Tövratda Allahın Yaratdığı Gözəlliklərdən Nümunələr

Allahın camalı

Rəbbdən tək diləyim, tək istəyim budur: Rəbbin gözəlliyini seyr etmək (66), məscidində Ona heyran olmaq üçün ömrümün bütün günlərini Onun evində keçirmək. (Zəbur, 27:4)

O, hər şeyi vaxtında gözəl yaratdı. İnsanların qəlbinə sonsuzluq anlayışını qoydu. Yenə də insan Allahın etdiyi işi əvvəldən sona qədər anlaya bilməz. (Vaiz, 3:11)

"Varmı Sənin kimisi... ya Rəbb? Sənin kimi müqəddəslikdə əzəmətli, heybəti ilə tərifə dəyər, möcüzələr yaradan varmı? (Misirdən çıxış, 15:11)

Hökmranlıq və heybət Allaha məxsusdur, uca göylərdə nizam quran Odur. (Əyyub, 25:2)

Əşyalardakı gözəlliklər

Səddli şəhərlər, məhsuldar torpaqlar ələ keçirdilər. Gözəl əşyalarla dolu evlərə, qazılmış anbarlara, bağlara, zeytunluqlara, çoxlu meyvə ağacına sahib oldular. Yeyib doydular, bəsləndilər və onlara etdiyin böyük yaxşılıqlara sevindilər. (Nehemya, 9:25)

Onu gözəl hədiyyələrlə qarşıladın, başına təmiz qızıldan tac qoydun. (Zəbur, 21:3)

Bilik sayəsində otaqları hər cür qiymətli, gözəl əşya ilə dolar. (Süleymanın məsəlləri, 24:4)

Gözəl bitkilər

Asuriyə bax! Livanda bir sidr ağacı idi, meşəyə kölgə salan gözəl budaqları var idi. Çox yüksək idi, başı buludlara çatırdı. (Yezekel, 31:3)

Gözəllikdə bənzərsiz idi. Budaqları getdikcə uzandı, çünki kökü çoxlu su içirdi. (Yezekel, 31:7)

Sıx budaqlarla o sidr ağacını gözəlləşdirdim... (Yezekel, 31:9)

Yarpaqları gözəl idi, hamıya çatacaq qədər çoxlu meyvəsi var idi. Vəhşi heyvanlar kölgəsində sığınır, göydə uçan quşlar budaqlarına qonurdu. Hər canlı ondan bəslənirdi. (Daniel, 4:12)

Gözəl yeməklər

hazırladığı gözəl yeməklə çörəyi Yaqubun əlinə verdi. (Yaradılış, 27:17)

Birinci gün meyvə ağaclarının gözəl meyvələrini, xurma budaqlarını, sıx yarpaqlı ağac budaqlarını, vadi qovaqlarını yığıb Allahınız Rəbbin qarşısında yeddi gün şənlik edəcəksiniz. (Levililər, 23:40)

Gözəl məkanlar

Ucalıq, ululuq Onun hüzurundadır, güc və gözəllik Onun məscidindədir. (Zəbur, 96:6)

Yeyib doyduğunuzda gözəl evlər qurub yerləşdiyinizdə... (Qanunun təkrarı, 8:12)

… İqamətgahların necə də gözəldir! (Səhrada saylar, 24:5)

İzn ver ki, Şəriyə çayından keçib qarşı tərəfdəki o məhsuldar ölkəni, o gözəl dağlıq bölgəni və Livanı görüm. (Qanunun təkrarı, 3:25)

Gözəl tarlalar, məhsuldar asmalar… Nəşəli şəhərdəki xoşbəxtlik dolu evlər üçün... (Yeşaya, 32:12)

… Tikmədiyiniz böyük və gözəl şəhərləri, yığmadığınız yaxşı əşyalarla dolu evləri, siz əmək vermədən qazılmış anbarları, tikmədiyiniz bağları, zeytunluqları olan ölkəyə aparacaq… (Qanunun təkrarı, 6:10)

… Rəbbin sizə verdiyi bu gözəl torpaqlardan... (Yeşua, 23:13)

… Rəbbin sizə verdiyi bu gözəl ölkədən… (Yeşua, 23:16)

Gözəl ətirlər

Gözəl ətir və büxur cana fərahlıq verər, dostun verdiyi öyüd insana şirin gələr. (Süleymanın məsəlləri, 27:9)

Gözəl ətirdən razı qalan Rəbb... (Yaradılış, 8:21)

… Sənə gətirilən mallar arasında işlənmiş dəmir, darçın, gözəl ətirli qamış var idi. (Yezekel, 27:18)

Padşah divanda ikən nard çiçəyinin gözəl qoxusu yayıldı. (Nəğmələr nəğməsi, 1:12)

"Yeməyin üçün verdiyim yeməyi -incə unu, zeytun yağını, balı gözəl qoxulu kimi onlara verdin. Belə etdin" deyir hakim Rəbb. (Yezekel, 16:19)

Nard çiçəyi və zəfəranla, gözəl ətirli qamış və darçınla, hər cür büxur ağacı ilə, mirra və əzva ilə, hər cür seçmə ədviyyatla. (Nəğmələr nəğməsi, 4:14)

Harunun oğlu Elazar işıq üçün zeytun yağından, gözəl qoxulu büxurdan, gündəlik taxıldan və məsh yağından -iqamətgahdan və içindəki hər şeydən- müqəddəs yer və əşyalarından məsul olacaq. (Səhrada saylar, 4:16)

Şam üçün zeytun yağı, məsh yağı ilə gözəl qoxulu büxur üçün ədviyyat. (Misirdən çıxış, 25:6)

Harun hər səhər şamlara qulluq edərkən qurbangahın üzərində gözəl ətirli büxur yanacaq. (Misirdən çıxış, 30:7)

Bu nadir ədviyyatı götür: 500 şekel maye mirra, yarısı qədər, yəni 250 şekel gözəl ətirli darçın və qamış. (Misirdən çıxış, 30:23)

Bunlardan ətriyyatçı kimi gözəl ətirli müqəddəs bir məsh yağı hazırla. Ona müqəddəs məsh yağı deyiləcək. (Misirdən çıxış, 30:25)

Sonra Rəbb Musaya belə dedi: "Gözəl ətirli ədviyyat -balzam, onika, ilan kölgəsi və xalis kündür- götür. Hamısı eyni miqdarda olsun". (Misirdən çıxış, 30:34)

Bir ətriyyatçı kimi bunlardan gözəl ətirli bir büxur hazırla. (Misirdən çıxış, 30:35)

Məsh yağını, müqəddəs yer üçün gözəl qoxulu büxuru tam sənə buyurduğum kimi hazırlasınlar. (Misirdən çıxış, 31:11)

Qəndil, məsh yağı və gözəl ətirli büxur üçün ədviyyat və zeytun yağı gətirdilər. (Misirdən çıxış, 35:28)

Ətriyyatçı kimi müqəddəs məsh yağı və gözəl ətirli təmiz büxur hazırladı. (Misirdən çıxış, 37:29)

… Məsh yağını, gözəl ətirli büxuru, çadırın giriş hissəsinin pərdəsini; müqəddəs məskənlə şüvüllərini, bütün dəstlərini, qazanı, qazan ayaqlığını… Musaya göstərdilər. (Misirdən çıxış, 39:33)

Rəbbin özünə buyurduğu kimi üzərində gözəl ətirli büxur yandırdı. (Misirdən çıxış, 40:27)

Gözəl söz

"Qorxmağa gərək yoxdur; sizə də, uşaqlarınıza da baxacağam". Onlara xoş, gözəl sözlərlə inam verdi. (Yaradılış, 50:21)

Narahat qəlb insanı məhv edər, amma gözəl söz sevindirər. (Süleymanın məsəlləri, 12:25)

Uyğun cavab sahibini şad edər, yerində deyilən söz nə gözəldir! (Süleymanın məsəlləri, 15:23)

Qəlb təmizliyini və gözəl sözləri sevən padşahın dostluğunu qazanar. (Süleymanın məsəlləri, 22:11)

Qəlbimdən gözəl sözlər daşır… Dilim ustad bir yazıçının qələmi kimi olsun. (Zəbur, 45:1)

Müdrik olmayana necə nəsihətlər verdin! Güclü biliyi çox gözəl öyrətdin! (Əyyub, 26:3)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz: Müsəlmanların Tövrat və İncilə Baxış Nöqteyi-Nəzəri ilə Əlaqədar Önəmli Açıqlama
  • Giriş: Təhrif Olunmuş Tövratın İçində Gizlənən Haqq Kitab
  • Tövratda Allah Sevgisi
  • Tövratda Allah Qorxusu
  • Tövratda Allaha Yaxınlıq və İman Dərinliyi
  • Tövratda Allahın Sifətləri
  • Tövratda Axirətə İman
  • Tövratda İmanın Gərəkləri
  • Tövratda Tövsiyə Edilən Gözəl Əxlaq Xüsusiyyətləri
  • Tövratda Allahı Anmaq və Gözəl Söz Söyləməyin Əhəmiyyəti
  • Tövratda Qurana Uyğun Əmr və Qadağalar
  • Tövratda Qurana Uyğun İbadətlər
  • Tövratda Peyğəmbərimizin (s.ə.v.) Sünnəsinə Uyğun İşlər
  • Quran və Tövratdakı Bənzər İfadələrin Bir Qismi
  • Əlavə Hissə
  • Tövratda Allahın Yaratdığı Gözəlliklərdən Nümunələr
  • Tövratda Kainatdakı Nizam və Yaradılış
  • Tövratda Sənət və Memarlıq