Termitlərin bilinən ən əhəmiyyətli xüsusiyyətlərindən biri, torpaqdan insanların belə asanlıqla yıxa bilməyəcəkləri möhkəm və görkəmli yuvalar tikmələridir. Tropik bölgələrdə birdən-birə ortaya çıxan şəhərlərin memarları olan termitlərin bu sahədəki qabiliyyətləri mübahisə edilməzdir. İstifadə etdikləri vəsaitin əldə edilməsindəki hünərləri və texniki qabiliyyətləri də son dərəcə heyrətləndiricidir. Hər növ, öz ehtiyacı olan xüsusiyyətlərə görə fərqli tip yuvalar tikər. Bu yuvalar ağac içlərində olduqları kimi, əksər halda torpağın üstündə və altında yerləşərlər.
Termitlərin təpə şəklindəki yuvalarında çox detallı memarlıq əsas mövzudur. Bütün yuvalarda inşaat, yeraltından başlayar və otaqcıqlar səthə doğru genişlənər. Bir termit yuvasının içi açıldığında məsaməli görünüşlə qarşılaşılar. Yuva təxminən 2,5 sm. genişliyində ya da daha dar saysız hücrədən ibarətdir. Bu hücrələri bir-birlərinə, ancaq termitlərin keçə biləcəyi böyüklükdə dar dəliklər bağlayır. Termitlər həmişə isti və nəmli atmosferdə yaşayır. Olduqları mühitdə həmişə 5-15% arasında karbon 4 oksid vardır. Bir insanın asanlıqla huşunu itirəcəyi bu mühitdə termitlər həyatlarını rahatlıqla davam etdirərlər.30
Termit yuvaları, tropik bölgələrin həmişə dəyişən mənfi ətraf mühitin şərtlərini çox yaxşı təcrid edən dizayna malikdir. Yuvadakı istilik və nəm nisbəti, yuvadan kənar şərtlər nə olursa olsun sabitdir, dəyişməz.
Termitlər, yuvadakı izolyasiyanı təmin edə bilmək üçün sanki betonlaşmış sərt təbəqə ilə bir təpəyə bənzəyən yuvaların üzərini örtərlər. Yuvadakı istiliyin sabit olması xüsusilə yumurtalar üçün böyük əhəmiyyət daşıyır.32 Bu örtük sayəsində termitlər, böyük diqqət sərf etmək məcburiyyətində olduqları yumurtalarının mühafizəsi üçün lazımlı olan istiliyi də təmin etmiş olarlar. Örtük, koloniyanı digər canlıların hücumlarından da qoruyar. Xarici divarlarda olduqca sərt və möhkəm, yapışqan material istifadə edilərkən daxili dəhlizlərdə daha yumşaq sanki karton kimi maddə istifadə edilər.33
Görüldüyü kimi termitlər, yuvadakı istiliyin sabit qalması lazım olduğunu və bunun üçün izolyasiyanın ən yaxşı şəkildə necə təmin ediləcəyini bilir. Düşmənlər tərəfindən hücuma uğrama ehtimalı olan bölgələrdə hansı vəsaitin istifadə ediləcəyindən də xəbərdardırlar. Bunlardan başqa, yuvanın istiliyini ölçmə qabiliyyətinə sahib olmaları da termitləri möcüzəvi canlılar edən xüsusiyyətlərdəndir.35 Canlılardakı bunlara bənzər iman həqiqətləri qarşısında unudulmaması lazım olan, təriflənməyə və heyran olunmağa layiq olanın əlbəttə ki, bu kiçik varlıqlar deyil, onları bu qabiliyyətlə var edib-yaradan Allah olduğudur. Allah, həmd edilməyə layiq olandır.
O, əbədi Yaşayandır, Ondan başqa məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Mümin surəsi, 65)
Termit yuvalarındakı mükəmməl quruluş, elm adamlarının da diqqətini çəkmiş və bu mövzuyla əlaqədar müxtəlif təcrübələr edilmişdir. Bunlardan birində inşası davam edən bir termit yuvası ikiyə ayrılmış və bu iki termit qrupunun bir-biriylə təması maneə törədilmişdir. Nəticədə ortaya iki ayrı yuva deyil, bir yuvanın iki ayrı parçasının çıxdığı görülmüşdür. Parçalar bir yerə gətiriləndə də termitlər tərəfindən tikilmiş olan bütün kanal və yolların bir-birlərini tutduğu görülmüşdür.36
Şübhəsiz ki, burada qısaca toxunduğumuz bu hadisə əslində böyük möcüzəni saxlayır. Bunu belə düşünək: İki qrup insan topladığınızı və bir-birləriylə danışmadan, xəbərləşmədən və bir plan qurmadan iki qumdan qalanın yarısını tikmələrini istədiyinizi fərz edək. Tikdikləri qumdan qalaların hər detalıyla bir-birinin eynisi olması mümkündür? Əlbəttə ki, belə bir ehtimal heç bir şəkildə mümkün deyil. İndi bir də bu insanların görmə qabiliyyətlərinin olmadığını düşünün. Bu insanların belə bir şeyi reallaşdırmaları mümkündür? Şübhəsiz ki, bu vəziyyətdə imkansızlıq daha da qəti olar. Bu iki qrup insanın tikdikləri qumdan qalaların bir-birləriylə eynilə bənzər olması, minlərlə, hətta, yüz minlərlə sınaq etdiklərini fərz etsək belə mümkün deyil. Ancaq xatırlatmalıyıq ki, burada ağıl və şüur sahibi insanlar belə bir qala tikməyi bacara bilməzlər, amma termit dediyimiz kor böcəklər, öz böyüklüklərinin yüzlərlə qatı böyüklüyündəki bir yuvanı bir-birini tamamlayacaq şəkildə tikər.
Məhz burada qarşımıza çıxan gerçək, görməzlikdən gələ bilməyəcək qədər açıqdır: Termitlər öz iradələri, məlumatları, bacarıqları istiqamətində deyil, açıq-aşkar bir ilham ilə hərəkət edər. Onlara bu ilhamı verən sonsuz qüdrət sahibi olan Allahdır.
Termit koloniyalarındakı memarlar ağ, qanadsız və kor olan işçi termitlərdir. İşığa qarşı da son dərəcə həssas olan termitlər, içəriyə işıq girə biləcək bütün təpələrdəki dəlikləri dərhal fərq edib onları tıxayaraq bağlamaqda ustadır. Yuva istehsalında istifadə etdikləri vəsaiti əldə etmələrində də eyni ustalıq görülər.
Termitlər, ifraz etdikləri mayeləri qum dənələri, torpaq və odun parçalarıyla qarışdırarlar, daha sonra ayaqları və ağızlarıyla bu qarışığı kiçik yuvarlaq hala gətirərək şəkilləndirərlər. Və hər torpağı lazım olan yerlərə sıxışdırarlar. Bir müddət sonra bu yuvarlaq qarışım sement kimi sərt maddəyə çevriləcək. Bu sərt maddə ilə tikilən yuvalar o qədər dözümlüdür ki, çox vaxt bunları əllə yıxmaq mümkün olmur. Bəzi termit yuvaları qazma, kürək, hətta, dinamit istifadə edilərək dağıdılar.
Termitlərin gördükləri işin əhəmiyyətinin daha yaxşı aydın ola bilməsi üçün bir insanın bina tikməsi (daha doğrusu bina tikməyi öyrənə bilməsi üçün) nə kimi mərhələlərdən keçməsi lazım olduğu göz qarşısında saxlanılmalıdır.
Memarlıq baxımdan mütəxəssisləşə bilmək üçün uzun illər sürəcək təhsilə ehtiyac vardır. Bir memar, öyrəndiyi nəzəri məlumatları praktika keçərkən hər iş ilə əlaqədar bir çox layihə hazırlamaq məcburiyyətindədir. Bu layihələrin üzərində günlərlə düşünüb riyazi incə hesablarla, millimetr şəkillərlə, müqavimət hesablamalarıyla məşğul olaraq bir dizayn qurar. Bütün bunlarla yanaşı, inşaat mərhələsinə keçildiyində başqa memarlar, inşaat mühəndisləri, maşın mühəndisləri, işçilər, ustalar və yenə inşaat mövzusunda mütəxəssis başqa kəslər də səfərbər olarlar. Bu işlərlə məşğul olan kəslərin hamısı müəyyən təhsil almış, işinin mütəxəssisi olan kəslərdir. Termitlər isə memarlıq təhsil alması mümkün olmayan kiçik böcəklərdir. İnsanlardan daha ustalıqla inşaatlar edə bilmələri son dərəcə möcüzəvi hadisədir.
Termitlərlə insanların memarlıq qabiliyyətlərinin daha yaxşı müqayisə edilə bilməsi üçün diqqət çəkilməsi lazım olan çox əhəmiyyətli bir nöqtə də vardır.
Kor bir memarın inşaatla məşğul olması mümkündür? Kor bir memarın özünün 300 qatı böyüklüyündə layihə çəkdiyi, daha sonra bu layihənin istehsalını kor bir baş ustaya təhvil verdiyi, baş ustanın da bu inşaatı kor işçilərə etdirdiyi görülmüşdür? Təbii ki, belə bir şey görülməmişdir, belə bir şeyi eşitmək də qeyri-mümkündür. Doğuşdan kor insanların kompleks riyazi əməliyyatlar tələb edən, istehsalı detallı texniki məlumatlara əsaslanan göydələnləri tikə biləcəyini kimsə iddia etməz. Ən sadə bir inşaatda belə, binanın təzyiqi, müqaviməti, təməlinin quruluşu, ventilyasiya sistemləri, təhlükəsizlik çıxışları kimi düşünülməsi lazım olan onlarla detal vardır. Bu detalları edəcək kəslər də ancaq görə bilən və işinin mütəxəssisi olan kəslərdir.
Termitlərlə insanların etdiyi inşaat işlərinin müqayisə edilməsini tamamlaya bilmək üçün yenə ehtimallarla hərəkət edək və belə bir fərziyyəni qəbul edək. Kor işçilərdən, kor memarlardan və kor mühəndislərdən ibarət olan bir qrup inşaatı bitirmiş olsunlar. Belə bir vəziyyətdə ağla gələ biləcək ehtimallar nələr olardı? Hər hansı biri çıxıb da bu inşaatın təsadüfən reallaşdığını iddia edərdi? Yoxsa inşaatda vəzifə alan kor insanların xüsusi təhsildən keçdiyini, müəyyən təcrübələrinin olduğunu, onları nəzarət edən və idarə edən bəzilərinin olduğunu düşünərdi? Əvvəlcə kor insanlar belə bir inşaatı edə bilməzlər, tutaq ki etdilər, o zaman bu kəsləri öyrədən, edəcəkləri işin hər mərhələsində onlara yol göstərən, hər addımlarını nəzarət edən bəziləri var deməkdir. Görmə qabiliyyəti olmayan insanların belə bir idarə olmadan bir binanı inşa etməsini iddia etmək, tamamilə məntiqdən uzağa çıxmaq deməkdir.
Bu vəziyyətdə termit yuvalarının təsadüfən ortaya çıxdığını iddia etmək də eyni şəkildə ağıldan uzaq düşüncədir.
Termitlər 7 metr yüksəklikdə göydələnlər tikər. Termitlərin ölçüsü ilə tikdikləri yuvaların yüksəkliyi müqayisə edildiyində “göydələn” olmasının heç də şişirdilmiş olmadığı görüləcək.
Termitlərlə insanların qurduqları strukturlar müqayisə edildiyində ortaya inanılması çətin rəqəmlər çıxar. Termitlərin tikdikləri “göydələn-yuvaları” daha yaxşı qiymətləndirə bilmək üçün Amerikada olan “Empire State” binası yaxşı müqayisə imkanı yaradır.
1930-cu ildə istehsalına başlanan və tamamlanması təxminən 14 ay davam edən bu bina, Dünya Ticarət Mərkəzinin 1972-ci ildə istehsalına qədər dünyanın ən yüksək binası olmuşdur. Mütəxəssislərin işlədiyi 4 böyük firma tərəfindən tikilən bu binanın uzunluğu 443 metrdir.
Təxminən 8.000 kvadrat metrlik sahəyə qurulan bu binanın tikilməsinə başlanmadan əvvəl 16 fərqli layihə ortaya qoyuldu. Təməl atılmaq üçün 10.5 m. dərinliyə enildiyində 28.500 yük maşını dolusu torpaq daşımaq məcburiyyətində qalındı. İnşaat bitdiyində isə cəmi 10 milyon kərpic, 112.000 metr su borusu, 5.181.000 metr telefon kabeli istifadə edilmişdi.38 Bunlar bir göydələnin hazırlanması üçün lazımlı olan vəsaitlərdir. İndi termitlərin yuvalarına geri dönək.
1-2 sm. ölçüsündə olan termitlər, bu kiçik bədənlərinə baxmayaraq 7 metr yüksəkliyində nəhəng yuvalar tikər. Termitlərin insanlarla eyni boyda olduqlarını fərz edək. Bu vəziyyətdə tikdikləri yuvalar insanların tikdiyi binalarla müqayisə edilsə bu yuvaların “Empire State” binasının indiki yüksəkliyinin 2 misli qədər yüksək olduğu görülər. Termitlərin etdikləri işin böyüklüyü ortadadır. Yuva istehsalındakı detallar araşdırıldıqca termit yuvalarındakı mükəmməllik daha dəqiq ortaya çıxır.
Termitlər yuvalarını tikərkən illərlə yeraltında yaşayar və sayca müəyyən bir səviyyəyə çatdıqdan sonra yuvalarını səthə doğru genişlətməyə başlayarlar. Termitlərin yuvalarını necə tikdiklərini araşdırarkən göz qarşısında saxlanılması lazım olan bəzi əhəmiyyətli nöqtələr vardır. Termit koloniyalarında ümumiyyətlə 1-2 milyon termit bir yerdə yaşayar, nəfəs alar və birlikdə hərəkət edərlər. Bu sırada ortaya çıxan oksigen ehtiyacı olduqca çoxdur. Bu canlıların heç ventilyasiya olmadan, yuvadakı nəm sabitlənmədən yaşamaları mümkün deyil. Bu səbəbdən inşaat davam edərkən termitlərin bu ehtiyaclarının da nəzərə alınması və buna görə bir nizam yaradılması lazımdır.
Necə ki, termit yuvalarının istehsal mərhələləri araşdırıldığında son dərəcə heyrətləndirici həqiqətlə qarşılaşılar. Heç pəncərəsi, hava alacaq bir dəliyi olmayan bu daş binaların içində termitlər rahatlıqla həyatlarını davam etdirər. Bunun səbəbini, yuvanın istehsal mərhələləri ilə birlikdə araşdıraq.
Xüsusilə dolu yağışlardan dərhal sonra torpağın yumşalıb işlənməyə uyğun olduğu dövrlərdə, ərazidə, müəyyən vaxtlarda termit təpəcikləri bir-biri ardınca yüksəlməyə başlayar. İlk başda balaca bir təpə şəklində meydana gəlməyə başlayan yuvanın 5-6 metrə çatması aylarla, hətta, illərlə müddət çəkə bilər.
Yuvadakı genişlənmə təsadüfi daşınan torpaq yığınlarının yığılmasıyla başlayar. Bu torpaq yığınları daha sonra yuvaya dəstək olan mərkəz sütunlar olacaq. Yığın müəyyən bir yüksəkliyə çatdığında inşaat dayandırılar. Bu yığınlar bir-birlərinə yetərli yaxınlıqda sütunlar halına gətiriləndə, təpədən dairə şəklində bir kəmərlə birləşdirilər.
Yuvanın istehsalı əsnasında, təpəcik böyüyərkən kanallardan yüksələn konveksiya hava axınları, görünməz inşaat körpüsü vəzifəsini görər və işçilər bu axıntıların ətrafında möhkəm divarlar hörərlər.39
Yuva beləcə yığın olmaqdan xilas olar və addım-addım izlənilən incə texnikalarla kompleks quruluş halına gələr. Nəticədə ortaya ventilyasiya sistemi olan, nəm nisbəti idarə edilə bilən, bir-birinə əlaqəli tunel və keçidlərdən ibarət olan mükəmməl bir sərbəst memari nümunə çıxar. Mərhələlərin hər dövründə yuvanın memarı mükəmməldir və ən kiçik bir səhv də olmaz. Yuvanın inşası davam edərkən koloniya üzvləri rahatlıqla həyatlarını davam etdirə bilərlər. Hər dövrdə ventilyasiya qüsursuz işləyər, keçidlər və tunellər lazım olan yerlərdə olar. Termitlərin həyatına zərər verə biləcək səhvlərə heç bir mərhələdə rast gəlinməz.
Bu təpəcikləri çox bərk və möhkəm olaraq tikərlər və bunların birləşdirilməsiylə qübbə tamamlandığında bu təpəciklər quruluş körpüsü funksiyası yerinə yetirərlər. Ortada olanları, təpə hissələrindən başqa hamısı ləğv edilər (Bunlar birləşdirildiyində qübbənin təpəsini meydana gətirərlər). Daxili inşaatlar üçün və ya təpənin yüksəkliyini daha çox artırmaq üçün gil istifadə edərlər.
Xarici qabıq və ya qübbə, yuvanın daxili qismini yağış və kənar təxribatdan qorumaqla qalmaz, yumurtaların çatlaması və balaların xidmətində çox əhəmiyyətli olan istilik və nəm tarazlığının təmin edilməsi və qorunmasında da təsirli olar.40
Yaxşı, necə olub da bu kor heyvanlar belə bir memari şah əsər inşa edilə bilirlər? Tikinti halındaykən də yuvanın texniki nizamı qüsursuzca necə işləyir? İnşaatın hər mərhələsində nəmi necə sabit tuturlar? 1 milyon əhaliyə sahib koloniyadakı qüsursuz nizam necə təmin edilir? İnşaat fəaliyyətləri necə istiqamətləndirilir və nəzarət edilir?
Son dərəcə yaxşı təşkil olmuş bu sistemin meydana gəlməsində mütləq termitləri istiqamətləndirən, hamısına öz işini etməsini ilham edən, onlara əmr verən bir “iradə sahibinə” ehtiyac vardır. Bu iradə əlbəttə ki, termitlərin özlərinə aid deyil. Bu iradənin sahibi, hər şeyin sahibi olan, hər şeyə gücü çatan, bütün canlıları istiqamətləndirən, etmələri lazım olan şeyləri onlara ilham edən Allahdır.
Allahın bu kiçik canlılarda təcəlli edən ağlını görən hər insan, bir daha düşünməlidir. Həyatının əsl məqsədini bir daha xatırlamalı və həyatını hər şeyin sahibi olan Rəbbimizin istədiyi şəkildə istiqamətləndirmək üçün səy göstərməlidir.
Quran ayələrində, möminlərin Allahın yaratdığı canlılar üzərində düşündüklərindən və bunlardan öyüd aldıqlarından bəhs edilir. Bu kitabda məqsəd də, Allahın yaratmış olduğu milyonlarla canlı növündən birindəki möcüzəvi xüsusiyyətləri ortaya qoyaraq Allahdan başqa güc sahibinin olmadığını bir daha xatırlatmaq və Allaha yönəlmək üçün bir çağırış etməkdir. Allah ayələrində belə buyurur:
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir. Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 189-191)
Termitlərin etdikləri inşaatlara ilk baxıldığında plansız şəkildə icra edildiyi təəssüratı meydana gələ bilər. Çünki inşaatı meydana gətirən torpaqlar, təsadüfi yığınlar halında yığılmış kimi bir görünüşə malikdir. Ancaq bu vəziyyət uzun sürməz və bir az əvvəl də ifadə etdiyimiz kimi, qısa müddət sonra bu təsadüfi yığınlardan çox incə detallarla təşkil edilmiş bir yuva ortaya çıxar.
Ümumi xətləri ilə yuvalar bir-birlərinə bənzəsələr də, detallarda limitsiz müxtəliflik və incə dizaynlar vardır. Hər mərhələdə, bir sonrakı addımda meydana gələcək detalı təxmin etmək qeyri-mümkündür.
İnşaat işçisi termitlərin bir xüsusiyyəti də inşaat planında hər hansı bir dəyişiklik olduğunda buna dərhal uyğunlaşma təmin etmələri və lazım olanı gecikdirmədən etmələridir.
Termitlərin bu xüsusiyyətlərini araşdırmaq üçün edilən bir təcrübədə, termit yuvalarından birinin damına kiçik zərər verilmiş və termitlərin dəliyi necə təmir edəcəkləri müşahidə edilmişdir. Hadisədən bir neçə dəqiqə sonra bir termit qorxaq rəftarlarla tuneldə meydana çıxmış və böyük bir diqqətlə zərəri təsbit etmişdir. Bu ziyan təsbitindən sonra hadisə yerinə bir neçə əsgər termit gəlmiş və dərhal açılan dəliyin alt və üst qisimlərinə gizlənmişdir. Əsgərlər elə mükəmməl bir şəkildə gizlənmişlər ki, çöldən görünmələri mümkün deyil. Görülən, yalnız əsgərlərin iti burunları və yellənən antenalarıdır. Bir müddət sonra gücləndirilmiş əsgəri birlik hadisə yerinə sövq edilmiş və yuvanı qorumaq üçün bir sıra şəklində zərər görən bölgə boyunca düzülmüşlər.
Bir sonrakı addımda isə işçi termitlər zərər alan bölgəyə gəlmiş və bütün dəliyin uc qisimlərinə yerləşərək təmir işlərinə başlamışlar. Təmir çalışması, tunelin köhnə xətti üzərindən, əsgəri növbətçilərin düzüldüyü yerdən başlayar. Lakin bu əsnada termitlərin təmir işlərini necə etdiklərini və özlərini görmək mümkün deyil. İki əsgər termitin arasında dayanaraq aradakı boşluğa öz ifrazatlarını yığan termitin bədəni, ancaq təmirin son mərhələsində görülər. Bir neçə saat sonra kərpic kimi şəkilləndirilən tullantılar ilə yuvanın ziyan görən hissələri parça-parça təmir edilmiş olar.41
Termitlərin xüsusiyyətləri əlbəttə ki, bu qədərlə məhdud deyil. Bu böcəklər həm də, kağız düzəltmə texnologiyasını da bilir və bu texnologiyanı yuva istehsalında istifadə edirlər. İfrazat ilə qarışdırılıb tapdalanmış odun parçalarını bir cür kağız xəmirinə çevirən termitlər, bunları istifadə edərək yuvanın bütün daxili quruluşunu, sürfə və anbar otaqlarını, kral otaqlarını tək-tək inşa edər.42
Termit yuvalarını hissə-hissə araşdırsaq kral otağını və bu otağın ətrafında sıralanmış şəkildə sürfələrin baxılıb böyüdüldüyü kiçik otaqcıqları görərik. Bunların yanında da kiçik yarpaq parçalarının yığıldığı anbar otaqları yer alar.
Kral və kraliçanın yaşadığı kral otağı 15-17 sm. uzunluğundadır. Otaq, yuvanın tam mərkəzindədir. Divarlarda işçi və əsgər termitlərin girib çıxa bilməsi üçün bir neçə qapı vardır, amma bu qapılar digər termitlərə görə iri olan kraliça və kral üçün kiçikdir. Bütün həyatını bu otaqda keçirən kral və kraliça, otağa dar keçidlərdən rahatlıqla girə bilən işçi termitlər tərəfindən ağızdan-ağıza bəslənər və onların hər cür xidmətləri bu otaqda edilər. İşçi termitlər kraliçanın qarnından çıxan yumurtaları təslim alar və ən yaxın sürfə otağına apararaq bu yumurtaların qulluqlarını boynuna götürərlər. Kral isə hər zaman kraliçanın yanındadır, lazım olduğu dövrlərdə döllənmə əməliyyatını yerinə yetirər.
Termit yuvasındakı diqqət çəkici hissələrdən biri də içində əkinçilik edilən hissədir.
Termitlər, tikdikləri böyük binaların bəzi otaqlarını bağça olaraq təsis edər. Xüsusi olaraq hazırladıqları bu otaqların bir qisminə yuvaya gətirdikləri yarpaq artıqlarını yığarlar və burada bir cür əkinçilik edərlər.
Yeraltında işçilər tərəfindən açılmış olan çoxlu saydakı keçiddə, termitlərin gecə vaxtı ətrafdan yığdıqları yarpaq, toxum kimi artıqlar yığılar. Ancaq termitlər işığa qarşı dözümsüz canlılardır. Bu səbəblə termitlər, torpaq səthindəki yarpaq və bitki parçalarını xüsusi bir səy nəticəsində əldə edərlər. Yeraltında 2 ilə 4 metrə çatan kanallar açan termitlər bu kanalları istifadə edərək yuvalarına orqanik maddələri daşıyar.
Termitlər, çürümüş yarpaq və odun parçalarından ibarət olan bu orqanik maddələri torpaq kimi istifadə edər və bunlara ifrazatlarını qarışdıraraq yuvalarındakı xüsusi təşkil edilmiş geniş saxlama otağında göbələk yetişdirərlər.
Göbələk bağçalarının məhsuldarlığını və koloniyanın sağlamlığını qoruya bilmək üçün termit təpəciklərinin içindəki nəm və istiliyin müəyyən hüdudlar arasında sabit qalması əsas şərtdir. Göbələklər ətrafına, termitlərin yuvanın içində təmin etdiyi istilik tarazlığını pozacaq şəkildə istilik yayar. Bu həddindən artıq istilik artımı mütləq tarazlanmalıdır. Məhz termitlər də həm özlərinin yaratdığı istiliyi, həm də yuva içindəki bağçalarında yetişdirdikləri göbələklərin maddələr mübadiləsindən çıxan istiliyi uzaqlaşdırmaq üçün yuvalarında havalandırma sistemi qurar.
Termit yuvalarının boyu 3 ilə 4 metrə çatdığında sayları 2 milyona yaxındır. Yuvadakı termitlərin hamısı bəslənər, iş görər və tənəffüs edər. 2 milyonluq sayın oksigen istehlakı əlbəttə ki, lap çoxdur. Nə zaman yuva içində ventilyasiya sistemi dayandığı təqdirdə, bütün koloniya 12 saat içində havasızlıqdan öləcək. Yaxşı, sərt xarici cəbhəsində heç bir pəncərə olmayan termit yuvalarında həyat necə davam edir?
Termitlər, arılar kimi qanadlarıyla və ya öz bədən istiliklərini salaraq ventilyasiya etməzlər. Ventilyasiya sistemi tam mənasıyla avtomatikdir. Bu qüsursuz sistem belə işləyir: Ventilyasiya sistemini icra etmək üçün lazımlı olan enerjinin qaynağı, yuvada yaşayan termitlərin və onların yetişdirdiyi göbələklərin maddələr mübadiləsinin meydana gətirdiyi istilikdir. Göbələk otaqlarının içindəki hava, buradakı davamlı fermentasiya nəticəsində istilənər. Bu isti hava, əsas qüllənin içində yuva boyunca yüksələr və davamlı artan bu isti hava axınının etdiyi təzyiq ilə təpəciyin xarici səthə yaxın incə kapilyar kanallarından aşağıya doğru sövq edilər. Yuvaya eyni zamanda dəstək verən bu kanalların daxili və xarici divarları elə məsaməlidir ki, rahatlıqla hava gələr.
Məhz təzə oksigenin içəri yayıldığı və karbon 4 oksidin çölə çıxdığı yer buradır. Kanalları ilə birlikdə düşündükdə bu dəstək sisteminə koloniyanın “ciyərləri” deyilə bilər. Hava, bu kanallardan keçərkən soyuyar, bu sərin və təzə hava aşağıdakı daha geniş kanallar vasitəsilə zirzəmini xatırladan hava boşluğuna çatdırılar.
Bu süni kanallardakı havanın istiliyi beləcə düşmüş və istiliyi düşən bu hava, böyük dərin zirzəmiyə sövq edilərək yüksələn isti havanın yerinə keçirilmiş olar. Zəngin oksigenlə yüklü yeni hava, dəqiqədə təxminən 12 sm. sürətlə yuvaya yayılar və içərinin istiliyi beləcə 30 dərəcədə sabit qalar.44
Çox səmərəli olan və heç vaxt axsamadan işləyən bu sistem sayəsində yuvanın daxili istiliyi bir il boyunca ortalama yarım dərəcədən daha az dəyişər. Orta ölçüdə termit yuvasında, yuvadakılara çatacaq oksigen təmin etmək üçün hər gün təxminən 1500 lt. hava lazımlıdır. Bu oksigen birbaşa içəri hava girməsi ilə təmin edilsəydi, istilik və nəm dərəcəsi, termitlərin varlıqlarını davam etdirə bilməyəcəyi qədər çox yüksələrdi.
Bu səbəblə termitlər belə bir texnikanı heç bir şəkildə istifadə etməz. Bunun yerinə daha çətin, daha kompleks sistemlər qurmuşlar. Görüldüyü kimi termitlər bir seçim edirlər. Bu seçim haqqını istifadə edə bilmək üçün heç olmasa çox yaxşı mühəndis, çox yaxşı dizayner, eyni zamanda da bir çox elm sahəsi haqqında da məlumat sahibi olmalıdırlar. Termitlərin havalandırma sistemini qura bilmələri üçün hansı elmləri bilmələri lazımdır, düşünək: Meteorologiya, geologiya, sənət, daxili memarlıq...
Zəka, şüur və detallı təhsil tələb edən bu elmlərə termitlərin təsadüflərin təsiriylə, öyrənmə ilə ya da öz-özlərinə sahib ola bilməyəcəkləri mübahisə edilməz bir həqiqətdir. Üstəlik termitlər yalnız normal zamanlarda deyil, ortaya çıxan ani vəziyyətlər qarşısında da son dərəcə ağıllı üsullarla problemlərə həll tapar.
Hər termit koloniyası, yaşadığı bölgənin xüsusiyyətlərinə görə yerli inşaat texnikası istifadə edər. Fövqəladə vəziyyətlərə qarşı dərhal uyğunlaşar və yeni taktikalar inkişaf etdirərlər. Məsələn, termitlərin ventilyasiya sistemi ciddi zərər görəndə, 48 saat içərisində təpəciyin üzərinə yeni binalar inşa edərlər.45 Bu binalar çox məsaməli, kiçik şapkaları xatırladar və termitlər tərəfindən yeni qurulan ventilyasiya sistemini işlədərlər. Beləcə ventilyasiya sistemi, koloniyada heç bir çətinlik yaşanmadan təmir edilmiş olar.
Başqa bir nümunə olaraq da Macrotermes və Odontermes adlı termit növlərinin təcili vəziyyətlər qarşısındakı davranışlarını verə bilərik. Bu termit növləri yuvalarını baca sistemi ilə havalandırar. Bu bacalar yerə qədər uzanan ventilyasiya sütunlarına bağlıdır. Təpəsi açıq olan ventilyasiya sütunlarının yerlə birləşdikləri nöqtədə isə ucları bağlıdır.46
Hava keçirici xüsusiyyətinə sahib incə divarlarla yuvadan tamamilə təcrid edilmiş bu bacalarda təmir işləri və inşaat vaxtları xaricində termitlərə rast gəlinməz. Çox yağmurlar əsnasında, termit yuvalarının bacaları ümumiyyətlə çökər. Bu cür vəziyyət qarşısında termitlər anında bir yerə gələrək təmir işlərinə başlayarlar.
Termit yuvalarında ventilyasiyanın xaricindəki başqa əhəmiyyətli problem isə termitlərin su ehtiyacıdır. Yuvalar üçün çoxlu su lazımdır, çünki pərdə qədər incə dəriləri olan termitlərin davamlı olaraq nəmli atmosferə ehtiyacları vardır. Yuva üçün lazımlı olan nəm, 89-99% nisbətindədir. Termitlər öz istehlaklarıyla yanaşı, bina istehsalı əsnasında və palçıq istehsalında da suya ehtiyac hiss edərlər.47
Səhra çölündə yaşayan bəzi növlər isə dərinlikdəki suya çatmaq üçün torpağı 40 m. dərinliyə qədər qazar və suyun yuvalarına buxarlaşaraq çatmasını təmin edərlər. Digər bəzi növlər də yuvalarına nəmli gil torpaqları daşıyaraq su probleminə həll tapar. Bütün bunlarla yanaşı, termit təpəciklərinin quruluşu da nəmliliyi təmin etməyə köməkçi olar. Nəm keçirməyən qalın torpaq və gil təbəqəsiylə örtülü qalın divarlar, buxarlaşmağın qarşısını alma təsirə malikdir.48
Bura qədər verilən bütün məlumatlarda görüldüyü kimi termitlərin davranışlarının istisnasız hər mərhələsində ağıl, plan, hesablama, mühakimə etmə və qərar vermə kimi xüsusiyyətlər vardır. Ancaq bütün bunları termitlərə aid xüsusiyyətlər olaraq qiymətləndirmək əlbəttə ki, məntiqdən və ağıldan uzaqlaşmaq olar. Termitlər bir şüura sahib olmayan səbəbindən ağıl göstərmələri, qərar vermələri, düşünmələri mümkün olmayan canlılardır. Elə isə termitlərin davranışlarındakı şüurun qaynağı nədir?
Termitlərə bu ağıllı planları qurduran, ani vəziyyətlərdə necə davranmaları lazım olduğunu onlara ilham edən, kainatdakı canlı-cansız bütün varlıqları yaradan Allahdır.
Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir. De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir”. (Rad surəsi, 15-16)
Termitlərin yuvaları xarici görünüş olaraq da olduqları yerin iqliminə uyğun quruluşa malikdir. Məsələn, tropik yağış meşələrində yaşayan bəzi termit növlərinin yuvalarının təpələrində damlar, hətta, damların altında yellənən dam saçaqları vardır. Göbələyə bənzəyən bu yuvalardakı saçaqların əsas vəzifəsi, yuvanı şiddətli yağışlardan qorumaqdır. Bu, tropik bölgə termitlərinə xas yuva şəkildir. Quraq bölgələrdə yaşayan termitlərin heç biri bu texnikayla yuva tikməz.
Afrikadakı termitlərin heç biri belə böyük təpəcik formasında yuvalar tikməz. Bəziləri ağac gövdələrinə zərif yuvalar qurar, sonra bunları sağanaq yağışlardan qorumaq üçün üzərini qübbəylə örtərlər. Yeraltı yuvaları da kompleks quruluşdadır. Məsələn, Konqoda yaşayan Apicotermes gurgulifex növü, yerin 50 sm. altında nəhəng şam qozasına bənzəyən bir yuva qurar. İçərisi, aralarında 1 mm. qalınlığında divarlar olan qat-qat dəhlizlərdən iç-içə olduğu kompleks şəkildən meydana gələr. Bu qatlar bir-birlərinə enişlərlə bağlıdır. Yuva, xarici işğalçı böcəklərə qarşı yetkin, qısır, böyük başlı, çənəli əsgər termitlər tərəfindən qorunar.
Yuvanın xaricində, dəhlizlərə açılan çox sayda incə kanal vardır. Termitlərin keçə bilməyəcəyi qədər dar olan bu kanallar, Macrotermes növünün bacalarındakı kanallar kimi qaz dəyişmə sistemi funksiyasını görər. Kanallar, yağışın yuvaya girməsinin qarşısını alan incə örtüklərlə qorunar. Termitlər yuvaya girib çıxarkən təpədəki tuneli istifadə edər.
Şimali Avstraliya çöllərinin həmişə günəş altında olan quru torpaqlarında isə “kompas termitlər” (Omitermes meridionalis) adı verilən bir növ yaşayır. Kompas termitlər, 5 metr yüksəkliyində və 3 metr genişliyində iki tərəfindən sıxışdırılmış xəncər şəklində yuvalar qurar. Bu yuvalar şimal-cənub istiqamətində yerləşir. Yuvaların düz kənarları isə şərq və qərbə baxar.49 Bu, son dərəcə xüsusi arxitekturadır. Termitlərin niyə belə bir yuva qurduqları, ərazinin ümumi quruluşu araşdırıldığında daha dəqiq ortaya çıxar. Çöllərdə ümumiyyətlə ağac olmaz. Bu səbəbdən kölgə bir yer də yoxdur. Əgər bu xüsusi memarlıq olmasaydı termitlər yuvalarında bütün gün günəş şüalarına məruz qalacaqlar, bu da işıqdan və istidən narahat olan termitlər üçün çətinlik olacaqdı. Ancaq yuvanın bu memari xüsusiyyəti problemi ortadan qaldırmışdır.
Bıçaq qalınlığındakı termit təpəcikləri günorta vaxtı günəş şüalarına çox az məruz qalarkən digər iki geniş cəbhəsi də gündüz və axşam şüalarını tutar. Bu səbəbdən yuvanın bir hissəsi isti olarkən digəri daha soyuq olar. Termitlər xüsusilə soyuq havalarda, gündüzləri yuvalarının şərqə baxan hissələrində, axşamları isə qərb tərəfinə baxan hissələrdə toplanar.50
Bu bölgələrdə itən kəslər termit yuvalarının istiqamətinə baxaraq rahatlıqla yollarını tapa bilərlər. Təbii ki, bu vəziyyətdə kor termitlərin heç bir yol göstərici alət olmadan, kompas istifadə etmədən istiqamətlərini necə tapdıqları sualının da cavablandırılması lazımdır. Düşünmə və mühakimə qabiliyyətinə sahib olmayan bu kiçik canlılar necə olur ki, belə bir hesab edə bilərlər?
Kor termitlər, memari plan qurma, yuvanın istiqamətinə görə günəşin təsirinin dəyişəcəyini hesablaya bilmə, sonra bunlara uyğun yuva tikmə və bu yuvanı da dilədiyi şəkildə istifadə etmə kimi xüsusiyyətlərə malikdir. Bunların hamısı şüur tələb edən, ağıl və mühakimə qabiliyyətinin varlığına işarə edən davranışlardır. Hətta termitlər insanların belə edə bilmədikləri bir şeyi edir, heç bir kömək almadan istiqamətlərini doğru təyin edə bilirlər. Bu vəziyyətdə termitlərdəki bu ağlın qaynağının araşdırılması lazımdır ki, bu ağlın termitlərə aid olmadığı və kor təsadüflər nəticəsində ortaya çıxa bilməyəcəyi çox açıqdır.
Termitlər də dünyadakı bütün canlılar kimi Allah tərəfindən yaradılmışdır. Allah, insanların düşünüb ibrət alması üçün belə nümunələr göstərir. Ağıl sahibi hər insanın etməsi lazım olan, düşünmək və vicdanının səsini dinləyərək gördüyü hər gözəllikdə Allaha yönəlməkdir. Çünki Allah bağışlayandır, sonsuz ədalət sahibi olandır.
Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır. (İsra surəsi, 25)