Allah "Sular canlı varlıqlarla dolub daşsın, yer üzünün üzərində, göydə quşlar uçsun" deyə buyurdu. Allah böyük dəniz heyvanlarını, sularda qaynaşan canlıları və uçan müxtəlif varlıqları yaratdı. Allah "Törəyib artın, çoxalın, dənizləri doldurun, yer üzündə quşlar çoxalsın" deyə buyurdu... (Yaradılış, 1:20-22)
Allah "Yer üzüdə növbənöv canlı varlıq, evcil və vəhşi heyvan, sürünən hasil olsun" deyə buyurdu. Və elə də oldu. Allah növbənöv vəhşi heyvan, evcil heyvan, sürünən yaratdı. (Yaradılış, 1:24-25)
Əsərlərinin üzərinə onu (insanı) hakim etdin, hər şeyi ayaqlarının altına sərdin; davarları, malları, vəhşi heyvanları, göydəki quşları, dənizdəki balıqları, dənizdə hərəkət edən bütün canlıları. Ey hakimimiz Rəbb, necə uca Adın var yer üzündə! (Zəbur, 8:6-9)
Allah "Yer üzü bitkilər, toxum verən otlar, növünə görə toxumu meyvəsində olan meyvə ağacları hasil etsin" deyə buyurdu və elə də oldu. Yer üzü bitkilər, növünə görə toxum verən otlar, toxumu meyvəsində olan meyvə ağacları hasil etdi... (Yaradılış, 1:11-12)
"Budur, yer üzündə toxum verən hər otu, toxumu meyvəsində olan hər meyvə ağacını sizə verirəm. Bunlar sizə yemək olacaq. Vəhşi heyvanlara, göydəki quşlara, sürünənlərə -nəfəs alan bütün heyvanlara- yemək olaraq yaşıl otları verirəm". Və elə də oldu. (Yaradılış, 1:29-30)
Rəbb Allah Adəmi torpaqdan yaratdı və... həyat nəfəsi (Allahın ruhundan üfləməsi) üflədi. Beləcə, Adəm yaşayan varlıq oldu. (Yaradılış, 2:7)
Allah "İnsanı ... yaradaq" dedi, "Dənizdəki balıqlara, göydəki quşlara, ev heyvanlarına, sürünənlərə, bütün yer üzünə hakim olsun"... (Allah) insanları kişi və qadın olaraq yaratdı. (Yaradılış, 1:26-27)
Onları kişi və qadın olaraq yaratdı və müqəddəs hesab etdi. Yaradıldıqları gün onlara "İnsan" adını verdi. (Yaradılış, 5:2)
Sizə əzələlər verəcək, üzərinizdə ət yaradıb dəri ilə örtəcəyəm. Onlara ruh verəcəyəm, canlanacaqsınız. O zaman Mənim Rəbb olduğumu anlayacaqsınız. (Yezekel, 37:6)
Mənə ət və dəri geydirdin, məni sümüklərlə, sinirlərlə toxudun. Mənə həyat verdin, sevgi göstərdin… (Əyyub, 10:11-12)
Torpağa dönənə qədər çörəyini alın təri töküb qazanacaqsan. Çünki torpaqsan, torpaqdan yaradıldın və yenə torpağa dönəcəksən. (Yaradılış, 3:19)
Ana rəhmindəki uşağın necə ruh və bədən aldığını bilmədiyin kimi, hər şeyi yaradan Allahın etdiklərini də bilə bilməzsən. (Vaiz, 11:5)
Səni yaradan, rəhmdə sənə şəkil verən, sənə kömək edən Rəbb belə deyir... (Yeşaya, 44:2)
Onlar ağaca “atamsan”, daşa “bizi sən doğurdun” deyirlər. Çünki Mənə üzlərini deyil, arxalarını çevirdilər... (Vaiz, 1:27)
Rəbbdən qorx, pislikdən uzaq dur. Beləcə, vücudun sağlamlıq və fərahlıq tapar. (Süleymanın məsəlləri, 3:7-8)
Sakit ürək vücudun həyat qaynağıdır, hirs isə insanı daxildən məhv edər. (Süleymanın məsəlləri, 14:30)
Rəbb qorxusu ömrü uzadar... (Süleymanın məsəlləri, 10:27)
Doğruluğun və sevginin ardınca gedən həyat, bolluq və hörmət tapar… (Süleymanın məsəlləri, 21:21)
Təvazökarlığın və Rəbb qorxusunun mükafatı zənginlik, şərəf və həyatdır. (Süleymanın məsəlləri, 22:4)
Xoş sözlər bal kimidir, cana şirin və şəfadır. (Süleymanın məsəlləri, 16:24)
Ruh fərahlığı sağlamlıq gətirər, əzgin ruh isə vücudu qocaldar. (Süleymanın məsəlləri, 17:22)
Gülən gözlər ürəyi sevindirər, yaxşı xəbər insana fərahlıq verər. (Süleymanın məsəlləri, 15:30)