Tövrat, Allahın Hz. Musaya vəhy etdiyi mübarək kitabdır. Ancaq Tövrat sonradan təhrif edilmiş və içinə insan sözləri qatılaraq haqq kitab olmaq xüsusiyyətini itirmişdir. Bu səbəbdən bu gün əlimizdəki Tövrat "müxərrəf (təhrif edilmiş) Tövrat"dır.
Müasir dövrümüzdəki Tövrat Quran ayələri və Peyğəmbərimizin (s.ə.v.)hədisləri ilə birlikdə araşdırıldığında içində haqq dinə aid bir çox mövzunun qorunduğu, bir çox gözəl və hikmətli izahların ehtiva edildiyi görünür. Allahın birliyi, Allah qorxusu, Allah sevgisi, Allaha itaət və təslimiyyət, şükr və dua, iman coşğusu və sevinci, yenidən diriliş, qiyamət günü kimi inanc əsaslarının təhrif olunmuş Tövratın içində dağınıq da olsa, mövcuddur. Bundan başqa, müasir dövrümüzdəkiTövratda ədalət, şəfqət, mərhəmət, təvazökarlıq kimi əxlaqi dəyərlərlə birlikdə oğruluq etməmək, zinadan çəkinmək, saxtakarlıq etməmək, faizlə pul istifadə etməmək, donuz əti yeməmək kimi haqq dinə aid bir çox hökmə də rast gəlmək olar.
Tövratın təhrif olunan hissələrişeytanın müdaxiləsinin, təsirinin hiss edildiyi hissələrdir. Bunlar təmizləndiyində geriyə şeytani müdaxiləyə məruz qalmayanhissələrqalır. Bu da müxərrəfTövratdakı dəyişdirilmiş, sonradan əlavə olunmuş hissələr diqqətlə ayrıldığında həqiqiTövratın əldə olunacağımənasını verir. (Ən doğrusunu Allah bilir.) Bu hissələr qəlbəşəfa, ruha nur və fərahlıq verən sözlərdir. “Maidə” surəsinin 44-cü ayəsində bildirildiyi kimi "hidayət və nur" olan hissələrdir. Oxuduğunuz bu kitabda yer alanTövrat açıqlamalarıda yalnız Quran ayələrinə və Peyğəmbərimizin (s.ə.v.)sünnəsinə uyğun hissələrdir, hikmətli və gözəl nəsihətlərdir.
Əlbəttə ki, müsəlmanlar yalnız Qurana tabe olmaqla mükəlləfdirlər. Lakin Tövratdan Allahın sözləri olduğuna hüsnü-zənn etdiyimizbu hissələrüzərində düşünə bilər, bunlardan öyüd ala bilər və hikmətindən faydalana bilərlər. Allahın izni iləbu kitab müsəlmanların iman dərinliyinə bir vəsitə, səmimi dindar yəhudilərdən səhv izahlara tabe olanlara xəbərdarlıq və xatırlatma olacaq.