Termit koloniyalarında qüsursuz sosial həyat vardır. Eyni anda tək bir bədən kimi hərəkət edən termitlər, koloniyadakı hər cür işi ortaq şəkildə işləyərək edər. Bəzən 1 milyon termitin bir yerdə yaşadığı düşünülsə, aralarındakı xəbərləşmə sisteminin əhəmiyyəti daha yaxşı aydın olar. Əmək bölgüsünün təmin edilməsi, hücumlara qarşı anında təşkilatlanması və hərəkətə keçilməsi, koloniyadakı digər ehtiyacların axsaqlıq olmadan həll edilməsi qüsursuz xəbərləşmə sistemi sayəsində reallaşar. Termit fərdləri arasındakı xəbərləşmə, kimyəvi siqnalların ya iyləmə, ya da dad alma yoluyla alınıb verilməsi üzərinə qurulmuşdur.
1 milyon əhaliyə sahib termit birliyindəki işlərin eyni sayda insan tərəfindən edilməyə çalışıldığını fərz edərək bir müqayisə edək.
Termitlərin etdikləri kimi, 1 milyona yaxın insanın tək bir məkanda yaşadıqlarını və müxtəlif işləri birlikdə etdiklərini düşünək. Məsələn, olduqları mühiti təmizlədiklərini, havalandırdıqlarını, istiliyini sabit tutduqlarını, bəslənmə ehtiyaclarını qarşıladıqlarını...
Bu kimi əməliyyatların reallaşa bilməsi üçün lazımlı olan təchizat əlbəttə ki, çox detallıdır. Bu qədər çox sayda insanın birləşməsi çox əmək və zaman sərf etmək tələb edir. Qarışıqlıq çıxmaması və işlərdə axsaqlıq olmaması üçün yaxşı plan və təşkilat qurulması əsas şərtdir. Çox yaxşı ünsiyyət şəbəkəsi qurulmalı və mütləq vəzifə bölgüsü olmalıdır. 1 milyon insanın tək bir bədən kimi hərəkət etməsi son dərəcə çətindir. Hətta 30-40 insan qruplarının bir yerdə yaşaya bilməsini təmin etmək üçün belə, müxtəlif problemlərlə qarşılaşılacaq. Heç olmasa belə bir birliyin qurulması, bir nizamın təmin edilməsi müəyyən bir zaman hissəsi içində reallaşacaq.
İnsan, yer üzündə ağıl sahibi yeganə canlıdır. Mühakimə qabiliyyəti vardır, texniki bacarıq inkişaf etdirə bilər, plan qura bilər. Termitlərsə 1-2 sm-lik böcəkdir. Belə bir müqayisə edilməsindəki məqsəd, termitlərin koloniya halında yaşamağı bacarmalarının nə qədər əhəmiyyətli olduğunun daha dəqiq ortaya çıxmasını təmin etməkdir. Termitlərin müntəzəm yaşamalarını, irəlidə detallarına toxunacağımız kimi göydələnlər tikmələrini, havalandırma sistemləri qurmalarını təmin edən ağlın termitlərə aid olması qəti olaraq mümkün deyil.
Təxminən 1 milyon termit, hətta, bəzən daha da çoxu, bu saydığımız işlərin hamısını heç bir problem çıxmadan yerinə yetirər. Bu da termitlərin bir yerdə yaşama mövzusunda çox yaxşı mütəşəkkil olduqlarını və aralarında çox yaxşı ünsiyyət şəbəkəsinin olduğunu göstərir. 1 milyon fərdi tək bir bədən kimi hərəkət etdirə bilən bu xəbərləşmə sistemi ağla bəzi sualları gətirəcək. Kor olan termitlər necə yola gedərlər? Aralarındakı əmək bölgüsü necə reallaşar? Heç bir qarışıqlıq hazırlamadan möhtəşəm göydələnləri necə tikərlər? Kor olmalarına baxmayaraq düşmənlərini necə tanıyarlar? Necə birlikdə döyüşə gedərlər? Bu sualların cavabları çox əhəmiyyətli həqiqətə açılacaq bir açar xüsusiyyətindədir.
Nizamlı cəmiyyət quruluşu meydana gətirən termitlərin qarşılıqlı xəbər alış-verişinə söykənən həyatları vardır və termitlər bu alış-verişi təmin etmədə heç bir çətinlik çəkməzlər. İnşaatda işləmə, yemək axtarma, yuva yoldaşını tanıma, iz sürmə, bədən inkişafı, düşmənə qarşı həyəcan halı və müdafiə etməyə keçid kimi bütün həyati fəaliyyətləri, kimyəvi siqnallar vasitəsilə təmin edilər. Ünsiyyətləri də, digər böcəklərdə olduğu kimi, kimyəvi siqnallarla olar.
Ünsiyyətlərində, digər böcəklərdə olduğu kimi, feromon deyilən kimyəvi ifrazat istifadə edərlər. Hər koloniya öz xarakteristik qoxuya malikdir. Məsələn, koloniyaya hücum reallaşdığında kraliça, işçilərdən gələn yeməklərin üstünə sürülmüş ifrazatlardan xəbər alar və öz hazırladığı həyəcan ifrazatı ilə əsgər termitlərə hücum mövqeyinə keçmə əmrini verər. Bundan başqa işçi termitlər də yeni qida qaynağı tapdıqlarında digər üzvlərin onları asanlıqla izləmələrini təmin edən gizli kimyəvi iz (qoxu) buraxar. Bu qoxu digər termitlərin hədəfə çatmalarını təmin edəcək.
Koloniyaya aid bütün yuvaların sayıları və nisbətləri də, daha əvvəl ifadə etdiyimiz kimi, yenə kimyəvi ifrazat vasitəsi ilə təşkil edilər. Hələ yetkinləşməmiş sürfələrin əsgərlərə, işçilərə, yoxsa kral və kraliça namizədinə çevriləcəyi koloniyanın ehtiyacına görə kraliça tərəfindən təyin olunar və kraliça buna görə sürfələrin hansı sinifə aid olması lazım olduğunu ifraz etdiyi maye ilə işçilərə bildirər.27
Termitlərin, kimyəvi ifrazatları çıxarma sistemlərinin yanında bunları qəbul edə biləcək çox həssas antenaları da vardır. Termitlərin antenalarında bir-biri ardınca sıralanmış qoxu hiss edici hüceyrələr var. Bu hüceyrələr, termitlərin bir-birlərini tanımalarını təmin etdikləri kimi fərqli növdən bir başqa böcəyin qoxusunu hiss etmələrini də təmin edər.
Böcəklərdə “xitin təbəqəsi” deyilən qoruyucu quruluş vardır. Bu təbəqədən çölə xüsusi qoxulu hidrokarbonat molekulları yayılar. Bu qoxunu böcəyin xitin təbəqəsi içindəki bezlər ifraz edir. Məhz termitlər də bu qoxuları ayırd edər və bu sayədə yuvaya girməyə çalışan yuvadan olmayanları tanıyarlar. Yaxşı, termitlər qoxu ayırd etmə əməliyyatını necə edər? Bu problemin cavabını ştrix kodları (xüsusi təhlükəsizlik şifrlərini) tanıyan kompüterlər ilə termitləri müqayisə edərək verə bilərik.
Şirkətlərdəki təhlükəsizlik sistemlərində istifadə edilən kompüterlər, təhlükəsizlik kartlarının üstündəki şifrəni necə tanısa, bir termit də düşmənləri olan qarışqalarla həmcinslərinin qoxusunu bu tərz bir sistemlə ayırd edər. Antenaları o qədər həssasdır ki, iylədikləri hər hansı bir termitin öz koloniyalarından olub olmadığını da rahatlıqla anlayar. Üstəlik hər termit növünün, hətta eyni növdəki hər termit yuvasının özünə xas bir qoxusu vardır. Bu qoxuların termitlər tərəfindən ayırd edilməsi, bu canlıların sanki “qoxu mütəxəssisi” olduğunu göstərər. Bundan əlavə termitlərin antenaları, yuvanın təhlükəsizlik sistemində istifadə edilən ən təsirli idarə mexanizmini meydana gətirər.
Termitlərin kor olmalarına baxmayaraq necə olub da yuvaya girməyə çalışan başqa canlıları və öz koloniyalarından olmayan termitləri tanıdıqları sualının cavabını araşdıran elm adamları, kimyəvi üsullar (spektrometr və qaz xromatoqrafı) ilə termitlərin yaydığı qoxuları analiz etmişlər. Kimyəvi analizlər, fərqli iki termit növünün (məsələn, Reticulitermes santonensis ilə reticulitermes lacifugus grassei) fərqli qoxu saçdığını qəti olaraq ortaya qoymuşdur.28
Bundan başqa, tədqiqatçılar, A yuvasından bir termitin dərisini B yuvasından bir termitin dərisi üzərinə nəql etmişlər və bunu görmüşlər: B yuvasının termitləri, bu A yuvası termiti qoxusu daşıyan yuvadan olmayanları hər gəlişində qovar.
Burada diqqət yetirilməsi lazım olan nöqtə, qoxu mütəxəssisi olma xüsusiyyətinin termitlər tərəfindən sonradan qazanılmış bir xüsusiyyət ola bilməyəcəyidir. Hər termitin bu sistemlə birlikdə ortaya çıxması zəruridir. Çünki kor olan termitlərin antenalarının olmaması vəziyyətində yaşaması mümkün deyil. İstiqamətlərini tapmaları, öz müdafiə etmə sistemləriylə yanaşı koloniyanı müdafiə edə bilmələri, kraliçadan gələn siqnalları qəbul edə bilmələri həmişə antenaların varlığına bağlıdır. Bu da bizə termitlərin antenaları, lazımlı ifrazat bezləri və digər bütün sistemləri ilə tək bir anda yaradıldıqlarını göstərər.
Termitlərin təhlükəsizlik tədbirləri son dərəcə təsirlidir. Ancaq bu, düşmənlərin termit yuvalarına heç bir şəkildə girə bilmədikləri mənasını verməz. Bir qarışqa növü, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq koloniyaya girməyi bacarar. Bunu necə bacardıqları sualının cavabı, insanı heyrətə salar. Ponerin növü bu qarışqalar, qarışqa qoxusu yerinə termit qoxusu ifraz edərək termitlərin təhlükəsizlik sistemlərini keçər və yuvanın hər yerində istədikləri kimi gəzərlər. Termitlər də kor olduqları üçün qoxuya aldanıb qarışqaları “ailədən bir fərd” zənn edərlər.
Qarışqanın termitləri aldatması son dərəcə təsir edici və qüsursuz yaradılış nümunəsidir. Qarışqanın bu müvəffəqiyyəti əlbəttə ki, üzərində düşünülməli vəziyyətdir. Əvvəlcə qarışqanın, termitin xüsusi qoxusunu necə kəşf etdiyi sualının cavabı verilməlidir. Bir canlının başqa bir canlının bədənindəki kimyəvi maddələrin nə olduğunu bilməsi mümkündürmü? Qarışqa, termitlərin təhlükəsizlik sistemlərindən necə xəbərdar olmuşdur? Bu qoxunu ifraz etdiyində, termitlərin arasında rahatlıqla gəzə biləcəyini haradan bilir? Bütün bunlar bir tərəfə, qarışqa termitlərdə olan kimyəvi maddənin bir bənzərini öz bədənində hazırlaya bilməyi təmin edəcək təchizata necə sahib olmuşdur?
Bütün bu sualların ortaq bir cavabı vardır. Bir güc, qarışqanı termitlərin təhlükəsizlik sistemindən xəbərdar edir. Həm termitlərin, həm də qarışqaların quruluşundan xəbərdar olan bu güc, qarışqanın bədən sistemində lazımlı olan dizaynı da yaradan gücdür. Hər iki canlını da yaratmış bu bənzəri olmayan güc, Allaha aiddir. Allah hər şeydən xəbərdar olan, hər cür yaratmağı biləndir.
Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız. Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. (Rum surəsi, 25-26)
Səs, termitlərin istifadə etdikləri digər xəbərləşmə vasitəsidir. Əsgər və işçi termitlər, başlarını tunellərin səthinə vuraraq yaratdıqları titrəşmələrlə digər termitlərin yuvanın içində toplanmasını təmin edər. Yaradılan titrəşmələr, digər termitlərin ayaqlarındakı yüksək dərəcədə həssaslaşdırılmış toxunma duyğuları ilə qəbul edilər.
Görüldüyü kimi termitlər, başlarını tunel səthinə vurunca “titrəşmə” yayacaqlarını və bu titrəşmələrin verdiyi mesajların digər termitlər tərəfindən aydın olacağını çox yaxşı bilərlər. Termitlərin bu xəbərləşmə üsulu Mors əlifbasının istifadəsinə bənzətmək olar.29 Əlbəttə ki, Mors əlifbasını istifadə edə bilmək üçün xüsusi təhsil almaq lazımdır. Bir adamın təsadüfən bu əlifbanı öyrənməsi və birdən-birə vuruşların nə mənanı verdiyini anlaması əlbəttə ki, mümkün deyil. Həm əlifbayla mesaj göndərən, həm də mesajı alan kəslərin bu mövzuda məlumat sahibi olmaları lazımdır. Yoxsa göndərilən mesaj nə qədər əhəmiyyətli olursa olsun, heç bir məna ifadə etməz.
Necə ki, Mors əlifbası özbaşına öyrənilmirsə, termitlərin də öz aralarındakı bu şifrəli razılaşma sistemini təsadüfən kəşf etmiş olmaları mümkün deyil. Termitlər doğulduqları andan etibarən bu xəbərləşmə şəklini bilmək məcburiyyətindədir. Bu səbəblə termitlərin xüsusiyyətlərini öz iradələri ilə ya da təsadüfən qazandıqlarını iddia etmək, ağla, məntiqə və elmə uyğun gəlməyən bir iddia olar.
Təsadüflər, bir canlının bədənində qəbul edicilər meydana gətirə bilməz. Bu qəbul edicinin yaydığı siqnalları digər bir canlının anlamasını təmin edə bilməz. Qısacası, təsadüflər bir canlıya heç bir xüsusiyyət qazandırmaz.
Bu xəbərləşmə sistemi termitlərə öyrədilir, daha doğrusu ilham edilir. Allah Quranda bal arılarını nümunə verir və bu canlıların Öz vəhyi ilə hərəkət etdiklərini bildirir:
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
Məhz bal arıları kimi yer üzündəki bütün varlıqlar da Allahın vəhyi ilə hərəkət edir və Ona şübhəsiz boyun əyir.