Bu hissəyə qədər verilən nümunələrdə də görüldüyü kimi termit koloniyalarında qüsursuz nizam içində davam edən bir həyat vardır. Hər fərdin öz vəzifəsini bildiyi və əskiksiz şəkildə yerinə yetirdiyi, fərdlər arasında davamlı fədakarlıqların olduğu, heç bir qarışıqlığın yaşanmadığı bu sistem, elm adamlarını da heyrətləndirir və termitlər haqqında bir çox araşdırma icra edilir, işlər görülür və bu istiqamətdə kitablar yazılır.
Termitləri araşdıran və açıqlama edən elm adamları arasında şübhəsiz ki, təkamülü müdafiə edənlər də vardır. Bu canlılarda gördükləri, hamısı bir iman həqiqəti olan xüsusiyyətləri təsadüflərə bağlamağa çalışan təkamülçü elm adamları, “kim?, niyə?, necə?” ilə başlayan sualları cavabsız qoyurlar. Təkamül nəzəriyyəsini müdafiə edən kitabların hər hansı bir hissəsi araşdırıldığında klassik təkamülçü izahatlarla qarşılaşılar. Bu kitablarda müxtəlif nəzəriyyələr qarşıya qoyulur, iddialar ortaya atılır ancaq səbəblər açıqlanır. Məsələn, təkamülçü Prof. Əli Dəmirsoy, ictimai böcəklərdəki koloniyalaşmanın səbəbinə belə açıqlama gətirməyə çalışır:
Sosial yaşayan böcəklər öz aralarında mütəşəkkil olaraq bir həyat vahidi meydana gətirmişlər… Bir qarışqa yuvası, bir çox baxımdan birdən çox fərddən meydana gəlmiş çox hüceyrəli koloniyası kimidir. Çox hüceyrəlilərin, hüceyrələrində olduğu kimi, yuvanın heç bir fərdi öz başına həyat gücünə sahib deyil. Çünki yuvadakı müəyyən siniflər müəyyən işləri etmək üçün xüsusiləşmişdir (bal arılarını və termitləri xatırlayın). Çoxalma, döllənmə, bəslənmə, bəzi vəziyyətlərdə müdafiə etmə, fərqli siniflər tərəfindən edilər. Yəni öz başına yaşaya bilən bir orqanizmin dəyişik funksiyaları bir yuvadakı siniflərə paylaşdırılmışdır. Burada, daha əvvəl toxunduğumuz təkamüllü mərhələni bacara bilmək üçün, yəni beyin və şüurun inkişaf etdirilməsinə çalışılmışdır. Beləcə böyüməsinə maneə törədilmiş fərdlərin müəyyən təkamüllü inkişafı daha dəyişik şəkildə edə bilməsi sınanmışdır. Nəticədə müəyyən bir səviyyədə inkişaf təmin edilmişdir. Məsələn, bala baxımı, zaman duyğusu, dəyişik şəkillərdə anlaşma və istilik nizamlaması heyrətlənəcək şəkildə inkişaf etmişdir. Qısaca inkişafın maneə törədildiyi və ya çıxılmaz vəziyyətə düşdüyü zaman cəmiyyət şüuru inkişaf etdirilməyə çalışılmışdır...55
Bu paraqrafda ifadə edilən budur: Prof. Əli Dəmirsoy, sosial böcəklərdə, birlikdə həyatın davam edə bilməsi üçün “funksiyaların siniflərə paylaşdırıldığı”, “beynin və şüurun inkişaf etdirilməsinə çalışıldığı”, “termit fərdlərinin sınaqlar etdiyi” kimi iddiaları var. Ancaq termitlərdəki bala bəsləmək, zaman duyğusu, anlaşma üsulları, istilik nizamlaması kimi xüsusiyyətlərin necə ortaya çıxdığı mövzusuna yuxarıda da görüldüyü kimi yalnız “heyrətləndirici şəkildə inkişaf etmişlər” cavabını verir. Məhz bu nöqtədə təkamülçü elm adamlarına bəzi suallar vermək lazımdır:
Əvvəlcə bu böcəklərdəki şüuru inkişaf etdirən kimdir?
Var olduğu iddia edilən sınaqları etdirən kimdir?
İlk ortaya çıxan termit bir gün oturub düşünməyə başlamış və bir birlik olması lazım olduğuna qərar vermiş və termit koloniyalarında necə sosial nizam olacağını planlamış və bunun üzərinə necə oldusa ortaya digər termitlər çıxmışlar və ilk termitin qərarlarını tətbiq etməyi qəbul etmişlər?
İlk ortaya çıxan termitin tək başına bir işçi olduğunu düşünək. Bu işçi qısır olduğu üçün onsuz da koloniya qurmasına imkan yoxdur. Nə kimi xüsusiyyətlərə sahib olursa olsun öldüyü anda geriyə heç bir şey qalmayacaq. İlk ortaya çıxanın əsgər termit olduğunu fərz etdiyimizdə də vəziyyət dəyişməyəcək, onu da müxtəlif problemlər gözləyir. Yalnız döyüşməyə uyğun quruluşdakı çənəsinə görə yemək yeyə bilmədiyi üçün bu termitin həyatda qalması çox çətin, hətta qeyri-mümkündür. Bir kraliça olduğunu qəbul etsək yenə də həyatını davam etdirməsi üçün özünü bəsləyəcək işçilərə, soyunu davam etdirməsi üçün özünü dölləyəcək krala ehtiyacı vardır. O halda sosial böcəklər necə olub da koloniya qurmağı bacarmışlar?
Termitlər milyonlarla ildir koloniya həyatı yaşayan, heç bir dəyişiklik olmadan günümüzə qədər gəlmiş canlılardır. 250 milyon illik termit qalıqları bunun dəlillərindən biridir. Milyonlarla il yaşamış bütün termitlər bugünkülərlə eyni xüsusiyyətlərə malikdir. 250 milyon il əvvəlki işçilər də bugünkülər kimi fədakarlıqlar edir, sürfələri, əsgərləri, kraliçaları bəsləyir, görmədikləri halda metrlərlə uzunluqda yuvalar tikirlər. Bugünkü termitlərin xüsusiyyətləri istisnasız hər termit üçün keçərlidir.
Bütün bunlar çox açıq bir gerçəyə işarə edir. Termitlər birdən-birə ortaya çıxmış, Allah tərəfindən yaradılmışdır.
Termitlərə bənzər xüsusiyyətlər bir iman həqiqətidir. İman edənlərin imanlarının dərinləşməsinə, Rəbbinə yaxınlaşmalarına, Ona olan qorxularının və sevgilərinin artmasına vəsilə olar. Bu iman həqiqətlərini izah etmək də, əhəmiyyətli bir ibadətdir. İman edənlərin Allaha olan yaxınlığını artıran bu kimi həqiqətlər, iman etməmiş olan insanların da ürəyinin yumşalmasına, düşünmələrinə və öyüd almalarına vəsilə olur. Bir insanın imanına vəsilə olmaq, bu adamın gözəl əxlaqlı olmasına köməkçi olmaq hər inananın üzərinə düşən məsuliyyətdir. İnsanlara iman həqiqətlərini izah etmək, Allahın yaratmasındakı mükəmməl detalları gözlər önünə sərmək, insanlara doğru və hikmətli məlumatı vermək, bu məsuliyyəti yerinə yetirmək üçün gözəl yoldur. Bu kitabın məqsədi də vicdanlı insanlara Rəblərinin varlığını və böyüklüyünü, Onun yaratdığı kiçik canlıdan nümunələr verərək xatırlatmaqdır. İman sahibi insanlara düşən də bu xatırlatmağa qulaq asmaq və Rəbbinə yönəlib dönməkdir.
Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır. De: “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim onları görsə, xeyri onun özünə, kim kor olsa zərəri onun öz əleyhinə olar. Mən sizin üstünüzdə gözətçi deyiləm”. (Ənam surəsi, 102-104)